“Turan” İnformasiya Agentliyinin rəhbəri, media eksperti Mehman Əliyev Moderator.az-a açıqlamasında reklam gəlirlərinin önəminə diqqət çəkib. M.Əliyevin sözlərinə görə, bütün dünyada medianın əsas gəliri reklam vəsaitləri hesabına əldə edilir ki, Azərbaycanda bu sahədə vəziyyət sözün həqiqi mənasında acınacaqlıdır:
“Dövlət mediaya vəsait
ayırmalı deyil. Ona şərait yaratmalıdır ki, media öz pulunu qazansın. Dünya
praktikasında mətbuatın əsas gəlirinin 85%-i reklamdan gəlir. Azərbaycanda isə
reklam bazarı demək olar ki, yoxdur. Belə olan halda medianın gəlir əldə etməsindən
söhbət gedə bilməz. Dövlət medianın innkişafını istəyirsə, ilk növbədə bu məsələyə
diqqət yetirməlidir. Yalnız bundan sonra medianın inkişafı, maddi asılılığının
zəifləməsi və s. haqqında danışmaq olar”.
Seymur Əliyev