Arvadını qarğadı, oğlu öldü...
Cəmiyyət
Oxunub: 8097
27 Jul 2016 | 20:12
Arvadını qarğadı, oğlu öldü...
Arvadına etdiyi qarğış oğluna düşdü və öldü 

... XIX əsrdə Kürdəmirli Mövlanə İsmayıl Şirvaninin Bağdaddan Kürdəmirə qayıtması ilə Azərbaycanın təsəvvüf tarixində önəmli bir mərhələ başlamışdır. Belə ki, 1817-ci ildə ustadı Mövlanə Xaliddən icazənamə alaraq Kürdəmirə gələn İsmayıl Şirvani nəqşibəndiliyi Qafqazda yayaraq, milli mübarizə ideologiyasının - müridizmin formalaşmasında əsas rol oynamışdır...

Davamı: 
(əvvəlin bu linkdən oxumaq olar: //www.moderator.az/news/145614.html )


Mövlanə İsmayıl Şirvani dünyasını dəyişəndə yerinə ən kamil müridi Şeyx  Həmzə Nigarini xəlifə təyin etdi. 
Həmzə Nigari 1805-ci ildə Qarabağ xanlığının Bərgüşad mahalının (indiki Laçın rayonunun) Cicimli kəndində dünyaya gəlmişdir. Atası Mir Rüknəddin Əfəndi Mir Paşa təxəllüsü ilə tanınmışdır. (Türk mənbələrində isə Seyid Paşa kimi göstərilmişdir.) Anası Xeyransa xanım isə Qızxanım adı ilə tanınmışdır.
Şəcərəsi Ağabalım və Malikəjdər Baba vasitəsi ilə Həzrəti Peyğəmbərimizə qədər gedib çıxır.

Elm ardınca diyar-diyar gəzən Seyid Mir Həmzə ona bu yolda maddi və mənəvi dəstək olan iman və səxavət sahibi Nigar xanımın şərəfinə «Nigari» təxəllüsünü götürmüşdür. 

Həmzə Nigari ilk təhsilini Şəkinin Dəhnə kəndində almışdır. Sonra isə böyük sufi mütəfəkkiri Mövlanə Xaliddən dərs almaq üçün səyahətə çıxmışdır. Xarputa çatanda Xalidin vəfat etdiyini eşitmiş, oradan Sivasa getmişdir.

Həmzə Nigari Sivasda olarkən, Mövlanə İsmayıl Siracəddin Şirvaninin adını eşitmiş, ona mürid olmaq üçün yola çıxmışdır. O Azərbaycanda olarkən, Rus dövlətinin təzyiqləri ilə üzləşmiş, yenidən Türkiyəyə - Sivas şəhərinə qayıtmışdır. Mürşidi Siracəddin Şirvaniyə də burada yetişmişdir. Həmzə Nigari burada təsəvvüf elminin sirlərini öyrəndikdən sonra mürşidindən icazə alaraq ziyarət səfərinə çıxmışdır. Əvvəlcə Konyaya gedib Mövlanə Cəlaləddin Ruminin türbəsini ziyarət etmiş, sonra isə, Məkkə, Mədinə, Şam, Qüds şəhərlərinə gedərək, müqəddəs yerləri ziyarət etmişdir.

Ziyarətini tamamlayıb, Amasiyadan dönən Həmzə Nigari irşad etmək üçün mürşidi Mövlanə Siracəddin Şirvanidən icazənamə almışdır.
Həmzə Nigari İrşad fəaliyyətinə Bərgüşad və Bərdə ərazisində başladı. Burada mollaların təqib və təzyiqləri ilə üzləşdi. Daha sonra Qazax bölgəsində geniş fəaliyyət göstərmiş, ətrafına minlərlə mürid toplamışdır (Qarabağ mahalında «Şıx əfəndi» Qazax bölgəsində isə «Həzrəti Pir» təxəllüsü ilə məşhur olmuşdur).

Vətənpərvər və azadlıqsevər olan Mir Həmzə Azərbaycanın Rusiya dövlətinin əsarətində qalmasına dözə bilmirdi. Xalqı çar hökumətinə qarşı üsyana qaldırmaq üçün təbliğat aparır və əqidədaşı Şeyx Şamilin ruslara qarşı apardığı müharibəyə canlı qüvvə və maddi yardımla vaxtaşırı dəstək olurdu. Çar hökuməti bunu bildiyindən Mir Həmzə Seyid Nigarinin gizli şəkildə ölümünə qərar verir. Bir neçə dəfə Şeyxə qarşı sui-qəsd təşkil edilsə də Allah Öz dostunu bütün təhlükələrdən hifz etmişdir. Nəhayət, bu böyük sufi mütəfəkkiri mühacirət etmək məcburiyyətində qalır. Bir neçə ay Qubadlı rayonunun Çələbilər kəndi yaxınlığında Hərtiz dağındakı mağarada gizlənir. Burada ona Səfər adlı mömin bir şəxs qulluq edir.
Nəhayət, gizli yollarla Osmanlı dövlətinə mühacirət edən Nəqşibəndi Şeyxi Həmzə Nigari Krım müharibəsindən sonra Ərzurumun Bakurlar məhəlləsinin məscidindəki dərsxanada üç il dərs verdi.


Həmzə Nigariyə müraciət edənlərdən Kim olursa-olsun, əvvəlcə müraciət edənin halını, səviyyəsini diqqətlə tədqiq edər, ona görə də rəftar edərdi. Yəni, misal üçün, dərviş olmaq istəyən şəxsin fitri qabiliyyətini tədqiq etdikdən sonra, ona istedadına görə tapşırıq verərdi. Bəzisinə də fərz olan ibadət etməsini və haramdan çəkinməsini tapşırmaqla kifayətlənərdi.

İnabətdəki təlim üsulu

Müridin idrak və zəkasına uyğun onun anlaya biləcəyi səviyyədə mütaliə tapşırar, artıq yükləmədən çəkinərdi. Müridinin anlamaqda çətinlik çəkəcəyi ifadələri işlətmirdi. Onun qüdsi nəfəsləri o qədər təsirli idi ki, ən bəsit ifadələri belə dinləyicisinə zövq verər və anlaşılardı.
Başına ürfan tacını qoyub dərsə və ya ibadətə girərkən, bam-başqa bir hal alarmış. Üzünü bir nur, bir işıq haləsi bürüyər, riqqətdən tələbələrinin bir çoxunun ürəyi gedərmiş.

Ərzurumdan İstanbula gələn Həmzə Nigari bir müddətdən sonra Amasiyada məskunlaşmış, təfsir və hədis elmlərini tədris etməklə yanaşı, təsəvvüfü fəaliyyətlə də məşğul olmuşdur.
Ətrafına on minlərlə müridlər toplanan nəqşibəndi şeyxi Həmzə Nigarinin nüfuzundan narahat olan Sultan Əbdülhəmid onun Xarputa sürgün edilməsinə fərman verdi.
Burada diqqət çəkən məqamlardan biri odur ki, həmin vaxt Osmanlının  Daxiliyyə Naziri Nigarinin şeyxi və onu xəlifə təyin edən Mövlanə  Siracəddin Şirvaninin oğlu Şirvanzadə Mehmet Rüşdi Paşa idi. O, hakimiyyətdə yerini isti saxlamaq üçün atasının dostlarını və müridlərini təqib edirdi. Həmzə Nigarinin sürgün olunması fərmanını da Sultan  məhz Mehmet Rüşdi Paşanın raportlarına əsasən vermişdi. Bu barədə müridləri Həmzə Nigariyə sual verəndə Şeyx deyib: “Allah heç bir  valideynə xeyrsiz övlad qismət etməsin”.


Həmzə Nigari 1886-cı ildə dünyasını dəyişdi. Vəfatından əvvəl Xarput valisindən Amasiyada dəfn olunmasını xahiş etdi. Vali Amasiyanın 8 günə dəf ediləcək bir məsafədə olmasını və bu müddətdə cəsədin iylənəcəyini əsas gətirib, vəsiyyətə etiraz etmək istədi. Şeyx cavabında: «80 il «Allah-Allah» deyən bu bədən 8 günə qoxuyacaqsa, qoy qoxusun»-deyir. Vəsiyyətinə uyğun olaraq cənazəsi Amasiyaya gətirilib, burada dəfn olunmuşdur. Qarabağdakı müridlərinin yardımı ilə türbəsi və Şeyxin adına məscid inşa edilmişdir.

Həmzə Nigarinin «Fütuhati-məkkiyyə»yə yazdığı «Təvzihat», türkcə və farsca Divanı, «Nigarnamə» və «Saqinamə» adlı əsərləri vardır.
Aşağıda adları çəkilən məşhur övliyalar şeyx Həmzə Nigariyə mürid olaraq, ondan irşas etmək üçün icazənamə almışdılar.

1) Hacı Mahmud əfəndi Qərani (Qazax rayonu)
2) Mir Seyid Həsən Hüsnü əfəndi əd-Dağıstani
3) Ağarəhim Ağa Dilbazi
4) Qazi Osman əfəndi
5) Şahnigar Xanım Rəncur
6) Hacı Teyyub əfəndi
7) Hacı Zəkəriyyə əfəndi
😎 Hacı Mustafa əfəndi
9) Postlu Hacı Mahmud əfəndi


Mir Həmzə niyə “Nigari” təxəllüsünü götürdü?

Yuxarıda qeyd etdim ki, Seyid  Mir  Həmzə yaxın dostu Nigar xanımın şərəfinə “Nigari” təxəllüsünü götürmüşdü. Araşdırmalar göstərir ki, Nigar xanım ərli və zəngin bir qadın olmaqla, Mir Həmzəyə böyük inam və etiqad bəsləmiş, ona elm almaq üçün dünyanı dolaşmaqda böyük maddi və mənəvi dəstək vermişdir (necə ki, Xədicə anamız Peyğəmbər əfəndimizə dəstək olmuşdur). İman əhli olan bu xanımın elmə böyük marağı olmuş, elm adamlarına yardım etməyi özünə mənəvi borc bilmişdir. Onun dəstəyindən yararlanan Mir Həmzə də bu köməyin əvəzi olaraq həm ona daim duaçı olmuş, həm də adını təxəllüs götürərək, bugünkü və gələcək nəsillərə çatmasına səbəbkar olmuşdur. (Bu əhvalatda ibrət alınası məqamlardan biri də odur ki, Peyğəmbərimizin zamanında (elə ondan sonra da) Xədicə kimi minlərlə zəngin qadın vardı. Onlardan ancaq  Xədicə anamız öz sərvətini Allaha xoş gedən bir işə: İslamın yayılmasına və Peyğəmbər əleyhissəlamın fəaliyyətinə sərf etdiyi üçün, yalnız onun adı bugünümüzə gəlib çıxıb və qiyamətə qədər də nə qədər ki, Məhəmməd əleyhissəlamın adı çəkiləcək, onunla yanaşı Xədicə anamızın da adı yaşayacaq. Eyni zamanda Mir Həmzənin dövründə də Nigar xanımdan da zəngin sonsuz sayda qadınlar vardı. Onlardan yalnız Nigar xanım Həzrət Xədicənin missiyasını davam etdirdi. Ona görə də ancaq onun adı bugünümüzə gəlib çıxdı. Şübhəsiz ki, gələcək nəsillər də bizim kimi Həmzə Nigarinin irsini araşdıranda mütləq bu təxəllüsün haradan götürüldüyünə  də diqqəti yönəldəcəklər...)
Diqqətinizi maraqlı bir məqama da cəlb edək ki, bütün qadınlar kimi Mir Həmzənin həyat yoldaşı da onu Nigar xanıma qısqanırdı. Onun adını təxəllüs götürməsini heç cür həzm edə bilmirdi. Günlərin birində iman və səxavət sahbi olan Nigar xanım dünyasını dəyişir. Bu bəd xəməri Mir Həmzəyə sevinə-sevinə çatdıran həyat yoldaşı Nigar xanımın haqqında təhqiramiz ifadələr işlədib: “filankəs” öldü deyir. Bu bəd xəbər və mömün bir xanımın belə cahilliklə təhqir olunması Seyid Nigarinin qəlbini dağlayır və qəzəblə üzünü arvadına tutaraq: “Sənin ciyərin yansın” deyə qarğayır. Duaları kimi ah-naləsi də keçərli olan bu imam övladının qarğışı ünvanına çatır. Amma, necə? Bildiyimiz kimi, hər bir övlad valideyninin ciyəridir (ciyərparəsidir). Qarğınan qadının da ciyəri yeganə oğlu Siracəddin idi. Odur ki, həmin andan Siracəddinin halı pisləşərək yatağa düşdü. Kəramət əhli olan Həmzə Nigari o saat başa düşdü ki, arvadına etdiyi qarğış oğluna düşdü və bu səbədən belə vəziyyət yarandı. Nə qədər namaz qılıb, dualar etsə də vəziyyəti dəyişə bilmədi. Artıq olan olmuşdu ”“ Siracəddin güllə dəymiş yaralı kimi yataqda  qıvrılırdı. Hadisənin sabahı günü Həmzə Nigari atını çaparaq, özünü ətraf kənddə yaşayan  başqa bir kəramət sahibinin ”“ ustadı Şeyx Alı Çələbinin mənzilinə çatdırır. Vəziyyəti ona danışıb, kömək etməsini xahiş edir. Alı Çələbi yan otağa keçərək, namaz qılıb, dualar edir. Qayıdıb Mir Həmzəyə təəssüflə bildirir ki. Artıq gecdir, oğlun sabah dünyasını dəyişəcək, get tədarük gör. Beləliklə, Həmzə Nigarinin yeganə oğlu Siracəddin əfəndi atasının qarğışı səbəbindən (şübhəsiz ki, taleyinə bu cür dünyadan gedəcəyi yazılıbmış) üç günün tamamında Haqq  dərgahına qovuşdu. 
Yuxarıda qeyd etdim ki, Həmzə Nigarinin şəcərəsi Laçının Cicimli kəndində türbəsi olan, Həzrət Əlinin yaxın silahdaşı  Malik Əjdərə bağlanır. Onu da qeyd edim ki, həmin bölgədə Malik Əjdərin soyundan olan başqa kəramət sahibləri də yetişmişlər. Buna misal olaraq bütün Qarabağda kəramətləriylə məşhur olan, Mir Həmzənin yaxın qohumu Şıx Fərzalı babanın (1853-1928) adını çəkmək olar. Bu övliyanın kəramətlərini sübut edən bir çox əhvalatlar xalq arasında indi də dillər əzbəridir. Onlardan birini moderator.az-ın oxucularına çatdırım ki, bu Allah dostunun dualarının necə keçərli olduğu barədə təsəvvürə malik olsunlar. Əhvalat belə olmuşdur:

Qubadlı rayonunun Dəmirçilər kəndindən Şıx Mustafa babanın Qiymət adlı qızı həddibuluğa çatmamış rəhmətə getmişdi. Bu hadisə uşağın anası Həcəri çox sarsıtmışdı. O, gecə gündüz dayanmadan ağlayırdı. Həyat yoldaşı Mustafa baba Həcəri heç cür  sakitləşdirə bilmirdi. Ona görə də qonşu Saray kəndində yaşayan Şıx Fərzalı babaya kömək üçün müraciət etdi. Bir qədər məsləhət-məşvərət edəndən sonra belə qərara gəldilər ki, ananı qızının qəbri başına gətirsinlər və onu qızı Qiymətin ruhu ilə danışdırsınlar.  
Razılaşdırılan vaxt uşağın atası, anası, Fərzalı baba və bir neçə kənd ağsaqqalları qəbristanlığa gəlib məzarın başında dayanırlar. Övliya namaz qılıb, dua edir və uşağın ruhunu çağırır. Üçüncü çağırışda məzardan səs gəlir: “Can baba, eşidirəm”. Fərzalı baba soruşur ki, qızım, niyə gec cavab verdin? Uşaq cavab verir ki, Cənnətdə çayın qırağında oynayırdım, gördün çağırırsan, qaça-qaça gəldim. Övliya soruşur ki, qızım, anan səndən nigarandır, ona sözün varmı? Uşaq cavabında deyir ki, anama deyin mən Cənnətdəyəm, amma, anam daim ağlayır deyə çox narahat oluram. Ona deyin ağlamasın. 

XX əsrin əvvəllərində baş verən bu heyrətamiz hadisənin bir çox şahidləri olmuşdur. Onlardan  sonuncu rəhmətə gedən İsmayıl Abuşov keçən əsrin 70-ci illərinə qədər yaşamışdır. O, şahidi olduğu  bu hadisəni daim məclislərdə danışarmış. İsmayıl kişiyə  istinadən bölgənin bir çox yazarları bu hadisəni öz əsərlərində işıqlandırmışlar (elə biz də bu hadisəni qələmə alarkən, həmin yazarlardan Şakir Mirlərə və övliyanın həmkəndlilərinə istinad etdik). 

 Həmzə Nigari dini əsərlər yazmaqla bərabər, həm də gözəl qəzəllri də qalmışdır. Bu  qəzəllərdən birni oxuculara təqdim edirəm:

Çıxmadı sahibi-dəva, nə əcəb?
Açmadı bayraqi-bala, nə əcəb?
Çıxdı çün firqeyi-Dəccal, nəh,
Çıxmadı Mehdi, Məsiha nə əcəb?

Atdı atəşlərə Nəmrud bizi,
Gəlmədi bir Xəliləsa, nə əcəb?

İrdi Firoon bizim dadımıza, 
İrmədi bir yədi-beyza, nə əcəb?

Olmadı milləti-islama kömək,
İrmədi bir mədəd, aya, nə əcəb?

Ey Nigari, qədəri-Mirim üçün
Tövbə qıl, söyləmə haşa “nə əcəb?”.

Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı

Yazarın arxivi:
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama