Zaqatalada rus fitnəsi - Üsyana gedən yol...
Oxunub: 7356
26 Jun 2016 | 22:52
Zaqatalada rus fitnəsi - Üsyana gedən yol...
Yazıçı Paşa Yaqub son vaxtlar özünün  elmi-lədun mövzusunda apardığı hesablamalarla gündəmdədir. Oxucularımız indiyədək onun məqalələrini saytımızdan  izləyiblər. 30-dan çox kitabın müəllifi olan P. Yaqub daha bir əsərini tamamlayıb.  

Moderator.az yazıçının hələ çapa getməmiş  “Məhəmməd Davudi” əsərinin bəzi hissələrini yayımlamaq qərarına gəlib:


İkinci hissəni bu linkdən oxuya bilərsiniz: moderator.az/news/142181.html
 
 

Elə buna görə də 1863-cü il üsyanından sonra Zaqatala dairəsinin yeni rəisi Stoletov general Karsova məktubunda bildirirdi ki, dairədə xristianlığın normalarına cavab verəcək bir nəfər də olsa xristian yoxdur. Real vəziyyət keşişlərin raportlarında da öz əksini tapmışdı. Qorağan keşişi Nikolay Bornabov yazırdı: “Qorağan prixodunda fəaliyyətə başladığım vaxtdan bu günə qədər qorağanlıların dini-ruhani xristian həyatında mübarizə aparmaq məcburiyyətində qaldığım çoxlu sapmalar qeydə alınmışdır. ... pravoslav inamının tələblərini yerinə yetirmək və ruhani atanın öyüd-nəsihətlərinə qulaq asmaq, eşitdiklərini qəbul etmək və sonra onları öz həyatına tətbiq etmək Qorağan xristianının xarakterinə xas deyil. ... Kilsəyə və keşişin yanına ancaq ölünü basdırmaq, yeni doğulmuşu xaç suyuna salmaq, nikah bağlamaq üçün qaçırlar və bunu da yalnız nikahın və yeni doğulmuş uşağın qeydiyyatını rəsmiləşdirmək üçün edirlər...”.

 

Yaranmış dözülməz şəraitdə Zaqatalanın Tasmalı və Lələpaşa kəndlərinin sakinləri bu qəddar müstəmləkə siyasətinə etiraz əlaməti olaraq hamılıqla Türkiyəyə köçürülmələri barədə ərizə ilə Qafqaz canişininə müraciət etmişlər. Lakin canişindən müsbət cavab almayacaqlarını qət edən Car-Balakən əhalisi kütləvi surətdə azadlıq hərəkatına qalxdı. 1863-cü ildə Hacı Murtuzun başçılığı altında xalq üsyanı başladı. Hacı Murtuz rus ordusunun keçmiş kapitanı olmaqla, əhali içərisində böyük nüfuza malik idi. O, Balakənin Noblevan kəndində doğulub mədrəsə təhsili almış, fars, ərəb, türk dillərini yaxşı bilən v şəriət qanunlarına ciddi əməl edən birisi idi. Rus hökuməti ondan xristianlığı qəbul etməyi tələb etmiş, tələbi yerinə yetirmədiyinə görə vəzifəsindən azad edilmişdir. Hətta çar məmuru Şalikov onu Balakəndə kilsə tikmək üçün torpaq sahəsi verməyə məcbur etmişdi. Bu hadisə onun üsyana rəhbərliyi öz üzərinə götürməsinə səbəb olur. Balakənli Bürcəli və Carlı Molla Zəngi Hacı Murtuzun ən yaxın köməkçiləri idilər. Bölgənin bütün müridləri onlarla birlikdə idi.

 İngiloylar, xüsusən də əliabadlılar Hacı Murtuzun rəhbərlik etdiyi üsyanın əsas təşkilatçılarından biri idilər. Bu da səbəbsiz deyildi. Belə ki, Əliabad və Tasmalı kəndlərinin əhalisinin xristianlığı qəbul etməkdən qəti şəkildə imtina etmələrinə baxmayaraq, burada Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyətinin hesabına tikiləcək kilsələrin təməli qoyulmuşdu. Bölgənin əhalisini tamamilə xristianlaşdırmaq arzusu ilə 1862-ci ildə Balakəndə də kilsə tikintisinə başlanılmışdı.

 Qısa müddət ərzində Əliabad üsyanın mərkəzinə çevrildi. Camaat dəfələrlə Əliabadın kənd məscidində yığışaraq üsyana hazırlıq işlərini və növbəti dəfə hansı addımın atılacağını müzakirə etmişlər. Belə yığıncaqlardan birində əliabadlılar xristianlığı qəbul etmiş ingiloy kəndlərini üsyana hazırlamaq missiyasını öz üzərlərinə götürdülər. Onlar xristianlığı qəbul etmiş ingiloyları inandırdılar ki, dövlət gec-tez onların xristianlaşdırılmasına sərf etdiyi bütün vəsaiti: altı illik güzəşt, bəylərin torpaq asılılığından azad edilmələri barədə təəhhüdü, kilsə tikintiləri ilə bağlı olaraq il ərzində kilsə tərəfindən kəsilmiş aylıq məvacibi ləğv edəcək və bunun əvəzini onlardan alacaqdır.

 Bütün bu izahat işlərinin nəticəsində, çox keçmədən ingiloylar zorla xristianlaşdırıldıqlarına dair şikayətlə Qafqaz canişininə müraciət edərək, yenidən İslam dininə qayıtmaq arzusunda olduqlarını bildirirlər. İyunun 5-də Əliabad məscidində üsyana hazırlığı yoxlamaq məqsədi ilə son yığıncaq keçirildi. Yığıncaqda əhalisi xristianlaşdırılmış ingiloy kəndlərinin də nümayəndələri iştirak edirdilər. Onlar da əliabadlılarla birlikdə Hacı Murtuza kömək etməyə hazır olduqlarını bildirirlər.

 6 iyun 1863-cü il tarixdə üsyançılar, o cümlədən zorla xristianlaşdırılmış ingiloylar axşam Zaqatala qalasına hücuma başladılar. Üsyan zamanı Zaqatala dairəsinin rəisi Şalikov öldürüldü. Çar hökuməti üsyanın geniş vüsət almasından təşvişə düşərək onun yatırılması üçün təcili tədbirlərə əl atdı. Temirxan-Şuradan buraya 3 minlik süvari rus qoşunu da yeridildi. Üsyan iştirakçıları arasında kütləvi həbslər həyata keçirildi. Qorağan kəndindəki məscid bağlanıldı. Əmrə tabe olmayaraq həmin məscidə gələnləri və İslama etiqad edənləri kütləvi surətdə həbs etdilər.

Hərbi-səhra məhkəməsinin qərarı ilə üsyanın 18 nəfər ən fəal iştirakçısı dar ağacından asıldı. Min nəfərdən çox üsyançı və onların ailə üzvləri ağır katorqa işlərinə göndərildi. Hacı Murtuz Yenisey quberniyasına  sürgün edildi və on ildən sonra orada vəfat etdi. Hökumət dairələri üsyanda iştirak etmiş kəndlilərə vəhşicəsinə divan tuturdu. Vurulan ziyan üsyançıların hesabına ödənildi. Üsyan iştirakçılarının  əmlakı dağıdıldı və talan edildi. 

 Üsyan nəticəsində ingiloylar kütləvi surətdə xristianlaşdırılmaqdan imtina etdilər və bnunla 7 pravoslav icması bağlandı. Yalnız Qax, Qorağan kəndlərinin əhalisinin bir qismi, həmçinin Əlibəyli kəndinin əhalisi pravoslavlıqda qaldı.

1879-cu ildə Serafimoviçin Zaqatala dairəsinə rəis təyin edilməsindən sonra vəziyyət yenidən dəyişdi. O, gürcü missionerlərinin fəaliyyətinə yenidən xeyir-dua verdi.

Lakin Serafimoviçin səyləri istənilən nəticəni vermədi. Belə ki, 1880-ci ildə yalnız tasmalılardan 20 ailəni xaç suyuna salmaq mümkün oldu. Lakin 1881-ci ildə Serafimoviç Balakəndə öldürülən kimi tasmalılardan 11 ailə yenidən İslama qayıtdı. Bundan sonra, Tasmalıda pravoslavlaşdırılmış ingiloylar tamamilə öz dininə qayıtdı.

 Artıq 1883-cü ildə Tasmalı, Zəyəm, Yengian kəndlərinin hər birində cəmi bir ailə xristianlığa etiqad edirdi. Bununla Tasmalı prixodunun da bağlanma təhlükəsi yaranır. Amma, missionerlər coğrafi mövqeyinə görə mühüm nöqtədə yerləşən Tasmalını itirmək niyyətində deyildilər. Missionerlər üçün Tasmalı onun əhatəsində yerləşən Zəyəm, Lələpaşa, Marsan, Varxian, Şotavar, Yengian, Əliabad kəndlərində missionerlik fəaliyyətini tədricən bərpa etməyə imkan verəcək mərkəz idi.

 1891-ci ildə Tasmalı kilsəsinin tikintisinə başlanıldı. Missionerlər yeni kilsənin tikintisi üçün uğurlu yer seçmişdilər. Yeni kilsə yerli müsəlman əhalinin müqəddəs saydıqları alban kilsəsinin xarabalıqları üzərində tikiləcəkdi. Qafqazda Pravoslav xristianlığını bərpa edən cəmiyyət bu kilsənin tikintisi üçün 4.000 rubl ayırmışdı.  

1892-ci ildə isə, Meşəbaş və Kürmük kilsələrinin tikintisinə başlanılır. Kürmük kilsəsi də həm müsəlman, həm də xristian əhalinin ziyarətgahı olan Alban məbədinin üzərində tikildi.

 İngiloy Ruhani İdarəsinin səyləri nəticəsində Qax sahəsinin ingiloylarının xristianlığa döndərilməsində xüsusi xidmətləri olan kapitan Merkulov Əliabad sahəsinin rəisi təyin edildi. 1892-ci ildə onun səyləri nəticəsində tasmalılardan 12 ev yenidən xristianlaşdırıldı. Artıq 1892-ci ildə Tasmalıda 16 ev, hər iki cinsdən birlikdə 75 nəfər, Zəyəmdə iki ev, 6 nəfər, Yengianda isə bir ev və 3 nəfər xristian idi. 1892-ci ilin mayında Merkulov öz vəzifəsindən istefa verən kimi tasmalılardan 12 ev yenidən İslama döndü.

 Qeyd etmək lazımdır ki, Zaqatala dairəsində  xristianlaşdırmadakı uğursuzluqlardan sonra, missionerlər öz fəaliyyətlərini bərpa etməyin yeni yollarını axtarırdılar. Qorağan keşişi Qvtisavarov xristianlaşdırma işini “yaxşılaşdırmaq” üçün ciddi təkliflər verdi. Onun fikrincə missionerlər öz fəaliyyətlərinə ilk növbədə müsəlman uşaqlarını rus məktəblərinə cəlb edilməsindən başlamalı idilər. Bu gənc nəslin xristian dininə istiqamətləndirilməsinə imkan verəcəkdi. Yaşlı müsəlmanlar arasında xristianlığı yaymaq üçün isə, müsəlmanlar üzərində polis nəzarəti gücləndirilməli və xristian şəxslərə qəsdən etimad göstərmədikləri halda onlar cəzalandırılmalı idilər. Xristianlara müsəlmanlarla müqaisədə açıq şəkildə üstünlük verilməsini vacib sayan keşiş, xristianlığı qəbul etməyənlərin daha az məskunlaşmış ərazilərə köçürülməsini təklif etdi.

 Missionerlər eyni zamanda xristianlığı qəbul edənləri müsəlmanlar və xristianlar tərəfindən xristian adları ilə çağırılmasının vacib olması (əks halda qaydanı pozanların cəzalandırılması), ölən xristianın mirasının yaxın müsəlman qohumuna verilməməsini tələb etdi. Onun fikrincə, belə məsələlərdə prinsipial mövqe göstərilsə, pravoslavlaşdırılmışların  sayı artacaqdı. Lakin, əhalinin ciddi müqaviməti nəticəsində bu tələbləri də həyata keçirmək mümkün olmadı. Artıq əhalinin kütləvi xristianlaşdırılması mümkün deyildi.  Ona görə də missionerlər heç olmasa ayrı-ayrı insanları xristianlaşdırmaq üçün kilsə qanunlarını pozmaqdan belə çəkinmirdilər. Məsələn, 1896-cı ildə Taras İvaniski adlı keşiş Balakən sakini Dibir Musayevi xristianlaşdırarkən Ruhani Konsistoriyasının 31-ci maddəsini pozmuşdu. Bu hadisə Ali Ruhani İdarəsi tərəfindən müzakirə olunsa da, nəticə uğurlu olduğu üçün T. İvaniski cəzasız qaldı .

 Keşişlərin özfəaliyyəti təkcə Zaqatala dairəsinə aid deyildi. Onlar imkan düşəndə digər qonşu müsəlman vilyətlərində də “öz müqəddəs borclarını” yerinə yetirirdilər. 1900-cü ildə Nuxa vilayətində Şirin bəy Əliyevin “arzusunu gözündə qoymaq” istəməyən keşişlər öz təcrübələrinə əsaslanaraq ölünü də xristianlaşdırırlar. Mərhumun adı dəyişdirilərək Aleksandr olur. Nəşi isə, müsəlman qəbiristanlığından çıxarılıb xristian qəbiristanlıında dəfn edilir.

Halbuki, buna oxşar hadisə Yengian kəndində olarkən kəndin sakinlərindən biri İbrahim Hacı Məhəmməd oğluna nəinki İslam dininə dönməyə icazə verilmədi, hətta, kəndin digər sakini Nur Məmməd oğlunu müsəlman adəti ilə dəfn edən molla məsuliyyətə cəlb olundu .

 Beləliklə, Rusiya hökumətinin gürcü kilsəsi ilə birlikdə Car-Balakən camaatlığının və İlisu sultanlığının ərazisində həyata keçirdikləri xristianlaşdırma siyasətinin nəticələri onların tam arzuladığı kimi olmadı. Lakin, 70-80 illik fəaliyyət nəticəsiz də qalmadı. Zorla xristianlaşdırma siyasəti nəticəsində XIX əsrin əvvəllərinə qədər aralarında bir nəfər də olsun xristian olmayan ingiloylar arasında ədavət və düşmənçilik yarandı. Tasmalı keşişi Bakradzenin Gürcüstan ekzarxına yazdığı məruzədən bir parça bunu sübut edir: “Pravoslavlarla Məhəmmədilər (müsəlmanlar) arasında indi güclü bir düşmənçilik və qisasçılıq başlanıb; indi onların arasında nə qohumluq, nə qonşuluq, nə dostluq, nə tanışlıq, nə də ki, əvvəlki kimi ictimai münasibətlər var” .

 Beləliklə, zor gücünə və böyük maddi imtiyazlar hesabına ingiloyların bir hissəsinə pravoslavlığı qəbul etdirməklə, Rusiya imperiyasının hakim dairələri Azərbaycanın şimal-qərb torpaqlarında, o cümlədən Car-Balakən camaatlığının və İlisu sultanlığının yerli əhalisi arasında gələcəkdə uğurla istifadə edilə biləcək qarşıdurma ocağı yaratdı və bu yolla işğal olunmuş ərazilərdə öz mövqelərini möhkəmləndirdi.

Ardı var...

Qeyd: kitabın bu fəslinin yazılmasında AMEA Tarix İnsitutunun əməkdaşı Arzu Əşrəfqızının  tədqiqatlarından istifadə edilmişdir.
Oxşar xəbərlər
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Mikayıl Cabbarov Şavkat Mirziyoyevlə görüşüb
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 12:15
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 12:20
TƏBİB-də yeni təyinat
01 May 2024 | 12:10
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
01 May 2024 | 12:42
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 12:47
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 12:15
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 12:20
TƏBİB-də yeni təyinat
01 May 2024 | 12:10
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
01 May 2024 | 12:42
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 12:47
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL