Ermənilər bir-birini qırmağa qalxdı ”“ düşmən ölkə qarışdı
Oxunub: 15854
28 Jul 2016 | 09:10

Ermənilər bir-birini qırmağa qalxdı ”“  düşmən ölkə qarışdı

İşğalçı ölkədə gözlənilənlər gerçək olur; Qarabağ müharibəsi canilərindən biri də güllələnənlər arasındadır; silahlılar təcili yardım personalını girov götürdülər; Sərkisyanın istefası tələbləri ciddiləşir; milli etimad hökumətinin yaradılması təklifi irəli sürüldü; ABŞ isə Ermənistandakı vətəndaşlarına xəbərdarlıq çağırışı elədi... 

İyulun 17-də Ermənistan polisinin post-patrul alayının binasının silahlı qrup tərəfindən zəbt olunmasından sonra yaşanan gərginlik pik həddinə çatıb. Ötən gecədən etibarən Ermənistan polisi iki həftəyə yaxındır ölkə hakimiyyətini səksəkədə saxlayan “Sansa tsrer” silahlı qruplaşmasının tərəfdarlarının həbsinə başlayıb. 

İrəvan polisi Xorenatsi keçəsi ətrafında onlarla nümayişçini saxlayıb, onların arasında jurnalistlər də olub. Həbslər zamanı polislə nümayişçilər arasında ciddi toqquşma baş verib. Rəsmi mənbələr 37-si polis olmaqla, 62 nəfərin zərər çəkdiyini xəbər verib. Ermənistanın radikal “Müəssislər məclisi” təşkilatının rəhbəri Qaregin Çuqasyan isə hakimiyyəti hədələyib. O, AzadlıqRadiosunun Ermənistan bürosuna göndərdiyi yazılı müraciətdə hakimiyyətin polis alayı binasının zor yolu ilə ələ keçirməsi halında cəzasız qalmayacağını bildirib. Çuqasyan baş verən hadisələrdə Ermənistan hakimiyyətini günahlandırıb və onları ölkəni satmaqda ittiham edib: “Sərkisyan və Nalbandyan erməni xalqından başqa hər kəsin maraqlarını müdafiə edir” deyə o, müraciətində bildirib. Çuqasyan baş verən hadisələrlə əlaqədar gizli fəaliyyətə keçdiyini bəyan edib. 
Ermənistanın “İrs” Partiyasının sədri Raffi Ovanisyan isə hakimiyyəti terrorçuluqda ittiham edib. Ovannisyanın fikrincə, Ermənistanda problemlərin həlli üçün bütün vasitələr tükəndiyindən, insanlar silaha əl atmalı olub. Müxalifət partiyasının sədri bu səbəbdən silahlı qruplaşmanın hərəkətlərinə haqq qazandırdığını bildirib və onları antiterrorçular adlandırıb. 

Ermənistan Milli Özünütəyinetmə Birliyinin sədri Paruyr Ayrkikyan da hakimiyyətin qan tökülməkdən qaçmaq naminə istefa verməsini və milli etimad hökumətinin yaradılmasını təklif edib. 

Bu arada hökumət qüvvələri ilə qiyamçılar arasında baş verən silahlı toqquşma nəticəsində silahlı qrupun 4 üzvünün yaralandığı və iki üzvünün polisə təslim olduğu bildirilib. Bundan başqa, polis alayının binası qarşısında silahlıları dəstəkləyən 30-dək etirazçı saxlanılıb. Silahlı şəxslərdən Koryeqanov qardaşlarının atası Armenak Koryeqanovun mətbuata bildiridiyinə görə, əslində polis tərəfindən heç bir basqın olmayıb. Sadəcə, yaralı qiyamçıların polisə təslim edilməsi üçün razılıq əldə olunub. Yaralıların təslim edilməsi zamanı polis Pavel Manukyana atəş açıb. Atəş zamanı onun oğlu Aram atasının yanına qaçdığı üçün polislər onu da yaralayıblar. Qrupun digər iki üzvü isə yaralı yoldaşlarını xərəklə aparmağa gələrkən həbs olunublar. Avanek Koryeqanov silahlı şəxslərin tələblərindən vaz keçməyəcəyini  mətbuatın diqqətinə çatdırıb.


Digər məlumatda isə bildirilir ki, atışma zamanı silahlı qrupun üzvləri Aşot Petrosyan və Ovanes Arutyunyan yaralanıb, onlar xəstəxanaya aparılıb. Səhərə yaxın isə silahlıları dəstəkləyənlərdən Artur Sərkisyan avtomobilini ərzaqla dolduraraq polkun ərazisinə daxil olmaq istəyib. Lakin polislər hər tərəfdən onun avtomobilinə atəş açıblar. Buna baxmayaraq, yaraqlılara yemək çatdırmaq mümkün olub.


Silahlılar yoldaşlarının həbs edilməsinə və güllələnməsinə cavab olaraq İrəvanın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçirən silahlılar təcili tibbi yardım briqadasını girov götürüb. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan facebook səhifəsində yazıb. Bunun qarşılığında Ermənistan xüsusi təyinatlıları da post-patrul alayını ələ keçirmiş qiyamçılara qarşı əməliyyata başlayıb. Ermənistan paytaxtında polislə silahlılar arasında baş verən atışmada 90-cı illərdə Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı qəddarlıq etmiş canisi Pavel Manukyan və onun oğlu Aram Manukyan da ağır yaralanıb. Onlar xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin ağır olduğu deyilir. P.Manukyan və oğlu “Sasna Tsern” silahlılarının sırasında iyulun 17-də polis binasını zəbt edənlər arasında olub. 
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi bəyanatında  isə tökülən qanlara görə silahlı birləşmənin məsuliyyət daşıdığı bəyan edilib. 


İşğalçı ölkədəki durumu şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistan prezidenti Serj Sərkisyan çox çətin seçim qarşısında qalıb: “O, bir tərəfdən polis məntəqəsini ələ keçirən silahlı qrupu neytrallaşdırmaq məcburiyyətindədir, digər tərəfdən, qan töküləcəyini bildiyindən hakimiyyətin cəmiyyətin bir hissəsi ilə qarşıdurmasının qaçılmaz olduğunu anlayır. Ermənistanda bu hadisələr ona görə baş verir ki, cəmiyyət indiki hakimiyyəti seçki yolu ilə uzaqlaşdırmanın çətin olduğunu anlayır. Sərkisyan əlindən gələn hər şeyi edəcək ki, gələcək hakimiyyət onun və ya varisinin nəzarətində qalsın. İkincisi, erməni cəmiyyəti Dağlıq Qarabağdakı aprel uğursuzluğunun səbəbini məhz korrupsiya ilə əlaqələndirir. Yəni ordu o qədər korrupsiyalaşıb ki, erməni hərbçilərini qorumaq iqtidarında deyil, səfalət fonunda generalların bahalı villaları İrəvan ətrafında göz oxşayır. Ona görə də belə vəziyyətdə cəmiyyətin radikal hissəsi silaha əl atır”. 


Ekspert hesab edir ki, Sərkisyan hətta bu gün həmin polis məntəqəsini azad etsə belə, silahlı müxalifətin hakimiyyətlə növbəti qarşıdurmaya gedəcəyi istisna deyil: “Ermənistan yeganə ölkədir ki, silahlılar rahatca parlamentə daxil olub ölkə rəhbərliyindəki əsas simaları qətlə yetirib. Ermənistanın tarixi bu millətin böyük terror təcrübəsindən xəbər verir. Əvvəllər bu terroru türklərə qarşı yönəldirdilər, indi isə türklərə əlləri çatmadığından bir-birilərini öldürməyə başlayıblar. Bu proses hələ uzun müddət davam edəcək”.


Vəziyyətin kritikləşməsini nəzərə alan ABŞ-ın Ermənistandakı səfirliyi isə İrəvanın Erebuni rayonunda post-patrul xidməti alayının binasının silahlı qruplaşma tərəfindən ələ keçirilməsi hadisələri ilə bağlı öz vətəndaşlarına xəbərdarlıq edib. Bununla bağlı məlumat səfirliyin saytında yerləşdirilib (koordinat.az). ABŞ diplomatik missiyası silahlı qruplaşmanın binaya nəzarəti davam etdirdiyini və şəhərdə vəziyyətin mümkün gərginləşmək ehtimalının qaldığını bildirib. Bununla əlaqədar səfirlik ABŞ vətəndaşlarına nümayişlərin keçirildiyi, eləcə də insan izdihamının yaşandığı yerlərə getməkdən çəkinməyi tövsiyə edib.

Görünən budur ki, işğalçı ölkədə baş qaldıran silahlı üsyanın tezliklə yatırılacağı və ölkədə nizamın bərqərar ediləcəyi xeyli problematikdir. Aprel müharibəsindən sonra hələ də özünə gələ bilməyən, ordu rəhbərliyi və keçmiş Qarabağ döyüşçüləri ilə arasında dərin uçurum yaranan Ermənistan hakimiyyəti bu gün böhranlı vəziyyətlə üz-üzə qalıb. Üstəlik, cəmiyyət də Sərkisyan iqtidarına nə apreldəki itkilərlə müşayiət olunan uğursuzluqları, nə də ölkənin sonuncu “müstəqil ərazisini” - hava məkanını da Rusiyanın ixtiyarına verməsini bağışlaya bilmir. Bu mənada istisna deyil ki, Sərkisyanı qarşıda daha ağır günlər gözləyir. Yazı çapa hazırlanana qədər Ermənistanda qarşıdurma davam edirdi...(musavat.com)
Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."