“Fəxrlə deyə biləcəyik ki, biz sumqayıtlıyıq...” - FOTOLAR
Gündəm
Oxunub: 5291
01 Jul 2016 | 14:27
“Fəxrlə deyə biləcəyik ki, biz sumqayıtlıyıq...” - FOTOLAR

Bu gün Sumqayıt şəhərində yüksək sürətlə tikinti, təmir, abadlıq-quruculuq işləri aparılır. Şəhərin istifadə üçün yararsız hala düşmüş bir çox elmi, mədəni, ictimai müəssisələrinin binaları yeniləri ilə əvəz edilir. İstifadə müddətini başa vurmamış, tarixi əhəmiyyətli binalar isə restavrasiya olunur. İndi Sumqayıta daxil olan hər kəs özünü sanki yeni salınan bir şəhərə düşmüş kimi hiss edir. Çünki Sumqayıt sözün əsl mənasında yenidən qurulur. Məqsəd də təbii ki, aydındır. Əlbəttə ki, paytaxta ən yaxın olan şəhər elə paytaxt qədər yaraşıqlı, əzəmətli, göz oxşayan olmalıdır. Sumqayıt sakinləri paytaxtdakı heç nəyin həsrətini çəkməməlidir, istirahət etmək üçün paytaxt  bulvarına, canlı tamaşaya baxmaq üçün paytaxt teatrlarına, konsert izləmək üçün paytaxtdakı konsert salonlarına üz tutmamalıdır. Paytaxtda olan hər nə varsa, elə Sumqayıtda da sumqayıtlılar üçün yaradılmalı, qurulmalı, inşa edilməlidir. Hazırda Sumqayıta varid olanda həmin günün heç də uzaqda olmadığı tam aydın olur. Yeni çəkilməkdə olan Sumqayıt yoluna daxil olan kimi qarşıdakı illərdə Sumqayıtın yüksək səviyyəli mədəni bir şəhərə çevriləcəyini dərhal hiss etmək mümkündür. Axı “mədəniyyət yoldan başlayır” - deyiblər.


DSC_0027


Yaxşı yadımdadır, biz uşaq olanda Sumqayıtı ancaq kimya şəhəri, zərərli tulluntıları çox olan zavodların məkanı kimi tanıyırdıq. Təsəvvürümüzdə elə fikir formalaşmışdı ki, sanki Sumqayıt sakinləri orada məcburən yaşamağa məhkum ediliblər. Elə bilirdik ki, orada insanların ciyərləri oksigen əvəzinə ancaq zəhərli maddələr qəbul edir. Sumqayıtda yaşayan anaların ancaq ölü və ya şikəst, xəstə uşaqlar dünyaya gətirdiyini düşünürdük. Uşaqlar çox şey arzulayar, bizim də uşaq olanda “Tanrı bizə heç vaxt Sumqayıtda yaşamağı nəsib etməsin” kimi bir arzumuz da vardı. Hər dəfə Sumqayıt deyəndə 1994-cü ildə rejissor Mərahim Fərzəlibəyovun çəkdiyi “Mənim Ağ Şəhərim” filmini xatırlayıb, göz yaşlarımıza hakim kəsilə bilmirdik. Acıyırdıq, çox acıyırdıq, Sumqayıtda yaşayan, çalışan insanlara, körpələrə acıyırdıq...

Mənim Ağ Şəhərim (1994).JPG


Ancaq indi hər şey tam fərqli oldu. Həsəd apardım Sumqayıt insanına! Sözün yaxşı mənasında paxıllığım tutdu Sumqayıtda yaşayanlara. Çünki Sumqayıt indi paytaxtdan müsbət mənada fərqlənirdi. Bakıdakı tıxacdan zorla canımızı qurtardığımız halda, Sumqayıtın sakit küçələri insana rahatlıq verirdi. Şəhərdaxili salınmış yaşıllıq zolaqları, hündür ağaclarla əhatə olunmuş istirahət parkları göz oxşayırdı. Yaşıllıqların ətrafa bəxş etdiyi sərinlik paytaxtın bürküsünü unutdururdu. Hələ dənizin bəxş etdiyi sərinliyi, rahatlığı demirəm. Dəniz demişkən dəniz kənarı boyunca salınmaqda olan bulvardan söz açmasam, yəqin ki, haqsızlıq etmiş olaram. Sumqayıtda, düz dənizin kənarında elə gözəl dənizkənarı park salınır ki, dörd göz istəyir tamaşasına dayansın. Təzəcə salınmağa başlanılmış bulvarda tikinti işləri sanki gecə-gündüz demədən davam edir. Çünki elə olmasaydı, məncə qısa zaman ərzində o qədər işi görmək mümkün olmazdı. Əmin oldum ki, çox tez zamanda Sumqayıt gəncləri paytaxtdakı dənizkənarı bulvardan heç də fərqlənməyəcək Sumqayıt bulvarında istədikləri kimi zaman keçirə biləcəklər. Və elə biz də Sumqayıt bulvarının cəlalını görməyə, orada dincəlməyə can atacağıq.


DSC_0001

Bu qədər gözəlliyin üzərinə yazımın əvvəlində sadaladığım yenilikləri, quruculuq işlərini də əlavə etsəm, tam deyə belə bilərəm ki, Sumqayıt məni ilk görüşdən valeh etdi. Əminəm ki, Sumqayıta ilk dəfə gələn hər bir qonaq da mənim kimi bu şəhərə valeh olacaq, şəhərdən yüksək təssüratla ayrılacaq və gördükləri haqqında ağızdolusu danışacaq. Necə ki, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov danışdı. Uzun illərdir Sumqayıtda yaşadığına və müxtəlif vəzifələrdə çalışdığına görə məhz Mehman müəllimlə görüşüb şəhərdəki yenidənqurma ab-havası ilə bağlı ondan məlumat almaq istədim.

Mehman müəllim danışdıqca anladım ki, bugünkü Sumqayıta görə məmnunluq duyan tək mən deyiləmmiş. Sumqayıtlılarla yanaşı, şəhərə təşrif buyuran bütün qonaqlar aparılan bu yenidən qurma, abadlıq işlərinə görə daha çox sevinirlər:

 

Şəhərimizin bu gün yaşıllığa, gül-çiçəyə bürünməsi bizi sevindirməyə bilməz. İnanın, qısa bir müddət ərzində bu qədər iş görülməsi heç kimin ağlına gəlməzdi. Təsadüfi deyil ki, tədbirlərimizə qatılan tanınmış sənət adamları Sumqayıtı görür, bəyənir, sevirlər, hətta burada yaşamaq arzularını da dilə gətirirlər. Təbii ki, bu da bizi bir sumqayıtlı olaraq fərəhləndirir. Bütün bu işləri görmək üçün demək ki, şəhəri sevmək lazım idi. Sumqayıtda müxtəlif regionlardan gələn əhali yaşayır. Bu günə qədər düşünürdük ki, biz filan regiondanıq. Lakin artıq bundan sonra elə Sumqayıtın girişindən başlayan tikinti, abadlıq işlərini gördükdə biz fəxrlə deyə biləcəyik ki, biz sumqayıtlıyıq. Və hər bir sumqayıtlı, Zakir müəllimin təbirincə desək, Sumqayıtı sevməlidir. Biz özümüzü sumqayıtlı hesab etməliyik. Biz gənclik illərindən Sumqayıtda məskunlaşsaq da, artıq burada övladlarımız, nəvələrimiz yaşayır və buranın hər qarışı bizə doğmadır, əzizdir.

Şəhərimizdə görülən işlər hər kəs kimi bütün mədəniyyət işçilərini ürəkdən sevindirir. Burada artıq elə bir təhsil, elm, mədəniyyət, istirahət ocağı olmayacaq ki, təmirsiz qalsın. Bütün mədəniyyət ocaqları yüksək səviyyəli avadanlıqlarla təhciz olunacaq”.

 DSC_0089


Sumqayıtda sırf mədəniyyətimizi təbliğ etmək naminə görülən işlərdən biri, deyərdim ki, bəlkə də ən əhəmiyyətlisi Sumqayıt Dövlət Teatr binasının yenidən qurulmasıdır. Hazırda teatr binasında yüksək zövqlə, keyfiyyətlə təmir və yenidən qurma işləri  aparılır. 500 yerlik tamaşa və 100 yerlik konfrans zalı ən müasir avadanlıqla təchiz olunur, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulur. Tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün müasir avadanlıqlar, işıqlandırma sistemi, müasir standartlara cavab verən səs-akustika sistemi quraşdırılır, binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenilənir. Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilir. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunur, mebellər oyma üsulu ilə işlənir. Teatrın köhnə parket döşəməsi monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərdən hazırlanıb. Teatr binasının fasadı həm daxilən, həm də xaricən özünəməxsus memarlıq üslubu ilə fərqlənir, əvvəlki görünüşünü saxlamaqla üzlük daşları ilə üzlənir.


Qeyd edim ki, Mehman Şükürov həm də uzun müddət H.Ərəblinski adına Sumqayıt Dövlət Teatrında direktor vəzifəsində çalışıb. Ömrünün müəyyən hissəsini teatr divarları arasında keçirən bir şəxsin yeni görkəmə bürünən mədəniyyət məbədi haqqında təssüratlarını öyrənməmək günah olardı. 

Mehman müəllim ilk öncə Sumqayıt Dövlət Teatrının tarixindən, repertuarından, daha sonra isə teatrda görülən işlərdən danışdı:

Sumqayıt Dövlət Dram Teatrı 1968-ci ildə yaranıb, 1969-cu ildə teatra Hüseyn Ərəblinskinin adı verilib və ilk dəfə pərdələrini “Misyöjordan və Dərviş Məstəli şah” əsəri ilə tamaşaçıların üzünə açıb. Əsəri Cənnət Xanım Səlimova səhnələşdirib və o gündən etibarən Sumqayıt Dövlət Dram Teatrı fəaliyyətə başlayıb. Bir müddət Sumqayıt Dram Teatrına Musiqili statusu verilib, həmin status da bir müddətdən sonra dəyişərək yenidən Sumqayıt Dövlət Dram Teatrı statusu bərpa olunub. Sumqayıt Dövlət Musiqili Dram Teatrı dövründə mən teatrın direktoru olmuşam və 17 il bu vəzifədə çalışmışam. Bu müddəddə teatrda həm yerli, həm də dünya ədəbiyyatı yazarlarının bir sıra əsərləri səhnəyə qoyulub. Teatrın kollektivi bir sıra xarici ölkələrə: Rusiya, Ukrayna, Gürcüstan, Türkmənistan, Hindistan və s. ölkələrə qastrol səfərlərinə yollanıblar. Teatrın özünə məxsus kollektiv olub, bu kollektiv heç bir zaman işdən qorxmayıb, işlək və əzabkeşlik olmaları ilə seçiliblər. Kollektiv S.Vurğun adına Mədəniyyət Sarayında 40 il kirayənişin yaşayıb. Teatrın 40 illik yubileyində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev hədiyyə olaraq sarayın binasını teatr kollektivinin balansına verib.

Sumqayıt teatrı uzun müddət təmirsiz, texniki cəhətdən o qədər də yüksək olmayan bir yerdə işləyib. 2003-cü ildə ümummilli liderimiz Heydər Əliyev tapşırığı ilə bina Azərkimya İB tərəfindən qismən təmir olunub və kollektivin ixtiyarına verilib. Artıq Sumqayıt Dövlət Dram Teatrının, deyərdim ki, ən xosbəxt günləri başlayır. Bu gün teatr ən yüksək səviyyədə cənab prezidentimiz İlham Əliyevin tapşırığına əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə təmir olunub. Sizi inandırıram  ki, teatrın açılışına gələnlər burada aparılan təmir işlərini gördükdə, sözün əsl mənasında təəccüblənəcəklər. Bu gün şəhər rəhbərliyi tərəfindən mədəniyyət ocaqlarına da diqqət, qayğı göstərilməsi təbii ki, biz mədəniyyət işçilərini də çox sevindirir. Sumqayıt teatrı bu gün hər bir şəraitlə təmin olunub. Teatrın yenidən qurulması və indiki dövrdə teatra bu qədər diqqət ayrılması bizə şərəf verir. Biz mədəniyyət işçiləri, o cümlədən, teatr kollektivi çalışmalıyıq ki, bu etimadı doqruldaq. Bu teatrda ən yüksək səviyyədə tamaşalar səhnələşdirilməli, ölkənin tanınmış mədəniyyət xadimləri ilə görüşlər keçirilməli, festivallar təşkil olunmalıdır”.

DSC_01092


Mehman Şükürov şəhərin mədəni həyatı ilə bağlı görülən digər işlərlə bağlı da məlumat verdi:

“Bu gün Sumqayıtda təkcə teatr binası deyil, eyni zamanda dörd mərtəbəli, bütün imkanlara cavab verən Heydər Əliyev mərkəzi, şahmat məktəbi, musiqi məktəbi tikilir, əsrarəngiz gözəlliyə malik bulvar salınır.

Qeyd edim ki, bizim “28 May” mədəniyyət evində “Xalq teatrı” da fəaliyyətini  bərpa edib. Artıq bizim xor kollektivlərimiz, xalq çalğı alətləri orkestrimiz yaranıb. Sumqayıt Dövlət Rəsm Qalereyasında mütəmadi olaraq istər şəhər, istərsə də ölkə miqyaslı rəsamlarımızın sərgiləri keçirilir.

Bilirik ki, bu şəhərdə insanların mədəni, asudə vaxtının təşkili bizim öhdəmizə düşüb, biz bunu şərəflə də başa çatdırmalı, işləməliyik”.

 

Əlavə edim ki, Sumqayıt bulvarı Prezident İlham Əliyevin Sumqayıtda bulvar salınması təşəbbüsü əsasında tikilməyə başlayıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vəzifəyə təyin olunan gündən ölkə başçısının “Sumqayıt şəhərində mütləq bulvar olmalıdır” fikrini əsas hədəf kimi qarşıya qoyub. Hazırda Sumqayıt bulvarında genişmiqyaslı tikinti və yaşıllaşdırma tədbirləri paralel şəkildə həyata keçirilir. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan bulvarda istinad divarı çəkilib və bulvarın 1000 metrlik hissəsində işlər tamamlanmaq üzrədir. Gənclər şəhəri üçün böyük əhəmiyyət daşıyan bulvarda şəhər sakinlərinin piyada gəzintisini təmin etməklə yanaşı, kiçik ölçülü səyahət avtobusları üçün avtomobil yolu, velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün eni üç metr olan xüsusi hərəkət zolağı salınır.

Bununla yanaşı, bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri, müasir tipli otellər, kinoklub, idman infrastrukturu və çoxmərtəbəli yaşayış binaları inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görüləcək. Sahil hissədə estakadalar quraşdırılacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.

Sumqayıtda dənizkənarı yeni bulvar həm ərazisinə, həm də landşaftına görə ölkəmizdəki əksər parklardan seçiləcək. Sumqayıt bulvarı ərazisinin çox böyüklüyü ilə yanaşı, çimərliyə birbaşa çıxışının olması ilə Bakı bulvarından da fərqlənəcək.

DSC_0245

DSC_0254

Sumqayıt haqqında xoş təssüratlar yeni salınmaqda olan giriş avtomobil yolundan formalaşmışdı. Elə yazımı da Sumqayıtın yenidən salınan, genişləndirilən yolları haqqında ərtaflı məlumatla da yekunlaşdırmaq istəyirəm.

Hazırda şəhərin girişində avtomobil yolunun hər iki istiqamətdə 5 metr genişləndirilməsi işləri yekunlaşmaq üzrədir. Gediş-gəlişdə mane yaranmaması üçün yol 6 zolaqdan ibarət olacaq. Yolun hər iki istiqamətində yaşıllaşdırma işləri də həyata keçirilir, yaşıllıq zolaqları salınır.

Şəhərdə ilk dəfə olaraq Sülh küçəsinə də polimer asfalt örtüyü çəkilir. Eni 14 metr olan Sülh küçəsinin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb ki, bu da Bakı-Sumqayıt istiqamətindən nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradır. Sülh küçəsində mövcud asfalt örtüyü 48 min kvadratmetr olduğu halda, genişləndirmə işlərindən sonra şəhərin əsas küçəsində həmin örtük 67200 kvadratmetr olacaq. Layihəyə əsasən bu küçədə 6840 kvadratmetrlik səki salınacaq. Yolda yağış sularının qəbuledici xətlərinin, su-kanalizasiya, həmçinin kommunikasiya xətlərinin çəkilməsi də həyata keçirilir. 

Bunlarla yanaşı, illərdir yararsız halda olan şəhərdaxili yollarda, Novxanı-Sumqayıt avtomobil yolunda, Corat yolunda, 7,5 kilometr uzunluğu olan Sahil küçəsində əsaslı təmir işləri aparılır.

DSC_0007

IMG_3719

DSC_0007 (1)


Yazı Sumqayıt Bələdiyyəsi tərəfindən elan edilmiş "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunur. 

 

Rumiyyə MİRASLAN

 

 

 

 

 

 

Oxşar xəbərlər
23:03, Bu gün
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
22:23, Bu gün
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
22:22, Bu gün
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
22:04, Bu gün
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
21:38, Bu gün
İsrail HƏMAS-a bir həftə vaxt verdi
21:18, Bu gün
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
21:16, Bu gün
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
21:13, Bu gün
Məktəb direktoruna yüksək vəzifə verildi
21:00, Bu gün
29 yaşlı aktyor evində ölü tapıldı
20:59, Bu gün
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
20:57, Bu gün
Sudan prezidentinin oğlu Türkiyədə öldü
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
GÜNLÜK
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
AYLIQ
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video