Türkiyə-Rusiya gərginliyin ortadan qalxmasında böyük rol oynayan Azərbaycan prezidenti İlham Əliyevin bundan öncə də dünyada sülhın və təhlükəsizliyin bərqərar olması istiqamətində konkret bəyanatlarla çıxış etdiyi bəllidir. Maraqlıdır, ölkə başçısının qlobal sülhün və təhlükəsizliyin qorunmasındakı xidmətləri nəzərə alınaraq onun Nobel sülh mükafatı ilə təltif edilməsi mümkündürmü?
Bununla bağlı
Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov bunun tamamilə
mümkün və gərəkli olduğunu vurğuladı:
“Dünyada baş verən bütün
proseslər, qaçqın problemi, terrorizm, multikulturalizm, tolerantlıqla bağlı məsələlərlə
əlaqədar olaraq cənab prezident hər zaman öz mövqeyini ortaya qoyub. Ölkəmizdə
bununla bağlı beynəlxalq forumlar keçirilib, dinlərarası, millətlərarası
münasibətlərdə mövcud olan problemlərin ortadan qaldırılması üçün ölkəmiz öz təkliflərini
verib. O cümlədən,istər regionda, istərsə də dünyada baş verən dövlətlərarası
münasibətlərin tənzimlənməsində Azərbaycan öz üzərinə düşəndən daha artıq iş
görür, beynəlxalq sülhə töhfəsini verir. Buna misal olaraq Türkiyə-Rusiya
münasibətlərini göstərmək olar. Prezident İlham Əliyev münasibətlərin gərgin
vaxtıənda hər iki tərəflərlə dəfələrlə görüşmüş, münasibətlərin normal məcraya
düşməsi üçün ciddi addımlar atmışdır. Nüvə təhlükəsizliyi sammitində nüvə
silahınən yayılmasını qarşısının alınması ilə bağlı, qaçqın probleminin həlli,
terrorqa qarşı qlobal mübarizənin təşkili və
s. ilə bağlı prezident İ.Əliyev konkret təkliflər vermiş, bəyanatlar səsləndirmişdir.
Ölkə başçısı hər zaman bu problemləri qaldırıb, onların həlli yollarına diqqət
çəkib. Bu təşəbbüslərin qiymətləndirilməsi vacibdir və bu qiymətləndrmənin bir
növü də qeyd etdiyiniz kimi, prezident İ.Əliyevin Nobel sülh mükafatı ilə təltif
edilməsi ola bilər”.
Seymur Əliyev