“Türk Dünyası İqtisadçılar Birliyi beynəlxalq elmi əməkdaşlığın yeni müstəvisidir”
Oxunub: 1604
26 May 2016 | 11:29
“Türk Dünyası İqtisadçılar Birliyi beynəlxalq elmi əməkdaşlığın yeni müstəvisidir”


Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astanada “Böyük Çöl” I Beynəlxalq Humanitar Elmlər Forumu keçirilib.

Nazarbayev Mərkəzində  təşkil olunan forum türkdilli ölkələrin müstəqilliyinin 25 illiyi və Türk Yazı Gününə həsr olunub. Forumda Qazaxıstanın dövlət katibi Gülşara Abdılxalıkova, türkdilli dövlətlərdən, eləcə də dünyanın bir çox ölkələrindən rəsmi nümayəndələr, beynəlxalq təşkilatların rəhbərləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, 20 ölkənin ekspert və alimləri iştirak edib.

Forumda Türk Akademiyası tərəfindən türkçülük elminin inkişafında göstərdikləri xidmətlərə görə bir sıra elm xadimlərinə qızıl medal təqdim edilib. Həmçinin, tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu müasir ədəbiyyatın görkəmli nümayəndəsi və tanınmış ictimai xadim Oljas Süleymanova təqdim edib. 

Mötəbər tədbirdə Azərbaycanı Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, Türk Dünyası İqtisadçılar Birliyinin sədri, professor Ədalət Muradov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu, AMEA Arxeologiya və  Etnoqrafiya İnstitutunun professoru Zaur Həsənov, Milli Məclisin deputatları Cavanşir Feyziyev, Sevinc Hüseynova və digər nümayəndələr təmsil edib.

Forumun “Avrasiyada elmi əməkdaşlıq və inteqrasiya: Çağdaş yanaşmaları axtarmaq” adlı birinci panelində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, Türk Dünyası İqtisadçılar Birliyinin (TÜRKİB) sədri, professor Ədalət Muradov “Avrasiyada elmi əməkdaşlığın yeni müstəvisi: Türk Dünyası İqtisadçılar Birliyi” mövzusunda elmi məruzə ilə çıxış edib. Rektor öz məruzəsində Avrasiyada elmi əməkdaşlıq və inteqrasiyanın dərinləşdirilməsinin zəruriliyi və əhəmiyyətini vurğulayıb. Bildirib ki, türk dünyası ilə bağlı çoxəsrlik elmi tədqiqatların təhlili və qiymətləndirilməsi göstərir ki, bu arealın ən az tədqiq edilən sahəsi məhz iqtisadiyyatdır. Tarixə böyük mədəniyyət layihələri ilə çıxmış, bu gün də dünya resurslarının və imkanlarının mühüm hissəsini öz nəzarətində saxlayan türk dünyasının keçmişi və gələcəyi ilə bağlı iqtisadi təmələ dayanmadan sağlam elmi fikirlər irəli sürmək isə heç şübhəsiz ki, hər zaman çətin olacaq. Məhz bu məntiqdən çıxış edərək, biz UNEC olaraq, Beynəlxalq Türk Akademiyası ilə birgə uzun sürən müzakirələr apardıq və Türk Dünyasında iqtisadi tədqiqatların stimullaşdırılması, birgə iqtisadi araşdırmaların aparılması məqsədilə yeni elmi əməkdaşlıq müstəvisinin yaradılmasını qərara aldıq.

TÜRKİB çərçivəsində görüləcək işlərin nüvəsinin elmi fəaliyyətlər təşkil edəcəyini vurğulayan rektor, həyata keçiriləcək elmi fəaliyyətlərdə xüsusi əhəmiyyət verilməsi zəruri olan mövzulara toxunub. Bildirib ki, TÜRKİB türk dünyasının iqtisadi tarixi, müasir iqtisadi potensialının qiymətləndirilməsi və iqtisadi inkişaf perspektivləri ilə bağlı tədqiqatlar aparmağı zəruri hesab edir.  “Qədim Çin mənbələrinin “dəmirçi” adlandırdığı, qədim zamanlardan heyvandarlıq, əkinçilik, mədənçıxarma, toxuculuq, dəriçilik və sənətkarlıq sahələrində çalışan, “Böyük İpək Yolu”, “Kürk Yolu”, “Ədviyyat Yolu” kimi beynəlxalq ticarət yollarına nəzarət edən türklərin dünyanın istehsal və ticarət mədəniyyətinə verdiyi mühüm töhfələrin üzə çıxarılması və elm dünyasına qazandırılması istər türk iqtisadi tarixi, istərsə də dünya iqtisadi tarixi baxımından böyük əhəmiyyətə malikdir” deyə, Ə. Muradov qeyd edib.

Çıxışında Türk respublikalarının müasir iqtisadi potensialına da toxunan Ə.Muradov bildirib ki, bu gün türk respublikaları 140 milyonluq əhalisi, 4,8 milyon km2-lik ərazisi və 1,5 trilyon dollarlıq ÜDM-si ilə dünyanın və regionun önəmli iqtisadi potensialını özlərində cəmləyib. Bu respublikalar, eyni zamanda  dünya enerji resurslarının cəmləşdiyi mühüm coğrafiyalardandır. Bu gün dünya neft ehtiyatlarının 3,5%-i, təbii qaz ehtiyatlarının isə 6,9%-i məhz türk respublikalarının payına düşür. Bununla yanaşı, bu respublikaların dünyanın mühüm ticarət və enerji koridorlarında yerləşməsi tranzit nəqliyyatın, geniş məhsuldar torpaqlara malik olmaları kənd təsərrüfatı potensiallarının yüksək olmasını şərtləndirir. Eləcə də zəngin tarixi və təbiəti turizmin, olduqca gənc, dinamik və təhsilli əhalisi isə yüksək insan potensialından xəbər verir. Bu potensialların düzgün qiymətləndirilməsi, onların milli iqtisadi inkişaf proqramlarında əks etdirilərək reallaşdırılması heç şübhəsiz ki, bu sahədə ciddi elmi tədqiqat işlərinin aparılmasından asılı olacaqdır”.

Ə.Muradov türk dilinin bütün ləhçələrində iqtisadi tədqiqat və tədris imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb: “Bu sahədə TÜRKİB-in edə biləcəyi işlər arasında türk dilində iqtisadi terminlərin inkişaf etdirilməsi, türkcə nüfuzlu iqtisadi jurnalların yaradılması, humanitar elmlər sahəsində türk dünyası sitatgətirmə indekslərinin formalaşdırılması (“social science citation index” kimi), ali məktəblərdə istifadə ediləcək ortaq tədris vasitələrinin hazırlanmasını xüsusilə əhəmiyyətli hesab edirik. Bu istiqamətdə atılacaq ən mühüm addımlardan biri də hər il oktyabrın 3-də - “Türkdilli ölkələrin əməkdaşlıq günü”ndə TÜRKİB Elmi Forumlarının keçirilməsi ola bilər. Bu forumların hər birinin türk dünyasının bir şəhərində keçirilməsinin daha effektli olacağını düşünürük”.

Hesab edirik ki, TÜRKİB-in ən böyük xidmətlərindən biri məhz çoxcildlik “Türk Dünyası İqtisadiyyat Ensiklopediyası”nın hazırlaması ola bilər, deyən rektor, türk dünyası iqtisadçıları arasında ensiklopediyaçılıq ənənəsinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, bu sahədə görüləcək mühüm işlərdən birinin türk respublikalarında yazılmış iqtisadiyyat sahəsindəki dissertasiyaların kataloqunun hazırlanması və onun elektron versiyasının yaradılması iqtisadçılar arasında elmi əməkdaşlığın müxtəlif istiqamətlərdə sürətli inkişafına ciddi təkan verə biləcəyini qeyd edib.

TÜRKİB sədri türk dünyası ilə bağlı analitik nəşrlər və hesabatların hazırlanmasını da təklif edib: “Bunlar həm türk coğrafiyasında iqtisadi təfəkkürün inkişafına xidmət edə bilər, həm də bu coğrafiyada effektli iqtisadi qərarların alınması üçün əlverişli və etibarlı informasiya mənbəyi rolunu oynaya bilər. Artıq bu istiqamətdə qərarlarımız var. İlk olaraq bu ilin sentyabrında TÜRKİB-in “Türk Dünyası İqtisadi Aylığı”nı (Turkic World Economic Monthly) e-nəşr formasında həyata keçirməyi planlaşdırırıq. Eyni zamanda da hər il “Türk Respublikalarının sosial-iqtisadi göstəriciləri” adlı statistik hesabatı nəşr etməyi də qarşımıza məqsəd qoymuşuq.

TÜRKİB-i yaratmaqla, türk dünyasında və bütövlükdə Avrasiya coğrafiyasında elmi əməkdaşlığın yeni bir müstəvisinin təməlini atmış oluruq, deyən Ə.Muradov, bildirib ki, bu qurum və onun nəzərdə tutulan istiqamətlər üzrə fəaliyyəti ölkələrimizdə iqtisad elminin və tədrisinin inkişafı baxımından yeni imkanlar açacaq, dövlət başçılarımızın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası başda olmaqla, digər çoxtərəfli müstəvilərdə elm, təhsil və iqtisadiyyat sahələrində aldıqları qərarların reallaşdırılması işinə öz tövhələrini verəcək.

Sonda UNEC rektoru tədbir işitakçılarını TÜRKİB-ə üzv olmağa və onun fəaliyyətində aktiv iştiraka dəvət edib. O, qeyd edib ki, üzvlük üçün Birliyin rəsmi internet səhfəsindən (//turkib.unec.edu.az) müvafiq müraciət anketinin (fərdi və ya korporativ) doldurularaq, TÜRKİB katibliyinə göndərilməsi ([email protected]) kifayətdir.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürürək ”“ tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif ”“ elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.

Oxşar xəbərlər
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 13:00
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
03 May 2024 | 12:47
Sabahın hava proqnozu AÇIQLANDI
03 May 2024 | 12:50
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 13:00
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
03 May 2024 | 12:47
Sabahın hava proqnozu AÇIQLANDI
03 May 2024 | 12:50
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq