Dədə Şəmşir sənətinin vüsəti...
Oxunub: 1768
27 May 2016 | 23:32
Dədə Şəmşir sənətinin vüsəti...
AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin qələmə aldığı  “Dədə Şəmşir sənətinin vüsəti” yazısını təqdim edirik:


Ölkəmiz müstəqillik qazandıqdan sonrakı dövrdə cəmiyyətimizdə sürətlə milliləşmə prosesi getməyə başlamışdır. Xalqın milli özünüdərki, özünəqayıdışı əksər sahələrdə qabarıq hiss olunmaqdadır. Bu sahələrdən biri də aşıq sənətidir. Saza-sözə xüsusi önəm verildiyi çağdaş dövrümüzdə ulu ozanlarımızdan tutmuş müasir aşıqlarımıza qədər hər bir sənətkarın təbliği, yada salınması, yubileylərinin, yaradıcılıq gecələrinin keçirilməsi, haqqında mətbuatda yazıların çap edilməsi, kitablarının nəşr olunması, fikrimizcə, bütövlükdə Azərbaycan mədəniyyətinə və incəsənətinə xidmətdir. Bu əhəmiyyətli ənənə daim davam etdirilməlidir.  



Dədə Qorquddan üzü bu yana ulu ozanlarımızdan Dirili Qurbani, Miskin Abdal, Xəstə Qasım, Şıx Alı, Dədə Ələsgər və adlarını çəkmədiyimiz onlarla, bəlkə də yüzlərlə digər haqq vergili, fitri istedad sahibi olan ustad aşıqlar cərgəsində Aşıq Şəmşirin də özünəməxsus yeri, dəst-xətti var. Aşıq Şəmşirin yaradıcılığının əsas, mükəmməl dövrü XX əsrin ikinci yarısına düşsə də, onu da tam olaraq klassik sənətkarlarımızdan biri adlandırmaq olar. Yaradıcılığının çoxşaxəliyi, şeirlərinin yüksək poetikası və mükəmməlliyi Aşıq Şəmşirə bu haqqı qazandırmışdır. Yaratdığı dərin mənalı ustadnamələr, cəlbedici təcnislər, xüsusilə də lirik qoşma, gəraylı və müxəmməslər ustada ölməzlik qazandıraraq xalqın ürəyində, yaddaşında əbədilik yaşayacaqdır. Çünki Aşıq Şəmşir ulularından yadigar qalan bu müqəddəs sənəti ləyaqətlə davam və inkişaf etdirməklə XX əsr aşıq sənətində özünəməxsus yeni bir məktəb yaratmışdır. Və Aşıq Şəmşirin sağlığında yaşayıb-yaratmış, hazırda fəaliyyət göstərən neçə-neçə yetirməsi, davamçısının olması bu məktəbin uzunömürlüyünü bir daha nümayiş etdirir. Nə idi Dədə Şəmşiri, eləcə də XX əsrin digər görkəmli ustad aşıqlarını, məsələn, XIX əsrin aşıqlarından fərqləndirən? Burada bir neçə cəhəti diqqət mərkəzinə çəkmək lazımdır. Əvvəla, XX əsrin əsasən ikinci yarısının ustad aşıqları, o cümlədən Dədə Şəmşir ali təhsil almasalar da, yazıb-oxumağı bacarırdılar, mütaliə edirdilər. Şeirlərini yazıya alaraq sistemli şəkildə toplayırdılar. Hətta kitabları da nəşr olunurdu. Digər tərəfdən isə, XIX əsrin aşıqları xalqın həyatına, XX əsrin xüsusən ikinci yarısının aşıqları isə cəmiyyət həyatına çox güclü nüfuz eləyə bilirdilər. Cəmiyyətdə stalinizm dövrü başa çatdıqdan sonra aşıqlar da öz sözlərini müəyyən qədər açıq demək, ictimai-siyasi proseslərə, hadisələrə müdaxilə edib onları öz yaradıcılıqlarında xeyli sərbəst şəkildə işıqlandırmaq imkanları qazanmışdılar. Aşıq Şəmşirin də şeirlərində ötən əsrin ikinci yarısında baş verən əksər ictimai-siyasi, tarixi proseslərə, hadisələrə ayıq-sayıq münasibət vardır. Bu, təkcə təsvir, tərənnüm deyil, həmçinin müəllifin öz mövqeyinin də ifadəsidir ki, bu da onu XX əsrin birinci yarısının aşıqlarından fərqləndirən cəhətdir.   


Aşıq yaradıcılığında, aşıqlıq sənətində XX əsrin ikinci yarısında baş verən əsaslı dönüş mərhələsi, ən əlamətdar cəhətlərdən biri isə odur ki, bu dövrdə artıq aşıq yaradıcılığı, aşıq ədəbiyyatı ilə yazılı ədəbiyyatın sıx əlaqələri yaranmağa başlamışdı. Bunun ən bariz nümunələrindən biri Aşıq Şəmşirlə xalq şairi Səməd Vurğunun görüşməsi və onların məşhur deyişməsidir. Həmin görüşü xüsusi qiymətləndirmək lazımdır. Çünki bu, aşıq sənətinin tarixində nadir hadisələrdəndir və çox böyük əhəmiyyət kəsb edir. Demək, XX əsrin 50-ci illərində artıq Azərbaycan yazılı poeziyası ilə aşıq ədəbiyyatımız qaynayıb-qovuşur. Səməd Vurğunun şeirlərinin aşıqlar tərəfindən ifa olunması, Aşıq Şəmşirin kitablarının işıq üzü görməsi, onun görkəmli şairlərlə görüşməsi, şeirləşməsi, şeirlərinin mətbuatda vaxtaşırı dərc edilməsi həmin qovuşmanın, yaxınlaşmanın, doğmalaşmanın, qaynayıb-qarışmanın bariz göstəricisidir. Ustad aşığın Səməd Vurğunla görüşünü şərtləndirən səbəblərdən biri də onun şeirlərindəki poetika, bədii mükəmməllik idi ki, necə deyərlər, böyük sənətkarı sorağa salmışdı. Aşıq Şəmşir şeirlərinin forma, məzmun və bədii mükəmməlliyinin əsas səbəbi müəllifin haqq vergisi, fitri istedadı ilə yanaşı, eyni zamanda güclü mütaliəsi, savadı, zəkası, yazılı ədəbiyyatımıza yaxından bələdliyi idi. Ötən əsrin ikinci yarısının aşıqları, o cümlədən Dədə Şəmşir yazılı ədəbiyyatı, böyük şairlərin şeirlərini oxuyur, öz ustadları ilə yanaşı yazılı ədəbiyyatın klassik və çağdaş nümayəndələrindən də çox şeylər öyrənirdilər. Odur ki, Aşıq Şəmşirin hər hansı bir qoşmasını, gəraylısını imzasını bilmədən götürüb oxusaq, həmin şeirlərin Osman Sarıvəllinin, İslam Səfərlinin, Hüseyn Arifin, yaxud hər hansı digər bir tanınmış şairin ola biləcəyini asanlıqla ehtimal etmək mümkündür. Yəni Aşıq Şəmşir şeiri ideya-bədii cəhətdən o qədər mükəmməldir, yazılı poeziyaya o səviyyədə yaxındır ki, onun şeirlərini böyük ədəbiyyatın klassik nümunələri ilə yanaşı qoymaq mümkündür. Elə bu səbəbdən də Səməd Vurğun kimi dünya şöhrətli bir xalq şairi Dədə Şəmşirin şeirlərini bəyənmiş, yüksək qiymətləndirərək Kəlbəcər dağlarına ”“ “İstisu”ya gedərkən onu soraqlamışdı. Və beləliklə, xalq şairi ilə ustad aşığın möhtəşəm görüşü dastanlaşaraq dillərə düşmüşdür. Aşıq Şəmşirlə Səməd Vurğunun deyişmələri, şeirləşməsi, o dağlarda, yaylaqlarda birgə keçirdikləri sazlı-sözlü məclislərin təəssüratları sözün həqiqi mənasında mükəmməl və bitkin bir dastandır. Burada klassik dastançılıq ənənələri qorunub saxlanılır. Məlum olduğu kimi, dastan nəsrlə şeirin növbələşməsi ilə müşayiət olunur. Bu görüşdə də eyni prosesi müşahidə etmək mümkündür. Aşıq Şəmşirlə Səməd Vurğunun söhbətləri, səmimi dərdləşmələri, bir-birini qiymətləndirmələri nəsrlə şeirin növbələşməsi ilə davam edir. Doğrudur, xalq şairi Səməd Vurğunun Aşıq Şəmşirlə deyişməsinin nəsr hissəsi yazıya alınmamışdır. Lakin bu hadisə, böyük sənətkarların görüşü yaxın dövr tariximizin hadisəsi olduğu üçün dillərə düşmüş, aşıqlar tərəfindən qoşulub düzülmüş, yaddaşlarda yaşadılmışdır. Kitablarda Səməd Vurğunla Aşıq Şəmşirin deyişməsinin yalnız şeirləşmə, nəzm hissəsinin verilməsinə baxmayaraq, aşıq məclislərində bu deyişmə həmin tarixi görüşün təfərrüatları ilə birlikdə təqdim olunur. Beləliklə, hər aşıq ona öz əlavəsini edib, daha da zənginləşdirir. Bu tarixi görüş nəsildən-nəslə keçərək yaddaşlarda o qədər möhkəmlənmişdir ki, deyişmə-dastanın nəsr hissəsi yazılmasa da, hər kəs tərəfindən aydın şəkildə təsəvvür olunur. Fikrimcə, bu hal ədəbiyyat tariximizdə özünəməxsus hadisə adlandırılmağa layiqdir. Təəssüf ki, Səməd Vurğun-Dədə Şəmşir dastanı uzun dövr ərzində bütöv halda yazıya köçürülüb nəşr olunmamışdır. Burada çatışmayan cəhət nədir? Sadəcə, həmin hadisələri, söhbətləri, baş verən əhvalatları, deyişmələri, böyük sənətkarların bir-birinə ünvanladıqları şeirləri, aralarındakı son dərəcə səmimi ünsiyyətin bütün təfərrüatlarını pərakəndə xatirələrdən toplayaraq sistemləşdirmək, qoşub-düzərək janrın tələblərinə uyğunlaşdırmaq lazımdır. Bu işi kim görsə, ədəbiyyatımız, mədəniyyətimiz, folklorumuz, hətta tariximiz, xüsusən də ədəbiyyat tariximiz üçün olduqca əhəmiyyətli bir xidmət göstərmiş olacaqdır. Çünki həmin dastanda çox vacib məqamlar ortaya çıxır. Belə ki, hər iki qüdrətli sənətkarın görüşlərində baş verən əhvalatlardan, aralarındakı söhbətlərdən və şeirləşmələrdən həmin illərin ab-havası ilə bağlı xeyli informasiya almaq mümkündür. Məsələn, Səməd Vurğun ustad aşığa müraciətlə deyir ki:  

Hay vurub, qıy vurub səs sal dağlara, 
Gözəllər oylağı göy yaylaqlara.  
Mənim də dərdimi de oylaqlara,  
Sinəmdən oxladı bir maral məni.

Yəni burada o qədər səmimiyyət var, doğmalıq var, mehr-ülfət var ki, şair heç kəsə, heç bir dostuna, tanışına, hətta dağa-daşa deyə bilmədiyi dərdini, könlünün ən gizli duyğularını Dədə Şəmşirə deyir, onunla bölüşür. Burada, bir növ, zəmanədən, taledən şikayət elementləri var, narazılıq çalarları da açıq-aşkar duyulur. Həqiqətən də Səməd Vurğunla Aşıq Şəmşirin görüşünün baş verdiyi dövrdə görkəmli şairə qarşı müəyyən təzyiqlər mövcud idi.
Bu görüşün baş tutduğu 1955-ci illər ərəfəsində artıq Səməd Vurğun haqqında mətbuatda bəzi tənqidi qeydlər də gözə dəyməkdə idi. Deyişmələrdəki şikayət notlarından görünür ki, həmin vaxta təsadüf edən görüşü zamanı böyük sənətkar həyatının çətinliklərini Aşıq Şəmşirlə bölüşmüşdür. Bundan başqa, məlum olduğu kimi, Səməd Vurğunun həyatının bu dövrünün görünməyən ağrıları daha çox yaşadığı cəmiyyətin dərinliklərindən gəlirdi. Ona görə də Səməd Vurğun”“Aşıq Şəmşir deyişmələrində zamanla bağlı çətinliklərin ifadəsi öz əksini tapmışdır. Sənətkar və dövran münasibətlərini bu deyişmədən açıq-örtülü şəkildə görmək mümkündür. Zamana, dövrana, çərxi-fələyə münasibət dastan üçün də səciyyəvidir. Bu mənada Səməd Vurğun”“dövran münasibətləri deyişmədə az yer tutsa, örtülü şəkilldə ifadə olunsa da, həm xalq şairinin tərcümeyi-halı, həm də dastan yaradıcılığı baxımından özünəməxsus əhəmiyyətə malikdir.
Eyni zamanda, Səməd Vurğun”“Aşıq Şəmşir deyişməsində şikayətnamə elementləri ilə yanaşı, tərifnamə əlamətləri də vardır. “Hay vurub, qıy vurub səs sal dağlara” misrası Aşıq Şəmşir səsinin şaqraqlığına, onun sənətinin qüdrətinə işarədir, yaxşı mənada tərifnamədir. Bu da Səməd Vurğunun son dərəcə böyük sənətkar, böyük istedada malik geniş ürəkli bir sənətkar olduğundan xəbər verir.
Aşıq Şəmşirə ən yüksək, ən obyektiv, layiq olduğu qiyməti ilk olaraq verən məhz xalq şairi Səməd Vurğun olmuşdur. Və bu qiymət həmin möhtəşəm tarixi görüşdən sonra zaman-zaman özünü layiqincə doğruldaraq ümumən cəmiyyətin fikrinə, mövqeyinə çevrilə bilmişdir. Bu da, eyni zamanda, Səməd Vurğun uzaqgörənliyinin, böyüklüyünün, şairin geniş dünyagörüşünün ifadəsi idi.
Yaxud Dədə Şəmşirin xalq şairi Səməd Vurğuna müraciətlə söylədiyi aşağıdakı misralarda da el sənətkarının böyük şairə verdiyi qiymət öz əksini tapmışdır:  

Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayak səni.

Bu da Aşıq Şəmşir böyüklüyünün bariz göstəricilərindəndir. Ustad aşıq eirin, ədəbiyyatın, sənətin, sənətkarlığın nə olduğunu gözəl bilirdi və Səməd Vurğunun ədəbiyyatdakı mövqeyini, yerinin aydın şəkildə təsəvvür edirdi. Demək, Dədə Şəmşir sadəcə sıradan bir aşıq olmayıb, eyni zamanda müasiri olan şairlərə bənzəyən şeirləri, Səməd Vurğun kimi bir sənətkara obyektiv qiymət vermək bacarığı ilə həm də yazılı ədəbiyyatın nümayəndəsi sayıla bilər. Dədə Şəmşirin böyük şairə verdiyi yüksək qiymət öz obyektivliyi ilə yanaşı, daha yaddaqalan və daha ümumiləmiş bir münasibəti ifadə edir. Ustad aşığın xalq şairinə həsr etdiyi şeirlərdə Səməd Vurğun dühası daha parlaq və hərtərəfli səviyyədə diqqətə çatdırılmışdır. Dədə Şəmşirin xalq şairi Səməd Vurğun haqqındakı fikirləri bütövlükdə xalqın böyük sənətkara bəslədiyi ümumxalq məhəbbətini dolğun şəkildə ifadə edir. Bu da onu göstərir ki, Aşıq Şəmşir istedadla yanaşı, həm də ictimai təfəkkürü olan görkəmli bir sənətkardır. Bu cür qüdrətli sənətkarlar xalqın, millətin yaddaşında və qəlbində əbədi yaşamaq haqqına malikdirlər.

ƏDƏBİYYAT:
Cəmilə Çiçək (İsbəndiyarova). Səməd Vurğun”“Aşıq Şəmşir dastanı (müqəddimə). Bakı. Yazıçı, 2014, 208 s.
P.S: Artıq “Aşıq Şəmşir”“Səməd Vurğun dastanı” yaranmış və çap olunmuşdur.
Oxşar xəbərlər
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT