Dünyada inqilab edən azərbaycanlı gənc - İxtira
Oxunub: 1912
26 Jun 2016 | 09:36
Dünyada inqilab edən azərbaycanlı gənc  - İxtira
Tural Xuduyevin ixtirası ilə görə bilməyən insanın görmə qabiliyyəti bərpa oluna bilər.

Tural Xuduyev Avropanın ən önəmli 50 tədqiqatçısından biridir. İxtirası ilə dünyada azərbaycanlı gənc alim kimi məşhurlaşıb. Hətta həmyerlimizin qatıldığı komanda ilə birlikdə gördüyü işlər dünyada tanınmış "Applied Optics”™”™ jurnalında dərc edilib. Belə ki, elmi karyerasını Massaçusets Texnologiya İnstitutunda davam etdirən T.Xuduyevin də iştirak etdiyi komanda bükümlü nanokabellərin işıq keçirməsini 20 faiz artırmağa nail olub. Bu ixtira sayəsində bükülü (əyri) klassik nanokabellər işiği 20 faiz daha çox udaraq 50 faiz yer sahəsinə qənaət edəcək. Biz də həmyerlimizlə ixtirası haqqında söhbətləşdik. 
 
Əvvəlcə müsahibimizi tanıyaq...
 
Tural Bakıda anadan olub. İlk təhsilini Bakıda 275 saylı məktəbdə aldıqdan sonra orta təhsilini Şirvan özəl türk liseyində davam etdirib. Məktəb illərindən mühəndis olmağı qarşısına məqsəd qoyan müsahibimiz iştirak etdiyi fizika olimpiadalarından medallarla qayıdıb. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra bakalavr təhsilinə Hacettepe Universiteti "Atom enerjisi mühəndisliyi” fakültəsində davam edib. 
 
Deyir ki, atom enerjisindən istifadə texnologiyasının Azərbaycanda tətbiq olunması ən böyük arzularından olub: "Atom enerjisinin əhəmiyyətini bir cümlə ilə belə ifadə edə bilərəm: 1 kiloqramlıq uranium ilə əldə etdiyimiz enerji 10 min kiloqramlıq neft və ya 14 min kiloqramlıq kömürdən əldə olunan enerji ilə eyni miqdardadır. Bu texnologiyanın Azərbaycanda tətbiq oluna bilməsi arzularımdan biri idi və bunun üçün lazım olan texniki informasiyaya sahib idim. Mənim təhsil aldığım fakültə Türkiyədə ən çətin bitirilən fakültələrdəndir. Bu fakültə hər il 3-4 məzun verir. Hətta ilk ilin sonunda bir çox tələbə çətinliyə görə ya universiteti tərk edir, ya da fakültə dəyişir. Buna baxmayaraq, mən ilk ilin sonunda fakültə birincisi seçildim, ortalama balım çox yüksək olduğu üçün rektorluq, dekanlıq tərəfindən xüsusi hədiyyələrlə təltif olundum. 
 
İlk ixtiram
 
Gənc alim fakültəni uğurla bitirdiyi üçün magistr təhsili almadan doktoranturaya qəbul olub: " Bilkənt Universitetinin nəzdində olan Milli Nanotexnologiya Araşdırma Mərkəzində magistr təhsili almadan birdəfəlik doktorantura təhsilimə davam etdim. İlk uğurlu nailiyyətim kilometr uzunluğunda nanostrukturları çox asan bir metodla əldə etməyim oldu və bir çox elmi xəbər saytları bu ixtiranı vacib xəbər kimi verdi. Daha sonra Türkiyənin bütün televiziya və qəzetlərində əks olundu”.
 
Turalın ikinci ixtirası Amerikada konfransda məşhur alimlərə məruzə edilib: "Növbəti işim qara rəngli bir maddənin nanokiçiklikdə istənilən fərqli rəngə çevrilə biləcəyini göstərdiyim tədqiqat idi. Bunun nəticəsi həm prestijli Amerika jurnalında dərc olundu, həm də Amerikada əhəmiyyətli konfransda alimlərə məruzə edildi. Hətta bu konfransdan sonra bir sıra jurnalların redaktorları bu mövzunun gələcəyi haqqında müsahibə götürüb öz jurnallarında dərc etdilər. Doktorantura təhsili müddətində 10-a yaxın elmi məqaləm dərc olundu, Amerika və Avropa ölkələrində 50-dən çox konfransda iştirak etdim. Bu nəticələrimə görə hətta Avropanın 50 ən önəmli tədqiqatçısından biri olaraq Venesiyada "Qlobal problemlər və bu problemlərin nanotexnologiya ilə həlləri” mövzusunda tədbirə dəvət aldım. Birdəfəlik doktorontura təhsilinin minimum 5 il olmağına baxmayaraq, yüksək nəticələrə görə 4 ilə bitirdim və fəlsəfə elmləri doktoru dərəcəsini əldə etdim”. 
 
Dünyaya səs salan kəşf
 
Dünyaya səs salan sonuncu ixtirası haqqında məlumat verən müsahibimiz deyir ki,  bu ixtira əsaslı dəyişikliklərə səbəb ola bilər: "Sonuncu tədqiqatımız nanotexnologiyada çox əhəmiyyətli hesab edilən silindirşəkilli nanostrukturlardan daha güclü enerji toplama qabiliyyəti olan spiralvari sistemin mövcudluğunu ortaya qoyur. Bununla nəinki istifadə olunan materiala və sahəyə qənaət etmiş oluruq, eyni zamanda əldə olunan enerjinin miqdarını artırmaq da mümkün olur. Spiral şəklindəki strukturlar işığın xüsusi rezonans effekti ilə udulmasına və bu şəkildə daha yüksək güc əldə edilməyinə kömək olur. Bu texnologiya xüsusilə öz-özünü enerji ilə təmin edən və insanın üzərinə inteqrasiya edə bilən bütün kiçik və orta sistemlər üçün çox önəmlidir. Məqaləmiz dərc olunduqdan dərhal sonra Amerika Fizika İnstitutu və Amerika Optika Cəmiyyəti bizim ixtiranı bütün dünyaya çatdırmaq istədiklərini bildirdilər. Beləliklə, məqaləmiz məşhur agentliklərə, xəbər kanallarına yol açdı”. 
 
"Korun görmə qabiliyyəti bərpa oluna bilər”
 
Gənc alimin sözlərinə görə, irəli sürdükləri mexanizm artıq tədqiqat qruplarında istifadə edilməyə başlayıb: "Elmi cəhətdən baxılanda, bu platforma nəinki işığın udma qabiliyyətini artırmaq üçün, hətta spiralvari nanostrukturların digər fiziki xüsusiyyətlərini anlamaq üçün yeni qapılar açır. Praktiki cəhətdən baxıldıqda, bu ixtira optik və elektronik sistemlərə tətbiq oluna bilər. Məsələn, indiki ən yaxşı kompyuterlərdə istifadə edilən elektronik tranzistorların 10 mm kiçikliyində olduğunu düşünsək, artıq daha kiçiyə enmənin çətin olduğunu deyə bilərik. Ancaq alternativ olaraq optik tranzistorlar ortaya çıxmağa başlayır ki, bunlar işıq sürətindən faydalanaraq prosesi daha tez bir şəkildə həll edə bilər. Kompyuterdə minlərlə tranzistor olduğunu düşünsək, optik tranzistorların kiçik və enerji cəhətdən sərfəli olmağı lazımdır, ancaq indiki optik tranzistorlar buna uyğun deyil. Bizim ixtiramız bu sistemləri çox yığcam və enerji cəhətdən sərfəli edə bilər. Digər maraqlı tətbiq sahəsi bu funksioanl strukturların insan paltarından enerji əldə etmək sistemi olaraq da qurula bilməsidir. Məsələn, günəş enerjisinin miqdarı onun düşdüyü sahə ilə əlaqəlidir və insan bədəninin sahəsi telefona enerji yükləmək üçün kifayət edə bilər. Beləliklə, nəinki telefonu güclə təmin etmək, hətta daha çox güc tələb edən elektronik alətləri də enerji ilə təmin etmək mümkün ola bilər. Bundan əlavə, işıq dedektorları da digər tətbiq edilə biləcək sahələrdən biridir. Məsələn, görə bilməyən insanın gözünə bizim işığa həssas nanostrukturları yerləşdirdiyimizdə, ölü sinir hüceyrələri bunlarla qıcıqlana və insanın görmə qabiliyyəti bərpa oluna bilər. Bu və ya buna bənzər tətbiq sahələrində hər zaman enerji sıxlığının yüksək olduğu sistemlərə ehtiyac var və bizim bu tədqiqatla əldə etdiyimiz nəticələr bunu təmin edə biləcək potensialdadır”. 
 
Texnologiya inqilabı, danışan paltarlar”¦
 
Müsahibimiz deyir ki, nanotexnologiya 21-ci əsrin texnologiya inqilabı olaraq gözlənilir. Bu texnologiya ilə dünyada mövcud olan demək olar, bütün sağlamlıq, enerji, qida, ekologiya məsələləri həll oluna bilər: "Bu sahənin önəmi ondadır ki, burada qlobal problemlərə daha real yaxınlaşmaq mümkündür. Məsələn, xərçəng xəstəliyinin müalicəsi üçün bioloq təkbaşına deyil, kimyaçı, fizik, elektronik mühəndisi bir yerdə işləyərək xəstəliyə həll yolları tapmağa çalışır. İnsan beynini anlamaq üçün, sadəcə, həkimlər deyil, elektronik mühəndislər, kompyuter mühəndisləri kimi fərqli sahələrin insanları da iştirak edir. Necə ki maddənin ən kiçik hissəsi atomdur, fiziki, kimyəvi və ya bioloji hadisələrin cərəyan etdiyi ən kiçik ölçü də nanokiçiklikdir. Yəni bu kiçiklikdə maddə kontrol edilə bilsə, yuxarıda sadalanan istənilən problemə həll tapıla bilər. Hazırda dünyada bu sahə üzrə qızğın bir mübarizə gedir. Bu texnologiyaya olan marağımın səbəbi  nanodünyadakı zənginliyi ortaya cıxarmaq motivasiyasıdır”.
 
Müsahibimiz deyir ki, hazırda Massaçusetes Universitetində AFFOA adlı yarım milyard dollar dəyərində dünya əhəmiyyətli layihə üzərində işləyirlər: "Universitetdəki qrupumuzun səyi ilə yeni proyekt üzərində işləyirik. Belə ki, fiber texnologiyalı polimer materialları ilə yeni kəşflər üzərində işləyirik. Çox materiallılıq xüsusiyyətinə malik və tikişə uyumlu fiberlər ortaya çıxarırıq. Yəni sapın fiberlərdən olduğunu düşünək. Bu o deməkdir ki, insan paltarı hərəkətlə, səslə, günəş enerjisi ilə, istilikdən, insan dərisi ilə sürtünmədən enerji yığa biləcək və bu fiber batareyalarla enerjini saxlayacaq. Yəni paltarlar "görmə”, "eşitmə”, "danışma”, "hiss etmə” qabiliyyətinə malik ola biləcək, bundan əlavə, kirlənməyəcək, rəng dəyişdirə biləcək, eyni paltar qışda isti, yayda sərin saxlayacaq. Ən əsası da insan sağlamlığını daim nəzarət altında saxlaya biləcək. Bu kəşf inqilab mahiyyətində olacaq”.
 
"Yüksək mərtəbədə olmalıyam”
 
Müsahibimiz sonda gələcək planlarından da danışdı. Deyir ki, əsas məqsədi öz tədqiqat qrupunu qurmaqdır: "Bir sonrakı addımım indi durduğum yerdən bir mərtəbə yüksək olmalıdır və hər zaman yuxarıya doğru getməliyəm. Bunun üçün öz tədqiqat qrupumu qurmağa çalışacam. Nanotexnologiyanın dərinliklərinə girməyə və hədəflərimə doğru getməyə çalışacam. Bundan əlavə, Azərbaycan gəncliyinin elmə həvəsini artırmağı çox istəyirəm və bunun üçün lazımı səyləri göstərməyi qarşıma məqsəd qoymuşam.(Kaspi.az)
Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."