Xrisitian gürcülərin mücahidliyi - Pankisidə İŞİD komandiri Umar Şişanini yad edirlər
Oxunub: 1585
23 Jul 2016 | 19:47
Xrisitian gürcülərin mücahidliyi -  Pankisidə İŞİD komandiri Umar Şişanini yad edirlər
Gürcüstanda, Pankisi dərəsindəki Birkianidə Umar Şişaninin həlak olmasından kədərləniblər. O İslam Dövləti adlandırılan ekstremist təşkilatın komandirlərindən biri idi.

Səhra komandirinin atası deyir ki, oğlu Gürcüstanda qalıb hərbi karyerasını davam etdirə bilsəydi, taleyi başqa cür olardı.

Ümumilikdə isə, Pankisi dərəsindən onlarca insan İraq və Suriyaya gedib. Onlardan 20-si artıq həlak olub.

“Yad” maşınlar

Gürcüstan paytaxtından Pankisiyə üç saatlıq maşın yolu məsafəsi var.

Yol gürcü şərabçılığının diyarı Kaxetiyadan keçir. Lakin Kaxetiyanın şimalında şərabın alıcısı yoxdur.

Pankisinin əsas əhalisi ”“ kistinlərdir. Gürcüstana bir neçə əsr bundan əvvəl köçüb gəlmiş çeçenlərin törəmələrini belə adlandırırlar.

Buranın bir neçə kilometr cənubunda yerləşən kaxet kəndlərindən fərqləndiyini dərhal sezirsən. Adamlar burdan keçən yad maşınları uzun müddət gözləri ilə seyr edirlər. Küçələrdə başıaçıq qadına, saqqalsız kişiyə nadir hallarda rast gəlinir.
Doğma kəndi Birkianidə Umar Şişanini öz adı ilə - Tarxan Batiraşvili kimi yad edirlər.
Ona ekstremist qruplaşmanın nüfuzlu lideri kimi yox, həlak olmuş həmkəndliləri kimi baxırlar.

Cihadçı karyerası

Pankisi dərəsinin bəzi sakinləri bu qənaətdədirlər ki, Rusiya-Gürcüstan müharibəsinin iştirakçısı olmuş Şişaninin xidmətlərini Gürcüstanda lazımınca qiymətləndirməyiblər.

"O Gürcüstanın vahidliyi uğrunda mübarizə aparıb. Bir az ağlı başında olan adam Tarxan Batiraşvili qatildir, Tarxan Batiraşvili başkəsəndir kimi ifadələri işlətməz. Televiziyada və ya sosial şəbəkələrdə onun kiminsə başını kəsdiyini görən olubmu? O belə bir əmələ qadir birisi deyildi” ”“ deyir Pankisi sakini Ali Kavtaraşvili.

Umar Şişani Suriyaya 2013-cü ilin yazında gəlmişdi. O əsas etibarilə əcnəbi döyüşçülərdən ibarət briqadada döyüşürdü.

KİV-də getmiş bəzi xəbərlərə görə o, elə həmin il Hələb uğrunda döyüşlərin iştirakçısı olmuşdu.

Şişaninin briqadası başqa cihadçı birləşmələri ilə birlikdə Suriyanın Latakiya əyaləti üzərinə hücum əməliyyatlarına qoşulmuşdu.

Həmin hücumdan sonra Human Rights Watch təşkilatının hesabatında deyilirdi ki, cihadçılar dinc sakinləri qətlə yetiriblər.

Təşkilat 2013-cü ilin onlarında Latakiyada 190 mülkinin öldürülməsindən yazırdı. Bunlardan bəziləri hücum edən cihadçılar tərəfindən edam olunmuşdu, hərçənd Şişaninin bu edamlarda iştirakına dair birbaşa dəlillər yoxdur.

Elə həmin 2013-cü ildə Şişani İŞİD-in Suriyanın şimalındakı əməliyyatlarının komandiri təyin edilmişdi. O 2014-cü ildə Minaq hərbi hava bazasının ələ keçirilməsində iştirak etmişdi.

2014-cü ilin sentyabrında ABŞ-ın Maliyyə Nazirliyi Tarxan Batiraşvilini İŞİD-in maliyyələşdirilməsi üçün məsuliyyət daşıyanların qara siyahısına daxil etmişdi.
Amerika KİV-lərinin xəbərlərinə görə Şişani Raqqadakı həbsxanaya rəhbərlik edirdi. Burada girov pulu alınması məqsədilə əcnəbilər saxlanırdı.

Şişaninin öldürülməsi barədə dəfələrlə xəbərlər yayılsa da, sonradan təsdiq olunmurdu.
Mart ayında Pentaqon xəbər vermişdi ki, Şişani Suriyanın şimal-şərqində Amerika hərbiyyəsinin endirdiyi hava zərbəsi nəticəsində aldığı yaralardan ölüb.

2016-cı ilin 13 iyulunda İD-ə bağlı Amak xəbər agentliyi məlumat verirdi ki, Şişani İraqda, Mosulun cənubundakı Şirkət şəhəri yaxınlığında gedən döyüşlərdə həlak olub.

Bu xəbər təfərrüatlarında Amerika hərbiyyəsinin məlumatı ilə ziddiyyət təşkil etsə də, mahiyyətcə onu təsdiq edirdi.

Başqa ad

Şişaninin ölümü barədə iyulun 13-də yayılmış növbəti xəbərə onun həmkəndliləri əvvəlcə şübhə ilə yanaşmışdılar.

Şişaninin ölümünə o vaxt inandılar ki, Tarxanın yaxınları qonşuların və qohumların başsağlıqlarını qəbul etməyə başladılar.

Bu vaxt artıq Birkianiyə jurnalistlər axışırdılar.

Lakin KİV-in diqqəti Pankisi sakinlərində yalnız qıcıq yaradır.

Şişaninin Birkianidə yaşayan böyük qardaşının qapısı jurnalistlərin üzünə hələ də bağlıdır. 

Qohumlarsa ayıq-sayıqdırlar ki, evlərinin yaxınlığında kameralar görünməsin.

Onun böyüdüyü və atası Temur Batiraşvilinin indi də yaşadığı evə başsağlığı üçün gələn yoxdur.

"Axı mən xristianam. Onlarda isə xristian ailələrə basağlığı vermək qaydası yoxdur. Tarxan isə qardaşları kimi İslamı qəbul etmişdi” ”“ deyir dərdli-dərdli Temur Batiraşvili.


Biz Temur Batiraşvili ilə son dəfə iki il əvvəl söhbət etmişdik. Ötən müddət ərzində o çox dəyişmişdi.

Oğlunun əhvalatı və onun ölümü haqqında çoxsaylı xəbərlər Temurun belini büküb.

Ona çarpayıdan qalxmaq aşkarca çətindir. O filtrsiz siqaretləri bir-birinə calayır və oğlunun taleyinə görə özünü qınayır.

"Mən yalnız bunu düşünürəm ki, oğlumu tanımamışam. Tarxan məktəbi qurtaran kimi orduya gedib. Onu düz-əməlli nə vaxt görmüşəm ki? ”“ deyir ata, - Mən gah Rusiyada işləmişəm, gah Qroznıda, gah da xaricdə... Ona diqqət eləməmişəm. Axı onları yedirib-içirmək, geyindirmək lazım idi.”

Xatırlayır ki, oğlu məktəbdə yaxşı oxuyub və özünə hərbçi peşəsini seçib.

Onun fikrincə, dönüş nöqtəsi Tarxan Batiraşvili qanunsuz silah gəzdirmək ittihamı ilə həbs olunanda baş verib. Bundan sonra onu ordudan tərxis ediblər. O həbsxanadan vaxtından əvvəl buraxılsa da, iş tapa bilməyib.

"Bəli, hökumət həmin vaxt mənim oğlumu məhv edib. Yəni Gürcüstana döyüşçülər lazım deyildi? Belə bir döyüşçünün Gürcüstan ordusunda olması pismi olardı? ”“ deyir ata, - Qoy indi Saakaşvilinin millətçiləri də, ruslar da sevinsinlər. Tarxan daha yoxdur”.

Özgə müharibə

Tarxan Batiraşvilinin başqa tale yaşaya biləcəyinə Leyla Açişvili də inanır. O bizimlə özünün Cokolo kəndindəki qonaq evinin gül-çiçəkli bağçasında söhbət edir.

Leylanın başında qara yaylıq var. Öz biznesi haqqında həvəslə danışır, lakin oğlanlarından söz düşəndə səsi əsməyə başlayır. Onlar Pankisidə doğulub böyüsələr də Avropaya, oradan isə Suriyaya gediblər.

"Biri proqramçı idi, o biri xarici dilləri bilirdi. Mən heç təsəvvür də etməzdim ki, onlar ora gedərlər. Amma getdilər” ”“ deyir Leyla.

Batiraşvili Pankisi də doğulub böyüsə də, Leyla onunla ilk dəfə Suriyada görüşüb. Leyla ora 2013-cü ildə böyük oğlunu oradan geri qaytarmaq ümidi ilə getmişdi.

Onun sözlərinə görə, o vaxtlar hələ Batiraşvili belə nüfuzlu komandir deyildi və dostunun anası ilə həvəslə görüşmüşdü.

"Mən oğlumdan soruşdum ki, nə baş verir? O bura niyə gəlib? Dedi ki, “biz Əsədi devirməliyik”. Dedim ki, “niyə? Bu ölkədə çoxlu insan var, qoy Əsədi də onlar devirsinlər”. O mənə cavab verdi ki, “Quranda yazıldığına görə bütün dünyaya şəriət buradan yayılacaq" - deyə xatırlayır ana.

Oğlunu geri qaytarmaq ona nəsib olmayıb. Suriyadan qayıtdıqdan dörd gün sonra onun ölüm xəbərini alıb.

"Mənə bu xəbəri kiçik oğlum verdi. Mən qorxuya düşüb soruşdum: “İndi sən nə edəcədəksən? Birdən oralara getmək fikrində olarsan?” Mənə dedi ki, “mən də ora gedəcəyəm” ”“ deyə danışır Leyla.

“Onlar eyni ildə həlak oldular. Avqustda böyüyü, oktyabrda kiçiyi, - deyir ana, - Məndə böyük oğlumun ölümü ilə bağlı fotoşəkil var, amma kiçik oğlum barədə dəqiq məlumat yoxdur. Bu, ən ağır olanıdır. Düşünürsən: “Görəsən düşmən əlinə keçməyib ki? Bəlkə ona işgəncə verirlər? Bu fikir hər yerdə məni qarabaqara izləyir”.
Pis ad çıxarmış dərə

Leyla Açişvilinin iki oğlu Suriyada döyuşlərdə ölüb


Leyla deyir ki, yaşamağa davam etmək üçün özündə güc tapa bilib.

Onun yaşlı valideynləri və qızı var. Oğulları ona 6 nəvə qoyublar. Oğlanlarını görəcəyinə ümid edir. Lakin bu dərədə mehmanxana işini inkişaf etdirmək asan deyil.

"Ötən il, demək olar, qonağımız olmayıb. Bəziləri zəng edib soruşurdular ki, Pankisiyə gəlmək təhlükəsizdirmi? Gəlsələr, bir problem çıxmaz ki? ”“ deyir Leyla, - Mən izah edirəm ki, heç bir problem yoxdur, yəni buralara gələ bilərlər. Lakin haqqımızda çoxlu dezinformasiyalar yayılır. Guya bizdə terrorçular var. Ona görə belə düşünürlər ki, Suriyaya gedənlərin arasında çoxları Pankisidən çıxıb.”.

15 min insanın yaşadığı Pankisi dərəsinin reputasiyası doğrudan da yaxşı deyil.

Buraların adı dünya KİV-ində 2000-ci illərdən görünməyə başlayıb.

İkinci çeçen müharibəsi zamanı Çeçenistandakı evlərini tərk edən çox sayda qaçqın Pankisiyə axışırdı.

Elə o vaxtlar Rusiya Gürcüstanı yaraqlıları və onların təlim bazalarını bu dərədə gizlətməkdə ittiham etməyə başlamışdı.


2002-ci ildə Pankisi Rusiya aviasiyasının bombardmanına məruz qaldı və çox sayda dinc sakin həlak oldu.

Bundan az keçmiş Gürcüstanın güc nazirlikləri də Pankisidə genişmiqyaslı xüsusi əməliyyat keçirdilər.

Birkiani kəndinin kənarında kiçik bir qəbristanlıq var. Burada Şişaninin məzarı yoxdur və çətin ki, nə vaxtsa olsun

Pankisi ətrafında ehtiraslar daha sonra səngidi, amma bu, çox da uzun çəkmədi.
Pankisidən olan gənc oğlanların Suriya və İraqda döyüşməsi regionun imicini heç də yaxşılaşdırmır. Buna görə də Gürcüstanın bu dilbər guşəsində turizmin inkişafından danışmaq çətindir.

Bir çox yerli sakinlər kimi Leyla da düşünür ki, Pankisidəki pis iqtisadi və sosial vəziyyət gəncləri doğma yurddan yüz kilometrlərlə aralıda olan müharibəyə çəkib aparır.

Pankisi ağsaqqallar şurası idarə heyətinin sədri Zaur Qumaşvili deyir ki, son zamanlar əldə olunmuş azacıq irəliləyişə baxmayaraq buradakı iqtisadi vəziyyət ağır olaraq qalır.
O deyir ki, dərədə əkinə yararlı torpaq sahələri çox deyil və qumsallıq əkinçiliyə heç də yararlı deyil.

"Əgər dərədəki 17 kənddən heç birində istehsalat yoxdursa, gənclərin işlə təmin olunmasından necə danışmaq olar?” - deyir Qumaşvili.

Gənclərin İŞİD-ə axını dayanıbmı?

İD sıralarında nə qədər Gürcüstan vətəndaşının olduğu barədə dəqiq məlumat yoxdur. Müxtəlif məlumatlara görə burada söhbət Pankisi və Acarıstandan olan onlarca müsəlmandan gedə bilər.


Deyirlər ki, son vaxtlar Pankisidən Yaxın Şərqə gənclərin axını demək olar dayanıb
Son illərdə İraq və Suriyada Pankisi dərəsindən olan 20-dək gənc həlak olub.

Yeri gəlmişkən, istər yerli sakinlər, istərsə də hakimiyyət orqanları bildirirlər ki, son vaxtlar Pankisidən Yaxın Şərqə gənclərin axını demək olar dayanıb.

Suriya və İraqa yollanan gənclərin axını barədə xəbərlərin artdığı vaxtlarda Gürcüstan parlamenti ölkə xaricində qanunsuz hərbi birləşmələrdə iştiraka görə cəzaları gücləndirən qanun qəbul etmişdi.

Terrorla bağlı ittihamlarla bir neçə nəfər, o cümlədən Pankisi sakinləri də həbs olunmuşdular.

Gürcüstanın təhlükəsizlik xidmətində hesab edirlər ki, bu tədbirlərlə yanaşı tərəfdaş ölkələrlə məlumat mübadiləsi öz bəhrəsini verir.

Rəsmilər deyirlər ki, bu gün Pankisidə vəziyyət tamamilə sakitdir və nəzarət altındadır.
Yerli jurnalistlərdən Sulxan Bordzikaşvilinin dediyinə görə əvvəllər Pankisi sakinləri Suriyaya daha fəal şəkildə səfər edirdilər, çünki bunu Əsədi dəstəkləyən Rusiya əleyhinə müharibə sayırdılar.

Lakin sonradan əhval-ruhiyyə dəyişib və hətta çoxları geri qayıdıblar.

Məzarının yeri məlum deyil?

Bordzikaşvili hesab edir ki, Şişaninin ölümü ondan nümunə götürən cavanların gözünün odunu bir az da ala bilər.

Lakin Gürcüstanda onlarca ailə artıq Suriya və İraqda olan doğmalarından həyəcanla xəbər gözləyir. Həlak olanların ailəsini bundan yalnız xəbərdar edirlər. Onların cənazələrini heç kim vətənə gətirmir.

Birkiani kəndinin kənarında başdaşları əyilmiş kiçik bir qəbristanlıq var.
Burada Şişaninin məzarı yoxdur və çətin ki, nə vaxtsa olsun. Onun taleyini yaşamış 20-dək başqa insanların da burada məzarları yoxdur.

"Ən ağır olanı budur. Bu sadəcə olaraq bir təsəlli olardı ki, oğul məzarının üstünə gedib onunla söhbət edə, onun son mənzilini qaydaya sala biləydin. Heç olmasa, ondan nəsə qalaydı, - deyir Leyla Açişvili, - Bu gün anaların heç nəyi yoxdur. Biz onların qəbirlərinin harada olmasını bilmirik. Onları dəfn ediblərmi? Əlbəttə ki, onları dəfn etməyiblər. Onlar quş lələyi kimi göyə sovrulublar” (BBC).


Oxşar xəbərlər
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO