“Qadınlarla cinsi əlaqəyə girmək üçün istifadə olunmuşam” ”“İŞİD-də döyüşən azərbaycanlı
Oxunub: 15692
30 Jun 2016 | 19:05
“Qadınlarla cinsi əlaqəyə girmək üçün istifadə olunmuşam”  ”“İŞİD-də döyüşən azərbaycanlı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə ittiham olunan Azərbaycan vətəndaşları ”“ Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Rufan Ağcabəyov ifadə verib. O bildirib ki, Suriya ərazisinə getməmişdən əvvəl Orxan adlı şəxslə tanış olub: “Orxandan Suriyaya getməyin yollarını öyrənmək istədim, Orxan da mənə kömək etdi”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 18 iyun 2013-cü il tarixdə təyyarə ilə Bakıdan İstanbul şəhərinə gedib. Orada Abdulcəlil adlı şəxs və 2 nəfər ərəb millətindən olan şəxs onu Hatay şəhərinə, oradan isə Suriyanın Atma vilayətinə keçirib: “Atma vilayətinə getdikdən sonra Xalid ləqəbli Rövşən Bədəlovla görüşdüm. Onun göstərişi əsasında “camaat”ın yerləşdiyi inzibati binaya “AK-74” avtomat silahla gecə-gündüz növbə çəkmişəm”.

“Mənə ərəb qadınla evlənməyi təklif etdilər” 

Rufan Ağcabəyov qeyd edib ki, orada yaşayan hər bir şəxsə 3 dəfə pulsuz yemək və 750 Suriya pulu verilir: “Orada yaşayan azərbaycanlılar mənə bir ərəb qadınla evlənməyi təklif etdilər. Lakin təklifi rədd edərək öz arvadımı Suriyaya gətircəyimi bildirdim”.
 
Rufan Ağcabəyov bildirib ki, kürd millətindən olan qüvvələrlə döyüşlər zamanı əsir düşüb: “Əsirlik zamanı kürd qadınlar düşərgədə məni qulluqçu kimi işlədirdilər. Orada kürd qadınlarla cinsi əlaqəyə girmək və başqa məqsədlər üçün istifadə olunmuşam. Suriya ərazisində heç bir döyüş əməliyyatlarında və hərbi təlimlərdə iştirak etməmişəm”. 

Rufan Ağcabəyov bildirib ki, Suriya ərazisində “Azəri camaatı”ı 2 yerə - Abu Yəhyanın və Xalidin başçılıq etdiyi silahlı dəstələrə bölünüb: “Abu Yəhyanın dəstəsi daha böyükdür, 70-80 nəfərdən ibarətdir. Mənim olduğum Xalidin dəstəsi isə 15-20 nəfər idi. Xalidin başçılıq etdiyi silahlı qruplaşma yeni-yeni təşəkkül tapırdı. 
Xalidin rəhbərlik etdiyi “Azəri camaatı”nın tərkibində müxtəlif millətlərin nümayəndələri vardı”.

“Silahlı münaqişələrdə və ya döyüşlərdə iştirak edib” 

Təqsirləndirilən şəxsin sözlərinə görə, kiminsə əsl adını, yaşını, harada doğulduğunu, Azərbaycanda yaşayarkən nə işlə məşğul olduğunu soruşmayıb: “Bunu soruşanda dərhal şübhəli məqam yaranıb və bunun nə ilə qaynaqlandığı ciddi araşdırılıb. Digər azərbaycanlılar ”“ Abdurrauf, Abdulla, Məhəmməd və digər şəxslər Azərbaycan vətəndaşlarıdır. Adını çəkdiyim şəxslərlə normal münasibətlərim olub. 

Üzv olduğum qruplaşmanın qərargahı Atma qəsəbəsindəki yüksəklikdə yerləşirdi. Qərargaha Xalid başçılıq edirdi. Ora gələnlərin çoxu azərbaycanlı idi və ilk olaraq Xalidin yanına gedirdi. Sonradan azad seçimlə camaatlara da qoşulurdular. 

"Əhməd" dini ləqəbli şəxs də Atmaya gəldi və Xalidin camaatına qoşulmuşdu. Həmin müddətdə döyüş növbətçiliyində dayandığıma görə Əhmədin hansı tapşırığı yerinə yetirməsindən xəbərim olmayıb. Lakin Əhməd bildirirdi ki, camaata qoşulan hər bir kəs ya qərargahda çalışır, ya da silahlı münaqişələrdə və ya döyüşlərdə iştirak edirdi”.

“Ərəb şeyxlərindən gələn yardımlarla bağlı danışıqlar aparıblar”

Rufan Ağcabəyov qeyd edib ki, Əhməd təxminən 10-15 gün onların camaatında olub və daha sonra dini baxışlarına görə ərəb camaatına qoşulub. Onun sözlərinə görə, ərəb camaatının qərargahı Xalidin camaatının yerləşdiyi yüksəklikdən 150-200 metr aşağıda olub: “Həmin camaatın yerləşdiyi qərargah 1 mərtəbədən, 2 otaqdan ibarət idi Bu camaatın əsas məqsədi İŞİD-ə qoşulanları ərzaq və hərbi geyimlərə təmin etmək idi. Həmin ərzaq və geyim isə qaçaq yolla Suriyaya keçirilirdi. Həmin müddətdə Əhməd qeyd edilən əraziləri yaxşı mənimsəmişdi. Buna görə də orada bələdçi təyin olunmuşdu. Yardımlar ayda 3 dəfə yük maşınları ilə gətirilirdi. Əhməd də həmin yardımları gətirənləri müşayiət edirdi”. 

Rufan Ağcabəyov qeyd edib ki, Əhməd tez-tez Xalidin yanına gəlirmiş: “Onlar ərəb şeyxlərindən gələn yardımların paylanması ilə bağlı müxtəlif danışıqlar aparırdılar. Olduğum müddətdə ərəblər yalnız bizim camaata 4 ədəd yeni “Toyota” markalı universal minik avtomobillərini hədiyyə göndərmişdilər. Həmin avtomobillərdən döyüşə gedilən zaman nəqliyyat vasitəsi kimi istifadə edilirdi. 
Əhməd bələdçi olduğu üçün ayın yarısını Altmada, qalan müddətini isə Türkiyə ərazisində keçirirdi”. 

“Yerli camaat İŞİD-ə qarşı olduqlarını bildirirdilər”

Rufan Ağcabəyov əlavə edib ki, Suriyadakı yerli əhali onlarla kontakta girməyə qorxub: “Söhbət zamanı yerli camaat İŞİD rejiminə qarşı olduqlarını, azad yaşamaq istədiklərini deyirdilər. Bu səbəbdən də insanlar arasında vahimə yaratmamaq məqsədilə Xalid bizim dükanlara belə getməyimizə qadağa qoymuşdu. Bu əmr isə Xalidə İŞİD-in şəriət məhkəməsindən gəlmişdi. Yerli sakinlər həmişə təlaş içində olurdular. Lakin Əhməd azad şəkildə istədiyi yerə gedib-gələ bilirdi. Çünki onun üzvü olduğu camaat İŞİD-də böyük nüfuza malik idi. Bu səbəbdən həmin camaatın üzvləri Atma qəsəbəsində azad şəkildə hərəkət edə biliblər”. 

Rufan Ağcabəyov qeyd edib ki, 2013-cü il sentyabr ayının sonları, oktyabr ayının əvvəllərində Türkiyəyə qayıtmaq qərarına gəlib. Əhməd həmin vaxt hələ də ərəb camaatında qalıb: “Bundan sonra həmin şəxsi görməmişəm. “Azəri camaatı” adlı silahlı dəstə yeni-yeni formalaşırdı”. 

Təqsirləndirilən şəxs bildirib ki, əməliyyatlara və hərbi təlimlərə qoşulmayanları məcbur etməyiblər: “Həmin şəxslərə başqa işlər tapşırılırdı”. 

Digər təqsirləndirilən Marfin Vladimir qeyd edib ki, 2000-ci ildə quldurluq maddəsi ilə tutulub və törətdiyi əmələ görə 13 il azadlıqdan məhrum edilib: “14 saylı müəssisədə cəza çəkdiyim müddət ərzində Pankisi dərəsində gedən döyüşlərdə iştirak etdiyi üçün həbs edilən Xalid adlı şəxslə tanış oldum. Bundan sonra orada bir Türkiyə vətəndaşı məni dinə gəlməyi təklif etdi. Həmin şəxsin verdiyi namaz qaydaları olan kitabı oxudum”.

“Suriyada partlayışlar, yanğınlar törətməmişəm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci ildə həbsdən azad olunandan sonra yaşadığı Şəmkir rayonuna qayıdıb: “Orada olduğum müddətdə Suriyada ağır döyüşlər getdiyini eşitdim. İnternetdə müxtəlif saytlar vasitəsi ilə Suriyada gedən prosesləri izləməyə başladım. Hökumət qüvvələrinin insanlara verdiyi işgəncələrə tab gətirməyərək Suriyaya getmək, hökumət qüvvələrinə qarşı çıxmaq və mübarizə aparmaq qərarına gəldim.  2013-cü ilin fevralında 3 saylı cəza çəkmə müəssisəsində birlikdə cəza çəkdiyim İlqar adlı tanışım Vüqar adlı başqa bir şəxslə bizə gəldi. Həmin şəxslərin hər ikisi dindar idi”.
 
Marfin Vladimir qeyd edib ki, 2013-cü ilin ramazan ayı yaxınlaşanda ətrafında həmfikirləri olmadığına görə Bakı şəhərinə gəlib. Bakıda bir neçə gün qalan Marfin Vladimir sonradan Türkiyəyə, oradan da Həsən adlı şəxsin köməyi ilə Suriyaya gedib. 

Marfin Vladimir qeyd edib ki, Suriyada başqa-başqa yerlərdə qalsa da, İŞİD terror təşkilatına daxil olmayıb, döyüş əməliyyatlarında və hərbi təlimlərdə iştirak etməyib: “Suriya Ərəb Respublikasının ərazisində partlayışlar, yanğınlar törətməmişəm. “Xalid” dini ləqəbli Azərbaycan vətəndaşı Rövşən Bədəlovdan həmin dövlətin və Azərbaycan Respublikasının qanunverciliyində nəzərdə tutulmayan “Azəri camaat”ı adlı qanunsuz birləşmənin tərkibində döyüş əməliyyatlarında iştirak etmək təklifi almışam. Amma həmin döyüşlərdə iştirak etməmişəm”. 

Məhkəmə prosesi davam edir. 

İttihama görə, Rufan Ağcabəyov və Marfin Vladimir anti-terror tədbirləri nəticəsində həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər.

Müəyyən edilib ki, Rufan Ağcabəyov və Marfin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikası və İraq Respublikası ərazilərində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Əslən Xaçmaz rayonundan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb.
Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. Onun dövlətlərarası axtarışda olması barədə məlumatlar İnterpolun saytında yerləşdirilib.

Həmin məlumata görə, Urfan Ağcabəyov Azərbaycan, rus və puştu dillərini bilib. Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub. 
Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.(Teleqraf.com)
Oxşar xəbərlər
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
GÜNLÜK
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO