“Müharibə o vaxt olacaq ki...” -Prezident Əliyevdən şifrəli Qarabağ mesajı
Oxunub: 12997
26 Jun 2016 | 17:39
“Müharibə o vaxt olacaq ki...”  -Prezident Əliyevdən şifrəli Qarabağ mesajı

Ölkə başçısının “məsələdə beynəlxalq hüquq işləmir” açıqlamasının pərdəarxası; prezident Sank-Peterburq görüşünün detallarını məhz Ordu Günündə açdı; “Müsbət nəticələr var..., Ermənistanın şərtləri qəbul edilməyib..., ordumuz istənilən vəzifəni yerinə yetirməyə qadirdir...”

“Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq işləmir. Lakin bununla belə, Azərbaycan diplomatik və siyasi səylərini davam etdirəcək”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev həftəsonu Ordu Günü ilə bağlı etdiyi çıxışında bildirib. Əslində ölkə başçısı bununla uğurlu aprel döyüşlərinin yaratdığı yeni ab-hava fonunda yetərincə mühüm bir etirafda bulunub, topluma bəzi mesajları çatdırmaq istəyib. Hansı mesajları? 


Ölkə rəhbərinin bu açıqlaması ən əvvəl o deməkdir ki, konfliktin həlli böyük güclərin iradəsindən və onların qarşılıqlı münasibətlərindən asılı qalmaqda davam edir və biz mövcud gerçəyi istəsək də, istəməsək də qəbul eləməliyik. Yəni münaqişənin həlli BMT-nin məlum qətnamələrindən daha çox, supergüclərin bölgədəki maraqlarının nə dərəcədə uzlaşmasından asılı olacaq. Əlbəttə ki, söhbət Rusiya və Qərbdən, daha dəqiqi, Qərbin aparıcı dövləti ABŞ-dan gedir.

Prezidentin açıqlaması şəksiz ki, məsələdə qlobal güclərin təsirinin etirafıdır. Demək, hələ ki, rəsmi Bakı onların maraqlarına oynamaq, bu maraqları ciddiyə almaq zorundadır. O cümlədən işğalçıya qarşı hərbi gücün tətbiqində ilk növbədə böyük güclərin maraqlarını gözləməliyik, nəinki “işləməyən” beynəlxalq hüququ. 

*****
Məntiqlə beynəlxalq hüquq məsələdə işləmirsə, o zaman ayrı variant da qalmır və Azərbaycan reallıqla barışmağa məhkumdur. Bu xüsusda, Ali Baş Komandanın etirafı həm də Azərbaycan cəmiyyətinə mesajdır ki, xalq illüziya ilə deyil, reallıqla yaşamalı, gerçəyi nəzərə almalı və əlverişli fürsət yetişənədək gözləmək üçün özündə təpər tapmağı bacarmalıdır. 

Bu, habelə, o anlama gəlir ki, Azərbaycan Qarabağ məsələsində, Ermənistanı cəzalandırmaq məsələsində xüsusən də problemin həllində açar rola malik Rusiya ilə daha ehtiyatlı davranmalı, onun neytrallığını təmin eləməlidir. Bununla da ölkə başçısı aprel bilts-zəfərindən sonra haqq savaşına köklənmiş xalqa mesaj göndərir ki, müharibə o zaman olacaq ki, öncə Rusiyanın müdaxilə ehtimalı sıfırlanacaq.   
     
*****
Bu mənada ölkə başçısı reallığı dilə gətirib və faktiki surətdə, yeni bir şey də deməyib. Doğrudan da BMT qətnamələri, BMT Nizamnaməsi məsələdə çoxdan işləmir. Təsadüfi deyil ki, həmsədrlər Qarabağa dair BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini, bu qətnamələrin hətta hansı sayda olduğunu çoxdan unudublar, onlar haqda danışmağı sevmirlər. Qarabağa dair hazırlanan son həll prinsiplərində, “Madrid sənədi”ndə də BMT sənədləri əfsus ki, xatırlanmır. 

Məsələ də ondadır ki, Qarabağ probleminin indiyədək çözülməməsinin aparıcı səbəbi elə fövqəlgüclərin bu və ya digər səbəbdən BMT qətnamələrinin reallaşmasında maraqlı olmamasıdır. Bu da yenə Qarabağ mövzusunda beynəlxalq hüququn iqnor edilməsinin bariz təsdiqidir.

