Son söz deyən Səməd Vurğun olaydı...
Oxunub: 3667
21 Jul 2016 | 09:00
Son söz deyən Səməd Vurğun olaydı...
                 

Dastanı əlimə alan kimi yaralı xəyalım bir anlığa Kəlbəcərdən, İstusudan keçib Ceyran bulağında cövlan elədi. İki söz nəhəngi qoşa qartal kimi üz-üzə dayanıb əngin səmaları, böyük elli-obalı, həm də əsir elli-obalı, allı-güllü yaylaqları, çaylı, göllü bulaqları, haylı-küylü dərin dərələri diqqətlə seyr edir. Söz sözə toxunur, mizrab simə. Deyişmə başlayır. Ətraf sükut heykəlinə dönüb. Ustadlar ustadnaməni iki yox, üç deyərlər, onlar, bəlkə, artıq deyirlər. Ruhunuz şad olsun, böyük ustadlarımız. Əlin var olsun, qələm tutan, söz misralayan incə ruhlu, şair təxəyyüllü, qorxmaz tədqiqatçı balamız Cəmilə Çiçək.
İlk sözü Dədə Şəmşir deyir:
Şəmşir qoymaz haqqı gözdən yayına,
Şükür-səna eylər Haqqın payına.
Cəhənnəm xəlq olub alçaq-xayına, 
Müqəddəs insana cənnət yaranıb. 

Təbiidir ki, Dədə Şəmşir müqəddəs insan dedikdə, Səməd Vurğunu nəzərdə tuturdu.
Bəli, dəyərli oxucular! Bu misraları “Səməd Vurğun-Aşıq Şəmşir dastanı” haqqında deyəcəyim fikirlərimə, bir növ, proloq kimi verdim.
Öncə deyim ki, bu kitaba böyük alim, görkəmli elm və mədəniyyət xadimi, akademik İsa Həbibbəylinin və dostum, filoloğiya elmləri doktoru, professor Füzuli Bayatın yazdığı poetik ruhlu yazılarını  diqqətlə oxudum. Doğrusu, bu ətraflı, zəngin təxəyyüllə yazılmış yazılardan  sonra son söz demək, bəlkə də, artıq idi. Müəllifin xahişi ilə beş-on kəlmə son söz dedim. Və fikirləşdim, hər deyilən söz yadigardır.
XIX-XX əsrlərdə aşıqlar şeirinin qızıl səhifələrini yazan, fikirlərini zərgər dəqiqliyi ilə cilalayan ölməz sənətkarlarımız sırasında Dədə Şəmşir və Səməd Vurğun da xüsusi yer tutur. Böyük ədəbiyyat alimləri, xüsusən, folklorşünas alimlərimiz yaxşı bilirlər ki, dastanı qələmə almaq dastançıdan həssas ürək, parlaq zəka və poetik istedad tələb edir.
Dastançı Cəmilə Çiçək aşıq ədəbiyyatının şah sütunu olan dastançılardan qorxmayıb, qarşısına ali bir məqsəd qoyaraq “Səməd Vurğun-Aşıq Şəmşir dastanı”nı qələmə alıb. Qüdrətli şair və aşıq sənətinin uca zirvələrindən olan Aşıq Şəmşir böyüklüyünü, onun milli və mənəvi kamilliklərini özünəməxsus poetik inamla tərənnüm edib.
Dastanı oxumazdan əvvəl xeyli düşündüm: görəsən, bu çılğın, sənətsevər, yurd-yuva, vətənsevər  qızcığaz ortaya bir şey qoya bilərmi? Sonra dastanı seyrçi kimi yox, həqiqi oxucu kimi diqqətlə vərəqlədim. Bəzi sətirlərin, cümlələrin, sözlərin altından qırmızı xətlə işarələr qoydum. İşarələdiyim sətirlər xoşuma gəldi. Qəribə də olsa, misalımı dastanın son bəndi seçdim. Ölməz Dədə Şəmşirin poetik arzusunu nümunə gətirdim:
Hicranın atəşi yamandır, yaman,
Əyir qamətimi, verməyir aman.
Şəmşiri torpağa tapşıran zaman
Son söz deyən Səməd Vurğun olaydı.

Bu qənaətə gəldim ki, Çəmilə Çiçək klassik şeir janrlarını; qoşma − ustadnamə, gözəlləmə, vücudnamə, qıfılbənd, gəraylı, diltərpənməzlər, təcnis, cığalı təcnis, ayaqlı təcnis, dodaqdəyməz təcnis, müxəmməs, divani, bayatı, qəzəl, məsnəvi cinaslı rübailər və s. çox yaxşı bilir, sanki sözə işıq verir. Əksər deyimlərində ustadlar kimi müdrik sözlərdən məharətlə barınır. Seçimi əladır, yenə sözü Dədə Şəmşirə verək:
Kimlə yoldaş oldun, soruş, bil adın, 
Ona süd veribdi gör hansı qadın. 
Ardıcdan dağ boyu qalasan odun,
Külündə köz qalmaz, o, tezdən keçər. 

Dastanda tədqiqatçı tarixçi kimi də çıxış edir. O, Qarabağın sərhədlərini sözlə, tarixi fikirlə sanki sərhədləyir. Yəni Aşıq Şəmşirin doğulduğu yurd, müqəddəs Kəlbəcər oylağı, Cavanşir mahalını, əsrarəngiz diyarı ona nə qədər doğmadırsa, tarixi baxımdan Səməd Vurğun da qarabağlı kimi bir o qədər müqəddəs və doğmadır. Yəni tarixi Qarabağın paytaxtı Gəncə xanlığı idi (O zaman Gəncə xanlığını Ziyadoğlular idarə edirdi).
Dastanda o dövrün bir sıra ziyalılarının adları sıralanır və onlarla Aşıq Şəmşirin  münasibəti isti notlarla qələmə alınr. Məsələn, o zaman Kəlbəcərin birinci katibi olan Səfər Verdiyev, görkəmli şairimiz Məmməd Aslan, Əli Qurban Dastançı, şairlərdən Şamil Dəlidağ, Sücayət, Bəhmən Vətənoğlu, şair-tərcüməçi Ənvər Rza, şair Nəsib Nəbioğlu, hüquq elmləri doktoru Eldar Həsənov, naşir-tərcüməçi Əlövsət Ağalarov, Azərbaycan Tibb Universitetinin Cərrahi xəstəliklər kofedrasının dosenti Malik Şükürov, tibb elmləri doktoru, professor Sabir Həbibov, tibb elmləri doktoru, professor Ramiz Əbülhəsənov, tibb  elmləri doktoru Zərraf Təməzoğlu  və onlarla kəlbəcərli sənətkarın adları iftixarla qeyd olunur. 
Eyni zamanda, Aşıq Şəmşir sağ ikən onunla görüşən böyük şair və yazıçılarımızdan Osman Sarıvəlli, Süleyman Rəhimov, Məmməd Araz, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Əli Vəliyev, Zəlimxan Yaqub və başqaları, bir növ, dastanda Aşıq Şəmşirin, necə deyərlər, sənət qardaşları kimi verilir. Ən əsası, bu dastanda rəvayətçilik yoxdur, real faktlar əsasında Cəmilə xanım nəyi duyubsa, nəyi görübsə və hansı sənətkarların Aşıq Şəmşirə dərin münasibətini anlayıbsa, onu poetikləşdirməyə çalışıb.
Dədə Şəmşirin mənalı ömrünün bir hissəsi qüdrətli şairimiz Səməd Vurğunla görüş anları oldu. Hər iki sənətkar saatlarla diz-dizə əyləşib o əsrarəngiz, o əzəmətli torpağımızın ruhunu öz canına hopdurdu, keybir sulardan içdi, dağların saf havasını duydu. Onlar istisuyun əzəmətini, daşı, qayanı yarıb göyə püskürən,  neftdən qiymətli sərvətimiz  olan İstisu kimi loğmanın şəfasını duydular. Sağ olsun böyük xalqımız ki, Səməd Vurğunu, Aşıq Şəmşiri əkiz qardaş kimi anlayır və duyur. Mən kiçik yaşlarımda Kəlbəcərə gedəndə o dağlarda, Ceyran bulağında gözlərim axtarırdı ki, kaş bir tərəfdən Aşıq Şəmşir, bir tərəfdən də Səməd Vurğun çıxaydı. Hər iki qüdrətli sənətkar, hər iki nurani insan burada görüşəydi, saz çalıb, söz qoşub deyişəydilər. Miskin Abdaldan tutmuş ta Sarı Aşığa, Aşıq Alıya, Aşıq Ələsgərə, aşıq Veysələ qədər aşıq mahnılarını, bir növ, yenidən canlandıraydılar. 
Sözün, sənətin altında yaralı bir vətənin övladı olaraq ədəbiyyata atılan, necə deyərlər, onun müəyyən közünü qurdalayan bizim gənc yazarımız Cəmilə Çiçək bu ağır işin öhdəsindən gəlib.
O deyəndə ki  dastana kiçik bir son söz yazın, düzü, mən tərəddüd etmədim. Çünki onun işıq üzü görmüş “Kəlbəcərin saz qalası”,  “Arı çiçəyə gəlib”, “Sən dağlardan ayrılmadın” silsilə kitablarını mən də oxumuşam və hazırda mənim də yazım gedəcək “Sazımız ağlayır dağlar başında” adlı dördüncü kitabı çapa hazırdır. Bu da onun xalq şairi Səməd Vurğuna,  ana yurdu Kəlbəcərə, Aşıq Şəmşirin yaradıcılıq irsinə böyük sayğı, hörmət və məhəbbətinin əlamətidir ki, necə bir əziyyət, zəhmət çəkib. Cəmilə Çiçək  elə bir ədəbiyyat cəfakeşidir ki, ona, heç olmasa, beş-on kəlmə xoş söz demək, zəhmətini qiymətləndirmək ədəbi namusdan irəli gələn bir məsələdir.
Aşıq Şəmşir, qüdrətli sinədəftər şair idi. O, Səməd Vurğunla Kəlbəcərdə Turşsu −İstisu bulağında görüşəndən sonra, necə deyərlər, sanki püskürdü, alovlandı. Bu görüş onun həyatında çox böyük bir təsir buraxdı, tezliklə Azərbaycanda dillər əzbəri oldu:
Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Səməd Vurğun dedi və Aşıq Şəmşir ona cavab verdi. Sonralar da Aşıq Şəmşir bu görüşün təsiryilə onlarca şeir yazdı. Məsələn, dilqəmi üstə oxuduğu “Qardaş” rədifli qoşmasından üç bəndi misal gətirmək istərdim:
Səni soruşacaq böyük və uşaq,  
Analar, bacılar qan ağlayacaq.  
“Haray, Vurğun!” ”“ deyir Murov, Dəlidağ,  
Qoşqar, Kəpəz gəlir təlaşa, qardaş.
Ağlasın doyunca səni Dilbazi,  
Şair avazıdı onun avazı.  
Sənə nə yazıldı bu qara yazı?..  
Az qalır sinəmdə qəm daşa, qardaş
Nə gözəl ifadədir, sinədə qəmin daşması ayrı şeydir, qəmin çoxalması ayrı şey:
Sən ki söz vermişdin bizim mahala,  
Bizə gəlməliydin, gəldin zavala.  
Firqətin Şəmşiri salıb nə hala,  
Belə dağ çəkərmi qardaşa qardaş?     

Görürsünüz necə təsirli, necə əzəmətli şeirdir? Dastanda təkcə Səməd Vurğun adı getmir, həmçinin xalq şairi Osman Sarıvəlli, şeirimizin parlaq nümayəndələrindən olan Hüseyn Arif, onun ətrafında Kəlbəcərin gözəl, sinədəftər şairləri diqqətə çəkilir.  Daha bir şeirini də misal göstərmək istəyirəm, - belə ki, Cəmilə xanım da dastanda qeyd etmişdir- Aşıq Şəmşir Vurğunun vəfatından sonra kədərlənir, qaraçı havası üstə görün necə gözəl bir şeir yazır:
Daha səsin gəlmir, Vurğun, hardasan?!  
Sağ olsan, haraya gəlməyə nə var?!  
Qocalıb olmuşam yorğun, hardasan?  
Dirilmək çətindi, ölməyə nə var?!  

Aşıq qardaş deyib özümə mənim,  
Şəmşirəm, şahid ol sözümə mənim,   
Qələm yoldaşların üzümə mənim  
Yad kimi baxdılar, bilməyə nə var?!   

Cəmilə xanımdan birdən-birə böyük həcmli, daha mənalı əsərlər yaratmaq təmənnası sadəlövhlük olardı. Böyük işdir. Müəllif bu kiçik dastanda yaddaqalan dünyəvi, mahiyyətli fikir və mülahizələr söyləyir. Hər iki sənətkarın parlaq obrazlarını yaratmağa can atır. Onların görüşlərini, xalq arasında olan nüfuzlarını bacardığı qədər poetikləşdirir.
Mən beş-on kəlmə də olsa, bu dastana son söz dediyim üçün çox şadam və düşünürəm, eləcə də əminəm ki, cəfakeş arı zəhmətkeşliyi ilə çalışan gənc yazar Cəmilə Çiçək Azərbaycanın əbədi və ölməz sənətkarları haqqında bundan da böyük, gözəl əsərlər yaradacaq.

Ənvər  ƏHMƏD
AYB-nin Qarabağ bölməsinin sədri,
filologiya üzrə fəlsəfə doktoru, şair 
Oxşar xəbərlər
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:25
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 14:50
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:25
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 14:50
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri