Özü boyda ürəkdi...
Oxunub: 3519
24 Jun 2016 | 16:41
Özü boyda ürəkdi...
Tanınmış filosof, musiqişünas, bəstəkar, esseist, pedaqoq, tərcüməçi, Qaziantep Universitetinin (Türkiyə)  professoru Dr.Babək Qurbanov (Osmanoğlu) haqda bir neçə söz...
 
Mən Babək Qurbanovla çoxdan, lap çoxdan tanışam. Biz ötən əsrin 80-ci illərində eyni bir elmi-tədqiqat qurumunda- Fəlsəfə və Hüquq İnstitutunda çalışmışıq. Mən Elmlər Akademiyasının aspiranturasına daxil olanda Babək Qurbanov artıq tanımış alim, fəlsəfə elmləri doktoru idi.

Babək Qurbanov çoxsaylı elmi əsərlərin müəllifidir. O, ölkəmizi dəfələrlə yabançı məmləkətlərdə layiqincə rəmsil etmişdir. Alimin Rusiyada, Türkiyədə kitabları nəşr olunmuşdur.

Babək müəllim artıq 25 ilə yaxındır ki, qonşu və dost ölkədə-Türkiyədə çalışır. O, indiyəcən müxtəlif universitetlərdə dərs demiş, yüzlərlə öyrənci yetişdirmişdir.


Söhbətimin əvvəlində qeyd etdiyim kimi, mən Babək bəylə çoxdan tanışam. Amma qəribə burasıdır ki, bu əzəli tanışlıq yalnız sonralar- Babək müəllim Türkiyəyə gedəndən sonra dostluğa çevrildi.
Etibarlı dostum hər dəfə Vətənə dönəndə telefon açıb məni arayır, iş-gücümlə maraqlanır. Adətən, biz görüşəndə Babək Qurbanovun sualı belə olur:

-Qağa, təzə nə yazırsan, nə yaradırsan? Təzəlikcə hansı pyesin tamaşaya qoyulub? Uzaqdayam, tamaşalarına baxa bilmirəm. Heç olmasa kitablarından ver, qoy qürbət eldə oxuyum.

Doğrusunu deyim ki, mən son vaxtlar adamlara kitab verdəyi xoşlamıram. Niyəsi də bununla bağlıdır ki, əksəriyyət “etika xətrinə” kitab istəyir və çox vaxt bu kitabların heç varağını da tərpətmir.

Növbəti görüşlərin birində Babək bəy məndən yenə kitab istədi. Çantamdakı kitabı çıxarıb ona təqdim edtdim. Bu, mənim rusca nəşr edilmiş “Pyeslər” («Пьесы») məcmuəm idi. Doğrusu, bir müddət kitabın sonrakı taleyindən xəbərsiz qaldım. Bir də ki, nə xəbər olmalı idi? 
Günlərin bir günü internetdə öz ad-soyadımı yazarkən haqqımda osmanlı türkcəsində bir yazının nəşr olunduğunu gördüm. Təəccübləndim. Baxıb gördüm ki, yazının müəllifi Babək müəllimdir. Yazı Türkiyənin    “İL  QAZETESİ”ndə  (ekim ayı 2009-cu il tarixdə) iki sayda dərc olunmuşdu. 
Məni təəccübləndirən məsələlərdən biri dostumun bu barədə mənə heç bir söz deməməsi oldu. Yalnız bizim növbəti görüşümüz zamanı bunu xatırladanda Babək bəy özünəməxsus bir xoş təbəssüm və təvazökarlıqla  dedi:
-Ay qağa, bu, nə böyük işdir ki? Xoşuma gəlib, yazmışam.
Məni təəccübləndirən başqa bir nəsnə də vardı ki, bu da tam bir cəhətlə bağlıydı. Artıq qeyd etdiyim kimi, mən dostuma, rusca tərcümə olunmuş kitabımı vermişdim. Təbii ki, Babək Qurbanov rus dilini yüksək səviyyədə bilir. Bu dildə onlarla əsərin müəllifidir. Yəni burada təəccüblü heç nə yoxdur. Təəccüblü orası idi ki, Babək müəllim rusca təqdim edilən kitabdakı pyeslər haqqında (o əsərlərin  sayı isə, səhv etmirəmsə onbeş idi)  yazarkən, onların hamısının adını Azərbaycan dilində, yəni orijinalda olduğu kimi, tam adekvat variantda vermişdi. Deyə bilərlər ki, burada təəccüblü nə var ki? Məsələ burasındadır ki, həmin pyesləri rus dilinə çevirən tərcüməçilər bəzən əsərin konkret adı ilə bağlı müxtəlif variantlar təklif etmişdilər. Biz rus dilində son variantın adını “tapmaq” üçün bəzən uzun-uzadı götür-qoy etmiş, hətta tərcüməçilərlə kəskin mübahisələrə qatılmışdıq. Babək bəysə, necə deyərlər, bu adların düzgün çevrilməsi üçün heç kəslə fikir dartışması aparmamış, amma oxu necə deyərlər “gözündən vurmuşdu”.
Sonrakı dönəmlərdə biz görüşən zaman Babək müəllim məndən yenə təzə kitablarımı istəyirdi. Təbii ki, mən dostumun sözündən çıxmırdım.  Və aradan çox az bir müddət keçmiş ona təqdim edilən kitabların rəyini sayt və ya qəzet-jurnal səhifələrində görürdüm. 
Beləliklə, indi mənim əlimin altında Babək Qurbanovun kitablarımla bağlı yazdığı dörd məqalə var. Və mənə elə gəlir ki, bu yazılar görkəmli bir alimin təkcə mənim fəaliyyətimlə bağlı adi, sıradan fikir və mülahizələri deyil, bütöv mədəniyyətşünaslıq və elmşünaslığımızla bağlı həssas düşüncələridir. Həmin yazılarda müəllifin erudisiyası, ürək genişliyi, prinsipiallığı, mövqeyi, səmimiyyəti aydın duyulur.
Babək müəllimlə bu günlərdə görüşərkən onun mənim elmi və bədii kitablarımla bağlı yazdığı məqalələrin sayı ilə maraqlandım. O, gülümsəyib dedi:
 -Qağa, mənə neçə kitab vermisənsə, hamısı barədə yazmışam. Ola bilsin ki, o yazıların bəzisi sənə çatmayıb.
Mən də ona zarafatla dedim:
-Gözəl insan, o məqalələrin yazıldığı tarixi, çap olunduğu qəzet-jurnalın adını mənə demisiz ki, mən də onların sayını dəqiq bilim? Ordan-burdan eşidib bilirəm ki, barəmdə hardasa nəsə yazmısız. Ta belə qərara gəlmişəm ki, innən belə Sizə kitab bağışlamayım. 
O, təəccübləndi:
-Niyə? Nə üçün? Nə olub ki?
Mən yarızarafat-yarıciddi dedim:
-Rəhmətliyin oğlu, əvvəla,  indi az qala, heç kitab oxuyan yoxdur. İkincisi də ki, kitablarla Sizi yormaq istəmirəm.
Dostum bir az fikrə gedib, özünəməxsus asta səslə, ciddi tərzdə dedi:
-Yox, bunu düz demirsən. Əvvvəla, kitab oxuyan var, misal üçün elə biri mən özüm. İkincisi də ki, kitablar məni yormur. Xüsusən, bəyəndiyim kitablar. Sevdiyim müəlliflərin  kitablarını mən ürəklə oxuyuram. Hətta, onlar haqda ürəklə  yazıram da. Bir də ki, kitabsız ziyalı ömrü olar? Allaha şükür, bizdə kitab probleminin komik və faciəli cəhətlərini sən özün “Köhnə kitablara elegiya” hekayəndə açıb tökmüsən...
Babək Qurbanov pedaqoq, filosof, musiqişünas, bəstəkar, esseist, tərcüməçi kimi bu gün öz fəaliyyətini Qaziantep Universitetində (Türkiyə) davam etdirir.

P.S. Ötən əsrin 90-cı illərində (səhv etmirəmsə, lap elə 90-cı ildə) o vaxt yenicə fəaliyyətə başlasa da oxucular arasında  çox  tez populyarlıq qazanmış  “Xəzər” jurnalı redaksiyasına getmişdim. Dərginin Baş redaktoru Vaqif Cəbrayılzadə ilə görüşən zaman şair dostum  mənə dedi ki, bəlkə bizə bir fəlsəfi tərcümə verəsən. Mən müxtəlif filosofların və əsərlərin adını çəkdim. Tərcümə mərkəzinin o vaxtkı müdiri, mərhum Aydın Məmmədov bizimlə söhbətə qoşuldu. Belə qərara gəldik ki, görkəmli rus filosofu Nikolay Berdyayevin “Rus kommunizmınin qaynaqları və mənası” əsərini tərcümə edim. Əsərin böyük bir hissəsini dilimizə çevirdim. Və həmin parca dərgidə dərc olundu.  Amma tərcüməni obyektiv və subyektiv səbəblərə görə başa çatdıra bilmədim. Aradan illər keçdi. Bir-iki il əvvəl Babək müəllim mənə bir kitab verib dedi ki, vaxtın olsa baxarsan. Baxıb gördüm ki, vaxtilə Berdyayevin bir hisssəsini tərcümə etdiyim məşhur əsəridir. Əsər osmanlı türkcəsində nəşr edilmişdi. Təbii ki, mənim etdiyim tərcümədən Babək bəyin xəbəri yox idi. Əsəri tərcümədə təzədən diqqətlə oxudum. Babək Qurbanovun ruscadan türkcəyə tərcüməsinə heyran qaldım və növbəti görüşdə zarafatla ona dedim:


- Babək müəllim, gərək mən  bu əsəri öz dilimizə orijinaldan, yəni Nikolay Berdyayevdən yox, elə sizin tərcümədən- osmanlı türkcəsindən çevirəydim.

P.P.S.İstəyirəm bir-iki kəlmə də Babək Qurbanovun xarakterik cəhətləri barədə deyim. O, olduqca təvazökar, sadə, səmimi bir insandır. Adamlarla tez ünsiyyətə girir, yumoru sevir və elə özündə də yumor hissi güclüdür. Necə deyərlər, hamı ilə dil tapmağı bacarır. Yüksək mədəniyyət, mənəviyyat və əxlaq sahibidir. Onun dostları arasında hər cür peşə və sənət sahibi (hətta, heç bir işi-peşəsi olmayanlar da)  vardır. Babək öz dostlarını çox sevir. Elə dostları da Babək bəyi daim xətrini yüksək tutur, onu qiymətləndirirlər. 

P.P.S.S. Yeri gəlmişkən,  onu da deyim ki, Babək bəy bir çox yazılarının altına bəzən “Osmanoğlu” imzasını da atır. O, böyük sənətkarımız, Xalq şairi, mərhum Osman Sarıvəllinin oğlul yadigarıdır. Çoxumuz Babək Qurbanovu elə şair ürəkli filosof kimi tanıyırıq.

Bizim çoxumuza örnəkdi Babək,
Uşaqtək həssasdı, kövrəkdi Babək.
Daim dostlarının ürəyindədir,
Elə özü boyda ürəkdi Babək.

Firuz MUSTAFA  
filosof-yazıçı
Oxşar xəbərlər
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 12:04
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 11:47
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 11:50
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
03 May 2024 | 11:55
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 12:04
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 11:47
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 11:50
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
03 May 2024 | 11:55
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF