"Qızlar lüt əççə-bala dənizin qırağında Quran oxuya bilər" - Hacı Surxay
Oxunub: 3135
24 Jun 2016 | 16:03
Moderator.az Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli ilə müsahibəni təqdim  edir:

- Ramazan ayının başlanma və bitmə tarixi haqda hər il QMİ olaraq siz açıqlayırsınız, biz də yayımlayırıq. Amma hər il də bu tarixlər mübahisə doğurur. Rəsədxana bir tarix deyir, QMİ başqa. Bir rayon sakinləri deyir Türkiyədə filan gündü, digəri deyir yox, İranda filan gündü. Bunun səbəbi nədir?

- Bu məsələnin bariz nümunəsi 5 ildir özünü göstərir. Qafqaz Müsəlmanları İdarəsi, başda Şeyx həzrətləri olmaqla Şamaxı Rəsədxanası ilə birgə qərar qəbul ediblər. Bundan 10 il əvvəl bizim bu barədə problemlərimiz var idi. Rəsədxanadan bizə məlumatların düzgün gəlməməsi, eyni zamanda insanlar arasında maarifçiliyin zəif olması ayın başlanması və bitməsi haqda tarixlərdə uyğunsuzluq olurdu. Artıq bu problem öz həllini tapıb. Digər məsələ, vətəndaşlarımızın başqa ölkələrin təqviminə üstünlük verməsi həm İslam, həm etik, həm də Azərbaycançılıq baxımından düzgün deyil. Şeyx həzrətləri dəfələrlə insanlara mesaj göndərib ki, azərbaycanlılar məzhəbindən asılı olmayaraq vahid vaxtda bir araya gəlsinlər. Ramazan ayı 29 gün də, 30 gün də, 31 gün də ola bilər. Bu Allahın əmridir, heç kim öncədən bilə bilməz. İqlimin, havanın dəyişməsi insanları çaşdırmamalıdır. Çünki bu ayın görünməsinə də təsir edir. İndi texnologiya inşikaf edib, amma 30 il bundan öncə teleskopun nə olduğunu bilmirdilər, Şamaxı Rəsədxanasının məlumatı yox idi, belə olanda görün nə edirdilər. İnsanlar hündür bir yerə çıxıb ayın formasını təyin edərdilər.

- Həm saytlarda, həm TV-də Dini Komitə rəsmiləri QMİ nümayəndələrindən daha aktivdir. Razılaşırsınızmı?

- Mən belə deməzdim. Özüm QMİ-nin səlahiyyətli nümayəndəsi kimi həftədə 5 gün efirdə oluram. Onlar dövlət qurumu olduğu üçün bizdən daha aktiv olmalıdırlar. Biz Dini Komitədən geri qalmırıq, əksinə, biz daha qabaqdayıq.

- Ramazanla bağlı əsrlərdi eyni suallar verilir. Tüpürcəyimi udsam orucum pozularmı və s. Niyə bu suallara bir cavab tapılmır?

- Bu cavablar var, risalələrdə təsdiq olunub. İnsan tüpürcəyini uda bilər. Kənardan su içilsə, bu orucu batil edər. Bu gün maariflənmə zəifdir, insanlar eşitmə yolu ilə yox görmə yolu ilə İslamı öyrənməlidir. Bunun kökü savadsızlıqdadır.

- Bəs bunun günahkarı kimdir?

- İnsanın özü.

- Məsuliyyət daşıyan qurumlar necə?

- Qurumlar bu məsələdə məsuliyyət daşımır. Mən 10 ilə yaxındır telekanallarda çıxış edirəm. Efirdə deyirəm ki, başınızı tamamilə suya salmaq orucu batil edər, amma çimib duş qəbul edə bilərsən, boğazına su getməmək şərti ilə dişlərini fırçalaya bilərsən. Efirdən sonra zəng edib soruşurlar ki, Hacı, yuyuna bilərəm? Deyirəm efirdə dedim axı. Cavab verir ki, baxdıq, amma dedik birdən siz həmin adam olmazsınız. Biz müsəlman olaraq həmişə özümüzü zora salırıq.

- Sizə təəccübləndiyiniz hansı suallar verilib?

- Namazqılanların savadsızlarından biri məndən soruşub ki, “Hacı, mən namaz qılarkən başım qaşınsa, əlimi başıma aparıb oranı qaşıya bilərəm ya yox?” Başqası soruşur ki, “mən namaz qılarkən başım gicəllənsə, halım pisləşsə, namazı saxlaya bilərəm ya yox?” Belə lazımsız suallar çox olub. Orucluqla bağlı soruşublar ki, “ola bilər ki, mən iftar etmədən 2 gün oruc tutum?” Allah deyir ki, iftar et, insan deyir etməsəm olar? Allah deyir 22,5 km-dən çox məsafəyə səfər etdiyinizdə orucunuzu yeyin. Amma adam gəlib deyir ki, indi texnologiya inkişaf edib, daha tez getmək olur. Buna görə də mən orucumu pozmaya bilərəm. Həm də deyirlər ki, bu qayda o vaxt üçün imiş. Mən də deyirəm ki, Allah deyir poz. Bunlar savadsızlıqdan irəli gəlir.

- Avropada müsəlmanların xristianlığı qəbul etməsinə İslam necə yanaşır?

- İslam dini buna çox pis yanaşır. Müsəlman müsəlman kimi qalmalıdır. İslamdan çıxanlardan bunun səbəbini soruşmuşam, deyiblər ki, İslam dini mənim qarnımı doyuzdurmur. Xristian olanlara ayda müəyyən qədər maaş kimi pul verirlər. Bir əqidə pul üzərində qurulursa, o həqiqətdən kənar və iflasdır.

- Restoranların Ramazan ayı üçün menyu tərtib etməsi dini baxımdan necə qiymətləndirilir?

- Çox pis, bu israfdır. Restoranlar sadəcə orucluqdan istifadə edib özlərini reklam edirlər.

- İndoneziyada insanlar 22 saat, Omanda isə 3 saat oruc tuturlur. Kim daha çox savab qazanır?

- Oruc tutmaq insan üçündür. İnsan ildə bir dəfə “check-up” olunmalıdır, Ramazan da bizim illik “check-up”ımızdır. Saat önəmli deyil, Allah yanında oruc tutmağın dərəcəsi eynidir. İyirmi iki saat da olsa, 3 saat da olsa savabı eynidir.

- Bəs bu ədalətlidirmi?

- Allah nə edibsə, ədalətli edib. Bizim bilmədiyimiz şeylər var. Ədalət mexanizmi, ədalətin simvolu Allahdır.

- Oruc tutmağa arıqlamaq vasitəsi kimi yanaşanların savabları nə qədərdir?

- Bir insan bu niyyətlə oruc tutarsa, Ramazan ayı müddətində məsələn 3 kiloqram arıqlasa, Qiyamət günü Allah deyəcək “al bu da sənin 2 kiloqramın”, qaytaracaq onun özünə.

- Bəs 22 saat ac-susuz qalmaq insana tibbi baxımdan ziyanlı deyil?

- Tibbin bilmədiyi xəstəlikləri Ramazan sağaldır. İnsanda elə xəstəliklər var ki, tibb hələ indi yavaş-yavaş ona cavab verə bilir. Sən demə, Ramazanda ac qalmağın nə qədər böyük əhəmiyyəti var imiş. 17-18 saat oruc tutan insan imsakda elə qidalanmalıdır ki, gün boyu bədəni zəifləməsin. Belə etsə, Ramazanın sonunda gedib özünü yoxlatdırsın, görəcək ki, xəstəliklərinin çoxu gedib. Ən böyük həkim Allahdır.

- Sizin qardaşlarınızın Ukraynada iş adamının qətlində sifarişçi kimi adı hallandı. Onların saxlanılması, səfirliyin müdaxiləsindən sonra buraxılması da yazıldı. Siz bu barədə nə bilirsiniz?

- Boş şeylərdi, sadəcə iftiradır. Bu cür də yazın. Mənə qarşı bu hərəkəti edəni Allaha tapşırdım. İftira atanları məhkəməyə də verə bilərdim, onlar Allah qarşısında cavab verəcəklər. Nə qədər ki, ölməyiblər, gəlib məndən hallallıq alsınlar. Mən onlara halallıq vermirəm. Qardaşlarım hamısı ibadət əhlidir. Rusiyada və Ukraynada yaşayırlar və ora vətəndaşıdırlar. Onlar cinayət ediblərsə, niyə həmin dövlətin istintaqına cəlb olunmayıblar? Cinayət törədən şəxs azadlıqda qala bilərmi? Deməli, burada mənim şəxsiyyətimə toxunmaq üçün maraqlı olanlar şəxslər var. Sadəcə pul alıb bu məlumatı yaymışdılar. Həm də, qanunvericilikdə qardaş qardaşa görə məsuliyyət daşımır. Bunu yayanlar vicdansız adamlar idi. Mən son illər Azərbaycanda populyarlaşmışam, buna xələl gətirmək üçün bu ittihamı atdılar. Bu məsələnin qardaşlarıma bir aidiyyatı yox idi, sadəcə mənə görə idi. İnşallah, qiyamətdə ədalət məhkəməsi olanda, o adama deyəcəm ki, “ar olsun”.

- İslam dini deyir ki, insanlar öz əməllərinə görə qiyamətdə cavab verəcəklər. Cənnətə, ya cəhənnəmə düşəcəklər. Hökm Allaha məxsusdursa, insanın insanı mühakimə edib hökm vermək ixtiyarı varmı?

- Azərbaycan məhkəmələri ədalətlidir. Bu gün hakimlər olmasa, insanlar yırtııcı heyvana dönər. Peyğəmbərin dövründə də insanlar cəzalandırılıb, şallaqlanıb, zina edənlər edam olunub, daş-qalaq edilib. İndi hələ şükür olsun ki, Azərbaycan məhkəmələri bu cəzaları yüngülləşdirib. Allah qiyamətdə hökm edəcək, yerdə də hakimlər olmalıdır.

- Dini Komitənin yaslar və baş daşları ilə bağlı qadağalarını necə qiymətləndirirsiniz? İllərin ənənəsini dəyişmək cəhdi cəmiyyətdə necə qarşılanacaq?

- Ənənə din demək deyil, onlar qorunur və qorunacaq. Ehsanlarla bağlı qadağa qoyulanda, Şeyx həzrətləri də, biz də çıxış edərək bunun əleyhinə çıxdıq. Bildirdik ki, ehsanların verilməsi qadağan oluna bilməz. İsrafa yol verməmək şərti ilə ehsan verilməlidir. Bizim yas mərasimlərində, “Fanta”, “Cola”, banan verirdilər. Şeyx həmişə israfın əleyhinə olub. Öz yaxınlarının yas mərasimlərində də sadə bir yemək verib, hətta orda banan da olmayıb. Qəbir daşları isə təmtəraqlı olmamalıdır. Rəhbərlərin qəbir daşları, büstləri isə fərqlənməlidir. Baxın, imamların başları necə hündür, necə təmtəraqlıdır. Bu Allah tərəfindən də bəyənilir. Məsələn, mənim köynəyim çirkli olsa, baxıb deyərlər bu nə gündədi?

- Peyğəmbər zamanında dövlət nikahını kəbin əvəz edirdi, çünki elə İslam dövləti idi. Hazırda, dövlətin verdiyi nikah vərəqəsi olduğu halda, kəbinə ehtiyac qalırmı?

- Kəbin mənəvi məsələdir. İnsanın rahatlığını təmin etmək üçün kəbinə ehtiyac var.

- Azərbaycanda mollaların nüfuzu niyə alim səviyyəsində deyil?

- Sovet dönəmində hər başına papaq qoyan molla sayılırdı. Bu gün də kim rahat yaşamaq istəyir, 1 həftə üzünü qırxmır, saqqalı çıxır, gedib dükandan papaq alıb qoyur başına, olur molla. Qafqaz Müsəlmanları İdarəsi bu məsələni diqqətlə saxlayır və bu cür mollaların qarşısını alır. Artıq mollanın nüfuzunu qaldırmaq üçün onlara uniforma hazırlamışıq. Zahiri görkəmlərini dəyişdirəndən sonra beyinlərini də dəyişəcəyik.

- Mollalar meyiti pulla yuyurlar, Quranı, Yasini pulla oxuyurlar. Bunun üçün İslamda bir rüsum varmı?

- Bəzi şeylər var ki, muzdlu olmalıdır. İslama görə valideynlər vəfat etdikdə övladı yumalıdır. Azərbaycanda mən çox görmüşəm ki, altında “CİP” olan oğlanlar atasını gətirib meyitxanaya atıb, deyib kimsə gəlib bunu yusun. Sonra da onu təmizləyənlərin zəhmətinin haqqını vermədən “bu sizin vəzifənizdir” deyib gedirlər. Harda yazılıb ki, havayı yuyulmalıdır? İslama görə havayı övlad özü yumalıdır. Amma bunlar deyir ki, atamda xəstəlik vardı, birdən yusam mənə keçər. Mən 3 gün gözümün nurunu verib Quran oxuyuram. Əgər onun muzdunu vermirsə, bu düzgün deyil.

- Bəs rəhmətə gedən şəxsə Quran, Yasin oxumağın ona bir xeyri varmı?

- Bəli, bəli. Biz cismən ölürük, ruhən Allah məqamında yaşayırıq.

- Mollar həm də Quran açmaq deyimi ilə falçılıq edirlər. İslamda “Quran açmaq” varmı?

- Falçılıq bəyənilmir, amma istixarə deyilən bir şey var. Bir adam qız ərə verəndə, oğlan evləndirəndə baxır ki, görüm yaxşıdı ya yox. Bunun da öz vaxtı və saatı var, öz şərtləri var. Hər vaxt istixarə edə bilməzsən. “Quran açmaq” dediyiniz İstixarə İslamda var, bu bir elmdir. İmam Hüseyn öz əmisioğlu Müslümü Kufəyə göndərəndə istixarə etdi, dedi ölüm qaçılmazdır.

- Quranın dəyişdirilməsi, yenidən tərcümə olunması, günümüzə uyğunlaşdırılması məsələsinə fikriniz nədir? Lazımdırmı?

- Quran keçmişin, indinin və gələcəyin kitabıdır. Orada 21-ci əsrdən, qalaktialardan xəbər verilib. Quranı tərcümə edəcək şəxs ən azı 15 elmə sahib olmalıdır. Quranı müasir zamana uyğun tərcümə etmək cinayətdir. Vasim Məmmədəliyev və Ziya Bünyadov birgə tərcüməsi kifayətdi, amma Nəriman Qasımovun tərcüməsi tam səhvdir.

- Elşad Miri müasir formada tərcümə edəcəyini açıqlayıb...

- Elşad Miri deyir ki, qızlar lüt əççə-bala dənizin qırağında Quran oxuya bilər. Ümumiyyətlə, onun təfəkküründə nə məscid var, nə Quran var, nə namaz var.(qafqazinfo)
Oxşar xəbərlər
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:08, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:36, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
12:30, Bu gün
Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO
12:28, Bu gün
DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək
12:27, Bu gün
Anar Bağırov: "Naxçıvanda təqribən hər 20 min nəfərə bir vəkil düşür"
12:24, Bu gün
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO
12:22, Bu gün
İcma İƏT sammitinin Qərbi Azərbaycanla bağlı qərarını alqışladı
12:18, Bu gün
Mehriban Əliyevanın Desislava Radeva ilə görüşü olub
12:15, Bu gün
Yerdə həyat belə yaranıb – Böyük sirr Qırmızı dənizin dibində açıldı
12:12, Bu gün
Bu məşhur dünya ulduzu əslən azərbaycanlı imiş
12:10, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
12:08, Bu gün
Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək
12:05, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb
12:03, Bu gün
Bakı ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək
11:58, Bu gün
İstanbul aeroportunda qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi - FOTO/VİDEO
11:55, Bu gün
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO
11:52, Bu gün
"Mənim üçün utanmaq hissi yoxdur" - FOTO
11:48, Bu gün
Naxçıvanda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir
11:42, Bu gün
Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub
11:36, Bu gün
Üçüncü mikrorayon dairəsi yaxınlığında dəhşətli qəza: Üç maşın toqquşdu - VİDEO
11:30, Bu gün
Konfrans Liqasında ilk finalçı müəyyənləşir
11:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! Bu yolda diqqətli olun - FOTO
11:20, Bu gün
102 yaşlı veteran təltif edilib - FOTO
11:16, Bu gün
Paşinyan Rusiyaya getdi
11:14, Bu gün
Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir
11:00, Bu gün
Dövlət Komitəsi daha bir Beynəlxalq mükafata layiq görülüb - FOTOLAR
10:55, Bu gün
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
10:49, Bu gün
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
10:46, Bu gün
Bu xarici universitetlərin Bakı filiallarının diplomları tanınmır - ALDANMAYAQ
10:46, Bu gün
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın daha bir tanınmış siyasətçisini axtarışa verdi - FOTO
10:34, Bu gün
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Mayın 9-dan... 
10:21, Bu gün
Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir 
10:17, Bu gün
Ölən dostlarla bağlı YENİ TƏFƏRRÜATLAR: Bakıda məşhur hoteldə nə baş verib? - VİDEO
10:12, Bu gün
Bu gün Şuşaya köç başlayır
09:44, Bu gün
Azərbaycanlı jurnalist Harvardın məzunu oldu - FOTO
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
09:37, Bu gün
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
09:24, Bu gün
"Real" "Bavariya"nı qəbul edəcək - Çempionlar Liqası
09:11, Bu gün
Oğlanlar evlənmək istəmirlər -SƏBƏB 
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08:45, Bu gün
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08:25, Bu gün
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08:00, Bu gün
Şuşa Zəfərimizin rəmzi, tacıdır
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi
07:12, Bu gün
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
07:11, Bu gün
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
GÜNLÜK
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu