"Vəzirov, Mütəllibov, Elçibəy hakimiyyətdə bir-birini əvəzlədikcə..."
Oxunub: 6218
30 Jun 2016 | 22:16
Azərbaycanın ən tanınmış alimlərindən biri, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Fiziki elektronika kafedrasının professoru Şahlar Əsgərovun 75 yaşı tamam olur. Həm alim, müəllim, həm də ictimai xadim kimi daim səmərəli fəaliyyət göstərən professor Şahlar Əsgərov bütün həyatını fizika elminə həsr edib, müəllifi olduğu bir neçə istiqamət üzrə elmi məktəblər yaradıb. Şahlar Əsgərov 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın, nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentlərin müəllifidir.

Moderator.az “Şöhrət” ordenli professorun - “Keçid dövrünə fəlsəfi baxış” (1998), “Təhsilimiz dünən, bu gün və sabah” (2003), “Düşüncə tərzi” (2008), “Kamilləşən düşüncə” (2013) kimi onlarla kitabın müəllifi olan Şahlar Əsgərovun  “İki sahil” qəzetinə müsahibəsini  təqdim edir:

- Şahlar müəllim, yaşınızın bu vədəsində geridə qalan illəri xatırladıqca nələri görürsünüz? Həyatınızın hansı mərhələsinə aid xatirələr daha çox yadınıza düşür?

- Ən çox Kəlbəcəri, kəndimizi, valideynlərimi və müəllimlərimi xatırlayıram. Uşaqlıq illərim, orta məktəb dövrüm Kəlbəcərdə keçib. Orta məktəblə bağlı xatirələr məni daha çox keçmişə qaytarır. Çünki həyatımın ən böyük uğurlarının bünövrəsini məktəbdə qazanmışam. Mən Böyük Vətən Müharibəsinin ilk ilində dünyaya gəlmişəm, məktəb illərim isə müharibənin yenicə başa çatdığı illərə təsadüf edir. Baxmayaraq ki, o dövrdə yaşamaq da, təhsil almaq da çox çətin idi, insanların həyat şəraiti minimumdan da aşağı səviyyədə idi. Amma mən yaxşı oxuyan şagird olmuşam. Hətta fizika müəllimimlə aramızda  bir konflikt olduğuna görə mən müəllimimi dəyişmişəm. Orta məktəbi bitirib ali məktəbə daxil olandan sonrakı dövr də universitetlə, təhsillə, elmlə bağlı olub. Yaşadığım ömrün çox böyük hissəsini elmə həsr etmişəm. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirdim, ardınca aspirantura oxudum, universitetdə müxtəlif vəzifələrdə çalışdım. Universitetin aspirantı kimi Leninqrad Sabit Cərəyan İnstitutunda fiziki elektronika sahəsində tədqiqatlar apardım. Bu istiqamətdə aldığım elmi nəticələr 40 ildir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində, ion mühərriklərində və termonüvə reaktorlarında geniş tətbiq olunur.

- Sovet təhsili sizə istədiklərinizi verdimi?

- Bəzi qüsurlarına baxmayaraq, sovet təhsil sistemi çox mükəmməl idi. Çünki sovet təhsil sistemində təhsillə tərbiyə paralel aparılırdı. Sovetlər dövründə fizika aparıcı elm sahəsi olduğu üçün bu fənni daha dərindən öyrənirdik. Çünki sovet imperiyasına silah tələb olunurdu, hərbi sənaye kompleksinin inkişafı vacib məsələ idi. Silah istehsalı qaynaqlarının əksəriyyətinin elmi-nəzəri müddəalarını fiziklər, riyaziyyatçılar, kimyaçılar hazırlayırdı. Amma indi Azərbaycan müstəqil, bəşəri dəyərlərə söykənən bir dövlətdir və bu saat bizim üçün iqtisadiyyat, hüquq, tibb və digər sahələrin inkişafı daha çox vacibdir. Fikrimcə, fizikanın, kimyanın, riyaziyyatın, biologiyanın tədrisinin metodikası Azərbaycan xalqı üçün daha önəmlidir, nəinki hansısa göy cismində gedən prosesləri öyrənmək və ya  əlamət tapmaq. Göy cisimlərində tapılan hansısa əlamət ola bilsin ki, dünya elminə bir damcı töhfə olar, lakin bunun Azərbaycan xalqına elə də böyük dəxli yoxdur. Dəqiq elmlərin tədrisinin metodikasını öyrənsək Azərbaycan əhalisinin təqribən yarısı bundan faydalana bilər. Mən SSRİ dövründə bir il Danimarkada və Finlandiyada yaşamışam, bu iki kiçik dövlətin hansı səviyyədə inkişaf etdiyinin, insanların necə xoşbəxt yaşadığının şahidi olmuşam. Mən finlandiyalıların, danimarkalıların öz ölkələrində cənnəti qurmalarının şahidi olmuşam. Bunları görəndən sonra Danimarka və Finlandiya ilə Azərbaycan arasında paralellər aparmışam. Bunların hər 3-ü kiçik dövlətlərdir. Həmişə o arzu ilə yaşmışam ki, Azərbaycanda da bu kiçik Danimarkada olduğu kimi bir cənnət qurulsun, cəmiyyətimiz o cür inkişaf edə bilsin. Arzulayırdım ki, Azərbaycan da müstəqil dövlət olsun və inanırdım ki, Azərbaycan xalqı bu fürsəti qazansa biz öz ölkəmizi cənnətə çevirə biləcəyik. Çünki Azərbaycan xalqının öz ölkəsini cənnətə çevirə bilməsi üçün böyük potensialı var. Bu potensialı reallığa çevirmək üçün isə təhsilin səviyyəsi yüksəldilməlidir. Çünki hər bir dövlətin gücü, inkişaf səviyyəsi, insanların xoşbəxtliyi, hətta idarəetmə orqanlarının fəaliyyəti, demokratik və ədalətli cəmiyyət quruculuğu təhsildən birbaşa asılıdır. Təhsil zəifdirsə, avtomatik olaraq, elmin də səviyyəsi aşağı olur. Baxmayaraq ki, elm ən böyük gücdür. Elm olmayanda dövlət də zəif olur, elmsiz qüdrətli dövlət qurmaq çox çətin və bir çox hallarda mümkünsüzdür. Yəni, cənnətin açarı təhsildədir, hansı ölkədə təhsilin səviyyəsi yüksəkdirsə, o ölkə xoşbəxtdir, insanları rahat və firavan yaşayır. Təhsillə bağlı çox böyük düşüncələrim var idi. Bu yaxınlarda Amerika Prezidenti Barak Obama da çıxışlarının birində qeyd etdi ki, təhsilin açarı 40-cı otaqdadır. Bu açarı götürmək çətin işdir. Mən də çalışdım ki, bizim dövlətimiz Danimarka, Finlandiya kimi inkişaf etmiş olsun.

- 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqlliyini bərpa etdikdən sonra sizin arzuladığınız dövlətin qurulması üçün yaxşı imkan yarandı...

- Əlbəttə, bu tarixi bir fürsət idi. Təəssüf ki, Azərbaycan dövlət müstəqilliyini qazandığı ilk günlərdən o qədər problemlər yarandı ki, biz arzuladığımız dövləti qurmaqda bir çox çətinliklərlə üzləşdik. Ən ciddi problemlərdən biri kimi Qarabağ münaqişəsi ortaya çıxdı, torpaqlarımızın 20 faizi işğal olundu. Bir-birinin ardınca baş verən hakimiyyət dəyişiklikləri yenicə müstəqillik əldə etmiş Azərbaycan dövlətini gücdən saldı, biz uzun illər arzuladığımız azad və demokratik cəmiyyəti qura bilmədik. Əksinə, hər hakimiyyət dəyişikliyi Azərbaycan xalqının potensialını bir qədər də azaldırdı, demokratik dəyərlərin daşıyıcıları olan siyasi komandalar birgə fəaliyyət göstərmək əvəzinə müxtəlif qruplara parçalanaraq cəmiyyəti gücsüzləşdirirdi və bunun nəticəsində Azərbaycanı inkşaf etdirmək, cənnətə  çevirmək imkanları məhdudlaşdırılırdı. Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Yaqub Məmmədov, İsa Qəmbər, Əbülfəz Elçibəy hakimiyyətdə bir-birini əvəzlədikcə xalqın və dövlətin resursları tükənirdi. Məhz belə bir vəziyyətdə biz Azərbaycanın ziyalıları yığışıb Yeni Azərbaycan Partiyasını yaratdıq. O vaxt çox çətinliklərlə Bakıdan Naxçıvana gedib ümummilli lider Heydər Əliyevlə görüşlər keçirirdik ki, ölkəni bu xaosdan xilas etməyin yollarını tapaq.

- Sizin həyatınızın bir hissəsi həm də Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Bioqrafiyanızda siyasi fəaliyyət nə dərəcədə önəmli yer tutur?

- Mən elm adamıyam, ömrümü elmə, təhsilin inkişafına həsr etmişəm və özümü heç bir halda elmdən və təhsildən kənarda təsəvvür etmirəm. Amma həyatımın son 25 ili həm də Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Onda mənim heç bağ evim də yox idi, amma bağ sahəm vardı, içərisində də kiçik və köhnə bir daxma. Biz bir qrup ziyalı orada oturub ümummilli lider Heydər Əliyevə məktəb hazırladıq. Düz bir gün səhərdən axşamadək o məktubu müzakirə etdik, məsləhətləşdik ki, Heydər Əliyevlə görüşüb Azərbaycanı bu fəlakətlərdən qurtarmaq üçün onu Bakıya dəvət edək. Rəhmətlik Sirus Təbrizli mənə dedi ki, məktubun mətninə təklif olunan  düzəlişləri də edəndən sonra təcili şəkildə Naxçıvana getmək və məktubu Heydər Əliyevə çatdırmaq lazımdır. Məktub tam hazır olandan sonra Naxçıvana getdim, ulu öndər Heydər Əliyevlə görüşdüm və bundan sonra mənim YAP-dakı siyasi fəaliyyətim artıq bir məsuliyyətə çevrildi. Bununla da həyatımın müəyyən bir hissəsi YAP-ın quruculuğunda iştirak etməkdən ibarət oldu. Tale elə gətirdi ki, Azərbaycanın xaosdan qurtulması missiyası ulu öndər Heydər Əliyevin üzərinə düşdü. Böyük təcrübəyə, geniş dünyagörüşünə malik Heydər Əliyev özü bir fenomen, dahi şəxsiyyət idi. Biz anlayırdıq ki, Azərbaycanı bu çətinlikdən yalnız onun parlaq zəkası ilə verilmiş qərarlar xilas edə bilər. Ona görə də həyatımın son 25 ilini elmi fəaliyyətimlə yanaşı, Heydər Əliyevin parlaq ideyalarının təşəkkül tapmasına, Ümummilli Liderin dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik cəmiyyətin qurulması sahəsindəki ideyalarının gerçəkləşməsinə sərf etdim. Eyni zamanda elmlə, təhsillə məşğul oldum, aspirantlar yetişdirdim, təhsil qanunvericiliyinin hazırlanmasına böyük əmək sərf etdim və indi sevinirəm ki, əməyim hədər getməyib. Son illər təhsil sistemində aparılan islahatlara, Təhsil Nazirliyinin həyata keçirdiyi dəyişikliklərə baxanda görürəm ki, uzun illər bu sahədə üst-üstə yığılıb qalmış problemlər tədricən öz həllini tapır. İnanıram ki, yaxın gələcəkdə bu sahədə daha böyük irəliləyişlər olacaq. Amma bir şərtlə ki, proses dayanmasın, dövlət də, cəmiyyət də təhsilin səviyyəsinin yüksəldilməsi üçün dəstəyini davam etdirsin.
Oxşar xəbərlər
23:23, Bu gün
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
23:03, Bu gün
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
22:23, Bu gün
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
22:22, Bu gün
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
22:04, Bu gün
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
21:38, Bu gün
İsrail HƏMAS-a bir həftə vaxt verdi
21:18, Bu gün
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
21:16, Bu gün
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
21:13, Bu gün
Məktəb direktoruna yüksək vəzifə verildi
21:00, Bu gün
29 yaşlı aktyor evində ölü tapıldı
20:59, Bu gün
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
20:57, Bu gün
Sudan prezidentinin oğlu Türkiyədə öldü
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
GÜNLÜK
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
AYLIQ
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video