“Universitetlər gəlirdən çox reytinqləri barədə düşünməlidir”
Oxunub: 3146
28 Jul 2016 | 16:07
“Universitetlər gəlirdən çox reytinqləri barədə düşünməlidir”
Etibar Əliyev: “Sovet dövründə ali təhsilin keyfiyyəti yüksək, qəbul qüsurlu idi, indi qəbul qüsursuz aparılır, lakin ali təhsilin keyfiyyəti aşağıdır” 
Ali məktəblərə qəbul imtahanları başa çatdı. Abituriyentlər artıq sabahdan, yəni iyulun 29-dan  avqustun 10-dək ixtisas seçimini edəcəklər. Qəbul imtahanları yekunlaşsa da, göstəricilər ötən illə müqayisədə elə də ürəkaçan deyil. Məsələn, I və IV qrup üzrə 61 faiz abituriyent 0-200 bal toplaya bilməyib. Qəbul imtahanlarında abituriyentlərin göstərdiyi biabırçı nəticələrlə bağlı “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyevlə söhbət edik.

- I və IV ixtisas qrupu üzrə 22 min 508 abituriyent  0-200 bal toplaya bilməyib. Bu da imtahanda iştirak edənlərin 61 faizi deməkdir. Sizcə, bu rəqəm çox deyilmi?

- Bəli, nəticələr ürəkaçan deyil. Abituriyentlərin aşağı nəticə nümayiş etdirməsinin bir neçə səbəbini göstərmək olar - müəllimlərin öz peşələrinə məsuliyyətsiz yanaşmalarını, repetitor institutunun zəifləməsini, dərsliklərdə məzmun problemini, dərsdən yayınma hallarının çox olmasını və sair. Fənn proqramları uşaqlar tərəfindən normal mənimsənilsə, bu göstərici xeyli aşağı düşə bilər. Bizə elə gəlirdi ki, müəllimlərin əmək haqqı yüksəldikdən sonra orta təhsilin keyfiyyətində müsbətə doğru dəyişiklik yaranacaq. Bununla yanaşı, hər tədris ilində “ilin yaxşı müəllimləri” və “yaxşı məktəbləri” seçilib, pulla mükafatlandırılır. Lakin motivasiya aşağı düşür. Bizim orta təhsil sistemimizin belə xüsusiyyətləri var. Biz indi də müəllimləri qınamaqdan çəkinirik. Ancaq keyfiyyətin əsas göstəriciləri onlardan asılıdır. Fizikada “entropiya” anlayışı var.  Sistemin entropiyası sistemdə nizamsızlıq dərəcəsini xarakterizə edir. Bu anlayışı təhsilə də aid etmək olar. Biz nizamsızlıq dərəcəsini hələ də dəqiq müəyyənləşdirə bilmirik.

- Yəni 61 faiz abituriyentin müsabiqədə iştirak edə biləcək balı toplamamasını məktəblərdəki təlim-tədris işinin səviyyəsinin artmamasının nəticəsi adlandırmaq olar?

- Bizdə istər şəhər məktəblərində, istərsə də kənd məktəblərində təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün işlər görülür. Lakin keyfiyyətdə coğrafi faktor hələ də qabarıqlığı ilə özünü göstərir. Çox vaxt biz keyfiyyəti kurikulumlardakı qüsurlarla əlaqələndiririk. Yaxşı, biz yapon və yaxud alman orta məktəblərinin kurikulumlarını bizim məktəblərə gətirsək, müəllimlərimiz keyfiyyətdə dəyişiklik yarada biləcəklərmi? Yox. Məncə, müəllimin öz tədris metodikası tədrisdə mühüm rol oynamalıdır. Bu metodika uşaqlarda istedadın üzə çıxmasına səbəb olmalıdır. Bunun üçün onlar bəyənmədikləri dərsliklərdən əlavə dərsliklər axtarmalıdırlar. Bu istək isə onlarda yoxdur.

- Sovet dövrü ilə müqayisə aparırsınızmı? Məsələn, o dövrdə ali məktəbə imtahan verənlərin sayı əhalinin sayına görə nə qədər idi və nəticə necə olurdu? Bu göstəricilərə görə sovet dövrü ilə indiki dövr arasında bir uçurum varmı?

- Sovet dövründə belə statistikalar ictimailəşdirilmirdi. Sadəcə, savadlılığın göstəriciləri barədə rəqəmlər verilirdi. Məsələn, əgər indiki qəbul prosesi sovet vaxtı olsaydı, istedadlı uşaqlar kənarda qala bilməzdilər. Fikrimi daha aydın izah edim. Sovet dövrünün tələbə qəbulu prosesində qüsurlar, əyriliklər mövcud idi. Lakin ali təhsilin keyfiyyəti yüksək idi. İndi qəbul qüsursuz aparılır, lakin ali təhsilin keyfiyyəti aşağı səviyyədədir. Bunun özü də müəllim faktoru ilə bağlıdır. Müəllim faktoru həm də keyfiyyətli təhsil mühitini formalaşdırırdı. Sovet vaxtı adamı olmayan illərlə tibb, hüquq və başqa fakültələrə daxil ola bilmirdi. İndi biliyin yüksəkdirsə, orta məktəbi qurtaran ili də ali məktəbə daxil ola bilərsən. 

- Ali məktəbi bitirənlərin heç də hamısı işlə təmin edilə bilmir. Sizcə, abituriyentlərin texniki peşə məktəbləri oxuması ölkəmizə daha çox fayda verməzmi, nəinki ali təhsil alıb diplomlu işsizlər cərgəsinə qoşulması?

“Müəllimləri qınamaqdan çəkinirik, ancaq keyfiyyətin əsas göstəriciləri onlardan asılıdır”


- Peşə təhsilinin vəziyyəti acınacaqlıdır. Yaxşı xatırlayıram, biz qəbula gələn ili metroların qarşısında və başqa ictimai yerlərdə peşə təhsilinin təbliğatı aparılırdı. Bu, istər-istəməz diqqəti cəlb edirdi. İndi televiziyalarda, yaxud ictimai yerlərdə hansısa peşə məktəbinin təbliğ olunmasına rast gəlmisinizmi? Ancaq hər gün təhsil haqqı yüksək olan orta məktəblərin və bağçaların təbliğatı aparılır. İndi 20-30 bal toplayan abituriyentlər də peşə təhsilinə meyl etmirlər. Ukraynada, Türkiyədə, Gürcüstanda ali məktəblər axtarırlar. Yaxşı sənətkar savadsız ali təhsillidən qat-qat çox pul qazanır və hörməti də ondan çoxdur. Peşə Təhsili Agentliyinin yaradılması, məncə, yaxın vaxtlarda bu istiqamətdə müəyyən dönüş yaradacaq. Bunun üçün peşə liseylərinin modernləşməsi işi sürətlənməlidir. Təhsilin bu pilləsi inkişaf etdirilsə, artıq cəmiyyətdə aşağı nəticələr göstərənlərin statistikası çox hallandırılmayacaq. 

- Ali təhsilli, savadlı gənclərin işsiz qalması, sizcə, planlaşmanın düzgün aparılmaması ilə əlaqəli bilərmi?

- Bizim ali məktəblər dəyişən dünyanın tələbatına uyğun mütəxəssislər hazırlamaq üçün islahatlar aparmalıdır. Elmi tədqiqatların spektri genişləndirilməlidir. Mühüm bir məsələyə toxunmaq istəyirəm. Məsələn, sovet vaxtı fizika fakültəsini bitirənlərə fizik, müəllim, biologiya fakültəsini bitirənlərə bioloq, müəllim ixtisasları verilirdi. Yəni proqramlar elə formalaşdırılırdı ki, elmi və pedaqoji istiqamətlər bir-birini tamamlayırdı. Elmi işlə məşğul olmaq istəməyənlər pedaqoji fəaliyyətlə məşğul olurdular, yaxud əksinə. İndi “Təhsil ixtisas qrupu” üzrə fizika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat, biologiya, kimya müəllimliyi və s. ixtisaslar,  “Təbiət ixtisasları qrupu”nda riyaziyyat, mexanika, fizika, kimya, biologiya, coğrafiya və s. ixtisaslar yer alıb. 

“Təhsil haqqında” Qanuna görə, “Təbiət ixtisasları qrupu”na daxil olan ixtisaslar üzrə ali məktəbləri bitirənlər müəllim işləyə bilməzlər. Qanun həm də onların elmi tədqiqat müəssisələrində işləməsinə imkan vermir. Bunun üçün onlar magistratura pilləsini bitirməlidirlər. Bu barədə indiyə qədər kimsə düşünübmü? Dövlətin və vətəndaşın xərclədiyi külli miqdarda vəsait nədən işsizlik yaratmalıdır? Analoji yanlışlıqlara “Humanitar və sosial ixtisaslar qrupu”nda da yol verilib. Bu blokun ixtisaslarına diqqət edək: tarix, filologiya, fəlsəfə, psixologiya və s. Bu ixtisasları bakalavr pilləsi  üzrə bitirənlər də nə müəllim işləyə bilərlər, nə də ki, elmi işçi.  

- Azərbaycanda ödənişli əsaslarla təhsil azaldılmalıdırmı və ya pullu ixtisaslara qəbul olan, amma oxumaq imkanı olmayan abituriyentlərə hansı güzəştlər edilə bilər? Güzəşt zamanı əsas meyar nə götürülməlidir?

- Dünyanın inkişaf etmiş ölkələrində təhsil haqları təhsilin keyfiyyətinə görə müəyyənləşdirilir. İmkansız, lakin istedadlı tələbələrə çox kiçik faizlərlə uzun müddətli kreditlər verilir. Bizdə istedadlı kasıb uşaqlar elitar deyilən orta məktəblərdə təhsil ala bilməzlər. Ali məktəblərin yüksək təhsil haqları da onların qarşısında maneədir. Keyfiyyəti qiymətləndirilməmiş ali məktəblərdə təhsil haqları yüksək ola bilməz. Massaçuset Texnologiya İnstitutunun məzunları 40 mindən çox şirkət yaradıblar ki, onların gəlirləri 230 milyard dollardır. Bu cür universitetlər tələbə gəlirlərindən varlanmırlar. Əsas gəlirlər tədqiqatlardandır. Bizim universitetlər isə məzunlarının hökumətdə tutduqları vəzifələrə görə öyünürlər. Universitetlər gəlirlərindən çox reytinqləri barədə düşünməlidirlər. Təəssüflər olsun ki, universitetlərimiz təhsil haqları hesabına “yaşamaq” missiyasından əl çəkə bilmir.(musavat)
Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."