Yeri gəlmişkən, İlham Əliyev bir neçə dəfə bəyan edib, bunu özü də ATƏT-in Minsk Qrupu həmsədrlərinin üzünə də deyib ki, lazım gələndə BMT qətnamələri dərhal, hətta cəmi bir neçə dəqiqənin içində yerinə yetirildiyi halda, Qarabağ məsələsində eyni qətiyyət göstərilmir. Onu da qeyd edib ki, Ermənistan məhz güclü beynəlxalq havadarlarının hesabına işğalçılıq siyasətini davam etdirir. 

Həmin havadarları hamı tanıyır. Odur ki, təkrar qeyd edək: Azərbaycan kiçik ölkə olaraq, böyük güclərin maraqları üzərində oynamağa məhkumdur. Lakin bu, əsla o anlama gəlmir ki, biz əllərimizi yana salıb gözləməli, həmin böyük güclərin səxavətə və insafa gəlməsini gözləməliyik. Fors-major situasiyaları deyilən anlayış da var ”“ yəni qəfil peyda ola biləcək əlverişli fürsətləri deyirik. Onlara hazır olmalıyıq... 

*****
İstənilən halda ölkəmiz Ermənistandan hərbi, iqtisadi baxımdan özünün əzici üstünlüyünü durmadan artırmalı, işğalçı ölkəni silahlanma yarışına cəlb eləməklə onun iqtisadiyyatının daha kritik duruma düşməsinə, özünün daha sürətlə boşalmasına nail olmalıdır. Ki, növbəti və qəfil blits-hərbi zərbə daha ağrılı və daha effektli olmaqla, Ermənistanın havadarlarını da fakt qarşısında qoysun, onları ədalətli mövqeyə sövq edə bilsin.


Bu xüsusda prezidentin Ordu Günündə söylədiyi aşağıdakı fikirlər də çox əhəmiyyətlidir və haqq savaşı gözləyən cəmiyyətə zəmanət xarakterli başqa bir mesaj sayıla bilər: ölkə başçısı deyib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, mərhələli şəkildə həll edilməlidir və Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Bu xüsusda o, erməniləri Helsinki Yekun Aktının diqqətlə oxumağı çağırıb. Vyana görüşündə Ermənistan tərəfinin şərtlərinin qəbul edilmədiyini vurğulayan prezident habelə Sankt-Peterburq görüşünün müsbət nəticələri olduğunu diqqətə çatdırıb. 

Müsbət nəticələrdən biri isə erməni tərəfinin israrla insidentləri araşdırma mexanizmi barədə təklifinin iflas olmasıdır. İşğalçı həqiqətən də çox ümidli idi ki, bununla o, cəzasızlıq şəraitində işğal rejimini saxlaya biləcək. Lakin prezidentin sözlərinə görə, ATƏT-in müşahidə ofisinin əməkdaşlarının sayının uzağı 2-2,5 dəfə artırmağa razılıq verilib. Bu, maksimum 12-15 nəfər edir ki, faktiki şəkildə reallığı dəyişmir, Azərbaycan istənilən an yenə də təcavüzkara güc tətbiq eləmək imkanını özündə saxlayır. 

İlham Əliyev Ordu Günüdə onu da bildirib ki, insidentləri araşdırma mexanizmlərinin tətbiqi yalnız həll prosesi ilə paralel gedə bilər. Nəhayət, Ali Baş Komandan onu da bir daha vurğulayıb ki, ordu quruculuğu sahəsinə bundan sonra da xüsusi diqqət yetiriləcək və Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir - təbii ki, bundan ötrü məqbul siyasi şərtlər yetişəndə... 

Azərbaycan xalqı buna şübhə eləmir və aprel zəfərinin daha geniş miqyasda davamını gözləyir. Təkcə gözləmir, həm də buna hazırdır.(musavat.com)
Oxşar xəbərlər
09:38, Bu gün
Sürücülər yağışlı havalarda nəyə diqqət etməlidirlər?
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
09:10, Bu gün
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
GÜNLÜK
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 09:56
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 10:30
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
06 May 2024 | 10:50
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 | 11:28
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
06 May 2024 | 10:36
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
06 May 2024 | 11:11
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 09:56
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 10:30
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
06 May 2024 | 10:50
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 | 11:28
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
06 May 2024 | 10:36
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
06 May 2024 | 11:11
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb