Musa Yaqubun 60 illik SİRRİ: “Bu xəcalət məni öldürür...”
Oxunub: 3206
24 May 2016 | 14:58
Musa Yaqubun 60 illik SİRRİ:  “Bu xəcalət məni öldürür...”
Moderator.az illərdir bu dünyanın qara daşını göyərtməyə çalışan, yaşlandıqca özünü də həmişəyaşıl ağaca bənzədən, ruhunu kirlətmədən ömrün 80-ci baharına qədəm qoyan bir şair Musa Yaqubla müsahibəni təqdim edir:

- Maşallah, baxıram, yaxşı görünürsünüz, ovqatınız da sazdır. Təbiniz necə, yerindədir?
 
- Nə gizlədim, son vaxtlar şeir yazmaqdan çox qorxuram.
 
- Niyə?
 
- Bilmirəm. Beynimdə dolanır, həyəcandan əsirəm. Elə bilirəm bu saat ürəyim köksümdən çıxacaq. Buna görə də istəmirəm yazım.
 
- Səhhətinizə ziyan vurmaqdan qorxursunuz?
 
- Hə, çünki həyəcandan təzyiqim yüksəlir, dərman içməli oluram.
 
- Niyə həyəcanlanırsınız, Musa müəllim?
 
- Bilmirəm, amma bu yaşımda şeir yazmaqdan çox qorxuram.
 
- Eşitdiyimə görə, dostcanlısınız. Çoxdur dostlarınız?
 
- Var. Dost belədir ki, qardaşına deyə bilmədiyini ona deyirsən, əzizinin yanında darıxırsan, dostun yanında darıxmırsan. Daha rahat olursan.
 
- Yəni indi var belə dostlar?
 
- Mənim üçün var.
 
- Həmişə sadiq olublar?
 
- Arada inciklik olub, münasibətlərimiz soyuyub, amma xəyanət olmayıb.
 
- İnciklik olanda ilk addımı kim atır?
 
- Mən daha çox bağışlayıram. Amma bir şərtlə ki, həmin adam səhvini etiraf etsin. Etirafı eşidən anda kinim soyuyur.
 
- Bəs eləməsə?
 
- Eləməsə, çətin.
 
- Deməli, kinli adamsınız”¦ Özünüzlə barışmadığınız məqamlar olur?
 
- Çox olur.
 
- Hansı məqamlarda?
 
- Keçmişi beynimdə dolandıra-dolandıra öz-özümlə danışıram, didişirəm. Öz-özünə danışdığına görə də çox vaxt şairlərə dəli deyirlər.
 
- Maşallah, 79 yaşınızı tamamladınız. Mənə çox maraqlıdır, yaşınızın çoxunu yaşamısınız, yoxsa yola vermisiniz?
 
- Çoxunu yaşamışam, kam almışam. Mən bu həyatı elə-belə yaşamamışam. Söz yox ki, zövqümlə, əhval-ruhiyyəmlə uyuşmayan günlər olub. Amma günü əridim, deyim sabah nə olacaq? Belə şey olmayıb.
 
- İndiki yaşınızda da əritdiyiniz gün olmayıb, hər günün dadını çıxarırsınız?
 
- İndi çətin. Səni əhatə edən mühitdən çox şey asılıdır. Bəzən bilmirsən stress səni necə, harda yaxalayır. Aura məni sıxanda çətin olur.
 
- Hansı yaşınızın xiffətini çəkirsiniz? Deyirsiniz kaş o yaşda olaydım?
 
- 20-25 yaşım üçün darıxıram. Arandan vurub dağdan çıxırdım. Keçən ömrün hər anı mənim üçün şirindir. Amma bu şirinin acısı da var. Yadımdadır ki, o vaxt aclıq illərində bizə dəlicə adlı buğda paylamışdılar. Bu buğdadan hazırlanan çörəyi yeyənlər məst olurdular. Deyirəm o dəlicə buğdadan hazırlanan çörəyi bu gün də yeyəydim və məst olub yataydım.  Keçmişi tez-tez xatırlayıram. Hətta yuxularımda o illərə qayıdıram.
 
- Bəlkə yuxularınızı bizə də danışasınız”¦
 
-  Son vaxtlar rəngarəng yuxular görürəm. Bir-iki gün əvvəl köhnə iş yerimi görmüşdüm. Tez-tez balaca bir uşağın ayağımdan tutub dartdığını görürəm, rəhmətlik həyat yoldaşımı görürəm.
 
- Nə deyir, nə soruşur sizdən?
 
- Soruşur ki, hardasan, uşaqlar hardadır? Kirayə qaldığımız evi görürəm, bəzən də yuxuda yaşadığım yeri itirirəm, tapa bilmirəm.
 
- Yuxularınızı yozursunuz?
 
- Mənim yuxu görməkdən və yuxu yozmaqdan xoşum gəlir. Axtarıram, yuxuyozmaları tapıb oxuyuram.
 
- İnanırsınız yuxulara?
 
- Çox inanıram. Hər dəfə də yuxularımda keçmişi görürəm. Bu gün o keçmiş üçün çox darıxıram.  Dostlarım Novruz, Rəhim, Xalid, Çingiz, Ağahüseyn yadıma düşür. Hələ biz evli deyildik, amma bir-birimizə söz vermişdik ki, ömrümüzün sonuna qədər dostluq edək.  70 illiyimi qeyd edəndə sinif yoldaşlarımın çoxunu çağırmışdım. İndi o dostlarımın hamısı dünyasını dəyişib.
 
- Maraqlıdır, qorxularınız varmı, sizi ən çox qorxudan nədir?
 
- Mənim içimdə həmişə bir qorxu hissi olub. Dostlarımın mənə xəyanət etməsindən qorxmuşam. Belə qorxulara müqəddəs qorxular deyirlər.
 
- Mənim sözüm bir işıqlı yazadı,
Aşığadır, nəğməyədir, sazadı.
Musa elə o əvvəlki Musadı.
Ya zəmanə dəyişibdir, ya dostlar.
 
Bu şeir dost xəyanətindən yaranmayıb ki?
 
- Yox, bir-birimizdən incidiyimiz məqamlarda yaranıb.
 
- Heç özünüz-özünüzə xəyanət etdiyiniz vaxtlar olub?
 
- Olub. Elədiklərimə görə yox, eləmədiklərimə görə peşman olmuşam. Eləmədiklərim yandırıb məni.
 
- Niyə eləməmisiniz ki?
 
- Guya siz özünüz hər istədiyinizi eləmisiniz?
 
- Düz sözə nə deyim? Eləmədiklərinizə görə peşmansınız?
 
- İndi belə deməyimə baxmayın, necə vardımsa, elə də yaşayacaqdım.
 
- Həyatınızın ən böyük peşmanlığı nə olub bəs?
 
- Bu, mənim üçün bir sirrdir. Üstündən illər keçib, amma məni çox incidir.
 
- Bəlkə, bu sirri açasınız, içiniz də rahatlaya...
 
- Onda əmimlə kisə-kisə armud alıb bazarda satırdıq. Bir dəfə mənə tapşırdı ki, sən armudu sat, mən indi gəlirəm. Beş manatlıq armud satdım, amma qayıdıb soruşanda onu aldatdım ki, hələ heç nə satmamışam. Bu yalan məni ömrü boyu yandırıb-yaxdı. Rəhmətə gedəndən sonra qəbri üstündə “Yasin” oxutdurdum ki, bəlkə bu xəcalət üstümdən gedə.  Gərək onu eləməyədim, sonradan utandığımdan açıb-ağarmadım da. Amma bu xəcalət hələ də məni öldürür. O beş manat ürəyimdə bu gün də qalıb”¦
 
- Neçə il bundan əvvəl olub?
 
- 60 il. Gərək onu eləməyədim. Eləmişəmsə də deyəydim. Desəydim, indi bu qədər dərd çəkməzdim.
 
- Niyə eləmişdiniz ki?
 
- Nə bilim, pulsuzluqdan elədim, borcum vardı. Etibar olmalıdır insanda. Günü bu gün mən bazardan nəsə alanda tərəziyə baxmıram. İnanıram o adama.
 
- Amma mən baxıram. Bilirsiniz niyə? Çünki gözünün içinə baxa-baxa adamı aldadırlar”¦
 
- Mən də bilirəm ki, məni aldadırlar. Amma o adamı utandırmaq istəmirəm.
 
- Məncə, utandırmaq, aldadılmaqdan daha yaxşıdır.
 
- Mən bunu bacarmıram.
 
- Musa müəllim, bacarıqdan söz düşmüşkən, son vaxtlar dırnaqarası bacarıqlı gənc yazarlar kitablarını satdırmaqdan ötrü açıq-saçıq adlardan istifadə edirlər. Buna necə baxırsınız?
 
- Pis. Düşünürəm ki, Azərbaycanda kitabı satdırmağın yolunu tapmaq lazımdır. Bu işlə şair, yaxud da yazıçı məşğul olmamalıdır. Amma bizdə belə deyil. Buna görə də kitabı satdırmaq üçün yazarlar kitablarına açıq-saçıq adlar qoymaq məcburiyyətində qalırlar. Amma bu da çıxış yolu deyil. Nəticədə söz qiymətdən düşür.
 
- Siz əvvəllər belə vasitələrdən istifadə etmirdiniz, çünki kitablarınız satılırdı, yaxşı qonorar alırdınız”¦
 
- Əlbəttə. Sovetlər dönəmində yazarlar yaxşı dolanırdı. Elə mənim özümə “Bir sim üstə” adlı kitabıma görə  9 min manat qonorar vermişdilər.
 
- Nəyə xərclədiniz o pulu?
 
- Həmin pula o dövr üçün dəbdə olan “Jiquli” aldım. Onu da deyim ki, hələ çap olunmamış əsərə görə də qonorar alırdıq.
 
- Bu, necə olurdu?

- Nəşriyyata ərizə ilə müraciət edirdik ki, tutalım, mənim problemlərim var, kitabıma görə alacağım qonorarı qabaqcadan ödəyin. Hər şeir misrasına görə 2-3 manat alırdım. O dövrdə 50-60 yaşdan sonra hər şairin “Seçilmiş əsərləri”ni çap edirdilər. “Seçilmiş əsərlər”in də hər misrasına görə 4-5 manat verirdilər. İndi təsəvvür edin, 100-200 min qonorar alanlar vardı.
 
- Ən çox qonorarı hansı kitabınıza görə almışdınız?
 
- “Bir sim üstə” kitabıma görə. Qalan kitablarıma görə də 5-6 min manat alırdım. “Ürəyimdə yerin qalıb” adlı kitabıma on min manat qonorar yazdılar. Həmin kitab Axundov adına mükafata layiq görülüb. Amma sovetlər dağılandan sonra pul düşdü və on min oldu 1 şirvan. Mən də gedib almadım.
 
- Acığınızdan, yoxsa?
 
- Bəlkə də. Nə pul idi ki, onu da gedim alım.
 
- İndi bilirəm ki, digər qələm dostlarınız kimi siz də kitablarınızdan qazanc götürə bilmirsiniz. Bütün bunlardan sonra şair ömrü yaşadığınıza görə peşman olmursunuz ki?
 
- Qətiyyən. Şair elə cəfa çəkmək üçün bu dünyaya gəlib.
 
- Heç kiminsə xahişi ilə şeir yazmısınız?
 
- Heç vaxt.
 
- Sizin də sandıq ədəbiyyatınız varmı, hansı ki, heç kimə göstərməmisiniz?
 
- Zamanında çap olunmayan şeirlərim vardı. Amma sonradan hamısı çap olundu.
 
- Yəni əlyazma şəklində qalan şeirləriniz yoxdur?
 
- Elə şeirlər olub ki, ürəyim coşub, “yazacam-yazacam” demişəm, amma yaza bilməmişəm, qalıb. Amma belə əlyazma şəklində şeirlərim yoxdur.
 
- Niyə yazmamısınız, nə mane olub ki?
 
- Olur də. “Gecikmiş şeir” adlı bir şeirim var. On il ürəyimdə dolanıb, amma bir anın içində yazmışam. Belə şeylər də olub.(publika.az)
Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."