İyunda dialoq yox, böyük savaş başlaya bilər -Riski daha da artıb...
Oxunub: 4798
28 May 2016 | 12:13
İyunda dialoq yox, böyük savaş başlaya bilər -Riski daha da artıb...
Qarabağ danışıqları baş tutmaya bilər; Ermənistan ordusu Ağdamın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıb; Sərkisyan “Qarabağ könüllüləri” adlanan terrorçu qrupun təhdidləri ilə üz-üzə qalıb; 
Aprel ayındakı dördgünlük müharibədə sarsıdıcı zərbə alan işğalçı Ermənistan ordusu yenidən təmas xətti boyu aktivləşməyə başlayıb. Mayın 27-də Ermənistan ordusu Ağdamın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıb. 

Düşmənin müxtəlif qoşun birləşmələri Ağdam şəhərinin ətrafında zirehli texnika və artilleriya qurğularından istifadə edir. Təlim zamanı ağır artilleriya qurğularından atılan mərmilər dağ massivlərinə dəydikdən sonra yaranan toz dumanı cəbhə zonasında yerləşən kəndlərdən açıq-aydın müşahidə olunur, təlim atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir. (APA)

Qeyd edək ki, əvvəlki həftələrdə də düşmən ordusunun aktivliyi müşahidə olunurdu. Belə ki, Qarabağa əlavə muzdlu dəstələr və silah-sursat göndərən Ermənistan rəhbərliyi bununla Azərbaycanı Vyana görüşündə güzəştli mövqedən çıxış etməyə vadar etmək istəyirdi. Lakin düşmən məqsədinə çatmadığı üçün   növbəti təxribatlara əl atılmalı olub. 

Üstəlik, Ermənistanda və Qarabağ separatçıları arasında ətraf rayonların azad edilməsi mövzusunda fikir ayrılıqlarının yaranması barədə də məlumatlar var. Məlumata görə, Serj Sərkisyan “Qarabağ könüllüləri” adlanan terrorçu qrupun işğal zonasında toplaşmasından sonra arzuolunmaz situasiya ilə üz-üzə qalıb. Belə ki, artıq terrorçular açıq-aydın ona meydan oxuyur və Azərbaycanla hansısa anlaşmaya gedilməsini mümkünsüz sayırlar. Ola bilsin ki, bu, iyun ayında keçirilməsi planlaşdırılan-çox güman ki, ev sahibi Rusiya olacaq - prezidentlərin görüşü ərəfəsində qurulmuş oyundur. Ermənistanda tez-tez belə oyunlar qurular və rəy yaradırlar ki, “xalq”, yaxud “Qarabağ veteranları” nəinki 5+2 formuluna razı deyil, hətta apreldə işğaldan təmizlənən 8 yüksəkliyin  geri qaytarılmasını tələb edirlər. Bu mənada Sərkisyanın danışıqlarda riskli oyuna gedərək özünün daxildəki rəqiblərini neytrallaşdırmaq istədiyi də mümkün ssenarilərdən sayıla bilər.

Ancaq bu da var ki, qoşunların təmas xəttində vəziyyət kifayət qədər kritikdir. Əgər Moskvada əldə olunan atəşkəs haqqında razılaşmadan sonra ATƏT sədrinin nəzarəti altında növbəti görüşlərə hazırlıq işlərinin aparıldığı vaxtda Ermənistanın işğalçı ordusu Azərbaycan əsgərinin mövqeləri il üzbəüz ərazidə genişmiqyaslı hərbi təlimləri davam etdirirsə, demək qarşı tərəf iyun danışıqlarını pozmaqda maraqlıdır.


Qarabağ müharibəsinin “qəhrəmanı”, “Komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyanın son açıqlaması da işğalçının aprel məğlubiyyətini həzm edə biməməsinin əlamətidir. “Erməni tərəfi həm strateji, həm də çox vacib yüksəklikləri itirib və onları geri qaytarmaq lazımdır” deyə, Qarabağ canisi bildirib. O, Sərkisyan hakimiyyətinin “800 hektarlıq boş çöllük” kimi təqdim etdiyi ərazinin əslində mühüm strateji əhəmiyyətli yüksəklik olduğunu deyib. İddia edib ki, Talış, Ağdərə, Madagis kimi yaşayış məntəqələrinin mülki sakinlərinin rahat nəfəs alması üçün həmin mövqeləri geri qaytarmaq haqqında fikirləşmək lazımdır. Qarşı tərəfin savaş ritorikasını Azərbaycan təbii ki, səbirlə müşahidə etsə də, öz tərəfindən müvafiq addımları atır, müdafiə tədbirlərini və məqamı yetişəndə düşmənə sarsıdıcı zərbə endirməklə bağlı hazırlıqlar görür.


Elə bu günlərdə məlumat yayılıb ki, Azərbaycan Silahlı Qüvvələri uzaqmənzilli operativ-taktiki raket komplekslərin əldə edilməsi üzərində işləyir.  Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov da açıq şəkildə bəyan edib ki, Azərbaycan dövlətinin özünü qoruması üçün 200, 300, 500 km-ə qədər mənzilli operativ-taktiki raketləri olmalıdır. Generalın bu bəyanatı Rusiyada ciddi narahatlıq doğurub. Azərbaycanın belə silahları Çin, Pakistan və NATO ölkələrindən rahatlıqla ala biləcəyindən təşvişə düşən rusiyalı ekspertlər iddia edir ki, bu raketlərdən Ermənistana qarşı istifadə edilərsə, Rusiya öz müttəfiqini qorumağa məcbur olacaq. Hətta Rusiyanın “Ermənistana dəstək məqsədi ilə” “İskəndər-M” raketlərini Qarabağa göndərəcəyi, Gümrüdəki 102-ci hərbi bazanı gücləndirəcəyi barədə də xəbərdarlıq edilir. Rusiyada hələ bir çoxları anlamaq istəmir ki, Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etmək istəyir. Əgər Ermənistan ordusunu ərazilərimizdən çıxartmaq əvəzinə, Mingəçevir SES-i, yaxud Bakı-Ceyhan kəmərini vurmaqla hədələyirsə, təbii ki, bunun sərt cavabı olacaq. Rusiyanın işğalçını müdafiə edəcəyi halda isə Azərbaycanın müttəfiqləri, xüsusilə də Türkiyə və Pakistanın da məsələyə müdaxiləsi qaçılmaz görünür.


Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan isə bu ölkənin nüvə silahına malik olmasına dair yeni sensasion açıqlama verib. Virtulaz.org xəbər verir ki, hazırda parlamentin deputatı olan Baqratyan “Aykakan jamanax” qəzetinə açıqlamasında Ermənistanın nüvə silahına malik olduğu haqda bundan əvvəl verdiyi bəyanatın Türkiyə və Azərbaycan üçün “çəkindirici amil” olduğunu deyib. “Bu silah isə Ermənistanda hələ ötən əsrin 70-ci illərindən var”-Qrant Baqratyan deyib.

Bütün bu gəlişmələr onu deməyə əsas verir ki, növbəti savaş daha amansız və bəlkə də son döyüş ola bilər. Bəzi müşahidəçilər iyun görüşünə son qərarın verilməsi baxımından xüsusi önəm verir. Yeri gəlmişkən, Milli Məclisin vitse-spikeri Bahar Muradova demişdi ki, iyun görüşündən sonra Azərbaycan özünün qəti qərarını verəcək. Bu mənada növbəti danışıqların ardınca aprel əməliyyatlarının bərpa olunması riskləri kifayət qədər ciddi və realdır.


Bu arada Ermənistanın müdafiə naziri Seyran Ohanyanın “Talış kəndini tərk etmiş ermənilər öz yerlərinə qayıda bilərlər” bəyanatını verməsi də düşmənin həyasızlığının növbəti təzahürüdür. İşğalçı ölkənin ordusuna rəhbərlik edən Ohanyan  hələ də anlamaq istəmir ki, Azərbaycan ordusunun nəzarət etdiyi və rahatca hədəfə almaq imkanında olan Talış kəndində kimlərin yaşamaq haqqının olduğunu məhz Azərbaycan dövləti, onun rəsmiləri bəyan edə bilər. Bu bəyanatla Ermənistan ordusu bir tərəfdən dinc əhalini ön xəttə qaytarıb onların arxasında gizlənmək istəyir, digər tərəfdən isə bu ərazilərin “sahibi” olduqlarını göstərməyə çalışır. Belə bir tərəflə aparılan danışıqlar isə təbii ki, uğurlu nəticə verə bilməz. O mənada savaş qaçılmaz görünür.

Faktiki olaraq ötən illərdə öz xalqına qarşı cinayətlər törətmiş Serj Sərkisyan hakimiyyəti və ümumilikdə “Qarabağ klanı” daxildəki rəqiblərini sıradan çıxartmaq və özlərini sığortalamaq üçün siyasətini əsasən Qarabağ məsələsi üzərində qurub. Bu mənada İrəvanın güzəştlərə gedəcəyi mümkünsüz görünür.

Digər tərəfdən, düşmən ölkənin hay-küyündən sonra Rusiya 200 milyonluq silah-sursatın Ermənistana ötürülməsinə start verib. Hətta düşmən ölkə “atom silahı”na malik olduğu barədə sərsəm iddialarla güc nümayiş etdirməkdədir. Düşmənin aprel savaşlarında Azərbaycan əhalisinə qarşı kimyəvi silahdan istifadə etməsi barədə faktlar isə İstanbuldakı BMT baş katibini də qatıldığı beynəlxalq forumda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bəyan edildi. Lakin bütün bunların da hələlik ciddi təsiri hiss olunmur, işğalçı ölkə islah olunmağa qəti şəkildə meylli görünmür.


Ermənistanın hakim Respublika Partiyasından olan deputat Arakel Movsisyan isə deyir ki, bir metr də olsun torpaq itirilməli deyildi. Keçmiş səhra komandiri olan Movsisyan aprelin 2-də döyüşlər başlayanda öz dəstəsi ilə birlikdə Qarabağa yollanıb, təxminən ay yarım orada qaldıqdan sonra İrəvana dönüb. Movsisyan iddia edib ki, əgər Azərbaycan tərəfi apreldə nə baş verdiyi haqda danışmağı dayandırmasa, erməni tərəfi dayanmayacaq, döyüş əməliyyatları ancaq itirilmiş ərazilər geri qaytarılandan sonra başa çatacaq. “Allah eləmiş, bu dəfə ya Tərtərdə, ya Horadizdə, ya Beyləqanda, yaxud Kirovabadda (Gəncə) qələbəni qeyd edəcəyik” deyə, Movsisyan sərsəmləyib.

YAP üzvü, Milli Məclisin Təhlükəsizlik , müdafiə və korrupsiya məsələləri komitəsinin sədr müavini Aydın Mirzəzadə də müharibə riskinin böyük olduğunu təsdiqləyir: “Əslində risklər həmişə var. İstənilən an hərbi əməliyyatlar başlaya bilər. Bu isə Ermənistanın davranışından irəli gələn reallıqdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır, işğal edilmiş ərazilərimizdə hərbi təlimlər keçirir. İşğalçı ölkə özünü sülh tərəfdarı kimi göstərməyə çalışsa da, ortada olan onun gündəlik təxribatları və danışıqları uzatmaq cəhdidir”.


A.Mirzəzadə  danışıqların növbəti mərhələsi barədə ilginc bir açıqlama verdi: “Ermənistan tərəfdən hələ ki problemin diplomatik yolla həll etməyə marağı sezilmir. Mümkündür ki, iyun ayında prezidentlərin görüşü baş tutmasın. Çünki vəziyyət belə davam edərsə və ortada hər hansı bir real ilkin nəticələr olmazsa, görüş faktiki olaraq baş tutmaya bilər. Bunun ardınca hərbi əməliyyatların yenidən başlanması riski isə mümkün olan məsələdir. Çünki Azərbaycan problemin on illərlə uzanmasına, "status-kvo"nun saxlanması, ərazi bütövlüyümüzün həll edilməməsi, Minsk Qrupunun həmsədrlərinin məsələsinin həllinə hər hansı bir töhfə verməməsi ilə qətiyyən razılaşmaq fikrində deyil". Komitə üzvü “Yeni Müsavat”a açıqlamasında işğalçıya xəbərdarlığını da etdi: “Əgər hərbi əməliyyatlar bərpa olunarsa, bu artıq Ermənistanın davranışlarına cavab olaraq baş verəcək. Ermənistan bilməlidir ki, növbəti hərbi əməliyyatlar onun üçün daha ağır nəticələr verəcək. Bu gün Ermənistan nə əldə etdiyi yeni silahların texniki göstəricilərinə, nə də ordusunun hərbi hazırlığına görə Azərbaycanı üstələyə bilməz. Bir faktı da nəzərə almaq lazımdır, Azərbaycan əsgəri öz torpağında döyüşəcək, erməni əsgəri isə işğal etdiyi ərazidə. İndi üzə çıxır ki, aprel döyüşlərində nəinki erməni əsgərləri, hətta Ermənistan ordusunun alay komandiri belə döyüş bölgəsindən qaçıb və bir neçə gün sonra ortaya çıxıb. Bütün bunlara görə Ermənistan apardığı təhlükəli oyunun nəticələrinə görə ciddi düşünməlidir”.


Və... Azərbaycan prezidenti İlham Əliyev növbəti dəfə prinsipial mövqeyini ortaya qoyub. “Azərbaycan xalqı və dövləti heç vaxt torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”. Prezident mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda belə deyib. Dövlət başçısı Azərbaycan-Ermənistan - Dağlıq Qarabağ münaqişəsinə toxunub və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:45
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 10:28
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
02 May 2024 | 11:05
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
02 May 2024 | 10:50
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
02 May 2024 | 10:32
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
02 May 2024 | 10:59
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
02 May 2024 | 11:15
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:45
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 10:28
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
02 May 2024 | 11:05
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
02 May 2024 | 10:50
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
02 May 2024 | 10:32
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
02 May 2024 | 10:59
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
02 May 2024 | 11:15
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO