Putinin müşaviri “Donbas” deyib Qarabağı işarə verdi ”“ “Separatçı ərazilər bizlikdir!”
Oxunub: 3850
26 May 2016 | 11:17
Putinin müşaviri “Donbas” deyib Qarabağı işarə verdi  ”“ “Separatçı ərazilər bizlikdir!”

Postsovet məkanı, o sırada Azərbaycanın da yer aldığı Güney Qafqaz bölgəsi ətrafında situasiya dəyişir. Bu, o deməkdir ki, rəsmi Bakı üçün də yeni və ciddi çağırışlar var. Qarabağ konfliktinin mövcudluğu bu çağırışları ikiqat əhəmiyyətli edir. Keçək faktlara.

“Donbas Rusiyanın müdafiəsi altındadır”. Bunu “Exo Moskva” radiosuna açıqlamasında rusiyalı politoloq, Rusiya prezidenti yanında İctimai Palatanın üzvü, Putinin müşaviri sayılan Sergey Markov deyib. Onun sözlərinə görə, Donbasa qarşı istənilən hücuma Rusiya sərt cavab verəcək. O, həmçinin iddia edib ki, “Donbas ordusu” Avropanın altıncı ən güclü ordusudur.

Kremlin sözçülərindən olan Markov son vaxtlar Qarabağa dair “Kazan formulu” ilə bağlı sensasion xarakterli açıqlamaların müəllifi kimi yadda qalıb. Onun Donbas açıqlaması isə bir daha Kremlin separatçı bölgələrə, o cümlədən Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa gerçək münasibətini ortaya qoyur, Moskvanın bu kimi münaqişələrin həllində əslində qətiyyən maraqlı olmadığını, yaxud sülh səylərində səmimi olmadığını nümayiş etdirir.
Markovun son bəyanatı NATO-nun, ABŞ-ın Rusiya sərhədləri boyunca (Baltikyanı ölkələr, Ukrayna, Moldova, Gürcüstan) son zamanlar xeyli fəallaşması fonunda səslənməsi ilə diqqət çəkir. Görünən budur ki, Rusiya özünün “həyati maraqlar zonası” elan elədiyi “Yaxın xaric” ölkələrində, məxsusən özünün qızışdırdığı separatçı bölgələrin yaxınlığında Qərbin, ABŞ və NATO-nun nüfuzunu artırmasından bərk narahatdır. “Donbas Rusiyanın müdafiəsi altındadır” ismarışı da o anlama gəlir ki, Dağlıq Qarabağ da daxil, postsovet məkanındakı bütün münaqişələri məhz Kreml yaradıb və bu ərazilər məhz “onluqdur”. 

  

Qənaətimizi gücləndirən başqa gəlişmələr də var.

“Gürcüstanın NATO-ya üzv qəbul edilməsi Avropanın təhlükəsizliyinə zərbə olacaq”. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko söyləyib. Onun sözlərinə görə, bu, Avropa üçün böyük təhlükə yaradacaq. 


Bundan qabaq Rusiya NATO-nun Şərqi Avropada qoşunlarını artırmasını özü üçün təhdid adlandırmışdı. Təhdid xarakterli bənzər açıqlamanı az öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov dilə gətirərək demişdi ki, Gürcüstanın NATO-ya üzv olacağı təqdirdə “cavab tədbirləri görüləcək”. 

*    *    * 


Qeyd edək ki, Azərbaycanın həm coğrafi, həm də siyasi anlamda əsas “Qərb qapısı” sayılan Gürcüstanın Şimali Atlantika blokuna sürətli üzvlüyünə münasibət birmənalı deyil. Belə fikir var ki, Qərb Gürcüstanı hərtərəfli müdafiə edəcəyinə əmin olmayınca, öz təhlükəsizlik çətiri altına almayınca belə bir addıma gedilməməlidir. Əks halda, qoşunları Tiflisin cəmi 100 km-də olan Rusiyanın regionda növbəti hərbi avantürasına bəhanə verilə, 2008-ci il kritik olayları təkrarlana bilər. 


Görünür, bu üzdən NATO, ABŞ alyansa üzvlük məsələsindən öncə tam doğru olaraq, Gürcüstanın hərbi və özünümüdafiə qabiliyyətini zəruri həddə çatdırmaq yönündə addımlar atır. ABŞ Senatının ötən il Gürcüstanı, Ukrayna və Moldovanı NATO-dan kənar müttəfiq ölkələr kimi tanımaq qərarı, həmçinin, bu gün - 26 mayda Gürcüstanın Respublika Günündə başa çatan NATO-nun genişmiqyaslı təlimləri eyni hədəfə hesablanmış gedişlərdir. Ən önəmlisi, Moskvaya “Qafqaza, Ukraynaya gəlirik!” mesajıdır. Xəbər verdiyimiz kimi, təlimlərdən sonra ilk dəfə olaraq Gürcüstanda alyansın kiçik hərbi kontingenti də saxlanacaq. 


Qonşu Gürcüstanda son baş verənlərin təbii ki, Azərbaycana birbaşa dəxli var - Rusiya amilinə görə. Bəzi siyasi müşahidəçilər buna görə hətta narahatdırlar. Məsələn, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin üzvü Zahid Oruc hesab edir ki, Amerika tanklarının Gürcüstanda hərbi təlimlərdə iştirakı o deməkdir ki, açıq şəkildə Qafqazdakı hərbi siyasi balansı dəyişmək istəyirlər. 

Onun sözlərinə görə, təlimlər NATO ilə xeyli yaxınlaşan Gürcüstanın hərbi sistemini təkmilləşdirmək, orduda islahatları dərinləşdirmək və NATO standartlarına yaxınlaşdırmaq, Avroatlantik məkanın dəyərlərini bu bölgəyə gətirmək adı ilə keçirilir (axar.az). 


“Reallıqda isə bu ölkənin imkanlarını genişləndirməkdə strateji maraqlar gizlənilir. Bu təlimlər ilk növbədə NATO infrastrukturunun Gürcüstana daşınmasıdırsa, digər yandan bu ölkənin Rusiya ilə toqquşmasını doğurmaqdır. Açıq şəkildə Qafqazdakı hərbi siyasi balansı dəyişmək istəyirlər. Qərb qüvvələrinin hərbi dairələrinin burada iştirakı isə regiondakı vəziyyəti bir az da mürəkkəbləşdirir. Gürcüstan qəti qərbyönlü siyasət seçdiyindən, Amerika tankları artıq Qafqazda bir faktora çevrilməkdədir. Biz Avropa dairələri və ABŞ-la çox yüksək münasibətlərə malikik və bu, milli mənafelərimizə uyğun bir xətdir. Lakin Qərb hərbi qüvvələri Gürcüstanı aşıb, sonra Qarabağı işğaldan azad edəcək, yaxud indiki kövrək dövrdə Azərbaycan da o təlimlərə qoşulsun, az qala Cənubi Qafqazda bir hərbi ittifaq yaradılsın və bu, anti-Rusiya bloku kimi təzahür etsin, bunun üzərindən torpaq bütünlüyü planları qurulsun kimi sadəlövhcəsinə düşünənlər də var. Mən bunu təhlükəsizliyimiz üçün risk sayıram” - deputat qeyd edib.

*    *    * 

Lakin fərqli mövqedə olanlar da az deyil. Onların əsas arqumenti budur ki, Gürcüstan və ya Azərbaycan Qərbin himayəsinə və qarantiyası altına keçəndən sonra Rusiya bu ölkələrə qarşı təxribatlara cürət etməz. Azərbaycan isə üstəlik, Rusiya üçün Gürcüstan deyil, onunla kifayət qədər yaxşı əlaqələrə malikdir, Rusiyanın etibarlı silah alıcısıdır. Eyni zamanda Türkiyə amili Moskva üçün çəkindirici rol oynamaqdadır. 


Bakının daha bir güclü “kartı” İsraillə hərbi və hərbi-texnoloji sahədə uğurla inkişaf edən əlaqələrdir. İsraillə əməkdaşlıq isə avtomatik şəkildə beynəlxalq yəhudi lobbisinin Qarabağ məsələsində dəstəyi deməkdir - hansı ki, 4 günlük müharibə zamanı özünü göstərə bildi: Azərbaycan ordusunun təmizləmə əməliyyatı erməni təbliğat maşınının səylərinə rəğmən, Qərbdə narahatlıq yaratmadı. 


Yeri gəlmişkən, bu arada bəlli olub ki, Azərbaycanın İsraildəki əsas tərəfdarlarından olan sabiq xarici işlər naziri, ölkənin əsas ideoloqlarından sayılan Aviqdor Libermanın sədri olduğu “Evimiz İsrail” Partiyası ilə baş nazir Benyamin Netanyahunun lideri olduğu “Likud” Partiyası arasında koalisiya qurmaq haqda razılıq əldə olunub. Dünən sazişin dünən Knessetdə imzalanması gözlənilirdi. Öncə xəbər verdiyimiz kimi, koalisiya yaranarsa, Liberman müdafiə naziri təyin olunacaq. O halda ermənilərin İsrail-Azərbaycan əlaqələri ilə bağlı “ən pis yuxusu” çin hesab edilə bilər. Elə rusların da...

*    *   *

Bütün hallarda Azərbaycan öz köklü maraqlarının imkan verdiyi istiqamətlərdə öz təhlükəsizliyini gücləndirəcək optimal addımlara davam eləməlidir - qardaş Türkiyə ilə sinxron şəkildə, Rusiya “nə deyər” şərtini bir azca arxa plana sürüşdürməklə. Çünki zaman və şərtlər indi yetərincə fərqlidir və heç də Kremlin xeyrinə işləmir. Bunu hətta işğalçı Ermənistan da hiss etməyə başlayıbsa, tələsmək kimi gecikmək də Azərbaycana xətər yetirə bilər.       (musavat.com)
Oxşar xəbərlər
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 10:14
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
02 May 2024 | 10:12
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
02 May 2024 | 10:45
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 10:28
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
02 May 2024 | 11:05
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 10:14
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
02 May 2024 | 10:12
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
02 May 2024 | 10:45
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 10:28
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
02 May 2024 | 11:05
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir