Şəhid pilotun xanımı: "Gəl, səni qucaqlayım..."
Oxunub: 1758
28 Jun 2016 | 19:33
Şəhid pilotun xanımı:


"Yola saldım, ardınca su atdım. Sonra dedim, balkondan da su atım. Amma su atanda qab əlimdən düşdü"

Köçüb gedəcəyəm göylərə bir gün
Sənsiz bu yerlərdə qalmayacağam.
Yağışlar yağarsa, hər gecə, hər gün
Bil ki, mən səninçün ağlayacağam.

(E. Tahiroğlu)

Heç vaxt ağlına gətirmirsən ki, bir gün o olmaz, bir gün onsuz qala bilərsən. Onunla yaşlanacağını düşünürsən. Son nəfəsini belə, onunla birlikdə verəcəyinə inandırırsan özünü. Bəzən ani olaraq onsuz həyat ağlından keçəndə iki damla yaş gilələnir gözlərində. Həmişə Allahına yalvarırsan ki, səni ondan tez alsın yanına.

O sənin hərşeyindir həyatda. O qədər sevirsən ki, ölümü də seçərsən, təki onu itirməyəsən. Çox qorxursan onu itirməkdən. Elə bilirsən ki, o olmasa, dünya alt-üst olar.

Və bir gün qorxduğun başına gəlir. Dünya alt-üst olur. Sənin dünyan. Ruh kimi gəzirsən. Sanki, içindən bir parçanı qoparıblar, yeri qanayıb, sızıldayır. İçində elə ağrı var ki, ağlasan da, hönkürsən də, başını divarlara çırpsan da, keçən deyil.

Bəzən əlini qaldırmağa belə, həvəsin olmur, nəfəs belə, almağa”¦ "Axı, sənsiz mən kiməm?" deyə sual verirsən onun şəkillərdən boylanan gözlərinə. Xəyallarıyla danışırsan, "niyə məni sənsiz buraxdın, mənə necə qıydın?" deyib hayqırırsan içində. Boğazın qəhərlənir, nəfəsin kəsilir "Allahım, nədir bu dərdin adı?" deyə hönkür-hönkür ağlayırsan. Həm özünə, həm ona, həm də ondan yadigar qalmış balalarına.

Səni sevirəm”¦

Könül Onu dəli kimi sevirdi. Dilinə gətirməyə çəkinsə də, utansa da. O Urfanı sevirdi. Urfan onun bu həyatda dayağıydı, sığınacaq tək insan idi. Bilirdi ki, hamı onu tərk etsə də, Urfan etməz. Bilirdi ki, hamı getsə də, Urfan getməz.

Amma heç nə Könülün bildiyi kimi deyildi. Urfan gedəcəkdi, "səni sevirəm" dediyi Könülünü bir gün əbədilik tərk edəcəkdi.

Könülün qardaşıyla danışmışdım aylar öncə. Könüllə görüşmək istədiyimi demişdim. İstəyimi ona çatdıracağına söz vermişdi. Aradan aylar keçsə də, Könüldən bir səs yox idi. Başa düşürdüm onu da. Bu dərdlə yaşamaq ağır idi. Bu dərdi kiminləsə paylaşmaq ondan da ağır.

İtən məhəbbət

Ötən gün telefonuma zəng gəldi. Könül idi. "Gəl" dedi. Getdim, görüşdük. Urfanla Könül eyni sinifdə oxuyurmuş. Könül danışır ki, o vaxtlar Urfanın bığı olduğu üçün, ondan xoşu gəlmirmiş: "Bəzən düşünürdüm ki, bunun bığları var, yəqin bizdən böyükdür. O isə çox ağırtəbiətli, ciddi bir oğlan idi. Mənə elə gəlirdi ki, o, mənə qarşı biganə deyil".

"Bir dəfə məktəbə gələndə gördüm, lövhədə yazılıb ki, "Urfan Könülü sevir". O qədər pis olmuşdum ki”¦ Sonralar ondan soruşanda deyirdi ki, "səndən xoşum gəlirdi, özüm qabaq sırada oturub, güzgü ilə sənə baxırdım. Amma mən ondan uzaq gəzirdim. Hətta "Son zəng" də məni rəqsə dəvət edəndə acılamışdım onu", ”” danışır Könül.

Könül Urfandan uzaq qaçmağa çalışsa da, onu Urfana nəsə bağlayırdı. Ara-sıra Urfanı yuxda görürmüş. Hər dəfəsində Urfanın onunla küsülü olduğunu, Urfanı incitdiyini hiss edirmiş yuxularında. Aradan 8 il keçir. Və 2003-cü ildə Könüllə Urfan yenidən qarşılaşır. Bu qarşılaşma fərqli olur. Əvvəlcə telefon zəngləri ilə başlayan münasibətlər, sonradan dəli bir sevgiyə çevrilir.
Urfanın maddi çətinlikləri olduğundan, Könül Urfan gözləyir. O, Urfanı sevsə də, heç vaxt bir pilotla, üstəlik həmyaşıd olduğu biri ilə ailə həyatı qurmağı düşünmürmüş. Amma Urfanın sevgisi Köünülün düşüncələrinə üstün gəlir.

Urfan həftədə bir dəfə ona verilən istirahət günlərində Könülü görmək üçün Kürdəmirdən Bakıya gələrmiş: "Hər dəfə bir bahanə ilə evdən çıxmağa çalışırdım. Anam mühafizəkar qadındı. İcazə verməzdi. O qədər iş tapşırardı ki, bir də görürdim, görüşə 2 saat gecikmişəm. Urfan isə səbrlə gözləyərdi. 2005-ci ildə nişanlandıq. Toya hazırlaşırdıq ki, Urfanın anası infarkt keçirərək dünyasını dəyişdi. Qohumlar dedilər ki, 3 kişi ”” Urfan, atası və qardaşı tək qalıb, toy mütləq olmalıdır".

"Mən yay toyu arzulamırdım. Amma toyumuz iyunun 26-da oldu. Biz evləndik. Xoşbəxt idim. İlk övladma hamilə qaldım. Amma 9 ayın tamamında uşaq bətnimdə öldü, doğulmadı. Böyük depressiyaya düşmüşdüm. 3 ay sonra Zəhraya hamilə qaldım. Urfan hər zaman dayağım oldu", ”” deyir müsahibimiz.

Könül nişanlı olduğu dövrdə şəkər xəstəliyinə tutulur: "Bilmirəm stresdən idi, nədən idi, şəkərə tutuldum. Özü aparırdı həkimə, dərmanlarımı alar, üstünü yazıb mənə verirdi ki, qəbul edim. Mənim üçün çox qorxurdu. Həkimlər mənə icazə vermirdi uşağım olsun. Həmişə deyirdi ki, "Könül, mən istəyirdim, 4 uşağım olsun, amma sən hamıdan önəmlisən, təki, sənə heç nə olmasın". Artıq Zəhra da böyümüşdü".

2014-cü ildə Urfana işdən xaricə səfərə çıxmağa icazə verirlər: "Bizim üçün bir həftəlik İzmirə, Kuş adasına tətil rəşkil etmişdi. Orada çox gözəl günlər keçirdik. Sonra Betül dünyaya gəldi. Urfan Betülə "ay parçam" deyirdi".

Urfan Könülə isə "yavrum" deyə müraciət edirmiş: "Hər gün evə gələndə zəng edirdi ki, "yavrum, evə nə lazımdır?". O bizi ovcunun içində saxlayırdı".

Təbrizlə Urfanın dostluğu

Könül danışır ki, Urfanla Təbriz Musazadə arasında yaxın dostluq olub: "Təbriz deyirdi ki, "Urfan mənim kumirimdir". Deyirdi ki, "Urfan, sən təqaüdə çıxanda o paltarlarını verərsən, mən geyinəcəm". Təbriz mənə "yengə" deyirdi. O, bizim evimizə çox gəlib-gedib. Mən Təbrizi qardaşım kimi çox istəyirdim. Çox mərd oğlan idi".

Urfan sonuncu dəfə 2016-cı il martın 31-də evdən çıxır: "Evə gəldi, çantasını yığmağa başladı. Dedim, Urfan yenə gedirsən? Dedi, "narahat olma". Sonra uşaqlarını qucaqladı, öpdü, qoxuladı. Ürəyimə pis gəldi ki, bu, uşaqların qoxusunu niyə içinə çəkir. Həmişə gedəndə mənə pulun, sənədlərin yerini deyərdi. Bu dəfə demədi. Yemək hazırladım, yedi. Sonra qapıdan çıxanda dedim, "gəl, səni qucaqlayım, birdən sənə nəsə olar". Dedi, "ay qız, dəli-dəli danışma". Yola saldım, ardınca su atdım. Dedim, qoy, balkondan da su atım. Su atanda qab əlimdən düşdü".

Aprelin 1-də telefonla danışırlar, Urfan sabah gələcəyini deyir: "Səhərisi gün Ürfan yenə zəng vurdu. Anamın da ad günü idi. Dedi, get, hədiyyəni al, mən gələndə mən də alaram. Urfan gedəndən sonra qonşum dedi ki, "Ay Könül, deyirlər, müharibə başlayıb, Urfan necədi?". Dedim, yaxşıdır. Sonra televizioru açdım, baxdım ki, qəribə xəbərlər verilir. Sonra planşetdə xəbərlərə baxdım. Yazılmışdı ki, təyyarə düşüb, sonra da təkzib verilmişdi. Anamın ad gününün necə keçdiyini hiss eləmirdim. Mənə elə gəlirdi ki, bədənim yoxdur, əlimi-ayağımı hərəkət etdirə bilmirdim".

"Axşam qayıdanda artıq hamı bilirmiş ki, Urfan şəhid olub. Qardaşım Çingiz də bilirmiş. Biz onun maşınında idik, gördüm, Çingiz əsəbidir. Evə gələndə gördüm telefonum zəng çalır. Zəhranın sinif yoldaşlarından birnin anasıydı, qışqırırdı: "Könül, Urfan”¦." Sanki dünyam qaraldı. Özümü o qədər bərbad his sedirdim ki. Çingiz dedi, "insulin vur, sonra baxaq xəbərlərə". Mən artıq ayaq üstə ölmüşdüm. Zəhra da yanımdaydı, uşaq da pis vəziyyətdə idi. İynəmi vurdum. Qapı döyüldü, qonşularım girdilər içəri. Xəbəri eşidib hamısı gəlib evimə. Artıq başa düşdüm ki, Urfana nəsə olub", ”” Könül göz yaşları içində danışır.

Və xəbər təsdiqlənir: "İnsanlar gəlirdilər hər yerdən. Hər tərəf insanla dolu idi. Öldürmək istəyirdim hamını ki, nəyə gəlmisiniz? Yox, yox, Urfan ölə bilməzdi. O, məni tək qoyub gedə bilməzdi. Yoooox. O mənim ən çox sevdiyim insan idi”¦ O qədər insan var idi. Heç kimi tanıya bilmirdim. Hamı məni axtarırdı".

"Ertəsi gün mənə dedilər ki, çadır qurulub, gəlməlisiniz. Urfanın ayaqqabılarını, gödəkçəsini geyinmişdim. Elə bilirdim, yanımdadır. Gördüm, çadır qurulub. Kişi çadırında molla oxuyanda dəli oldum. Urfanım”¦ Havalandım. Elə bildim, mənə güllə dəydi. Dedim, "mənim yoldaşım sağdır". Tabutu gələnə qədər mən onun yolunu gözləyirdim", ”” qadın hıçqırır.

"Atamı istəyirəm”¦"

Könül danışdıqca, göz yaşlarını saxaya bilmir, hönkür-hönkür ağlayırdı: "2015-ci ildə Urfanın hərbi xidmət dövrü başa çatmışdı. Yəni artıq təqaüdə çıxmalıydı. Müraciət də etmişdi. İş də təklif etmişdilər. Gəzib ev də tapmışdıq. Ev alacaqdıq. Biz çox yaxşı yaşayırdıq, bircə evimiz yox idi".

Könül ağladıqca Zəhra da özünü saxlaya bilmir. Balaca əlləri ilə gözlərini silib "Atamı istəyirəm, atam gəlsin" deyirdi. O, atasını hər gecə yuxuda gördüyünü, amma yadında saxlaya bilmədiyini deyir: "Bir gün yuxuda gördüm ki, atam deyir, "mən gələcəyəm". Sevinməyə qorxdum ki, birdən sevinərəm, alınmaz. Ağlaya da bilmirdim, qışqırmağa başladım".

Anasının sözlərinə görə, Zəhra atasını itirməmişdən bir həftə öncə sinifdə ağlamağa başlayıb: "Müəllimi soruşub ki, "qızım nə olub?". Zəhra deyib ki, "bizim ailədə nəsə olacaq". Zəhra tez-tez yuxular görürdü, deyirdi ki, "ana, səni yuxuda görmüşəm, görürəm ki, sən ölmüsən, atayla sənin qəbrinin üstünə gəlirik". Mənim şəkərim var. Düşünürdüm ki, yəqin öləcəyəm. Uşaqları tapşırırdım Urfana, deyirdim, mənə nəsə olsa, uşaqlar sənə əmanətdir. Elə istəyirdim ki, Urfanla qocalım. Deyirdim, Urfan səninlə qocalmaq istəyirəm. Deyirdi: "Ay Könül, axı mən o qədər yaşaya bilmərəm"".

Qeyd: Zəhra atasının ölümündən sonra Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə daxil olub. Məktəbin rəhbərliyi Zəhranın orada ödənişsiz təhsil alacağını bildirib.

"Biz fəxr edirik ki, Urfan kimi oğlumuz olub"

Urfanın xalası Mətanət Məmmədova da şəhid zabitimizlə bağlı xatirələrini bölüşür: "Onun uşaqlığı Ağdamda keçib. Biz Ağdamda yaşamışıq. Urfanın uşağlığı da o torpaqlarda keçib. Biz hər il iyunun 26-sı Urfana zəng edib onu təbrik edərdik. Bu gün həm onun həyat yoldaşının doğum günü idi, həm toy günü, həm də Silahlı Qüvvələr günü. Urfan çox gözəl insan idi. Vətənpərvər, qayğıkeş. Öz vətən sevgisini mənim oğluma da aşıladı. Mənim oğlum da indi əsgərdir və vətəninə, torpağına o qədər bağlıdır ki”¦ Biz onunla fəxr edirik. Könül də dəyərli qadındır. Üzərində ağır yükü var ”” iki qız övladını böyütmək".

Urfan ailənin 3 övladından 2-cisi olub. Bacısı Xuraman xanım danışır ki, Urfanın uşaqlıqdan hərbiyə marağı olub. Dərslərini də yaxşı oxuyurmuş: "Atam istəyirdi ki, Urfan həkim olsun. Urfan da razılıq vermişdi. Amma məktəbi bitirən kimi sənədlərini Türkiyədə Hərbi Hava Məktəbinə vermişdi. Bütün fənnləri yaxşı oxuyurdu. İldə neçə dəfə atama o məktəbdən "Təşəkkürnamə"lər göndərilirdi. Biz orta vəziyyətdə yaşayan ailə olmuşuq. Urfan orada öz təqaüdü ilə bizə hədiyyələr alıb göndərirdi. 1995-ci ildə qəbul oldu, məktəbi bitirəndən sonra Kürdəmirdə işləməyə başladı. 2006-cı ildə ailə həyatı qurandan sonra təyinatını Qalaya aldı. Çox sakit adam idi. Hərbi sirri bizə danışmazdı. Nə vaxt harada olduğundan xəbərimiz olmazdı".

Bacısının söylədiyinə görə, Urfan uçuşları haqqında da kimsəyə məlumat verməzmiş. İstəmirmiş ki, evdəkilər narahat olsunlar: "Bir dəfə bilirdim ki, uçuşu var. O qədər zəng eləmişdim ki, axırda dedi: "Ay Xuraman, o qədər zəng elədin ki, uçuşu ləğv elədilər". Ona görə mənə demirdi çox zaman. Heç sonuncu dəfə Kürdəmirə getdiyini də bilmirdim. Harasa gedəndə deyirdi, "Kürdəmirə gedirəm", dəqiq yer deməzdi. Mən şəhid olması xəbərini də qohumlardan eşitmişdim".

Xuraman xanış danışdıqca göz yaşlarını saxlaya bilmir. Deyir ki, hələ də qardaşının şəhd olmasına inana bilmir. Hələ də onun qayıdacağı ümidi ilə yaşayır: "Mənə "Urfan yoxdur, şəhid olub" deyəndə elə bildim dünya qaraldı. Mənə onun yerini heç kim vermir. Bütün gün ürəyimdə onunla danışıram. Dua edirəm".

SOCAR ev versə də”¦

Qeyd edim ki, SOCAR hərbçinin ailəsinə ikiotaqlı ev verib. Amma ev çox kiçik olduğu üçün, ailə hələlik o evə getməyib. Könül həyat yoldaşından sonra gözünə heç nə görünmədiyini deyi: "Mən üçün Urfanı heç nə, heç kim əvəz edə bilməz. Urfan sabah qayıtsın, mənə heç nə lazım deyil. Hazırda kirayədə yaşayıram. Bu ev üçün 300 manat ödəyirəm. İndi 4 aydır, kirayə pulu yığılıb qalıb, Urfanın təqaüdünü alıb verəcəyəm".

"Başqa tərəfdən, heç olmasa, üçotaqlı olsaydı, uşaqlarım sıxıntı çəkməyəydi. Urfan sağ olsaydı, mən heç kimə ağız açmazdım. Mən övladlarımın rahat yaşamasına çalışıram, Çünki Urfan bizi ovcunun içində saxlayırdı", ”” deyir Könül.

Urfan ən çox qəmli mahnıları dinləyərdi. Bəzən saatlarla "Anlamazdım", "Sarı Laleler", "Çanakkale" mahnılarını dinləyərmiş. İndi Könül hər dəfə Urfanın məzarına sarı güllər aparır. O, hələ də sevdiyinin bir parça daşa çevrildiyinə inanmır. Saatlarla məzarıyla danışır Urfanın. Onu qınayır, danlayır, küsür.

Küsür ki, onu bu həyatda tək buraxıb. Bəzən başını məzar daşına söykəyib pıçıldayır: "Sənsiz necə yaşayacağam, Urfanım?". Urfan Könülün nəfəsi idi, sevdiyi idi, uşaqlarının atası idi. İndi Könülün tək bir arzusu var ”” qızlarını Urfanın arzuladığı kimi böyütmək, təhsil vermək və gec-tez Urfanına qovuşmaq”¦

P. S.

Bu gün şəhid pilot Urfan Vəlizadənin evliliyinin 10 ili tamam olur. Onsuz keçən ilk il. Könül bu günü də Urfanıyla keçirəcək. Məzarı başında”¦

Vəlizadə Urfan Üzeyir oğlu 1978-ci il noyarbrın 1-də Bakı şəhərində anadan olub. Mayor, Milli Ordunun zabiti, "dördgünlük müharibə"də vurulan Mİ-24 helikopterinin pilotu olub. O, 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn olunub. (bizimyol)
Oxşar xəbərlər
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:50
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
01 May 2024 | 08:59
Azərbaycanda bu qadağa qüvvəyə minir
01 May 2024 | 09:12
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:50
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
01 May 2024 | 08:59
Azərbaycanda bu qadağa qüvvəyə minir
01 May 2024 | 09:12
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”