Avropanı məhv olmaqdan azərbaycanlı həkim xilas edib - Milli mason lideri...
Siyasət
Oxunub: 14904
28 Jun 2016 | 11:54
Avropanı məhv olmaqdan azərbaycanlı həkim xilas edib  - Milli mason lideri...
Moderator.az - ın ilk yazısında 1957-1982-ci illərdə  fəaliyyət göstərmiş Milli Azadlıq Qərargahıv(MAQ) adlanan Azərbaycan milli masonçuluq hərəkatı və onun lideri olmuş Oqtay Eldəgəz barədə xeyli bəhs etdik. 

Müasir Avropanın əxlaqi-mənəvi tənəzzül dövrünü yaşadığı, miqrant böhranı baş verdiyi, Böyük Britaniya kimi bir azmanın qitənin digər ölkələri ilə birlikdən imtina etdiyi, “Köhnə dünya”nın ağsaqqalı hesab edilən Roma papasının isə “birinci xiristian ölkəsi” sayılan Ermənistana Türkiyə və Azərbaycana qarşı tənəli gedişləri, “soyqırım” nitqləri ilə müşayət olunan təntənəli, “göyərçinli” səfəri və s. olayları nəzərə alıb Oqtay Eldəgəzlə söhbətlərimizin Avropa bölümünə baş vurmağı lazım bildik... 

... 1990-cı illərdə “Azərbaycan” nəşriyyatının 6-cı mərtəbəsində yerləşən qəzet redaksiyamızda  millətimizin qonaqpərvərlik xislətindən doğulan  bir  adət vardı ki, otağımıza ayaq basan oxucu və  ya kənar müəlliflərimizi ən azı çay süfrəsinə qonaq etməli idik. Oqtay əfəndi ilə bir neçə dəfə çay içib çörək kəsdikdən sonra artıq doğmalaşmışdıq. Rəhmətliyin hər bir hərəkət və adəti kimi çay içməyi də öz qeyri-adiliyi ilə seçilirdi. O, çayın dəmini  səhv etmirəmsə, 12 dəqiqə qaynadıb içərdi. Deyirdi ki, İbn Sina da belə edirmiş ”“ bu, beynin fəaliyyətini gücləndirir. Növbəti belə çay ziyafətimizdə həkimlərdən söz düşəndə milli masonçuluq lideri qayıtdı ki, bəs bilirsizmi, orta əsrlərdə Avropanı tamamilə məhv olmaqdan bir azərtürk (Oqtay Eldəgəz daim yazılarında millətimizi belə adlandırardı-S.L.) həkim xilas edib. Bu minvalla  yeni bir yazının təməli qoyuldu. Milli masonçuluq liderinin  əlçatmaz məxəzlərdən əldə etdiyi məlumatlar əsasında  dilə gətirdiyi bu söhbətdən bəlli olurdu ki,  Avropa cəmiyyəti bu günkü varlığına görə 30 ilə yaxındır Ermənistanın güdazına verdiyi Azərbaycana, bu torpağın yetişdirdiyi dünyaca məşhur bir həkim-filosofa borcludur...  

MAQ lideri ilə söhbətlər silsiləsinin ikinci yazısında nədən bəhs etmək barədə düşünərkən  belə qərara gəldim ki, bu gün batıdan da, doğudan da aramsız  zərbələr alan türk-islam dünyası, qardaş Türkiyə və Azərbaycanımız üçün məhz  belə bilgiləri öyrənib yaymaq vacibdir... 

Nüfuzdan düşən papa... İntibah dövrü keçirən İslam dünyası...


“...2 əsrlik xaçlı savaşları(1096-1270) müsəlman Şərqinin tam zəfəri ilə sonuclanandan sonra onsuz da cahillik dövrünü yaşayan Avropa xalqları daha amansız məyusluq və ətalət ağuşuna atıldılar. Xristian ehkamlarından başqa heç bir qabaqcıl amala  malik olmayan Qərb cəmiyyətləri dəqiq elmlərdə, memarlıq və inşaatda, incəsənətdə 6 əsrlik intibah yüksəlişi keçirən  Şərq uluslarına heyranlıqla baxaraq həsəd aparırdılar. Vatikan papası və digər Qərb diyarlarının katolik-ruhani başçıları nüfuzdan düşmək üzrə idilər.  Elə xaçpərəstləri müsəlman Şərqi üzərinə məhz həmin kilsə başçıları yönəltmişdilər...

Papa fətva verdi ki, Avropanı bəlalara düçar edən sehrbaz, ovsunçular və pişiklərdir... 


Çadır qurmağı belə əməlli-başlı bacarmayan avropalılar artıq başa düşmüşdülər ki, bölgədəki cəhalət və geriliyin günahkarları öz adlarıyla çağırılmalıdır. Qitədə etirazlar və dini itaətsizlik son həddə çatanda ruhanilər  xeyli götür-qoydan sonra  sınanmış üsula əl atdılar. Papa Kliment VI(1342-1452) nadanlıq bədəninə vurulmuş pazı cəhalət, mövhumat pazıyla çıxarmaqdan savayı yol tapmadı. Avropanın “ağsaqqalı” belə bir fətva verdi ki, guya göylərdən qitəyə göndərilmiş bəla, xəstəlik, aclıq və səfalətin günahkarları sehrbazlar, ovsunçular və əcinnələrdir. Və onların öldürülüməsi bir xristian üçün  savab işdir. Roma kilsəsinin nadanlığı o həddə çatdı ki, pişikləri də cadugər və şər qüvvələrlə əlaqəli heyvan kimi bu qara siyahıya daxil etdi...”

Bundan sonra Oqtay Eldəgəz Roma kilsəsinin bu məntiqsiz fətvanı hansı əsaslarla verməsini izah edirdi. Həm də peşəkar ədəbiyyatçı olan MAQ lideri İslamın qatı düşməni kimi tanınan İtaliya şairi Aligyeri Dantenin “Yeni həyat” şerində  başda Məhəmməd peyğəmbər əleyhissəlam(əğsəfürullah) olmaqla müsəlmanlarla yanaşı, cadugər, sehrbazlar və pişiklərin də cəhənnəm alovunda yandığını təsvir etməsinin Roma papasını  belə bir  qaragüruhçu qərara  ruhlandırdığını ətraflı göstərirdi... 

Fransadan Ukraynayadək- hər yerdə pişik qətliamı başladı...


“...Dərman xəstəyə düşən kimi,  papanın San Covanni in Literano məbədindəki moizəsi də cahil dindarların sinəsinə yatdı... Avropanı qətllər dalğası bürüdü. Öldürənlər qara camaat, ölənlər isə sehrbazlar və pişiklər idi. Üstəlik, Kardinallar Kollegiyasından dəstək alan Papa1345-ci il iyunun16-da xristianların Xeyir Xəbər gününün bayram edildiyi bir əyyamda Avropanın bütün katolik dinli ölkələrində pişiklərin qırılması barədə göstəriş verdi və bunun üçün mükafat da təyin etdi. Fransanın Bordo şəhərindən çağdaş Ukrayna civarına kimi, Quzey Norveçin dəniz sahillərindən Rumıniyaya qədər məkanlarda pişiklərin qırğını geniş vüsət aldı. Öldürülən hər pişik cəsədi üçün 5 lirə(iki buğda çörəyinin dəyəri), bir düjinə(12 ədəd) isə  60 lirə verilirdi. Vəhşiləşmiş camaat boylu pişiklərə, onların balalarına da rəhm etmədən qırırdı.  Qırğın tədbirlərinin sonunda təxminən 15 minə yaxın kişi və qadının öldürüldüyü bəlli oldu. Öldürülmüş pişiklərin isə sayı-hesabı yox idi... 


Siçovullar bələkdəki körpələri diri-diri yeməyə başladı...


Ağıllı təbiətin tarazlıq qanunları vəhşicəsinə pozulduğu üçün acı nəticələr özünü gözlətmədi. Üçcə ay ötmüş zikr olunan ərazilərdə milyardlarla siçan və siçovul qaynatmağ başladı. Onlar bələk və beşiklərdəki  körpələri diri-diri yeyir, dustaqları, xəstələri, gücsüz qocaları açıqcasına parçalayırdı.”Dayan” əmri isə verilmirdi ki, verilmirdi. Baş din xadiminin bu ağlasığmaz gedişi daha dəhşətli sonluğa gətirib çıxardı. 1347-ci ilin yayından başlayaraq Avropa məkanını “qara ölüm” adlanan((cuma, cüzam xəstəliyinin bir növü), (bəzi mənbələrdə taun da adlandırılır-S.L.)) vəhşətli mərəz ağzına aldı ki,  buna buzdə “ovma xəstəliyi” də deyirlər. Qan zərdablaşır, qan dövranı dayanır, qaralmış bədən çürüyürdü. Kim ki, xəstəsini düzgün ova bilirdi, biçarə sağalırdı. Amma bəla geniş miqyaslı olduğundan sonucu ağlasığmazdı... 

Avropalıların yarıdan çoxu ”“ 58 milyon adam qırıldı...


Bir ildə Avropa əhalisinin  51 faizi, yəni təxminən 58 milyon  adam qırıldı. Çoxlarını da yığılmamış cəsədlərin epidemiyası fəlakətə uğratdı.  Axır ki, bu qorxulu yuxu bitdi.Yenə də  xilas islam-türk dünyasından-  Azərbaycan türkündən gəldi.  İslamı qəbul etmiş Elxanilərdən Əmir həl-Umara Çobanın oğlu Ənuşirəvanın zamanında(1344-1355) Təbriz sarayının və dövrünün dahi həkim filosofu Səhabəddin Yəhya Sührəvərdi(1291-1376) avropalı Adəm övladlarının günahsız qurbanları haqqında bilgi alan kimi hökmdarın xeyir-duasıyla Romaya ”“ papa ünvanına məktub göndərdi və oradakı faciənin köklərini şərh etdi. Cumanın yayılmasında siçan-siçovul yoluxmasının təbiətini elmi dəlillərlə isbata yetirdi. Yaxşı ki, papa ona qulaq asdı və fitvanı geri götürdü.(M.F.Zaxarov. “Kardinallar döyüşə gedirlər” kitabı, İezuitlər bölməsi, səh. 158, Siyasi Nəşriyat, Moskva, 1957).  Göründüyü kimi, milli masonçuluq lideri bu önəmli tarixi  məlumatın mənbəyini də göstərir...


Azərbaycanlı həkim Səhabəddin Sührəvərdinin məsləhətiylə Osmanlı dövləti də Avropaya yardıma qoşuldu

Fərəhli haldır ki,  həkim alimimiz gənc qonşu Osmanlı imperiyasını da ayağa qaldırdı. Iki nəhəng ölkədən milyonlarla pişik və pişik balası Avropaya köç aldı.  Yüz minlərlə müsəlmanın qətlinə bais olmuş Xaçlı yürüşlərinə rəğmən, bu cahanşümul xeyriyyə əməliyyatlarında  azərtürk tacirləri, səlcuq türk qardaşlarımız ağlasığmaz işlər gördülər. Sağlam cins pişiklərimiz Avropalıların ailələrinə xoş ovqat gətirməklə yanaşı, tamamilə qırılmış həmsoylarının siçan və siçovullarla mücadilədə qalmış səngərlərinə atıldı. Avropa əhli anladı ki, bu xilaskarlar heç də şeytanın insanlar arasına atdığı əcinnələr, gözləri ovsunlular deyil, bəşər nəslinin dostlarıdır. Bu minvalla sehrbaz və ovsunçuların da qətlinə son qoyuldu. 1357-ci ildə həmin yerlərdə cuma təkrar görünsə də, genişlənə bilmədi, itkilər az oldu. Və  “qara ölüm” Avropadan qovuldu...”


Bu gün yenə də bizlər Avropanın pisliklərinə yaxşılıqla cavab verməkdəyik...

Tarixdə türk, müsəlman toplumlarının nəinki xristianlara, digər din mənsublarına, o cümlədən yəhudilərə də ürək açıqlığıyla yardımda bulunmalarına nümunələr çoxdur. Bu gün də Qərbin dövlət liderlərinin bizlərə qarşı çoxüzlü, xəyanətkar, işğalçı Ermənistana gizli-açıq dəstək verən gedişlərinə rəğmən Rusiyanın Avropaya yanacaq təhdidlərinin qarşısında  qaz xətlərini  o ölkələrə doğru yönəltməklə avropalıları qışda donmaqdan xilas edən,  xristian-yəhudi dünyasının fitnələri ilə törənmiş  qanlı savaşların əlindən bu qitəyə üz tutan nəhəng  qaçqın dalğasına sinə girən də yenə türk dünyası, Azərbaycan və Türkiyədir... Odur ki, keçmişdəki borclarıyla yanaşı, Avropa dövlətləri bu gün də bizim qarşımızda borclanır. Bunu Oqtay Eldəgəz  də söhbətinin sonunda xatırlatmaqla Qarabağ məsələsinin ədalətli həllində Azərbaycana yardımın Qərb hökumətlərinin boynunun borcu olduğunu vurğulayır:

Batı,borcumu qaytar!..

“Yeddi il öncə böyük həkim filosof oğlumuzun(S.Sührəvərdinin-S.L.) 700 illiyi tamam olanda unutqanlqıq göstərdik. Elə orta əsrdə də papa və Avropa əhli xilaskara təşəkkürlərini bildirməmişdilər. Barı, indi gur heyətlə Romaya, Parisə, Lissabona, Strasburqa yollanan kəslər 1 milyon qaçqınımızdan, 20 faizlik torpaq itkimizdən  yazıq-yazıq danışmaq yerinə, hazırda döşünə döyən Qərb iqtidarlarına xatırladaydılar ki, ağır çağlarında onları, yəni avropalıları  sonuncu adamınadək qırılmaqdan biz azərtürklər xilas etmişik.  Bax, o zaman nə 907-ci maddə,  nə ATƏT-in sülhyaratma oyunları, nə Rusiyanın vasitəçilk şəbədəsi, nə də Quzey Azərbaycanımıza yuxarıdan aşağı baxma, milli tərəfdaş nəzəri olmazdı. O səyyah şəxslər (Azərbaycandan gedənlər-S.L.) gərək elə belə də  deyəydilər:” Batı, borcumu qaytar!..”


Sultan Laçın
Oxşar xəbərlər
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
GÜNLÜK
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
AYLIQ
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO