Azərbaycanda bəzi məmurlar məşuqələrini o dünyada belə nəzarətsiz buraxmır. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, bəzi məmurlar dünyasını dəyişən ailə üzvləri ilə yanaşı, məşuqələrinin də məzarına nəzarət kameraları qoydurur, bu yolla günün istənilən saatında məzarı, onun ətrafını, habelə bu məzarın ziyarətinə gələnləri görə bilirlər. Başqa sözlə desək, bu yolla məmurlar məşuqələrinə öləndən sonra da qayğı göstərir, onları “tək qoymurlar”.
Mənbənin sözlərinə görə,
bu cür məzarlara qəbiristanlıq işçiləri trəfindən hər gün diqqqət göstərilir,
onların təmizliyinə xüsusi fikir verilir. Həftədə ən azından bir gün bu məzarların
üstünə gül dəstəsi qoyulur ki, bütün bu xidmətlərin qarşılığında məmurlardan
böyük miqdarda zəhmət haqqı alınır.
Bilgili qaynağın sözlərinə
görə, məşuqlərin “perestijli qəbiristanlıqda” dəfn edilməsi də ona olan sevgi və
ehtiramın göstəricisi hesab edilir.