“Hələ heç nə aydın deyil, parlament nəyi müzakirə edəcək?”
Müsahibə
Oxunub: 1838
24 Jun 2016 | 11:12
“Hələ heç nə aydın deyil, parlament nəyi müzakirə edəcək?”

Moderator.az Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ilə müsahibəni təqdim edir: 

Xanım vitse-spiker Sankt-Peterburqdakı Qarabağ danışıqları və ondan sonra gözlənilənlər barədə fikirlərini bölüşüb, bir sıra vacib məsələlərə toxunub. 

- Bahar xanım, prezidentlərin görüşündən öncə mətbuata demişdiniz ki, iyun görüşündə nəticə əldə olunmasa, Azərbaycan öz qəti sözünü deyəcək. Sankt-Peterburq görüşündən sonra nə deyə bilərsiniz? Sizdə olan indiki məlumatlar və qənaət nələri söyləməyə imkan verir? 

- Azərbaycanın mövqeyi hər zaman qəti və dəyişməz olub. Aprel hadisələri də bu mövqeni bir az da nəzərə çatdırmaq üçün yeni bir mühit formalaşdırdı. Əvvəllər Dağlıq Qarabağdan söz düşəndə onun artıq köhnəlmiş konflikt olduğunu düşünənlər yanıldıqlarını dərk etdilər. Təbii ki, aprel hadisələri bunun belə olmadığına və eləcə də Azərbaycanın qəti, ədalətli mövqeyinə diqqəti bir daha yönəltdi. Ona görə də bir çoxları vurğulayırdı ki, prezidentlərin qarşıdakı görüşləri substantiv, eyni zamanda konstruktiv əsasda olmalıdır. Əks  təqdirdə,  əlbəttə ki, Azərbaycan öz qəti sözünü deməyə məcbur olacaqdır. Əgər Vyana görüşündən, həm də sonuncu görüşdən sonra tərəflərin şifahi də olsa, birgə vurğuladığı məqamlara istinad etsək, söyləmək olar ki, danışıqlar konstruktiv əsasda keçib, ən əsası məsələnin həllinə yanaşmada yeni məqamlar ortaya çıxıb. O mənada ki, artıq danışıqlar prosesinin iştirakçıları Ermənistan,  Azərbaycan, həmçinin vasitəçi tərəflər bu vəziyyəti daha da uzatmağın mümkünsüzlüyünü vurğulamaqla yanaşı, onu dəyişmək üçün yollar aramağa da ciddi səylər göstərirlər.  

- Amma elə Sankt-Peterburqdakı görüşün ardınca Serj Sərkisyan Azərbaycanın işğal altındakı ərazilərinə gəldi... 

- Amma bu dəfə mülki geyimdə gəldi. 

“Biz mövcudluğumuzun bütün dövründə düşmənçilik edə bilmərik. Elə etmək lazımdır ki, gələcək nəsillərə ağır yük qoyub getməyək”


- Yəni bu fakt erməni prezidentin özünü daha rahat hiss etdiyi anlamını vermirmi?

- Aprel hadisələri vaxtı Sərkisyan Qarabağa hərbi geyimdə gəlmişdi və ciddi hərbi ritorikadan istifadə etmişdi. Amma bu dəfə mülki geyimdə gəlməsi ən azı Rusiyadakı danışıqların ruhuna real həyatda sadiq olduğunu göstərmək üçün bir əlamət kimi qəbul edilə bilər.  Hər halda, mən bunun bir o qədər vacib olmadığını qeyd etməklə yanaşı əhəmiyyətsiz də hesab etmirəm. Onun Dağlıq Qarabağı işğalda saxlayan ordunun Ali Baş Komandanı kimi Azərbaycan ərazisinə gəlməsi, çıxış yolları araması onu göstərir ki, bu torpaqlar Ermənistanın işğalı altındadır və “Dağlıq Qarabağ Respublikası” deyilən ifadə blefdir. 

- Ancaq qanunsuz olaraq başqa ölkənin ərazisinə gəlib...

- Bəli, qanunsuz gəlib və qonşu ölkənin sərhəd bütövlüyünü pozub. Onun gəzdiyi sahələr hətta Dağlıq Qarabağın ərazisinə belə daxil deyil, ondan kənar ərazidir. Amma bununla belə, bu fakt ortada ola-ola danışıqlar gedirsə və prezidentlər bu durumdan çıxmaq, hər kəsin qanuni sərhədlərini müəyyən etmək üçün danışıqlar prosesində iştirak edirlərsə, deməli, bu danışıqların nəticələrinə də sadiq qalmaq və o danışıqlardan irəli gələn addımları atmaq lazımdır.  

- Hansısa ölkənin təmsilçisi icazəsiz Qarabağa gələndə adı “qara siyahı”ya salınır. Bəs Sərkisyanın Qarabağa gəlişinə niyə sükutla yanaşılır?  

- Keçmişinə, Dağlıq Qarabağda baş verən proseslərdə cavabdehlik dərəcəsinə, beynəlxalq hüququn prinsiplərinə zidd fəaliyyətin təşkil olunmasındakı roluna baxmayaraq, bu gün o, danışıqlar tərəfinin təmsilçisi kimi çıxış edir. Əgər söylənildiyi kimi, hansısa razılaşmalar varsa və bu razılaşmaları reallığa çevirmək üçün ora səfər etmək lazım gəlirsə, buna bu kontekstdən yanaşmaq olar. Amma bu, özlüyündə Sərkisyanın və onun rəhbərlik etdiyi rejimin günahlarını azaltmır. Əlbəttə, gələcəkdə bu məsələ hüquqi müstəvidə araşdırılacaqsa, mütləq onun təşkilatçıları, iştirakçılarından və günahkarlarından biri kimi yəqin ki, o çıxış edəcək.  

- Prezident Administrasiyasının rəhbəri Novruz Məmmədov ilkin olaraq 5 rayonun azad olunması ilə bağlı müzakirələrin aparıldığını dedi, ancaq erməni tərəfdən təkzib gəldi. Bu barədə nə deyə bilərsiniz?

- Mənim fərqli bir məlumatım yoxdur. Danışıqlar prosesinin detalları məxfi saxlandığı üçün, onu nə dərəcədə açıqlamaq olar, bu, danışıqlar prosesində iştirak edən şəxslərin dairəsinə məxsus bir məsələdir, nə bu, nə də digər tərəfin mövqelərini təsdiq, yaxud təkzib edəcək əlavə bir informasiyaya malik deyiləm. Ona görə də bu və ya digər açıqlamanı şərh etmək istəməzdim.  

- Bahar xanım, parlamentin vəziyyətlə bağlı ayrıca müzakirə aparmaq niyyəti varmı? 

- Real yanaşmaq lazımdır. Parlament indi nəyi müzakirə edəcək? Hələlik heç nə aydın deyil, biz nəyi müzakirə edək? Aydındır ki, başlıca müzakirə etdiyimiz məsələ bu problem və onun həlli yollarını aramaqdır. Əgər tərəflər bir görüşdə iştirak ediblərsə və ümumi fikir səsləndiriblərsə ki, danışıqlar normal, konstruktiv əsasda, gələcək görüşlərin keçirilməsinə şərait yaradan bir ruhda keçib, hesab edirəm ki, hər iki tərəfin həm ictimai-siyasi xadimləri, həm parlamentariləri, adi vətəndaşları belə, ümumi razılaşmanın əldə olunması üçün ona xələl gətirə biləcək hansısa fikirləri səsləndirməkdən də çəkinməlidirlər ki, öz prezidentlərinə mövqeləri yaxınlaşdırmaq üçün kömək etsinlər və məsələnin həlli üçün ciddi addımların atılması mümkün olsun. Şəxsən mənim yanaşmam belədir. 

Ona görə də indiki halda danışıqlar prosesinə xələl gətirə biləcək açıqlamalardan çəkinmək lazımdır. Parlamentdə də ciddi müzakirəyə gətirib çıxara biləcək əlavə bir məlumat, sənəd ortada yoxdur. Özü də burada şifahi razılaşmadan söhbət gedir, heç bir sənəd imzalanmayıb. Ona görə də imkan verək ki, qoy, danışıqlarda iştirak edən tərəflər mövqeləri daha artıq yaxınlaşdırsınlar və əgər nə vaxtsa məlum olacaqsa ki, parlamentlərin müzakirə edəcəyi konkret sənəd var, mövqeləri müəyyənləşdirmək lazımdır, onda, əlbəttə, parlament bu məsələyə münasibət bildirə bilər. İndiki halda mən buna lüzum görmürəm. 


- Sizdəki məlumatlar nədən ibarətdir, Rusiya bu dəfə səmimi şəkildə münaqişəni həll etmək istəyirmi? 
 
- Səmimiyyət ölçən bir cihaz olsaydı, yəqin ki, onun müqabilində bir çox həqiqətlər üzə çıxardı. (gülür) Ona görə də qəti söyləyə bilmərəm ki, bu, səmimiyyətdən, yoxsa regional maraqların qorunmasından irəli gəlir. Hər halda, inanmaq istərdik ki, hər iki ölkə ilə tarixi əlaqələri olan, həmsədr ölkələrdən biri kimi, regionda bu münaqişəyə daha yaxın, demək olar onun içərisində olan bir ölkə kimi məsələnin həllinə töhfəsini verməyə Rusiyanın daha çox imkanları var. Bu günə qədər Rusiyanın ünvanına bu və ya digər səbəbdən o qədər tənqidi fikirlər səslənib ki, hesab edirəm Rusiya kimi bir ölkənin öz imicini yaxşılaşdırmaq üçün də bu məsələdə həlledici rol oynamasına ciddi ehtiyac var. Qarabağ məsələsinin həlli bu imici dəyişməyə imkan verərdi. 

- Qərbin Qarabağ danışıqlarından kənarda qaldığı və ya Rusiya ilə Qarabağ anlaşmasına getdiyi barədə ziddiyyətli fikirlərdən hansına üstünlük verirsiniz? 

- Qərb ona görə kənarda qalır ki, o, coğrafi olaraq kənarda yerləşir. Konkret iki ölkədən, Fransa və ABŞ-dan söhbət gedirsə bu, bir faktdır ki, onlar bizə Rusiya qədər təsir imkanları baxımından və ərazicə yaxın deyillər. Elə onların özünün yanaşmasında da bu yaxınlıq hiss olunmur. Formal da olsa, nəticəsi olmasa da, Rusiyanın cəhdləri olduğu halda, digər tərəflər çox soyuqqanlı və “təmkinli” hərəkət edirlər, situasiyaya daha çox dözümlü yanaşırlar. O baxımdan müəyyən fərqlər hiss olunur.  

- Almaniya kansleri Angela Merkel isə deyir Rusiya açar rolunu oynaya bilər...

- Doğrudur, Almaniya kansleri deyir. Amma bu, bir çoxlarının fikridir. Üzbəüz görüşlərdə bir çox ölkələrin nümayəndələri, beynəlxalq qurumların rəsmiləri bizə bu fikirləri deyirlər ki, Rusiya burada daha çox rol oynaya bilər. Əlbəttə ki, məsələnin əhəmiyyəti ondadır ki, digər oyunçular Rusiyaya burada əhəmiyyətli rol oynamağa imkan verəcəklərmi, bu, bir rəqabət yarışına çevrilməyəcək ki? İndiyə kimi vasitəçilik prosesində biz bu rəqabəti hiss etmişik. Mən heç istəməzdim ki, indiki halda yenə bu rəqabət meylləri meydana çıxsın. Amma ABŞ səfirinin açıqlamasını oxudum. Təbii ki, o, təmsil etdiyi ölkənin mövqeyini açıqlayır. O deyir ki, Sank-Peterburqda keçirilən görüş bundan əvvəl keçirilən görüşlərin davamıdır. Arzu edək ki, bundan sonra keçiriləcək görüşlər də kimin təşkil etməsindən asılı olmayaraq, biri digərinin davamı olsun və əldə olunan razılaşmaları pozmağa yox, möhkəmləndirməyə xidmət etsin. Onda, əlbəttə, biz deyə bilərik ki, onların arasındakı əlaqənin mahiyyəti nədən ibarətdir, rəqabətəmi əsaslanır, əməkdaşlığamı? Amma bu da bir faktdır ki, rəqabətə əsaslanan fəaliyyətlə bu məsələni yoluna qoymaq mümkün deyil. Vasitəçilərin hər biri istəyirsə ki, məsələ həll olunsun və danışıqlar prosesindən yalnız öz dividentlərini güdmürlərsə, sonda müəyyən bir konstruktiv əməkdaşlıq ortaya qoymalıdırlar. Hesab edirəm ki, üç həmsədr ölkənin arasındakı əməkdaşlığın özündən çox şey asılıdır. 

- Bəzi erməni ekspertləri çox narahatdırlar. Azərbaycanın Rusiya ilə anlaşdığını, Qarabağın geri qaytarılacağını deyirlər. Bu iddialarda həqiqət payı nə qədərdir? 

- Təbii ki, qonşu ölkədə siyasi analitiklər, ekspertlər, rəsmilər müəyyən fikirlər səsləndirir, proqnozlar verirlər. Amma yuxarıda sizin söylədiyiniz “səmimiyyət” məsələsi indi meydana çıxır. Bir qayda olaraq  sözlə əməl arasındakı uyğunsuzluq burada daha çox söhbət mövzusudur. Amma arzulayaq ki, Ermənistan tərəfi aprel hadisələrindən ciddi nəticə çıxarsın. Çünki nə qədər ki, bu xalqlar mövcuddur, o qədər də qonşu olacağıq və əvvəl-axır bu münasibətlər normal məcraya düşməlidir. Biz mövcudluğumuzun bütün dövründə düşmənçilik edə bilmərik. Bu, nə regiona, nə də dünyaya fayda verən münasibət deyil. Elə etmək lazımdır ki, biz gələcək nəsillərə ağır yük qoyub getməyək. Hesab edirəm ki, qarşı tərəf də bunu düşünür və aprel hadisələrində verilən itkilərə görə, əlbəttə, narahatlıqları var və narahat olmağa da dəyər.  

- Bu ilin axırına qədər hansısa rayonların azad olunmasına başlanıla bilərmi? 

- Məncə, məsələnin bu şəkildə qoyulması düzgün deyil. Sosial şəbəkələrlə mətbuat orqanlarında  ən müxtəlif informasiyalar yayılır və “2, 3, yaxud 5 rayon azad olunacaq”, ya da “blefdir, heç nə olmayacaq” kimi fikirlər səslənir. Hazırda hər iki ölkədə cəmiyyətlərin, insanların, mətbuat orqanlarının da  üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, danışıq tərəfləri mövqelərini öz xalqına lazım gəldiyi anda anlatmalı və bütün informasiya təminatını da məhz o mövqelərə uyğun qurmalıdır. Azərbaycan tərəfdə belə bir problem yoxdur, çünki biz xalqdan heç nəyi gizlətmirik. Nə istədiyimizi, məqsədimizi açıq söyləyirik və fəaliyyətimizi də ona uyğun qururuq. Ermənistan tərəfindəki narahatlığın əsas səbəbi ondan ibarətdir ki, onlar bilirlər ki, əvvəl-axır bu torpaqları tərk etməlidirlər, bu ərazi onlara məxsus deyil.     

- Ancaq Dağlıq Qarabağda referendum keçirilməsi ehtimalı  narahatlıq yaradır...

- Burda da bir az səbirli olmaq və danışıqların nəticəsinə diqqət etmək lazımdır. Mən Azərbaycan tərəfinin öz mövqeyini heç zaman güzəştə getməyəcəyinə əminəm. (musavat.com)
Oxşar xəbərlər
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO