General Zahid Hüseynovun raket bəyanatı Rusiyada rezonans doğurdu - Fotolar
Oxunub: 10577
26 May 2016 | 15:13

General Zahid Hüseynovun raket bəyanatı Rusiyada rezonans doğurdu  - Fotolar
Azərbaycan silahlı qüvvələrinin raket və artilleriya qoşunlarının komandanı, general-mayor Zahid Hüseynovun bu günlərdə ordunun raket arsenalının gücləndirilməsinə dair verdiyi açıqlamalar Rusiyanın ekspert dairələrində müzakirəyə çıxarılıb. 

Xəbər verildiyi kimi general Azərbaycan silahlı qüvvələrinin arsenalının 200, 300 və 500 kilometr radiuslu operativ-taktiki raketlərlə gücləndirilməsinə dair tədbirlərin görüldüyünü açıqlayıb. Eyni zamanda general deyib ki, Azərbaycanın silahlanmasında olan atəş sistemləri İrəvana zərbə endirməyə imkan verir. 

“Ali baş komandan əmr versə biz İrəvana da zərbə endirə bilərik”-general deyib.

Virtualaz.org xəbər verir ki, Azərbaycanın raket arsenalına dair generalın açıqlamaları nədənsə Rusiyada müzakirəyə çıxarılıb. “Svobodnaya pressa” portalı bu bəyanatı şərh edərək bildirir ki, rəsmi məlumatlara görə Azərbaycanın quru qoşunlarının silahlanmasında “Toçka-U” taktiki raket kompleksləri var. 

Bu raketlərin zərbə məsafəsi 70 kilometrdir, ancaq raket idarəolunan deyil və inersial yönləndirmə sisteminə malikdir. Bu səbəbdən dəqiqliyi aşağıdır.

Zahid Hüseynov

Habelə açıq mənbələrdə yer alan məlumatlara əsasən Azərbaycan İsraildən yüksək dəqiqlikli İMİ Extra taktiki raketlərini alıb, bu raketlər Lynx reaktiv yaylım atəşi sistemlərinin modulundan buraxılır. Maksimal uçuş məsafəsi 150 kilometrdir. Əgər Azərbaycan daha uzaq mənzilli raketlər alsa qüvvələr balansı necə dəyişəcək?

Strateji konyunktura Mərkəzinin direktoru İvan Konovalovun fikrincə Azərbaycanın raket arsenalına dair bir çox məqamlar qaranlıqdır. “Rəsmi məlumatlara görə Azərbaycanın silahlanmasında 12 “Toçka” taktiki raket kompleksi var, ancaq İsraildən Hava Hücumundan Müdafiə sistemləri ilə yanaşı EXTRA taktiki raketlərinin də alındığı haqda məlumatlar olub. Habelə Pakistan istehsalı olan orta mənzilli “Hatf-4” raketlərinin alındığı haqda məlumatlar var”-ekspert deyib.


Konovalov qeyd edir ki, operativ-taktiki raketlər düşmən ərazilərinin dərinliklərində yerləşən hədəfləri vurmaq üçün istifadə olunur. Ona görə də potensial hərbi əməliyyatlar zamanı tərəflərin belə raketlərdən istifadəsi münaqişəni dərhal başqa mərhələyə keçirəcək.

Rusiyanın hərbi-sənaye Komissiyasının Ekspert Şurasının üzvü, “Vətən arsenalı” hərbi jurnalının redaktoru Viktor Muraxovski isə hesab edir ki, Azərbaycan nisbətən aşağı qiymətə Şimali Koreyadan operativ-taktiki raketlər ala bilər. “Şimali Koreya onları Yəmənə, İrana, Səudiyyə Ərəbistanına satıb. Bu raketlər köhnə texnologiyaya əsaslansa da işə yarayır, bir neçə yüz kilometr uçur. Ona görə Azərbaycan da onları əldə edə bilər”-Muraxovski təxmin edib.


Ekspertə görə operativ-taktiki raketlərdən dərinliklərdə yerləşən aerodromlara, silah anbarlarına zərbə endirmək olar.

“Azərbaycan rahat şəkildə belə raketləri Çindən, Pakistandan, NATO ölkələrindən, məsələn, Türkiyədən ala bilər”-bunu isə Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin keçmiş rəisi, general-polkovnik Leonid İvaşov deyib.

Ancaq İvaşova görə operativ-taktiki raketlərin tətbiqi elə də sadə deyil. Əgər həmin raketlər Ermənistan ərazisini hədəf alsa Rusiya öz müttəfiqini qorumaq üçün tədbirlər görəcək. Generalın fikrincə, Azərbaycan operativ-taktiki raketlər alsa Rusiya Ermənistana “İsgəndər-M” raketlərini vermək barədə düşünməlidir. (Qeyd edək ki, “İsgəndər-M” raketlərinin artıq Ermənistanda yerləşdirildiyinə dair neçə vaxtdır məlumatlar var). “Rusiya mümkün olan hər şeyi etməlidir ki,Qarabağd hərbi əməliyyatlar yenidən başlamasın, ona görə də qüvvələr balansını saxlamalıdır”-İvaşov deyib.

Leonid İvaşov

Hərbi-siyasi analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin də hesab edir ki, Azərbaycan heç bir maneəyə rast gəlmədən operativ-taktiki raketləri ən azı Pakistan, Çin, Türkiyə və İsraildən ala bilər. “Bu, Ermənistana problem yaratmaya bilməz. Çünki raketlərlə zərbə artıq arxa cəbhə obyektlərinə, hərbi hissələrə endiriləcək. Ona görə də Ermənistan Rusiyadan “İsgəndər-M” raketlərini istəyə bilər”-ekspert deyib.

Xramçixinə görə Ermənistanın silahlanmasında yer alan S-300 PS zenit-raket kompleksləri ballistik raketləri vura bilər. Ancaq məsələ ondadır ki, Azərbaycan məhz hansı tip operativ-taktiki raketləri alacaq. “Mən əminəm ki, Qarabağda böyük müharibə qaçılmazdır-bu məsələ başqa heç cür həll edilə bilməz. Böyük müharibədə isə raketlər faydalı vasitədir, xüsusən də indiki halda operativ-taktiki raketlər bu münaqişənin xüsusiyyətləri nəzərə alınmaqla strateji silah hesab edilməlidir”-ekspert bildirib.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Mixail Xodarenokun fikrincə isə Azərbaaycan 500 kilometrdən böyük radiusa malik operativ-taktiki raketlər də ala bilər. “500 kilometr orta və kiçik mənzilli raketlərin məhv edilməsinə dair Rusiya ilə ABŞ arasında bağlanmış müqavilədə göstərilən məhdudiyyətdir. Azərbaycanın üzərində belə öhdəlik yoxdur. Ona görə də Azərbaycan 2 min kilometr radiuslu raketlər də ala bilər. Elə İranın özündən. Başqa məsələdir ki, qəlpəli-fuqas başlıqlı raketlərlə zərbə o zaman effekiv olur ki, raketlər yüksək dəqiqliyə malik olsun. Bu zaman onlardan aerodromlara, komanda məntəqələrnə, rabitə qovşaqlarına, iri anbarlara və s. zərbə endirmək olar. Bu isə o deməkdir ki, belə raketlər alanda zərbə endiriləcək obyektlərin yerini dəqiq müəyyən etmək üçün müvafiq kəşfiyyat vasitələri də əldə etmək lazımdır”.

Polkovnik Xodarenko hesab edir ki, operativ-taktiki raketlər ucuz olmadığından Azərbaycan 1 briqadanın təchzatına bəs edən qədər kompleks alacaq, bu isə 12-18 buraxılış modulu deməkdir. “Operativ-taktiki raketlərlə zərbə güclü mənəvi-siyasi təsirə malik ola bilər, lakin hərbi nöqteyi-nəzərdən qəlpəli-fuqas başlıqlı məhdud sayda raketlə hücumlar döyüş əməliyyatlarının gedişində dönüş yaratmayacaq”.


Qeyd edək ki, operativ-taktiki raketlərlə hədələyən tərəf məhz Ermənistandır və Azərbaycanın 500 kilometrə qədər uçuş məsafəli raketlər almaq planları məhz bu hədələrə cavab kimi qiymətləndirilə bilər. Çünki Ermənistan arsenalında yer alan “Skad” (250-300 kilometr radiuslu) operativ-taktiki raketlərinə eyhamla dəfələrlə Azərbaycanın şəhərlərinə, yaxud Mingəçevir su anbarına və neft obyektlərinə zərbə endirə biləcəyinə dair hədələrlə çıxış edib. Prezident Serj Sərkisyan isə demişdi ki, Ermənistan ordusunun sərəncamında olan silahlar Azərbaycanın istənilən abad şəhərini Ağdam xarabalıqlarına çevirə bilər.

Lakin Ermənistanın köhnəlmiş “Skad” raketlərinə arxalanıb bu cür bəyanatlar verməsi boşboğazlıqdan başqa heç nə deyil. Çünki Azərbaycanın İsraildən aldığı raket əleyhinə sistemlər heç bir çətinlik çəkmədən sovet ordusundan qalma bu raketləri zərərsizləşdirə bilər. Üstəlik Azərbaycan ordusu həmin raketləri elə start meydançasındaca məhv etməyə qadirdir.

Bununla belə Rusiyanın Ermənistana gizlicə “İsgəndər-M” operativ-taktiki raketlərini verdiyi haqda çoxdandır məlumatlar dolaşır. Bu raketlər radara yaxalanmır, mürəkkəb hərəkət trayektoriyasına görə onu vurmaq çətindir. Deməli Azərbaycan Ermənistana “İsgəndər-M” raketlərinin ötürüldüyü ehtimalını hesaba almaqla preventiv tədbirlər görməli və öz raket arsenalını gücləndirməlidir. General Zahid Hüseynovun açıqladığı plan da məhz buna hesablanmışdı. Yəni Ermənistan hesab edirsə ki, onun Azərbaycanın istənilən şəhərinə raket zərbəsi endirmək potensialı var, o zaman Azərbaycan niyə Ermənistanın istənilən nöqtəsini vurmaq potensialı əldə etməsin?

Əslində Azərbaycan 500 kilometrlik raketlər olmadan da İrəvana yüksək dəqiqlikli zərbələr endirə bilər. Naxçıvan əlahiddə ümumqoşun ordusunun arsenalı buna tamamilə imkan verir. Ancaq Azərbaycanın ona da imkanı çatır ki, 500 kilometrlik və hədəfi yüksək dəqiqliklə vura bilən operativ-taktiki raketlərlə də silahlansın. Bu silah təkcə potensial döyüş əməliyyatlarında tətbiq etmək üçün deyil, eyni zamanda çəkindirici element kimi vacibdir.

Oxşar xəbərlər
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:30
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
02 May 2024 | 12:51
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
02 May 2024 | 12:39
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
02 May 2024 | 13:00
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:30
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
02 May 2024 | 12:51
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
02 May 2024 | 12:39
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
02 May 2024 | 13:00
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO