Daşkəsəndə rayon müşavirəsi keçirildi...
Oxunub: 1936
24 Jun 2016 | 19:06
Daşkəsəndə rayon müşavirəsi keçirildi...

Bölgələrdə kənd təsərrüfatı işlərinin gedişi, bu sahənin inkişafı ilə əlaqədar mövcud ehtiyatların araşdırlması məqsədilə yaradılmış İşçi qrupunun iyunun 24-də Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcən tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Arif Novruzov və Musa Yaqubov, Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və eyni zamanda müşavirədə 220 nəfər Daşkəsən rayonu ərazisində kənd təsərrüfatı üzrə fəaliyyət göstərən qurumları, kəndli fermer təsərrüfatlarının nümayəndələri, Rayon İcra Hakimiyyəti Başçısının ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar və iş adamları iştirakı etdilər.

İşçi qrupunun üzvləri əvvəlcə rayonun Bayan kəndi ərazisində yerləşən “Ağbaba” kəndli fermer təsərrüfatının heyvandarlıq sahəsinə və arı ailələrinə, Quşçu kəndi ərazisində yerləşən “Ağbaba” kəndli fermer təsərrüfatının arpa, buğda, kartof və yonca əkin sahələrinə baxış keçirmişlər.

Müşavirəni çiriş nitqi ilə açan Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev ilk öncə qonaqları və müşavirə iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, bu gün ölkə perzidenti İlham Əliyev cənablarının təşəbbüsü ilə Azərbaycanda qeyri-neft sektoruna əsaslanan iqtisadi-inkişaf modeli prioritet seçilmişdir. Qarşıda duran əsas məqsəd Azərbaycanda iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal gücündən səmərəli istifadə olunmaqla, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır.

Daşkəsən rayonunun ümumi ərazisi 104605 hektar təşkil edir ki, bundan 63245 hektar dövlət mülkiyyətində saxlanılmış, 28757 hektarı bələdiyyə mülkiyyətinə, 12603 hektarı isə xüsusi mülkiyyətə verilmişdir. Rayon üzrə mövcud olan 58558 hektar kənd təsərrüfatına yararlı torpaqların 2491 hektarı əkin sahəsi, 63 hektarı çox illik bağlar, 9909 hektarı biçənək, 46095 hektarı örüş-otlaq sahəsi kimi istifadə olunur. Cari il ərzində rayon ərazisində 2178 hektar sahədə əkin aparılmışdır. Rayonda kənd təsərrüfatının inkişafının sürətləndirilməsi üçün rayon Kənd Təsərrüfatı idarəsi yaradılmış və həmin idarənin inzibati binasında son tamamlanma işləri görülür.

Daşkəsən respublikanın həm də meyvəçiliyin və tərəvəzçiliyin mövcud olduğu rayonlarındandır. Belə ki, il ərzində 6839 tonadək meyvə və 1244,4 tonadək tərəvəz məhsulları istehsal olunur. Lakin istehsal olunmuş meyvə və tərəvəz məhsullarının qəbulu üçün emal müəssisələri olmadığına görə bu sahə lazımı səviyyədə inkişaf etmir, potensial imkanlarından tam istifadə olunmur.

Rayon ərazisində “Ağbaba” kəndli fermer təsərrüfatı fəaliyyət göstərir. Ona görə əhali tərəfindən yetişdirilən meyvə və tərəvəz məhsullarının tədarükü və emalı müəssisələri yaradılarsa əhalinin məşğulluğunun artırılması ilə yanaşı meyvəçilik və tərəvəzçilik sahələrinin inkişafına təkan verilmiş olar.

Rayonda 102364 baş xırda buynuzlu və 26701 baş iri buynuzlu mal-qara mövcuddur. Heyvandarlıqla məşğul olan 19, heyvandarlıq və bitkiçiliklə məşğul olan 4 fermer təsərrüfatı və 4 kənd təsərrüfatı müəssisəsi vardır. İri buynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə süni mayalanma işləri təşkil edilmişdir. 2015-ci ildə 57 baş iri buynuzlu heyvandan 32 baş bala alınmış, 2016-cı ilin birinci rübündə isə 34 baş iri buynuzlu heyvanlar süni mayalandırılmışdır.

Daşkəsən rayonundakı yay örüş otlaq torpaqlarının müəyyən hissəsi digər rayonların təsərrüfatları tərəfindən istifadə olunduğuna, mal-qaranın baş sayına görə hazırda Daşkəsən rayonunun mövcud olan örüş sahəsi azlıq təşkil edir. Odur ki, həmin örüş-otlaq sahələrinin tamamilə Daşkəsən rayonunun sərəncamına verilməsi rayonda heyvandarlığın inkisafı üçün daha səmərəli olar.

Rayonda ət və süd məhsullarının qəbulu və emalı müəssisələrinin mövcud olmaması rayon ərazisində fərdi və fermer təsərrüfatlarında istehsal olunan ət, süd və süd məhsullarının satışı üçün çətinlik yaradır. Bu çətinliyin aradan qaldırılması üçün rayonda ət və süd məhsullarının qəbulu və emalı müəssisələrinin yaradılmasına ehtiyac vardır.

Taxılçılıq rayonun kənd təsərrüfatı üzrə müəyyən sahəni təşkil edir. 2016-cı ilin məhsulu üçün 667 hektar sahəyə taxıl səpilmişdir. Rayonda taxılçılığın daha da inkişaf etdirilməsinə iqlim şəraiti imkan verir. Lakin texnikanın çatışmazlığı səpin və yığım dövründə çətinliklər yaradır.

Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev öz çıxışında vurğulamışdır ki, ötən il rayonda 21 min 840 sentner taxıl istehsal edilib, hər hektarda məhsuldarlıq 22 sentner olub

Rayon ərazisindəki əkin sahələri iqlim şəraitinə uyğun olaraq dəmyə şəraitində becərilir. Rayonda mövcud olan 2491 hektar əkin sahəsindən 1800 hektarına suvarma sistemi tətdiq edilə bilər.

Daşkəsən rayonu ərazisində suvarma sisteminin yaradılmasını məqsədəuyğun hesab edirik. Bu əkin sahələrinin genişləndirilməsinə və məhsuldarlığın artırılmasına imkan verər.

Daşkəsən rayonunda əsasən əkinçilik və heyvandarlıq sahələri ilə məşğul olunur. 2015-ci ilin yekunlarına görə, rayonda ümumi məhsul buraxılışının 44,7 faizini kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edib. Məhsul buraxılışının 26,6 faizi bitkiçilik sahəsinə, 73,4 faizi isə heyvandarlıq sahəsinə aid olmuşdur. Ümumi məhsul buraxılışında kənd təsərrüfatı məhsullarının istehsalı 2014-cü illə müqayisədə 2015-ci ildə 4,2 faiz çox olmuşdur.

Qeyd etməyi vacib hesab edirəm ki, Daşkəsən rayonu ərazisində heyvandarlığın, müxtəlif əkin sahələrinin, arıçılığın inkişaf etdirilməsi eyni zamanda quşçuluq və balıqçılıq təsərrüfatlarının yaradılması cır, yabanı giləmeyvələrin emalı, dərman bitkiləri istehsalı üçün şərait vardır. Bu barədə təkliflər hazırlanıb aidiyyəti üzrə təqdim edilərək müvafiq işlər aparılır.

Daşkəsən rayonu dağlıq ərazidə və sərhəd bölgəsində yerləşdiyini nəzərə alaraq rayonda fəaliyyət göstərən sahibkarlara eyni zamanda kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə uzunmüddətli, aşağı faizli kreditlərin verilməsinə ehtiyac vardır.

Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev nitqinin sonunda müşavirənin işinə uğurlar arzu emiş, tədbir iştirakçılarını əmin etmişdir ki, bundan sonra da rayonun ərazisində bu sahədə qarşıda duran vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün lazımı tədbirlər görüləcəkdir.

Daha sonra müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasəti məsələləri şöbəsinin müdiri, İşçi qrupunun rəhbəri Azər Əmiraslanov çıxış edərək dövlətimizin başçısının bölgələrdə kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyduğu mühüm vəzifələrdən, bu sahəyə göstərilən dövlət qayğısından danışmışdır. İşçi qurpunun fəaliyyət istiqamətlərini müşavirə iştirakçılarına şərh edən şöbə müdiri qeyd etmişdir ki, qrup tərəfindən 40-a yaxın rayonda kənd təsərrüfatının inkişaf perspektivləri araşdırılmış və bununla bağlı müşavirələr keçirilmişdir.

A.Əmiraslanov bildirmişdir ki, ölkədə kənd təsərrüfatının inkişafında əsaslı dönüş əldə edilməlidir. Son illərdə də bu sahəyə daha çox vəsaitin ayrıldığını müşahidə edirik. Odur ki, rayonlar üzrə imkanlar araşdırılaraq ixtisaslaşdırılma aparılmalıdır. Hansı sahə səmərəlidirsə, həmin sahəyə diqqətin yetirilməli və ərazidə ənənələrin, potensialın, mütəxəssislərin mövcudluğunun da nəzərə alınmalı oluduğunu vurğulamışdır.

İşçi qrupunun rəhbəri Daşkəsəndə kartofçuluq və heyvandarlıqla yanaşı arıçılığın, tərəvəzçiliyin böyük perspektivlərindən danışmış və bu gəlirli sahələrdə emal müəssisələrinin yaradılmasına ehtiyac olduğunu bildirmişdir.

Sonra müşavirə diskussiya şəraitində davam etdirilmişdir. Sahibkarların, fermerlərin və rayon sakinlərinin sualları və təklifləri cavablandırılmışdır. Müşavirədə rayonun əkinə yararlı suvarılmaya ehtiyac olan sahələrin suvarma suyu ilə təmin olunması, müasir kənd təsərrüfatı texnikalarının alınması, əkin üçün mövcud texnikanın sayının artırılması, süd məhsullarının emalı müəssisələrinin, arıçılığın inkişafı üçün əraziyə uyğun ağac növlərinin əkilməsi “Aqrolizinq” ASC-nin rayon filialının yaradılması və s. məsələlər barədə təkliflər səsləndirilmişdir.

Verilən təkliflər araşdırılmaq və icra olunmaq üçün nəzarətə götürülmüşdür.
Oxşar xəbərlər
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:15
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
02 May 2024 | 14:10
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
02 May 2024 | 14:05
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
02 May 2024 | 14:01
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
02 May 2024 | 13:58
Füzuli sakinlərinə ŞAD XƏBƏR
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz