“4-5 nəfəri QİÇS-ə yoluxdurmuşam” -Başqalarının həyatını məhv edən adam
Oxunub: 5656
26 Jun 2016 | 09:52
“4-5 nəfəri QİÇS-ə yoluxdurmuşam” -Başqalarının həyatını məhv edən adam
Deyir 47 yaşım var. İnanmıram. Əslində, narkomanlar vaxtından tez qocalsalar da, bu adamda əksinə idi. Dediyi yaşı vermək olmur. 20 ilə yaxındır ki, narkotikdən istifadə edir, 10 ildir ki QİÇS xəstəsidir. Ömrünün təxminən üçdə birini də həbsxanada keçirib.

Narkotik, həbs, QİÇS, dağılan ailə, 15 ildir görmədiyi uşaqları, elə 15 ildir onu danışdırmayan anası, dözülməz ağrılar... Bəlkə də, adi halda bir insanın bunlarla yolu kəsişmir. Bəzən də üçü ilə birdən kəsişir. Bəzən bir bəla dalınca onunu gətirir. Mehman kimi (ad şərtidir). HİV virusuna yoluxanların əksəriyyəti onun kimi inyeksion narkomanlar və ya onların bədbəxt elədikləri ailələridir. Narkotikdən dəfələrlə imtina etmək istəsə də, iradəsi imkan verməyib. Sonunda tərgidə bilib. 

Moderator.az 3-cü dərəcə QİÇS xəstəsi olan keçmiş məhkumun həyat hekayəsini təqdim edir.

"Məndən 4-5 nəfərə QİÇS keçib"

997-ci ildən narkotikdən istifadə etməyə başladım. O vaxt nəşə çəkirdim. Amma iynə vurmağa meylim yox idi. Bir dəfə biri dedi ki, yaxşı "mal" var, gəl. Mən də elə bildim nəşədir, amma iynəsini deyirmiş. İlk dəfə onda narkotikdən istifadə elədim və bir-iki dəfədən sonra asılılıq yarandı. Nə qədər tərgitmək istəsəm də, alınmadı. Hər şey həmin vaxtdan başladı, ondan sonra qazandığım hər şeyi yavaş-yavaş itirməyə başladım.

QİÇS-ə 2006-cı ildə yoluxmuşam. Bəzən olurdu ki, birdəfəlik şprisi bir neçə dəfə işlədirdik. Yəqin ki, xəstəlik mənə həmin vaxt kimdənsə keçib. Amma özünü uzun müddət büruzə verməyib. Yalnız həbs olunandan sonra 2007-ci ildə xəbər tutmuşam. Həmin il narkotikə görə tutulmuşdum. Karantində olanda gəlib hamımızdan qan götürürdülər. Məndən şübhələndiklərinə görə ikinci dəfə də götürdülər və 15-20 gündən sonra HİV virusuna yoluxduğum aşkarlandı.

Axşam kamerada dava olmuşdu. Həbsxanada axşam 18:00-dan sonra kamera açılmır, buna mühafizəçinin ixtiyarı yoxdur. Açılması üçün gərək rəhbərliyə zəng olunsun, icazə alınsın. Bizim də dalaşdığımızı gördülər, amma qapını açmadılar. Səhər də məni rəis müavininin yanına çağırdılar. Fikirləşdim ki, kamerada "starşiy" mənəm, yəqin ki, "izolyator"a salacaqlar, "karsa bağlayacaqlar". Amma əksinə oldu, otaqda müavinin əvəzinə ağzında maska olan həkim oturmuşdu. Elə birbaşa mənə QİÇS-ə yoluxduğumu dedi. Onu da dedi ki, yanımdakı məhbuslara bu barədə deməyim.

Mən də necə deməyim? Demək olar ki, 5-6 gündən bir içəridə yığışıb iynə vururduq. Qayıdan kimi onlara xəstəliyimlə bağlı dedim və bildirdim ki, ehtiyatlı olsunlar.

Həkimə gedəndə bu xəstəliyimin olduğunu deyirəm. Gizlətsəm, ondan da kiməsə keçə bilər axı. Amma olur ki, insanlar bilə-bilə bu xəstəliyə yoluxurlar. Elə Bayılda həbsxanada olurdu ki, mənə 1 qram heroin gəlirdi. Deyirdim ki, baxın a, mən HİV xəstəsiyəm, sizə keçə bilər. Kimsə dalımca söyməsin ki, bilə-bilə yoluxdurdum. Amma "taxtabaşlar" istifadə edirdilər. Bəzən üzbəüz kamerada məndən şpris soruşurdular. Mən də deyirdim ki, var, amma xəstə adam var, o istifadə edib, məsləhət deyil. Razılaşırdılar, amma bir qədər keçəndən sonra dözə bilmirdilər, yenidən istəyirdilər ki, göndər, biz bilirik, alışqanla şprisin ucunu yandıracağıq, onda virus öləcək, keçməyəcək. Özü özünü aldadırdı əslində. Bilirdi ki, keçəcək. Sonra həmin adam da xəstələndi, bildim ki, ona məndən keçdi. Məndən 4-5 nəfərə QİÇS keçib. Olub ki, demişəm, bunu vurmaq olmaz, amma vurub və yoluxub. Mən öz payıma düşəni etmişəm. Kamerada bir az vəziyyət pis olur, çünki bir şpris olur, onunla vurmalısan. Amma "zon"da tibb məntəqəsindən almaq olur. Əvvəllər istifadə etdiyim şprisi qırıb tullayırdım ki, heç kim görməsin. Amma sonra ehtiyac olduğuna görə, saxladım.

Cibimə heroin atıb tutdular

Mən çox kitab oxumuşam. Doğrudur, ali təhsilim yoxdur, amma özümü heç kimin yanında əskik hesab eləmirəm. Uzun müddət sürücü işləmişəm, KamAZ sürmüşəm. Əslində, peşəm qaynaqçıdır. Amma iş yoxdur, hətta fəhlə düzəlməyə də tanışın olmalıdır. Bir də keçmiş narkoman və məhbus olduğunu biləndə çoxu işə götürmək istəmir. Hətta polis də səndən istifadə edir. Axırıncı dəfə iki "srok"un arasında 43 gün azadlıqda qaldım. Təzə həbsdən çıxmışdım ki, cibimə heroin atıb tutdular. Əslində, heç bir günahım yox idi, bunu planı doldurmaq üçün etdilər.

Bu dəfə həbsdən çıxandan sonra keçmiş məhbus yoldaşımın yanına getdim, Lökbatana qayıtmadım. Demişdi gələrsən, sənə kömək edərəm. Mənə 9 mərtəbəli binanın altında dükanın yanında zirzəmini verib. Soyuducu, televizor almışam, yaşayıram orada. Amma keçmiş məhbusa cəmiyyətə adaptasiya olunmaq çox çətindir. İnsanlar, əsas da yaxınlarının münasibəti dözülməzdir. Başa düşürəm ki, çox günah işləmişəm, amma səhvimi başa düşmüşəm, az da olsa, bu yoldan uzaqlaşmaq istəyirəm...

QİÇS-lə mübarizə mərkəzinə hər 6 aydan bir gəlirəm. Ehtiyac varsa, immunitet zəif olanda və ya ağrılar olanda 2-3 həftə saxlayırlar.

"Pulu olan yaxşı oğlandır"

13 il həbsxanada yatmışam. Əvvəllər həbsxana qanunları fərqli idi. İndi hər şey puldan asılıdır. Əvvəllər adam tutdurub sonradan gəlib həbsxanaya düşənin məhbuslar arasında yeri yox idi. Onun söz danışmağa haqqı yox idi. Ona sərhəd qoyulurdu. Ümumiyyətlə, qumar oynayanda da ona sərhəd qoyulurdu ki, 5 manatdan yuxarı məbləğdə oynaya bilməzdi. O gəlib təmiz kişilərin yanında otura bilməzdi.

Həbsxanada kupelər var və məhbuslar orada yatır. Həmişə "uqlovoy" kupelərdə tanınmış adamlar yatırdı. İndi barakda pulu olan yaxşı oğlandır. Onu yuxarı başa keçirirlər. İndiki "zon"da ancaq papağını başında bərk saxla. Heç kimə qarışma, kitabla, krossvordla gününü keçir. İndi həbsxanada da elə bura kimidir, pulun varsa, adam sayırlar, yoxdursa adam yerinə qoyan yoxdur.

Əvvəllər həbsxanaya gələndə 100% bilinirdi ki, hansı səbəbdən gəlib. İndi zorlama ilə gələn deyir ki, şərləyiblər. Amma insana baxanda bilirsən ki, bu hərəkət ona yapışır, ya yox. Elə şeylərə rast gəlmişəm ki. Məsələn, atasını öz arvadı ilə tutan biri atasını zorlamışdı. İkisini də tutmuşdular, bizimlə eyni "zon"da qalırdı. Bax, oğru qanunlarında bu nakişilikdir və qəbul olunmur. Yaxşı, tutmusan, başını kəs də. 3-5 gün özünü gizlədə bilərsən, ondan sonra yaşayışı, davranışı ilə insanın kim olduğu üzə çıxır. Elələrinin başlarına elə oyunlar açırlar ki... Onlarla əllə görüşmək olmaz, onlardan nəsə almaq olmaz, onlara "üzdəniraq" deyirdilər. Stolda otura bilməzdi, yatanda da tualetin yanında yatırdı. Onlardan siqaret almaq olmaz, ancaq bağlı qutunu almaq olar. Açıq siqareti yox. Əgər "kars"da olanda məcbur siqaret almalı olsan (zonun təmizlik işi onlarlıqdı), onu gərək açıb tütünü ayrı kağıza boşaldıb çəkəsən. Yəni həmin adamlar elə çirkindirlər, onlardan o tərəfi yoxdur. Qumarda uduzub vaxtında verməyəni çox ağır cəzalar gözləyir. Sonradan rəhmətlik Bəxtiyar həbsxananı homoseksuallar bürüməsin deyə, onlarla bağlı cəzaları yüngülləşdirdi. Bəzən heç bir qəpiyi olmadan oynayırdılar ki, udacağam. Sonradan qumarda uduzanlar "üzdəniraq" olmayan yerdə bütün işlər, "zon"un təmizliyi onlara həvalə olunurdu.

"Həbsxana qanunları "Quran"da yazılanlarla eynidir"

Əslində, həbsxana qanunları ağır qanunlardır, amma haqlı qanunlardır. İslamda necə yazılıbsa, həbsxanada da qanunlar eynilə o cürdür. Mən vaxtilə "Quran"ı oxumuşam, namaz da qılmışam. "Quran"ı oxuyandan sonra başa düşdüm ki, bu cəhənnəmdən çıxa bilərəm. Narkotiki tərgitmək mümkündür, sadəcə, iradə lazımdır. Məndə də əvvəl yox idi, amma sonra gəldi. Hər şey əlimdən çıxandan sonra. Uşaqlarımla görüşməyə qoymadılar məni. Oğlum hemofiliya xəstəsidir, onu çox istəyirəm ki, görüm. Bəlkə də getsəm, heç nə deməz, amma gedə bilmirəm. Evimi, maşınlarımı satdım. Hətta dirənib ata evimi də satdım, ailəmi çətin vəziyyətdə qoydum. Anam 15 ildir ki, mənimlə danışmır. Gedirəm, üzünü mənə tərəf çevirmir. Ona çox haqq verirəm. Həyatımdakı hər kəsə haqq verirəm. Düşünürəm ki, bəlkə də, Allah hansısa hərəkətimə görə məni bu cür cəzalandırır...

Bəlkə də, "Naxçıvanski"dən çıxarmasaydılar...

Əgər imkanım olsaydı, çox şeyi dəyişərdim həyatımda. Bu yaşayışı kim istəyər axı? Deyim ki, mən də hamı kimi yaxşı insan olmuşam nə vaxtsa. Çirkaba sonradan düşdüm. Məktəbdə yaxşı oxuyurdum. 7-ci sinifdən çıxıb Naxçıvanski adına hərbi məktəbə getdim. Müsabiqə böyük idi, götürmək istəmirdilər. Boyumu 3 dəfə ölçdülər, axır ki, götürdülər. Orada 2 il oxudum, 3-cü kursdan dəcəl olduğuma görə çıxardılar. Mənimlə oxuyan uşaqlar hamısı tanınmış hərbçilərdir. Yaxın dostum hərbi poliqonun rəisidir. Bəlkə də, oradan çıxarmasaydılar həyatım başqa cür olardı. Doğrudur, qəzavü-qədər də var. Amma Allah bizim üçün seçim də qoyub. Bundan sonra çox yaşayacağıma inanmıram. Məndə HİV 3-cü mərhələdədir. Hər gün dərman qəbul edirəm, əgər dərman içməsəm yaşamaram.

Rövşən Lənkəranski ilə eyni zonda

Mən həbsxanada çox tanınmış adamları görmüşəm. "Vor zakon" Mamedin "zon" yoldaşı olmuşam. O, məhbuslar üçün çox yaxşı olub, sözü keçən adam idi. Çox vaxt həbsxananın mətbəxindən məhbusların payını satırdılar. O "zon"da olanda bizim yeməyimizi heç kəs sata bilməzdi. Bizə adi vaxtda qara çörək verirdilər, Mamed gələn kimi çörəyimiz ancaq ağ olurdu. Bir də gördün, hamıya qara köynək, qara şalvar (orada hamı qara geyinir), bir də ayaqqabı paylayırlar. Və ya meyvə dolu maşın gəlirdi və onu hamıya paylayırdılar. Bunları Mamed edirdi. O, heç vaxt söyüşlə danışmazdı.

Rövşən Lənkəranski ilə də eyni "zon"da olmuşam. Düzdür, çox qalmadı, tez çıxdı. O da məhbuslara çox kömək edirdi. Heç vaxt onun qaldığı kameranın qapısı bağlanmazdı. Nə vaxt istəsəydi, çıxıb gəzərdi. Bir də gördün, bir-bir bütün kameraları gəzib hamıdan problemlərini soruşur. Biz də nəyimiz çatışmırdı, hansı problemimiz vardısa deyirdik. Yanında da həmişə köməkçiləri olurdu, tapşırırdı, qeyd götürürdülər və həll edirdilər. O qanuni oğruların sözləri keçirdi, onların zəhmlərinin qarşısında kimsə bir söz deyə bilməzdi. İndi həbsxana da dəyişib, qanunlar da. Kimin pulu varsa, hamı ona əyilir, indiki həbsxanalarda ancaq məhbusdan pul yığırlar.

Ən böyük istəyim Almaniyaya getməkdir. Çünki məni burada heç nə saxlamır. Bütün həyatım məhv olub, daha doğrusu, özüm öz həyatımı məhv eləmişəm. Elə çox istəyirəm ki, yatım, oyanım və görüm ki, bu başıma gələnlər yuxu idi...(virtualaz.org)
Oxşar xəbərlər
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
01 May 2024 | 14:10
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
01 May 2024 | 14:10
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi