4 günlük müharibədən 3 ay ötdü... - Nəticəsizlik...
Oxunub: 3228
04 Jul 2016 | 09:38

4 günlük müharibədən 3 ay ötdü... - Nəticəsizlik...
Böyük Sülh Sazişi üçün itirilmiş qiymətli zaman geridə, əldən buraxılan daha bir fürsət isə tarixdə qalır; aprel döyüşləri danışıqlar prosesinə təsirsiz də ötüşməyib... 
Azərbaycan ordusunun blits-zəfəri ilə başa çatmış apreldəki 4 günlük müharibənin bu gün 3 ayı tamamlanır. Ötən müddət Dağlıq Qarabağ ixtilafının həllində dönüşə nail olunmaq üçün yetərli hesab olunsa da, sülh nizamlanması prosesində  irəliyə sıçrayışa hələ ki, nail olunmayıb. 

Doğrudur, aprel hadisələrindın sonra ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri səviyyəsində vasitəçilik səyləri, diplomatik fəallıq artıb, Vyanada və Sank-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə bir ayda iki dəfə yüksək səviyyəli görüşlər keçirilib. Amma əfsus ki, nəticə əvvəlkidir - nəticəsizlik. Bu da sövq-təbii müharibə variantını gündəlikdə saxlayır. 

Amma ümidlər ciddi idi ki, beynəlxalq birlik, nəhayət, işğalçı Ermənistana zəbt elədiyi Azərbaycan torpaqlarını azad eləmək üçün ciddi təzyiq göstərəcək. Təzyiqlər isə hələlik yoxdur. Əvəzində təmas zonasında atəşkəsə nəzarət mexanizmlərini gücləndirmək təklifləri səslənib ki, bu da müstəsna olaraq təcavüzkarın maraqlarına xidmət edir. 
Azərbaycan isə bununla bağlı rəsmi mövqeyini qəti şəkildə ortaya qoyub ki, belə mexanizmlər yalnız real sülh prosesi ilə paralel, ərazilərin azad edilməyə başlaması ilə eyni vaxtda tətbiq oluna bilər. Son olaraq prezident İlham Əliyev Ordu Günü ilə bağlı rəsmi Bakının mexanizmlərlə bağlı prinsipial mövqeyini növbəti dəfə ortaya qoyub. 
    
*** 

Bu arada işğalçı ölkənin prezidenti Serj Sərkisyan ABŞ prezidenti Barak Obamaya aprel döyüşlərindən danışıb. Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Obamaya ölkənin Müstəqillik Günü münasibəti ilə ünvanladığı müraciətdə o, Qarabağ münaqişəsinin həllində ABŞ-ın rolundan da söz açıb.


Sərkisyan bildirib ki, Ermənistan üçün Dağlıq Qarabağ probleminin sülh nizamlanması prosesində Minsk Qrupu həmsədrlərindən biri olaraq ABŞ-ın iştirakı çox əhəmiyyətlidir. “Aprelin əvvəlində başlanan genişmiqyaslı hərbi əməliyyatlarda ABŞ-ın izlədiyi diplomatik yol onun məsələnin həllindəki əhəmiyyətini göstərdi. ABŞ bu prosesdə böyük rol oynayır” - Ermənistan prezidenti bildirib. Sarkisyan deyib ki, Birləşmiş Ştatların digər həmsədr ölkələr - Rusiya və Fransa ilə birlikdə bu regionda möhkəm və uzunmüddətli sülhün yaranması üçün öz aktiv vasitəçilik missiyasını davam etdirəcəyinə ümid edir. 

***


İşğalçı ölkə başçısının Obamaya məktubundakı bəzi sətiraltı məqamlar diqqət çəkir. Əvvəla, aprel döyüşlərinin dayandırılmasında ABŞ yox, Rusiya həlledici rol oynayıb, özü də erməni tərəfinin israrlı xahişi ilə. Təcavüzkar ölkənin Rusiyadan əsas incikliyi də məhz Moskvanın aprel olayları zamanı Ermənistanlın tərəfini tutmaması, neytrallıq göstərməsi ilə bağlıdır - hansını ki, İrəvan vaxtaşırı büruzə verməyə çalışır. 

O vaxtdan İrəvan Rusiyadan incikliyini ABŞ-a, Qərbə reveranslar eləməklə kompensasiya etməyə səy edir. Eyni zamanda bununla Kremlə əslində xəfif mesaj göndərir ki, öz maraqları naminə lazım gələrsə, Rusiya ilə strateji müttəfiqliyi istənilən an Amerikaya, Qərbə dəyişə bilər. Yəni rusları satmağa hazırdır. Əksər analitiklər əmindir ki, günün birində məhz belə də olacaq. 

Zatən, Amerika da buna can atır, Ermənistanı Rusiyanın hərbi-siyasi təsir dairəsindən çıxarmağa səy edir. Amma hələ ki, nəticəsiz. Çünki Rusiya Ermənistanda hələ ki, çox güclüdür, orada böyük hərbi kontingent saxlayır, işğalçı ölkənin iqtisadi-energetik sferası əsasən Rusiyanın nəzarətindədir, Ermənistanın xarici sərhədləri belə rus hərbçilər tərəfindən qorunur. Ötən həftə isə Ermənistan öz hava məkanını da rəsmən Moskvanın ixtiyarına verdi. 

Amma ABŞ da ermənilərə borclu qalmır. Hər il Konqres separatçı rejimə maliyyə yardımı ayırmaqla əslində öz simpatiyasının kimin tərəfində olduğunu büruzə verir - hərçənd, rəsmi olaraq Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Ancaq yaddan çıxarmayaq ki, Dağlıq Qarabağ postsovet məkanında yeganə separatçı bölgədir ki, Amerika hökuməti ona maliyyə dəstəyi ayırır. Halbuki, başqa separatçı bölgələrə və onların liderlərinə isə (Krım, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə) sərt qadağalar və sanksiyalar qüvvədədir.


Üçüncü həmsədr ölkə olan Fransadan isə danışmağa da dəymir. Bu da isti fakt: prezident Fransua Olland ötən həftəsonu saxta erməni soyqırımı inkara görə cəza nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib və artıq sənəd aşağı palatanın təsdiqindən keçib, qalır Senat. Maraqlıdır ki, bu təşəbbüs Ollandın prezidentlərin növbəti görüşünün Parisdə keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi məqama təsadüf edib. 
İndi o saxta soyqırımla bağlı təşəbbüs hara, bu görüş təşəbbüsü hara? Dövlət səviyyəsində qatı ermənipərəst mövqe sərgiləyən bir dövlət Dağlıq Qarabağ məsələsində ədalətli arbitr ola bilərmi və onun prezidentlərin görüşünü təşkil eləməsinin hansı pozitiv nəticəsi olacaq? Sual ritorikdir.

*** 

Amma nə yaxşı ki, Azərbaycan Ordusu aprel döyüşlərində göstərdiyi şücaəti ilə vasitəçi dövlətləri hər halda sülh nizamlanması yönündə hərəkətə gətirə bilib.

“Aprel döyüşləri danışıqlar prosesinə təsirsiz ötüşməyib”. Prezident Adminstrasiyasının rəhbərinin müavini Novruz Məmmədov bunu ANS-ə eksklüziv açıqlamasında bildirib. Onun sözlərinə görə, bu döyüşlər münaqişənin dondurulmamış olduğunu sübut edib. 

“Son hadisələrdən, Ermənistan tərəfinin törətdiyi təxribatdan dünya gördü ki, bu münaqişə dondurulmuş münaqişə deyil və qəfil alışıb yana bilər. Bundan başqa, Azərbaycan prezidentinin müxtəlif ölkələrlə, həm Avropa, həm Rusiya, həm Türkiyə, həm də İranla apardığı siyasət göstərir ki, 25 ildir davam edən münaqişənin həllinin vaxtı çatıb. Bu münaqişənin həllinə bu gün çox böyük diqqət var. Beynəlxalq aləmdə, beynəlxalq münasibətlərdə, həm həmsədrlər, həm də həmsədr dövlətlərinin rəhbərlərinin mövqeyindən görünür ki, irəliyə bir addım atmaq cəhdi var”, - deyə Novruz Məmmədov vurğulayıb. 



ATƏT PA-da Azərbaycanın Qarabağla bağlı təklifi qəbul olunub

Tiflisdə keçirilən ATƏT Parlament Assambleyasının (PA) sessiyası çərçivəsində  Siyasi və Təhlükəsizlik məsələləri üzrə ümumi komitənin iclasında qətnamə layihəsinə əlavələr və təkliflər müzakirə edilib. Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili təklif ilə çıxış edib.

T.Mirkişili ATƏT-ə üzv bir neçə ölkədə “dondurulmuş” münaqişələrin həllinin uzadılmasına görə ciddi narahatlığını bildirib və münaqişələrin suverenliyə, ərazi bütövlüyünə və dövlət müstəqilliyə, həmçinin bu dövlətlərin demokratik inkişafına maneə olduğunu və regional əməkdaşlığa və inkişafa çətinlik törətdiyini vurğulayıb. Səsvermə zamanı komitə iclasının çoxluq üzvü Azərbaycanın ATƏT PA-nın Siyasi və Təhlükəsizlik məsələləri üzrə ümumi komitəsinin iclasında qəbul edilən qətnamə üçün təklif etdiyi 4-cü maddə üzrə olan bu düzəliş qəbul edilib.

Ermənistan nümayəndəsi Azərbaycanın qətnaməyə verdiyi təklifin əleyhinə səs verib. Ermənistan nümayəndəsinin 6-cı düzəliş maddəsi üzrə “beynəlxalq hüquqla təsbit olunmuş sərhədlər çərçivəsində” təklif etdiyi düzəliş qəbul olunmayıb. Azərbaycan nümayəndəsi həmçinin Ermənistan nümayəndəsinin düzəlişi ilə bağlı çıxış edərək bu düzəlişin BMT-nin qəbul etdiyi sənədlərə və ATƏT-in Helsinki Xartiyasına  zidd olduğunu bildirib.(musavat/com)
Oxşar xəbərlər
22:41, Bu gün
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
22:35, Bu gün
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
22:20, Bu gün
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
22:16, Bu gün
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
22:13, Bu gün
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
GÜNLÜK
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."