Rusiyada yaşayan azərbaycanlılar: "Bundan sonra daha səylə çalışmalıyıq"
Siyasət
Oxunub: 1759
27 Jul 2016 | 21:42
Rusiyada yaşayan azərbaycanlılar:

Ötən ay azərbaycanlılar müəyyən fasilədən sonra yenə Bakıya toplaşdılar. Əsası Azərbaycanın ümummilli lideriHeydər Əliyev tərəfindən qoyulan qurultayların keçirilməsinə 2001-ci ildən start verilib. Növbəti dəfə cari il iyunun 3-4-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayına toplaşan həmyerlilərimizin bu dəfəki toplantısı hazırkı proseslər, həm də zaman baxımından əvvəlkilərdən fərqlənirdi. Dünyada və regionda baş verən son hadisələr, dünyadakı iqtisadi və siyasi amillərin tamamilə dəyişməsi, xüsusilə də Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarında növbəti təxribatlar fonunda azərbaycanlıların toplaşması mühüm siqnallarla yadda qaldı.

Azərbaycan Prezidenti İlham Əliyevin də dünya azərbaycanlıları qarşısında çıxışı zamanı səsləndirdiyi tövsiyələr, bəyanat da bunu təsdiqləyirdi. Dövlət başçısı bildirdi ki, bu qurultay dünya azərbaycanlılarının birləşməsi, daha fəal olması baxımından çox önəmlidir. Azərbaycan Prezidenti dünyada yaşayan azərbaycanlıların tarixi Vətənləri ilə əlaqələrini kəsməsini istəmədiyini vurğulayıb: “Bu halda Azərbaycan dövləti onlara daha çox dəstək verəcək. Xaricdə milyonlarla azərbaycanlı yaşayır. Mən istəyirəm ki, azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal rol oynasınlar. Yetişən gənclər də Azərbaycanla bağlı olmalı, Azərbaycan dilini bilməlidir”. Dövlət başçısı qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi və xarici ölkələrdəki səfirlər daim diaspor təşkilatları ilə əlaqədə olmalıdır: “Mən iki ildən bir səfirlərlə görüşürəm və diaspor təşkilatlarına kömək göstərmələrini tapşırıram”. Azərbaycan Prezidenti çıxışında səfirlərlə diaspor təşkilatları arasında əlaqələrin güclənməsi, azərbaycanlıların sağlam rəqabət aparması, gücün birlikdə olmasının vacibliyini bildirib. Dövlət başçısı azərbaycanlıların yaşadıqları ölkənin ictimai-siyasi həyatında yetərincə yer tutmaması, həmin ölkənin mətbuatı ilə sıx əlaqə qura bilməməsindən təəssüfləndiyini bildirərək buna ciddi önəm verilməsini tövsiyə edib. Mətbuatla sıx əlaqədə olmağın, informasiya mübarizəsinin müasir dünyadakı aktuallığını xatırladan Prezident İlham Əliyev dünya azərbaycanlılarının diqqətini buna yönəltməyə çağırıb. Xarici ölkələrdəki azərbaycanlı iş adamlarına Azərbaycanda investisiya qoymağı da tövsiyə edən dövlət başçısı indiki durumda bütün azərbaycanlıları birgə olmağa çağırıb.

Qurultayın gedişində və qurultaydan sonra da Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər azərbaycanlıların çıxışlarında, mətbuata bəyanatlarında əsas arqument oldu. Xüsusilə də dövlət başçısının qaldırdığı məsələlər onların planları ilə tam üst-üstə düşür.

Rusiya dünyada yaşayan azərbaycanlıların daha çox toplaşdığı birinci ölkədir. Ən əsası da son illər bu ölkədə azərbaycanlıların fəaliyyəti, diasporumuzla bağlı müxtəlif proseslərin baş verməsi diqqət mərkəzində olub. Bakı qurultayı və ölkə başçısının səsləndirdiyi fikirlər burada geniş müzakirələrə səbəb olub.

Ümumrusiya Azərbaycanlıları konqresinin İcraçı direktoru İlqar Hacıyev “Report”a müsahibəsində bildirib ki, diaspor təşkilatlarının əsas məqsədi Azərbaycanla, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri fəaliyyət göstərdiyi ölkənin ictimaiyyətinə çatdırmaqdır. O qeyd edib ki, bu işdə Azərbaycan diasporunun birliyi vacibdir: “Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı vurğuladığı kimi xaricdə fəaliyyət göstərən diaspor təşkilatları bir nöqtəyə vurmalı, birləşməlidirlər. Ötən əsrin 90-cı illərində haqq səsimizi dünyaya çatdırmaqda çətinliklərimiz var idi, blokada şəraitində yaşayırdıq. Sovet ordusunun əhaliyə qarşı etdiyi əməllərə görə Azərbaycan xalqı meydanlara axışdı. Həmin dövrdə məhz ümummilli lider Heydər Əliyevin Moskvaya gəlişi, Azərbaycanda baş verən hadisələrlə bağlı etirazı bizdə böyük ruh yüksəkliyi yaratdı. Ötən dövr ərzində də diaspor fəaliyyətimiz təşkilatlanma dövrünü keçib”.

Ən böyük Azərbaycan diaspor təşkilatlarının Rusiyada olduğunu vurğulayan İlqar Hacıyev bildirib ki, bu ölkədə yaşayan azərbaycanlılar Vətən uğrunda çalışmağa, vuruşmağa hazırdırlar: “Dövlət başçısı növbəti qurultaya qədər olan strateji proqramı açıqlayıb, qeyd edib ki, dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır. Biz də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Qurultaydan dərhal sonra Rusiya Federasiyasının regionlarında diaspor təşkilatları ilə görüşlər keçirilib, diaspora fəalları ilə növbəti fəaliyyətimizi müzakirə etdik. Rusiya Federasiyasının Duma seçkilərində iştirakda daha fəal olmalıyıq. Qeyd etmək istərdim ki, özümüzdən tam razı deyilik və bundan sonra daha səylə çalışmalı, həmyerlilərimizə dəstəyi artırmalıyıq”.

Ulyanovsk vilayəti azərbaycanlılar Konqresinin sədri İslam Hüseynov “Report”a müsahibəsində bildirib ki, Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Konqresi öz işini bir aydan çoxdur ki başa vurub, amma onun nəticələri hələ də həm Azərbaycan diasporlarının daxilində, həm də onların fəaliyyət göstərdiyi ölkələrdə müzakirə olunur: “Bu gün geosiyasət və millətlərarası münasibətlər məsələləri həmişəkindən daha aktualdır. Prezident İlham Əliyevin mesajı da respublikanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə müəyyənləşdirməyə imkan verir. Onu da anlamaq vacibdir ki, Konqresinin keçirilməsinin əsas səbəbi Dağlıq Qarabağ münaqişəsində vəziyyətin kəskin gərginləşməsiydi. Bu problem, təbii ki, göz ardı edilə bilinməz, onunla hesablaşmaq lazımdır. Prezidentin fikrincə, bu gün Azərbaycan xalqının birliyi həmişəkindən daha çox vacibdir, diaspor təşkilatları işlərini intensivləşdirməli və onu mümkün qədər xalqın maraqlarına uyğunlaşdırmalıdır. “Gənc nəslə xüsusi diqqət ayrılmalı, onların öz tarixi vətəni ilə əlaqəsini itirməsinin qarşısı alınmalıdır. Ölkə xaricində milyonlarla azərbaycanlı yaşayır və mən istərdim ki, onlar yaşadıqları dövlətin ictimai-siyasi həyatında daha fəal rol oynasınlar. Yetişən gənc nəsil həmçinin Azərbaycanla bağlı olmalı və Azərbaycan dilini bilməlidir", - deyə Prezident İlham Əliyev bildirib. Digər mühüm aspekt - diasporlar və Azərbaycanın səfirlikləri arasında daimi əlaqənin mövcudluğudur. Prezidenti bildirib ki, bu, diplomatik fəaliyyətinin ən mühüm hissəsidir. Ölkə xaricdə yaşayan azərbaycanlıların birlikləri arasında üfüqi əlaqələri də inkişaf etdirmək lazımdır. Amma bu, onlar arasında rəqabətin olmaması anlamına gəlmir. Təki bu rəqabət sağlam olsun və ümumi rifah üçün aparılsın. Dövlət başçısı media sektorunda iştirakı və KİV ilə sıx əlaqələrin qurulub inkişaf etdirilməsinin vacibliyini ayrıca qeyd edib: Azərbaycanın səsi soydaşlarımızın yaşadığı hər bir ölkədə aydın eşidilməlidir”.

İslam Hüseynov bildirib ki, Konqres zamanı Prezident İlham Əliyev aydın şəkildə bəyan edib ki, diasporun ictimai fəaliyyəti xırda, boş şey deyil, əksinə, dünyada Azərbaycanın müsbət imicinin yaradılması baxımından böyük və çox əhəmiyyətli işin bir hissəsidir: “Əgər biz, Rusiya azərbaycanlıları ətrafımızdakıların bizi qanuna tabe və fəal vətəndaşlar, dost, layiqli, sivil xalqın nümayəndələri kimi görmələrini arzulayırıqsa, o zaman birləşmək və hərəkətə keçmək lazımdır. İlham Əliyev açıqca bildirib ki, Azərbaycan başqa ölkələrin işlərinə müdaxilə edə bilməz. Amma digər ölkələrdə yaşayan azərbaycanlılar cəmiyyətin hörmətli üzvləri, elita nümayəndələri olan zaman, ictimai, iqtisadi və siyasi həyatda mühüm yerlər tutanda Azərbaycanın nüfuzu təbii yolla artır. Eyni zamanda Rusiyanın regionlarında, dərinliklərində çoxsaylı Rusiya əhalisi arasında iş paytaxtdakı və beynəlxalq səviyyədəki işdən heç də az əhəmiyyətli deyil. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Rusiyanın bir çox regionlarında diaspor təşkilatları ciddi uğurlar göstərir və beləliklə Prezidentin strategiyası çərçivəsində hərəkət edir. Mən ilk növbədə Həştərxan, Moskva, Murmansk, İrkutsk, Amur, Yaroslavl, Sverdlovsk vilayətlərini, Perm diyarını, Soçi şəhərini və Rusiya Federasiyasının bir çox digər subyektini nəzərdə tuturam. Diaspor vasitəsilə çoxsaylı mədəni, sosial və xeyriyyə layihələri həyata keçirilir. Məsələn, Ulyanovsk vilayətində Azərbaycanla mədəni və iqtisadi əməkdaşlıqla bağlı birbaşa müqavilə bağlaması üzrə iş aparılır. Rusiya diasporu tərəfindən Prezident İlham Əliyevin ideyalarının həyata keçirilməsi üçün möhkəm zəmin yaradılıb. Onları həyat keçirmək vəzifəmizdir", - deyə İ.Heseynov bildirib.

Mövzu ilə bağlı Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) İdarə Heyətinin üzvü Emin Hacıyev də “Report”a müsahibə verib.Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə xalqlar arasındakı dostluğun möhkəmləndirilməsində və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalıyla mükafatlandırılan E.Hacıyev fəaliyyətinə verilən bu cür yüksək qiymətə görə təşəkkürünü bildirib: “Bu, hər bir azərbaycanlı üçün yüksək mükafatdır. Fəaliyyətimi yüksək dəyərləndirdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirmək, həmçinin AMOR sədriLeyla Əliyevaya təşəkkür etmək istəyirəm. Leyla xanım mənə inandı və belə bir məsuliyyətli işi - Rusiyada yaşayan azərbaycanlı gənclərlə işləməyi mənə həvalə etdi", - deyə o bildirib.

E.Hacıyev qeyd edib ki, Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR-un əsas vəzifəsi Rusiyada yaşayan azərbaycanlı gənclərin ölkəmizin zəngin mədəniyyətini, qədim tarixini və ənənələrini layiqli şəkildə təmsil edə bilməsi üçün azərbaycanlı gəncləri birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasını təmin etmək, təhsil məsələlərində yardım etmək, planlara və ideyalara dəstək verməkdən ibarətdir: “Bu gün Rusiyada AMOR-un 70-dən çox regional ofisi var. Rusiyanın bir çox ali məktəblərində Azərbaycan klubları fəal çıxış edirlər. Leyla Əliyevanın səyləri nəticəsində gənclərimizin inkişafı və onların Rusiya cəmiyyətinə inteqrasiyası üçün hər cür şərait yaradılıb. Gənclərimiz arasında çox sayda savadlı və istedadlı insanlar var və onlar iki ölkə arasındakı dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir. Bu gün AMOR aparıcı beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə sıx və səmərəli əməkdaşlıq quran vahid təşkilatdır. AMOR çoxlu sayda xeyriyyə, intellektual, mədəni və təhsil xarakterli tədbirlər həyata keçirir. Fikrimcə, Azərbaycan diasporunun fəalları qarşısında duran ən böyük vəzifə, əlbəttə ki, dünya ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri çatdırmaqdır. Rusiyada yaşayan Azərbaycan gəncləri, tələbələrimiz bütün konfranslarda, forumlarda, müzakirələrdə fəal iştirak edir, sosial şəbəkələrdə intensiv işləyir.

Rusiyada Azərbaycan iş qurmaq istəyən, maraqlı layihələri olan çox sayda gənc iş adamı var. Biz onlarla görüşlər keçirəcək, Azərbaycanın biznes sferası barədə onlara məsləhətlər verəcək, layiqli azərbaycanlıların müxtəlif dövlət və media qurumlarına namizədliklərini fəal şəkildə dəstəkləyəcəyik. Prezidentin qarşımıza qoyduğu bütün məqsədlərə çatmaq üçün diaspor təşkilatları və diplomatik nümayəndəliklərin bir-biri ilə əlaqəli işləməsi, bir-birini dəstəkləməsi lazımdır. Buna nail ola bilsək, istənilən çətinliyin öhdəsindən gələ bilərik. Sonda diaspor hərəkatına göstərdikləri dəstəyə görə Azərbaycan Gənclər və İdman Nazirliyinə, Heydər Əliyev Fonduna və Diasporla İş üzrə Dövlət Komitəsinə səmimi minnətdarlığımı bildirmək istəyirəm", - deyə Emin Hacıyev bildirib.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva vilayəti üzrə rəhbəri Şamil Tağıyev “Report”a deyib ki, Bakıda təşkil edilən Dünya Azərbaycanlılarının IV Konqresi onun üçün yenilik oldu: “Azərbaycan diasporunun gənc nümayəndəsi kimi mənə dünyanın müxtəlif yerlərindən toplaşmış yaşlı nəslin nümayəndələrinin fikirlərini dinləmək və onların yaşadıqları yerlərdə inteqrasiya olunmaqla bağlı işlərinin təcrübəsini öyrənmək çox maraqlı idi. Bundan başqa, mənim üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev Mərkəzinin zalında diaspor təşkilatlarınınnümayəndələri və rəhbərləri qarşısında çıxış etdiyi Konqresin ilk günü də məhsuldar alındı. Dövlət başçısı ölkə xaricində güclü diaspor amilinin əhəmiyyətini vurğulayaraq diasporların əlaqəli fəaliyyət formatında tariximiz, mədəniyyətimizin təbliğinin aparıla biləcəyini və dünya ictimaiyyətinə Azərbaycan haqqında həqiqətləri çatdırmağın mümkünlüyünü vurğulayıb.

Cənab prezident qeyd edib ki, təmsil etdiyin və yaşadığın ölkənin layiqli nümayəndəsi olmaq və hətta ara-sıra yaranan çətinliklərə baxmayaraq, bu dövlətlərin şərəfini qorumaq üçün həmişə ön sıralarda qalmaq lazımdır. Bundan başqa, İlham Əliyev iş adamlarını ölkədə müxtəlif layihələrin həyata keçirilməsi üçün investisiya ayırmağa çağıraraq hazırda bunun üçün hər cür şərait yaradıldığını bildirib. Hesab edirəm ki, Prezidentin bu sözləri diasporun hər bir nümayəndəsinə yaşadığı ölkədə fəal və səmərəli iş üçün siqnal olmalı idi.

Konqresdən sonra, gözlənildiyi kimi, Azərbaycan diasporunun fəaliyyət göstərdiyi bəzi ölkələrdə icmaların işinin yaxşılaşdırılması üçün müəyyən addımlar atılıb. Bundan əlavə, bu gün diasporun fəal işi üçün ciddi zəmin yaradılır. Eyni zamanda dünya ictimaiyyətinin diqqətinə Azərbaycan və azərbaycanlılar haqqında aktual və etibarlı məlumatları çatdıra biləcək bir çox informasiya layihələrinə start verilib.

Ancaq hesab edirəm ki, yay vaxtı diaspor təşkilatlarından xüsusi fəallıq gözləməyə dəyməz. Çünki indi ictimai birliklərin çoxu tətildədir, onların rəhbərləri isə məzuniyyətə çıxır. Beləliklə, diasporumuzun həyatında sistemli fəaliyyətə başlamaq və Dünya Azərbaycanlılarının IV Konqresində iştirak etmiş digər liderlərə baxmaq üçün sentyabr ayını böyük səbirsizliklə gözləyirik”.

Oxşar xəbərlər
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq