Pənah Hüseyn: “4 iyunun ən çöx mübahisə doğuran hadisəsi...”
Cəmiyyət
Oxunub: 1820
25 Jun 2016 | 12:41
Pənah Hüseyn: “4 iyunun ən çöx mübahisə doğuran hadisəsi...”
“Cinayətimiz məğlubiyyətimizdir”dən birinci bölüm....

Bu il KİV- də  4 iyun 1993- cü il hadisələri ilə bağlı məsələlərlə bağlı   materialların dərcində gözlənilməz “partlayış” müşahidə olundu və  bu informasiya fenomeni  davam edir. 

4 iyunla bağlı bu ilki informasiya bumunu bəziləri iqtidar tərəfindən idarə olunan siyasi kampaniya kimi dəyərləndirir, digərləri  isə məsələnin  Azərbaycan cəmiyyətinin icində olduğu, hansısa  aktual siyasi və intellektual proseslərlə bağlı olduğunun  göstəricisi kimi dəyərləndirirlər. Haqqında danışılan, yazılan , təhlil edilən,  şərh verilən  hadisə, bu hadisəyə cəlb olunmuş siyasi qüvvələr, şəxslər  barədə oxucularda, xüsusən gənc nəsildə informativ, fikir, düşüncə aydınlığının  olması üçün həmin dövrdəki proseslərin açar fiqurlarından biri, AXC-nin təsisçilərindən biri və İdarə Heyətinin üzvü olmuş, AXC analitik mərkəzinin rəhbəri və AXC İcraiyyə Komitəsinn sədri vəzifələrini daşımış,  Elçibəy iqtidarı zamanı əvvəlcə dövlət katibi, sonra baş nazir postlarında çalışmış Pənah Hüseynin  “Cinayətmiz məğlubiyyətimizdir” yazısının təkrar dərci faydalı ola bilər.  

Qeyd edirik ki, həmin yazı 1993- 1995- ci ildə yazılıb və 20 il əvvəl, 1996-cı ildə  “525 ”“ci qəzet”in 19, 26 iyun və 3 iyul tarixli saylarında çap olunub.

*** 
     
Demokratiyanın az-çox elementləri olan hər bir cəmiyyətdə siyasi proses və bu prosesin hadisələrinə ayrı-ayrı  qurum və onları təmsil edən  xadimlərin münasibətinin müxtəlif olması, eyni bir hadisəyə tamamilə əks bir mövqedən qiymət vermələri təbii hal sayılır. Burda qəribə bir şey yoxdur. Çünki bu münasibətlər xeyli dərəcədə siyasi  mübarizə mənafeyi ilə müəyyənləşir. Və bu normal haldır. Lakin hər bir xalqın  və dövlətin  konkret tarixi anında elə  məsələlər, elə hadisələr olur ki, onlara münasibəti tamamilə daxili siyasi mübarizə və onun yüksək forması olan hakimiyyət uğrunda mübarizə mənafeyinə tabe edilməsi cəmiyyəti fəlakət həddinə gətirib çıxarır, dağıdıcı sarsıntılar və məhvedici partlayışlar labüd olur. Belə hadisələrə münasibət əsasında parçalanmış, barışmaz şəkildə qütbləşmiş cəmiyyətdə  faktlar əcaib şəkildə quraşdırılaraq kökündən yanlış olan ideoloji konstruksiyalar yaranır, ən doğru görünən müddəalar, əqli mühakimələr, nəticələr, siyasi şüarlar öz formal mənasından fərqli funksiya kəsb edir Məsələn, milli birlik çağırışları milli parçalanmaya xidmət edir. İctimai şüur şizofreniyaya tutulur və kollektiv psixologiyada patoloji dəyişmələr baş verir. İki yol qalır; ya belə cəmiyyətdəki barışmaz mövqelərin biri digərini zorakılıqla məhv edərək siyasi diktatura və ideoloji totalitarizm bərqərar edir - bu da tarixin göstərdiyi kimi yalnız zaman etibarilə bir qədər gec, lakin daha dağıdıcı partlayışdır - ya da cəmiyyətdə belə hadisələrə qiymət barədə tam olmasa da, ən ümumi cəhətləri bütün siyasi qüvvələr və cəmiyyət üzvləri tərəfindən qəbul edilən oxşar rəy ”“ baxış formalaşır. Belə rəyin, baxışın qəbul olunması cəmiyyətdə milli birliyin və bu birliyin ideoloji bazası olan ümummilli ideologiyanın qərarlaşması üçün ən mühüm, həlledici şərtlərdəndir. 

Azərbaycanda bu tipli problem   məsələlərdən biri və ən mühümlərindən biri 80-ci illərdən başlayaraq meydana çıxıb genişlənmiş milli demokratik hərəkat və onun təşkilati və ideoloji lideri olan AXC-yə, Əbülfəz Elçibəyə, həmin hərəkatın ilk yekun mərhələsi olan Elçibəy iqtidarına və onun yerinə gələn Heydər Əliyev iqtidarına münasibət məsələsidir. Bu tipli hadisələrə münasibəti xüsusilə ayırmaq səbəbsiz deyildir. Öz tipoloji parametrlərinə görə bunu, məsələn, əsrin əvvəllərində Azərbaycan cəmiyyətində milli hərəkat və kommunist-sosialist hərəkatlarına münasibətlə müqayisə etmək mümkündür. Lakin AXC-yə, Elçibəyə, Elçibəy iqtidarına münasibəti fərqləndirən onun bu gün mövcud olmasıdır. Deyək ki, 50 ildən sonra bu hadisəyə münasibət də əsrin əvvəlki hadisələr silsiləsinə daxil olacaqdır. Bu gün isə bu hadisələrin arxasında təkcə siyasi və mənəvi abstrakt ideyalar, dəyərlər, prinsiplər yox, hər şeydən əvvəl canlı, yaşayan, bioloji və fiziki varlıqların taleyi, onların yaşayış uğrunda mübarizəsi, bu mübarizəyə səfərbər olunmuş sosial və psixoloji enerjiləri durur. Yəni bu, sadəcə nəzəri və hətta, sadəcə ideoloji məsələ deyildir. Bu cəmiyyətin siyasi cəhətdən fəal kütləsinin əhəmiyyətli bir hissəsinin olum-qalım məsələsidir. Və şübhə etmək lazım deyil ki, onlar sona qədər vuruşacaqlar.  Hər şeydən əvvəl bu hadisənin arxasında duranlar gəncdirlər və məgər görmək çətindirmi ki, 10-15 il sonra Azərbaycanın siyasi simasını onlar müəyyən edəcəklər və söhbət təkcə liderlərdən getmir.

"Bu cəmiyyətin siyasi cəhətdən fəal kütləsinin əhəmiyyətli bir hissəsinin olum-qalım məsələsidir. Və şübhə etmək lazım deyil ki, onlar sona qədər vuruşacaqlar“

Belə görünə bilər ki, məsələn, bir sıra müxalifət liderlərinin etdiyi kimi passiv müdafiə vəziyyətində dözüb “növbəni” gözləmək hamı üçün ən ağıllı, zərərsiz yoldur. Ancaq bu sadəlövhlükdür. Çünki məhz bugünkü münasibətlər sistemi belə nikbinliyə əsas vermir. Bu günlərin siyasi sabitliyi şəksiz mütərəqqi haldır, böyük nailiyyətdir. Lakin çox təəssüf ki, bu nisbi bir sabitlikdir. Və belə bir sabitlik nisbi olmaya da bilməz. Çünki partlayış enerjisinin toplandığı proseslər zərərsizləşdirilməmişdir, ləngidilmişdir, konservləşdirilmişdir, sadəcə üstü örtülmüşdür.... 

(Bundan sonra çap variantında bir abzası senzura çıxarıb)

...Çünki cəmiyyətimizin ümumi siyasi mədəniyyət səviyyəsi, son illərin mənfi ənənələri, antiəliyevçi qüvvələrin onlara qarşı mənəvi, psixoloji, siyasi, fiziki təzyiqlər nəticəsində getdikcə daha artıq şəkildə revanşist - qisasçı ovqata tutulması açıq-aydın göz qabağındadır. Bu günkü iqtidar isə bu ovqatı görməyə bilməz. Və sabahkı gün üçün təhlükə, qorxu onu əleyhdarlara qarşı yeni-yeni təzyiqlərə təhrikləndirir və bu təzyiqlər tarixdə saysız dəfə müşahidə olunan nəticəyə - öz düşmənlərinin gücünü artırmağa aparır. Belə bir mübarizənin öz-özünü məhv mübarizəsi olduğu çoxdan sübut olunmuş bir həqiqətdir və bu barədə mübahisəyə girişmək belə artıq vaxt itirməkdir. Başa düşmək lazımdır ki, AXC, Elçibəy, Elçibəy iqtidarı real mahiyyətlərindən əlavə cəmiyyətin müəyyən bir hissəsi üçün özünüifadə, özünütəsdiq, özünüqoruma simvollarıdır. Simvolları isə ən ağır repressiyalar, ən məharətli ifşa-təbliğat kampaniyası, ən inandırıcı görünən fakt, sübut, dəlillərlə məhv etməyə girişmək ümidsiz bir işdir. O halda ki, bu simvollar gələcəyin bu günkü təzahürləri ola. Olsun ki, heç də ideal olmayan təzahürləri...
    
Məni bu gün öz gələcək labüd məğlubiyyətini hazırlayanların taleyi qətiyyən narahat etmir. Məsələ kiminsə qalib gəlməsində, ya kimlərinsə məğlub olmasında deyildir. Məsələ bizim dövlətə və millətə sosial -siyasi partlayışların gətirə biləcəyi fəlakətlərdədir. Cəmiyyətimizin siyasi şüurunun xəstə, psixoz vəziyyətindən çıxarılmasındadır. AXC, Elçibəy iqtidarı, Elçibəy kimi hadisələrə münasibət təkcə iqtidar-müxalifət prizması ilə məhdudlaşmır. Ümummilli rəyin formalaşması həm də və daha artıq  qeyri-iqtidar, qeyri müxalifət dairələri əhatə etməlidir. Çünki bu hadisələr hətta müxalifətdaxili qrup və ya ən sonda şəxsiyyətdə səviyyəsində, formasında  da müxtəlif cür mənalandırılır. Məsələn, xalq hərəkatının AXC-dən kənar (bunlar nə qədər azsaylı olsalar da, mövcuddurlar) xadimləri hərəkatı və AXC-ni bir-birindən ayırırlar. Sonradan AXC-dən və Elçibəydən ayrılanlar “hərəkatın idealları”nın kütlələr üzərindəki təsirinin itirilməsində Elçibəyi və yaxud onun ətrafını günahlandırırlar. AXC-nin AXC iqtidarında təmsil olunmayan nümayəndələri təmsil olunanları təqsirkar tuturlar və nəhayət, iqtidarda (Elçibəy iqtidarında) təmsil olunan bir xadim digərini günahkar kimi qələmə verməyə çalışır və s. və i.a. Onların hamısına bu və ya başqa məsələdə “səhv” etmək (məsələn, hadisələri keçmiş postkommunist məkanda baş verən qlobal proseslərdən kənarda təhlil etmək, faktları şüurlu olaraq saxtalaşdırmaq və s.) kimi qüsur xasdır. Mən demək istəmirəm ki, deyilənlərdə heç bir həqiqət olmur. Lakin bu “həqiqətlər” kontekstdən çıxarılaraq səhv mühakimələrə çevrilir və bunlar da sadəcə nəzəri səhvlər deyildir. Bu, “səhv”lərin arxasında həmin qrup və şəxslərin siyasi maraqlarını görmək elə də çətin deyil. Elçibəy tərəfdarlarının da bəziləri həm Elçibəy iqtidarı dövrünə bəraət (çünki bu onların mənafeyinə cavab verir), həm də onun əsas xadimləri barədə siyasi ölüm hökmü çıxarmaq kimi son nəticədə ümidsiz bir işə girişmişlər. Belə məsələlər də nizamlanmalıdır.

Lakin bu “həqiqətlər” kontekstdən çıxarılaraq səhv mühakimələrə çevrilir və bunlar da sadəcə nəzəri səhvlər deyildir. Bu, “səhv”lərin arxasında həmin qrup və şəxslərin siyasi maraqlarını görmək elə də çətin deyil“


Həm iqtidar, həm də müxalifət, müxalifətin ayrı-ayrı qrupları və liderləri bu məsələlərdə ortaq məxrəcə gəlməyi, daxili siyasi mübarizə kontekstindən çıxmağı, qrup və şəxsi mənafe fövqündə durmağı bacarmalıdırlar. Xalqımızın və dövlətimizin, hər birimizin gələcəyi bu tipli məsələlərin müsbət həllindən xeyli dərəcə asılıdır. Bizdə belə məsələlər çoxdur, lakin sonsuz deyildir. Onları müəyyənləşdirib ortaya qoymaq nəzəri cəhətdən elə bir çətinliklə bağlı deyil. Daxili psixoloji maneəni dəf etmək lazımdır. Bu problem çoxmövzulu, çoxtərəfli, çoxistiqamətli bir problemdir. Mən aşağıda yalnız konkret bir dövr 1993-cü ilin iyun hadisələri fonunda bu məsələnin həlli variantlarından birini vermək məqsədini qoymuşam.

4 iyun 1993-cü il hadisələri ilə bağlı Milli Məclisin deputat istintaq komissiyasına verilmiş və mətbuatda çap olunmuş izahatımda, ondan əvvəl, iyunun 7-də prezident aparatında, 8-9 iyunda Milli Məclisin iclaslarındakı çıxışlarımda həmin hadisələrin mahiyyəti, xarakteri, qiyamın iştirakçıları haqqında fikrimi və mövqeyimi bildirmişəm.

"Əliyevin Bakıya dəvət edilməsi addımının Elçibəy iqtidarı və və şəxsən Elçibəyin taleyi üçün neqativ nəticələri adi baxışda o qədər  qabarıq gözə çarpır ki, indi Elçibəy istisna olmaqla heç kəs dəvət məsuliyyətinin altına girməyə cəsarət eləmir“

Ümumiyyətlə, məni istər 4 iyun hadisələri, istərsə də digər məsələlərlə bağlı rəsmi dairələrin, orqanların ittihamları yox, məruz qaldığımız uğursuzluğun, məğlubiyyətin anlamı, izahı və yozumu məsələsi daha çox narahat edir. Təsadüfi deyil ki, AXC və Elçibəy iqtidarında tərəfdarları tamamilə qanunauyğun və haqlı olaraq 4 iyun Gəncə hadisələrinin mahiyyəti, xarakteri ilə yanaşı (burda onlar üçün qaranlıq cəhət yoxdur və bu barədə polemika siyasi əleyhdarlarla, izahat isə ictimaiyyət üçün aparılır) bu hadisələrdə bizim məğlubiyyətimizin, qiyam qarşısında acizliyin, qiyama ləyaqətli hərbi və çevik siyasi müqavimət göstərilməməsinin səbəbləri və təqsirkarları məsələsini qoyurlar. Səbəb və nəticə əlaqələri baxımından 4 iyuna qədərki dövr nə qədər mühüm olsa da, bu günlə bağlılıq baxımından 04-18 iyun dövrü hadisələrinə münasibət daha çox aktuallıq kəsb etməkdədir və bu dövrün də ən mübahisə doğuran hadisəsi, Elçibəy iqtidarı rəhbərliyinin Heydər Əliyevi Bakıya dəvət etməsi məsələsidir. Bu addımın AXC və onun əsaslandığı ideologiya, Elçibəy iqtidarı və bu iqtidarın apardığı siyasi kurs həmin iqtidara daxil olanların və şəxsən Elçibəyin taleyi üçün neqativ nəticələri adi baxışda o qədər  qabarıq gözə çarpır ki, indi Elçibəy istisna olmaqla heç kəs bu dəvət məsuliyyətinin altına girməyə cəsarət eləmir. 4 iyun tarixə çevrilib uzaqlaşdıqca, o vaxt bir çox qəlbləri doldurmuş Surət Hüseynov xofu çəkildikcə, Heydər Əliyev möcüzəsinə mifik inam ayazıyıb reallıqla, bir çoxlarında həm də məyusluqla əvəzləndikcə bəlkə o vaxt başqa cür edilsəydi, daha yaxşı olardı gümanı özünə yer tapır və yayılır. Mənim fikrimcə, güman olan və güman olduğu dərəcədə də mübahisəli olan belə mülahizələr ya fakt və məntiqlə əsaslandırılıb əminliyə çevrilməli, ya da əsassız sayılıb kənara qoyulmalıdır. Əks təqdirdə davam etməkdə olan siyasi proseslərdə (o cümlədən müxalifətdaxili siyasi mübarizədə) onun zərərli nəticələri getdikcə artacaqdır (məsələn, Elçibəyə qarşı bəzi keçmiş tərəfdarların mətbuatda tənqidi bu zərərli nəticələrin təzahürüdür). Mən də öncə bu məsələyə toxunmaq istəyirəm.

(ardı var...)

(musavat.com)
Oxşar xəbərlər
19:28, Bu gün
Sabah Sabirabadın 4 kəndinin qaz təchizatı dayandırılacaq
19:20, Bu gün
Fransa millisinin və “Milan”ın hücumçusu rəsmən ABŞ klubuna keçib
18:53, Bu gün
Azərbaycanda həkim vəfat etdi - FOTO
18:30, Bu gün
Bir zənglə kartdakı yeddi min manatı ələ keçirdi
18:29, Bu gün
İtaliya A seriyasına yüksələn komanda “Qalatasaray”ın ulduzunu istəyir
18:19, Bu gün
Yaz yorğunluğu ilə mübarizə aparmağın sirri
18:15, Bu gün
Türkiyə və Yunanıstan arasında "buzlar əriyir" - ŞƏRH + FOTO
18:10, Bu gün
Bərdədə Beynəlxalq Ailə Günü münasibətilə bayram tədbiri keçirilib - FOTOLAR
18:05, Bu gün
Azərbaycanda məktəb direktoru cərimələndi - FOTO
18:00, Bu gün
Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq
17:58, Bu gün
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
17:55, Bu gün
Rafael Varan rəsmi olaraq “Mançester Yunayted”dən ayrıldı - FOTO
17:52, Bu gün
Müsavat Partiyasının üzvünün qətli ilə bağlı rəsmi AÇIQLAMA
17:50, Bu gün
ABŞ Rusiyadan uran idxalına qadağa qoyub
17:47, Bu gün
Allergiya mövsümü: Nəyə diqqət edək və necə qorunaq? - VİDEO
17:43, Bu gün
Masallıda DƏHŞƏT: Nənə nəvəsinin asılmış meyitini tapdı
17:38, Bu gün
Seçici demokratiya: Qərb Tbilisi və İrəvanda aksiyalarda polis zorakılığına niyə fərqli reaksiya verir? - TƏHLİL
17:34, Bu gün
“Rusiyada həmişə deyiblər ki, Fransanın müstəmləkəçilik metodları xoşumuza gəlir...”
17:33, Bu gün
Laçın Hava Limanında tikinti işlərinin 65 %-i tamamlanıb
17:29, Bu gün
Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
17:25, Bu gün
Müxtəlif növ heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək
17:23, Bu gün
Həbs edilən rusiyalı generalın evindən qızıl sikkələr, bahalı əşyalar tapıldı - VİDEO
17:21, Bu gün
Kann festivalına təqdim etdiyi filmə görə həbs cəzası verilən rejissor İrandan qaçdı - FOTO
17:17, Bu gün
Güzəştli mənzil almaq adı ilə dələduzluq edən şəxsin işi MƏHKƏMƏDƏ
17:14, Bu gün
Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
17:12, Bu gün
Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO
17:11, Bu gün
Ali Məhkəmədə yeni hakimlərin andiçmə mərasimi keçirildi - FOTO
17:07, Bu gün
Komitə sədri vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR
17:03, Bu gün
""Xarıbülbül" həmrəylik bayramına çevrildi" - Vüqar Rəhimzadə
17:00, Bu gün
Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə “mane olub”? - FOTO
16:58, Bu gün
Tərlan Lətifov: Əsas məqsədimiz çay mədəniyyətinin qorunması və inkişafıdır - FOTO
16:56, Bu gün
Rusiya Ukraynada uzunmüddətli savaşa və NATO ilə qarşıdurmaya hazırlaşır - Putin Partuşevə nələri etibar edib?
16:54, Bu gün
Baş prokuror Göyçayda vətəndaşları qəbul etdi - FOTOLAR
16:50, Bu gün
"Kinomuz rəhmətə gedib, başsağlığı verən yoxdur"
16:46, Bu gün
“Qızıl top” mükafatının favoriti açıqlanıb
16:41, Bu gün
Avtomobilləri yay mövsümünə necə hazırlamaq lazımdır? - VİDEO
16:35, Bu gün
Mikayıl Cabbarov Alparslan Bayraktarla görüşüb - FOTO
16:30, Bu gün
Baş nazir ADBTİA ilə bağlı qərar imzaladı
16:28, Bu gün
Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”
16:25, Bu gün
Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun növbəti iclası Xankəndidə keçirilib
16:20, Bu gün
Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO
16:15, Bu gün
Azərbaycan və Çin “yaşıl enerji” əməkdaşlığının inkişafını müzakirə edib - FOTO
16:10, Bu gün
Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib
16:07, Bu gün
Sabahdan “Təmiz hava” aylığına start verilir
16:05, Bu gün
Mikayıl Cabbarov: “Petkim”in növbəti sərmayələri üçün işlər sürətləndirilir”
16:02, Bu gün
Gürcüstan parlamenti qalmaqallı qanun layihəsini qəbul etdi
16:00, Bu gün
İrəvandakı “Keşiş-şou”da İran izi: Tehran üçün “böyük dividend” hədəfi - ŞƏRH + FOTO
15:56, Bu gün
İtkin düşən müsavatçının qətlə yetirildiyi məlum oldu
15:53, Bu gün
Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA
15:50, Bu gün
Qiymətlərin artırılması barədə “Trendyol Azərbaycan”dan AÇIQLAMA
15:48, Bu gün
Kamil Zeynallıya qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hansı cəza veriləcək? - VİDEO
15:45, Bu gün
Rasim Səttarzadə vəzifəsindən azad edildi
15:40, Bu gün
Tələbəni qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxundu
15:36, Bu gün
ATV-dəki verilişi yıxıb sürüdü... - VİDEO
15:30, Bu gün
Mikayıl Cabbarov: “Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyəyə, gələcəkdə isə dünya bazarına çatdıracaq”
15:26, Bu gün
70 min il əvvəl qeybə çəkilən sirli sivilizasiya: İnsanları necə yoxa çıxdı?
15:20, Bu gün
Türkiyə və Azərbaycan arasında Türkmənistan qazı ilə bağlı razılıq əldə edildi
15:15, Bu gün
AFFA İcraiyyə Komitəsinin üzvü: Premyer Liqaya səviyyəli legioner gəlməlidir
15:10, Bu gün
Azay Quliyev: “Azərbaycan açıq məktubla Minsk qrupundan çıxdığını bəyan etməlidir”
15:05, Bu gün
Elza Seyidcahan: “Allah mənim üçün restoran da açıb” - FOTO + VİDEOMÜSAHİBƏ
14:59, Bu gün
Balakəndə qanunsuz tikili söküldü - VİDEO
14:56, Bu gün
Əmək qabiliyyətini müvəqqəti itirən bəzi şəxslərin alacağı müavinət artır - HESABLAMA QAYDASI + FOTO
14:52, Bu gün
Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır
14:48, Bu gün
Şuşaya köç edən sakinlərə mənzillərinin açarları təqdim edildi - YENİLƏNİB + FOTO/VİDEO
14:43, Bu gün
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə GÖRÜŞƏCƏK
14:38, Bu gün
İcra başçılarının “YENİ KƏŞFİ”: Antikorrupsiya əməliyyatlarında yaxalanmamaq üçün… – FOTO
14:33, Bu gün
Geyiminə görə tənqid olunan Bahar: “Sizə ayıb olsun!” - VİDEO
14:29, Bu gün
Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO
14:24, Bu gün
Ermənilərin “Avroviziya” mahnısı oğurluq çıxdı - FOTO/VİDEO
14:19, Bu gün
Ağcabədidə 17 yaşlı oğlan “Tik-Tok”da tanış olduğu qızı evinə gətirdi və... – ŞOK TƏFƏRRÜAT
14:14, Bu gün
Hərbçilərimiz Türkiyədə xilasetmə əməliyyatı məşqlərini icra ediblər
14:11, Bu gün
İcma ATƏT-i Ermənistandan qovulmuş azəraycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıb
14:07, Bu gün
Qukasyanın həbs müddəti uzadıldı
14:03, Bu gün
"Rusiya Xarkova yaxınlaşır, vəziyyət son dərəcə dəhşətlidir" - "The Washington Post"
13:58, Bu gün
Roman Baqdasaryan: “Erməni kəndlərinin sakinləri delimitasiyadan razı qalıblar” - ŞƏRH
13:54, Bu gün
Şərurlu İsfəndiyar: “Deputat olmaq fikrim yoxdur, parlamentdə səhv danışaram, savadsız adamam”
13:50, Bu gün
İlham Əliyev Şen Yueyueni qəbul etdi - YENİLƏNİB + FOTO
13:48, Bu gün
Fransada 77-ci Beynəlxalq Kann Film Festivalı başlayır
13:45, Bu gün
Yevgeni Mixaylov: “Şoyqunu səhvləri bitirdi” - MÜSAHİBƏ
13:40, Bu gün
400 min manata məscid tikdirdiyi deyilən Əməkdar artist: “Məni dilə-dişə saldılar”
13:30, Bu gün
XİN Ermənistanla sülh sazişinin şərtlərini AÇIQLADI
13:26, Bu gün
Yer kürəsini daha bir günəş qasırğası vuracaq: Alimlər tarixləri açıqladı - FOTO/VİDEO
13:21, Bu gün
Cüdo üzrə dünya çempionatında çıxış edəcək Azərbaycan millisinin heyəti açıqlanıb
13:17, Bu gün
Azərbaycanlı tələbə ABŞ universitetindən 100 min dollarlıq təqaüd alacaq
13:13, Bu gün
"Təhsil kreditlərindən yararlanan tələbələrin 59 faizi qızlardır"
13:10, Bu gün
1-ci sinfə qəbulda prioritetlər üzrə iki mindən çox sorğu emal edilib
13:06, Bu gün
Rəşad Dağlı əfv olunacaq? - "Hər şey ola bilər"
13:02, Bu gün
Müğənni Bahar Lətifqızının geyimi gündəm oldu - VİDEO
12:58, Bu gün
Muxtar Babayev İƏİT-in Baş katibi ilə görüşdü - FOTO
12:53, Bu gün
Azərbaycan millisinin baş məşqçisi: "Hədəfimiz Avropa çempionu olmaq idi"
12:48, Bu gün
Sabah yenə yağış yağacaq - PROQNOZ
12:45, Bu gün
Ceyhun Bayramov ATƏT sədri ilə regionda postmünaqişə dövründə vəziyyəti müzakirə edib - YENİLƏNİB + FOTO
12:43, Bu gün
Həbsdən çıxan ər narkotikə görə günahsız arvadını amansızlıqla öldürdü - TƏFƏRRÜAT + FOTO
12:42, Bu gün
“Ermənistanda revanşistlərin hakimiyyətə gəlmək şansı yoxdur...”
12:37, Bu gün
Orta aylıq əməkhaqqı artıb
12:35, Bu gün
BDU-da Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib - FOTO
12:32, Bu gün
DSX-nin hərbçiləri Xəzərdə 26 kiloqram marixuana tapdı - FOTO
12:28, Bu gün
Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
12:25, Bu gün
"Ukraynada müharibə kritik fazaya daxil olur" - "Politico"
12:22, Bu gün
Azərbaycan iqtisadiyyatı 4 % artıb
GÜNLÜK
10:09, Bu gün
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
13 May 2024 | 19:51
Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi
13 May 2024 | 23:14
Şoyqunu 2 il əvvəl Putinə verdiyi bu təklif bitirib...
13 May 2024 | 19:44
"Şoyqunun istefası Ukrayna savaşı üçün nə vəd edir?" - "The Times"
13 May 2024 | 20:27
“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
13 May 2024 | 20:08
Mədəniyyətimizin Məhəmməd Füzuli zirvəsi...-Tariximizə fərqli baxış...
13 May 2024 | 20:03
Qarabağ Universitetində bu ixtisaslar olacaq - TAM SİYAHI
00:17, Bu gün
“Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - VİDEO
13 May 2024 | 21:10
Çinin Şansi əyalətinin nümayəndə heyəti ADNSU-da olub - FOTOLAR
13 May 2024 | 19:55
Paşinyan Danimarkaya getdi
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
10:09, Bu gün
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
13 May 2024 | 19:51
Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi
13 May 2024 | 23:14
Şoyqunu 2 il əvvəl Putinə verdiyi bu təklif bitirib...
13 May 2024 | 19:44
"Şoyqunun istefası Ukrayna savaşı üçün nə vəd edir?" - "The Times"
13 May 2024 | 20:27
“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
13 May 2024 | 20:08
Mədəniyyətimizin Məhəmməd Füzuli zirvəsi...-Tariximizə fərqli baxış...
13 May 2024 | 20:03
Qarabağ Universitetində bu ixtisaslar olacaq - TAM SİYAHI
00:17, Bu gün
“Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - VİDEO
13 May 2024 | 21:10
Çinin Şansi əyalətinin nümayəndə heyəti ADNSU-da olub - FOTOLAR
13 May 2024 | 19:55
Paşinyan Danimarkaya getdi