Azad Demokratlar Partiyası Ali Məclisi bəyanat yaydı
Oxunub: 3032
28 Jul 2016 | 21:23
Azad Demokratlar Partiyası Ali Məclisi bəyanat yaydı

Azad Demokratlar Partiyasının Ali Məclisi bəyanat yayıb. Moderator.az-a daxil olan bəyanatda deyilir:

“Əziz həmvətənlər, hörmətli xanımlar və bəylər! Yeni dünya nizamı quruculuğu prosesi gedən dünyamızda, qonşu regionlarda, eyni zamanda postsovet məkanında, həmçinin C.Qafqaz və Xəzər regionunda geopolitik qarşıdurma Ukrayna böhranı sonrası həlledici mərhələyə daxil olub. Çünki, Ukrayna ABŞ və AB üçün Yeni Avropa təhlükəsizlik sisteminin məhək daşı, Rusiya üçünsə imperiyanın tarixi legitimlik əsasıdır.

Yer kürəsinin ana quru sahəsi olan Afro-Avrasiyadan keçən əsas geopolitik sınma xətlərindən üçü- Baltik-Qara dəniz, GUAM və M.Asiya xətləri (II “yaşıl” xət) məhz Azərbaycanın da yerləşdiyi postsovet məkanından keçdiyindən, eyni zamanda geopolitik qarşıdurma tərəflərindən birinin lideri olan Rusiya bu məkanda olduğundan qarşıdurma burada daha kəskin xarakter almışdır.

Onu da qeyd edək ki, Afro-Avrasiyanın- Məqribdən başlayıb Hindistanadək uzanan və dərinləşməkdə davam edən- I “yaşıl” sınma xətti də Azərbaycanın da aid olduğu müsəlman coğrafi-mədəni məkanından keçir və ölkəmiz bu xətt üzərində baş verən çoxsaylı böhran, münaqişə və müharibələrdən də təsirlənməkdədir.

Azərbaycanın mürəkkəb coğrafiyada yerləşməsi, geopolitik, geostrateji, geoekonomik və geokultural mövqeyinin mürəkkəb və həssas olması, müharibə vəziyyətində, torpaqlarının bir hissəsinin işğal altında olması, yeni dünya nizamı quruculuğu prosesinin getdiyi və geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu bir zamanda hələ də strateji seçim etməməsi onu daha həssas və xarici təsirlərə daha açıq hala gətirməkdədi.

04 iyun 1993-cü ildə Azərbaycan Respublikasında, daxildə birləşmiş hərbi və siyasi müxalifətin birgə səyləri, xaricdən də neoimperialist Rusiyanın və  teokratik İranın dəstəyi ilə, baş tutan hərbi qiyam nəticəsində ilk demokratik hakimiyyətin devrilməsi ilə hakimiyyətə gələn qüvvələrin ölkəmizdə antidemokratik, avtoritar siyasi rejim qurması, yenicə demokratik inkişaf yoluna çıxan ölkəmizi öz yolundan zorla döndərməsi, onu öncə siyasi və iqtisadi baxımdan qismən azad olan, 2003-cü ildən sonra isə azad olmayan ölkələr səviyyəsinə salması müstəqilliyini yenicə bərpa etmiş milli dövlətimiz ətrafında yaranmış əlverişsiz- risk, çağırış və təhdidlərlə dolu olan-  regional və beynəlxalq əhatəni daha əlverişsiz hala gətirmişdir.

Kütləvi repressiyaya məruz qalan siyasi müxalifətin əzilməsi, parçalanması və satın alınması, eyni qayda ilə müstəqil KİV-in, vətəndaş cəmiyyətinin, demokratik fikirli ziyalı təbəqəsinin sıradan çıxarılması, bütün seçkilərin kütləvi şəkildə saxtalaşdırılması və milli iradənin zorlanması yolu ilə xalqın sovet dövründə olduğu kimi siyasi səhnədən uzaqlaşdırılması, eyni zamanda siyasi və iqtisadi hakimiyyətin bir əldə cəmlənməsi, avtoritar kriminal-korrupsioner rejimin qurulması və gizli iqtisadiyyatın çiçəklənməsi isə ölkə daxilindəki mövcud sosial-siyasi sınma xətlərini dərinləşdirmiş və yeni sınmalara səbəb olmuşdur.

Qeyd edildiyi kimi, mürəkkəb və həssas coğrafi mövqeyi və əlverişsiz əhatəsi olan, geopolitik cəbhə xəttində yerləşən və hələ də strateji seçim etməyən Azərbaycanda hazırda hakimiyyət-müxalifət, hakimiyyət-vətəndaş cəmiyyəti, hakimiyyət-müstəqil media kimi siyasi və ictimai sınma xətləri, milli gəlirin çox ədalətsiz bölgüsündən qaynaqlanan bir ovuc varlı-zəif (“sısqa”) orta təbəqə-kütləvi yoxsullar təbəqəsi kimi dərin sosial sınma xətləri, tayfabazlığa və regionçuluğa dayanan milli sınma xətləri, eyni zamanda süni şəkildə yaradılan etnik və dini zəminli çoxsaylı daxili sınma xətləri mövcuddur.

Azərbaycan Respublikasında 2014-cü ildən başlayan, 2015-ci ilin fevral ayından isə açıq şəkil alan maliyyə-iqtisadi böhran, öncə ölkədəki, maliyyə və milli təhlükəsizlik sistemi başda olmaqla, idarəçilik sistemi böhranını, ardınca da (21 dekabr 2016-cı il sonrası) sosial-iqtisad böhranı və sosial-siyasi böhranın ilk əlamətlərini üzə çıxardı. Beləliklə də, böhran qısa zaman ərzində sistem xarakteri almış oldu.

Əziz həmvətənlər, hörmətli xanımlar və bəylər! Göründüyü kimi Azərbaycan üzərində də bir kabus dolaşmaqdadır. Milli birliyə və həmrəyliyə böyük ehtiyacın yarandığı belə bir dövrdə Azərbaycan hakimiyyəti dünyada, regionda, eyni zamanda ölkə ətrafında və daxilində yaranmış və dinamik inkişafda olan, milli təhlükəsizliyimiz baxımından əlverişsiz və qəbuledilməz olan bu durumu nəzərə alaraq müxalifəti, vətəndaş vəmiyyəti, ziyalıları, mediyası başda olmaqla bütün cəmiyyətlə gecikmiş də olsa həqiqi dialoqa getmək, vaxt itirmədən ölkədə geniş (siyasi, iqtisadi, sosial, hüquqi, təhlükəsizlik və hərbi) demokratik islahatlara başlamaq, 15 iyul 2016-cı ildə qardaş Türkiyəyə edilən strateji hücumdan, onun hərbi xuntanın əli ilə, uğursuz da olsa, daxildən vurulmasından və ağır nəticələri olan bu təhlükəli hadisənin ilkin ibrətamiz nəticələrindən, o cümlədən hakimiyyətin həqiqi mənbəyinin də, hakimiyyətin və dövlətin əsas qoruyucusunun da məhz millət olduğundan lazımı dərs almaq, milli birliyi təmin etmək yerinə, çox təəssüf ki, Ukrayna və Suriya böhranlarından sonra olduğu kimi, yenə də paradoksal nəticələr çıxarmış, təlaş içində, tələm-tələsik öz hakimiyyətini qeyri-demokratik yolla daha da uzatmaq və möhkəmləndirmək fikrinə düşmüşdür. Demokratiyalarda hakimiyyətin yeganə mənbəyinin millət olduğu, hakimiyyətin zamanla və səlahiyyətcə məhdudlaşdırıldığı, onu möhkəmləndirməyin ən doğru yolunun isə özünə deyil, məhz milli maraqlara- vətəndaşa, millətə və dövlətə xidmət olduğu isə, çox təəssüf ki, unudulmuşdur.

18 iyul 2016-cı ildə- Türkiyə böhranından cəmi üç gün sonra prezident İlham Əliyevin, prezidentlik müddətinin 7 ilədək uzadılmasını və prezidentə parlamenti buraxma səlahiyyətinin verilməsini nəzərdə tutan, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalaması, 25 iyul 2016-cı il tarixdə AR Konstitusiya Məhkəməsi Plenumunun ona gözlənildiyi kimi müsbət rəy verməsi və elə bunun səhəri günü 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqqında prezident sərəncamının verilməsi bir daha hakim siyasi elitanın qəflət yuxusunda olduğunu, dünyada, regionda və ölkəmizdə nələrin baş verdiyini düzgün analiz edə və qiymətləndirə bilmədiyini, bu səbəbdən də baş verənlərə adekvat reaksiya verə bilmədiyini göstərməkdədi.

Azad Demokratlar Partiyasının Ali Məclisi dünyada, regionda və ölkəmizdə yaranmış mövcud vəziyyəti və onun başlıca inkişaf meyllərini nəzərə alaraq hakimiyyəti faktiki olaraq konstitusiyalı monarxiyanın yaradılması istiqamətində addım atmamağa, ölkəmizin dinc, demokratik inkişaf yollarını qapatmamağa, ümumi böhran fonunda onsuz da gərgin olan ictimai-siyasi vəziyyəti kəskinləşdirməməyə, təcili olaraq bu siyasi kampaniyanı dayandırmağa, eyni zamanda cəmiyyətin bütün təbəqələri ilə açıq və həqiqi dialoqa başlamağa, ölkəmizdə geçikmiş də olsa geniş demokratik islahatlar aparmağa, demokratik, azad və ədalətli seçkilərin keçirilməsini təmin etməyə, daxili sınma xətlərini “təmir və bərpa etmə”yə və milli birliyə nail olmağa, eyni zamanda ölkəmiz ətrafında nisbətən əlverişli beynəlxalq və regional əhatənin yaradılması üçün təxirəsalınmaz addımlar atmağa, sürətlə yaxınlaşan təhlükələrin- artan xarici risk, çağırış və təhdidlərin səmərəli şəkildə önlənməsi üçün önləyici tədbirlər görməyə çağırır.

AzDP Ali Məclisi eyni zamanda bəyan edir ki, bu siyasi inkişaf yolunu seçəcəyi, demokratik strateji seçim edəcəyi, demokratik inkişaf, milli birliyin yaradılması və azad dünyaya inteqrasiya yolu tutacağı, eyni zamanda sürətlə yaxınlaşan təhlükələrin səmərəli şəkildə önlənməsi üçün önləyici tədbirlər görəcəyi halda partiyamız, müxalifətdə olmasına rəğmən, hakimiyyətin bu strateji siyasi kursunu dəstəkləyəcək, eyni zamanda ölkənin bütün demokratik qüvvələrini də milli maraqlarımıza cavab verən bu strateji inkişaf xəttinə dəstək verməyə çağıracaq.

Azərbaycanın bütün demokratik qüvvələri, müxalifəti, vətəndaş cəmiyyəti, müstəqil və yarım-müstəqil mediası və ziyalıları oyanmalı və xalqa da nə baş verdiyini, millətimizi və dövlətimizi nələrin gözlədiyini anlatmalı, hakimiyyəti girdiyi bu yalnış yoldan döndərmək üçün təsirli ictimai-siyasi təzyiq təşkil etməlidi.

Azərbaycan xalqı ayıq olmalı, sistem böhranına girən, xarici təsirlərə də açıq və həssas olan ölkəmizin xaosa sürüklənməsinə, dövlətimizin “suriyalaşma”sına və uğursuzluğa düçar olmasına imkan verməməlidi.

Əziz həmvətənlər! Azərbaycan hamımızın vətəni, Azərbaycan Respublikası hamımızın dövlətidi. Onu yalnız millət olaraq birlikdə qoruya bilərik.

 Azad Demokratlar Partiyasının Ali Məclisi bütün Azərbaycan xalqını birliyə, öz dövlətinə, hakimiyyətinə və gələcəyinə sahib çıxmağa çağırır.

Tanrı Azərbaycanı, millətimizi və dövlətimizi qorusun. Amin”.

 

Bakı şəhəri

28 iyul 2016-cı il.

 

Oxşar xəbərlər
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO