Mənim tanıdığım Binali Yıldırım...
Oxunub: 1453
24 May 2016 | 13:31
Mənim tanıdığım Binali Yıldırım...
Təkcə Türkiyə yox, həm də minilliyin dörddən biri qədər-- 250 ilə yaxın quruluş tarixi olan İstanbul Texniki Universiteti (İTU) bu dəfə Binali Yıldırımın adı ilə gündəmə gəldi. İTU-nun tarixən məşhur məzunları Türkiyədə və dünyada çox əhəmiyyətli müvəffəqiyyətlərə imza atanlar olmuşlar. Bu məşhurlar sırasında Nəcməddin Ərbakanın, Turqut Özalın və Süleyman Dəmirəlin adları ön sırada gəlməkdədir. Sonralar Özal Türkiyə Respublikasının 8- ci, Dəmirəl isə 9- cu prezidenti oldular. İndi də bütün dünya Türkiyənin mayın 22-də etdiyi seçimdən, Hakim Ədalət və İnkişaf Partiyasının bazar günü keçirilən növbədənkənar qurultayında ölkənin ikinci şəxsi və partiyanın sədri seçilən İTU-nun başqa bir məzunundan - Binəli Yıldırımdan danışır ”¦

Zahirən sərt, daxilən səmimi, sadə bir xalq adamı

Bu tarixi günlərdə mənimsə yadıma Binali Yıldırımla təsadüfdən, ya qismətdən ortaya çıxan bir görüş düşdü. Əslində, bu görüş həmişə yadımda olub, sadəcə”¦ 2014-cü il 30 mart bələdiyyə seçkilərində İzmir Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd olan B.Yıldırımın Türkiyədə, o cümlədən İzmirdə olduğum müddətdə, demək olar ki, bütün görüşlərini izləməyə çalışmışam. Bölgənin hər bir meydan və küçələrini, az qala, addım-addım gəzən, İzmirin məşhur Cumhuriyyət, Gündoğdu, Konak meydanlarında, Bornova, Kamalpaşa, Karşıyaka, Balçova, Konak, Torbalı, Berqama, Menenen kimi onlarca ilçələrində seçiciləri ilə böyük bir məhəbbət və vurğunluqla görüşən Binəli bəyin yorğunluq bilməyən proqramına heyranlığımı da gizlədə bilməmişəm.

Düzü, o günlər mənə əsl seçki izdihamının nə olduğunu yaşatdığı kimi, adamların seçkilərə necə bir ruh yüksəkliyi ilə qatıldığını görməyə də ciddi bir marağım yaranmışdı. Baş nazir Ərdoğanın İzmir səfərində söylədiyi “İzmir AKP-yə möhtac, İzmir Binali Yıldırıma möhtac” təqdimatı da, əslində, bu mübarizədə yanan ocağa atılan benzin kimiydi.

Maraqlıdır ki, Binali bəy bu mübarızəsini son ana kimi apardı. Böyük İzmirə gətirəcəyi yüzlərlə layihələrdən, açılacaq iş yerlərindən danışmaqdan nəinki doymayan, əksinə, güc-qüvvət alan bir insanın dəyanəti adamı heyran etdiyi qədər də qürurlandırırdı. İsti olmayan yağışlı havanın və Egey dənizinin axşam rüzgarının söyuğundan qorunmaq üçün kürəyinə və çiyinlərinə atılmış olduğu dama-dama şal onun mübariz görkəmini tamamlamaqda idi. Səsi bir az batsa belə, yorğunluğunu büruzə vermədən mübarizəsini davam etdirirdi. Belə tədbirlərin birində ona qələbə arzulamışdım. Mən onda zahirən çox sərt və ciddi görünən Binali Yıldırımın çox səmimi, sadə bir xalq adamı olduğunu da görmüşdüm. İzmir Böyükşəhər Bələdiyyəsinin sədri kimi ondan intervü alacağıma da razılaşmışdıq, hətta görüş üşün birbaşa əlaqə telefonu da vermişdi. Sadəcə o vaxtlar Binali bəyin qazana bilmədiyi seçki məni bir jurnalist kimi onunla növbəti görüş fikirimdən daşındırdı.

Amma o gərgin mübarizədən sonra Binali bəy CHP-nin “alınmaz qala”sı sayılan İzmirdə AKP-nin səslərini 36 faizə yüksəltdi, qazandığı bələdiyyə sayı 1-dən 6-ya çatdı. Yenidən İzmir Böyükşəhər Bələdiiyə sədri seçilən Əziz Kocaoğlunun qələbəsini isə faciə kimi yox, İzmirin növbəti uğurları üçün yeni addım kimi dəyərləndirdi, izmirlilərə isə ugurlar arzuladı. O da yadımdadır ki, bələdiyyəyə yenidən sədr olmuş Əziz Kocaoğluna təkcə keçən 10 ildə gördüyü işlərinə görə yox, həm də Binali Yıldırım kimi bir nəhənglə mübarizədən qalib çıxdığı üçün təbrik ünvanlamışdım.

Uzun müddətli nazir karyerası

Düzü, o vaxtdan sonra Türkiyənin günlərimizdəki tarixini izləmək mənim üçün həm də Binali Yıldırımın həyat yolunu izləmək qədər maraqlı və doğma idi. Ərzincana yolum düşməsə də Trabzonda, Bayburtda, Samsunda olanda fikiridən keçən bir həqiqət də bu olub ki, burdan Binali bəyin doğulduğu Refahiyə şəhərinə neçə kilometr məsafə qalıb. Düzdür, onda kifayət qədər sayılıb-seçilən bir nazirin vətəninə gedə bilməsəm də, indi baş nazir olmuş həmin şəxsin vətəni ilə tanışlıq bir jurnalist kimi məndə daha ciddi maraq döğurur.

Binali Yıldırım Türkiyə tarixində nəqliyyat və rabitə naziri vəzifəsində ən uzun müddət-- 12 il çalışmış şəxs olduğundan qardaş Türkiyədə olanların onun adını tez-tez eştməsi heç kəsdə təəccüb yaratmır. Bu ad ilk dəfə Türkiyədə böyük yol qəzası kimi tarixə düşən “Pamukova faciəsi”ndən sonra gündəmə şimşək kimi gəldi. Onda da B.Yıldırım nazir idi-- 22 iyul 2004-cü ildə “Pamukova faciəsi” kimi tanınan qatar qəzası bütün Türkiyəni silkələdi. Ankara-- İstanbul arasında sürətləndirilmiş səfər keçirən və içərisində 291 nəfər sərnişinin olduğu qatar Sakarya şəhərinin Pamukova bölgəsində relsdən çıxaraq qəzaya uğradı və 41 sərnişin həyatını itirdi. Qəzanın səbəbi kimi maşinistin sürət həddini aşdığı bildirildi. Amma nazir B.Yıldırımın KİV- lərdə səbr və sübütlu dəlillərə əsaslanan müsahibələri reallıqları ortaya qoymaqla, onu istefa çağırışlarından da xilas etdi...

2014-cü ilin 30 mart bələdiyyə seçkilərindən sonra yenidən nazir postuna qayıtmasa da, iyun ayında baş nazir olan, iki ay sonra isə prezident seçilən Rəcəb Tayyib Ərdoğanın müşaviri təyinatını aldı. AKP-nin 2015-ci il noyabr zəfərindən sonra isə baş nazir Əhməd Davudoğlu təşkil etdiyi 64-cü hökumətdə nəqliyyat, dənizçilik və kommunikasiya naziri yenidən Binəli Yıldırım oldu. Onun nazir olduğu dövrdə 17 min 500 km yol təmir olundu, aktiv hava limanlarının sayı 26-dan 55-ə çatdı, dünyada cəmisi 5 faiz böyüyən hava sektorunun, Türkiyədə 15 faiz böyüdüyü həqiqətə çevrildi. Ümumilikdə, ölkədə 3668 layihə həyata keçirildi, davam edən layihələrin həcmi isə 168 milyard dollardır.

Türkiyənin çox nəhəng yol infrastruktur layihələrinə imza atan Binali Yıldırımın fəaliyyəti o qədər geniş və əhatəlidir ki, bu haqda danışanda haradan başlamağın özü də bir çətinlik yaradır. Körfəz keçid Körpüsü kimi tanınan və Türkiyə prezidenti Ərdoğanın Osman Qazi Körpüsü adını verdiyi asma körpü ən son layihələrdəndir. Uzunluğu 2682 metr olan bu körpü dünyanın dördüncü ən uzun asma körpüsü olmaqla İstanbul ”“İzmir yolunu 6-- 7 saat əvəzinə, 3 saat yarıma qət etməyə imkan verəcəkdir. Ərdağanın dediyi kimi körpü 1 saata keçilən körfəzi 6 dəqiqədə kecməyə imkan verəcək.

Tarixi İpək yolunun bərpası Azərbaycan, eləcə də Avropa və Asiya ölkələri üçün böyük önəm daşıyan layihədir. Böyük İpək yolunun davamı olan Bakı-- Tbilisi-- Qars dəmir yolu layihəsi də nəqliyyat naziri kimi Binəli Yıldırım xüsusi önəm verdiyi layihələr sırasında olub. Belə layihələr Azərbaycanı yenidən dünyanın tranzit, nəqliyyat və ticarət mərkəzlərindən birinə çevrilməsi yönündə atılan uğurlu addımlardandır. Amma vaxtı ilə Bakı-- Tbilisi-- Qars dəmiryolu layihəsi qonşu Rusiya və Qərb dövlətləri tərəfindən dəstəklənməyəndə, hətta ABŞ-ın rəsmi dairələrinin məsələyə biganə münasibətindən sonra Azərbaycan bu layihəni, demək olar ki, xilas etdi. Onda da Türkiyənin nəqliyyat naziri olan Binali Yıldırım bunu xüsusi vurğulamışdı: "Əgər Azərbaycan Prezidenti İlham Əliyev qətiyyət göstərməsəydi, bu layihənin gerçəkləşməsi qeyri- mümkün olardı. Gürcüstan hissəsinin maliyyələşdirilməsinə dair Azərbaycanın qərarı bu layihənin həyata keçirilməsində ən vacib addım idi”.

Onun zamanı gəldi...

Hakim partiyanın Mərkəzi İdarə Heyətinin toplantısında deputatlar və mərkəzi aparat işçiləri arasında keçirilən seçkilərdə böyük çoxluq sədr olaraq rabitə və nəqliyyat naziri Binali Yıldırımı görürdü. Mayın 16-də AKP baş qərargahında keçirilən toplantıda 81 vilayətdən gəlmiş yerli təşkilat sədrləri, gənclər və qadınlar təşkilatları, eləcə də əyalət bələdiyyə sədrləri və vilayət partiya məclisi sədrlərinin qatıldığı toplantıda da iştirakçılar Binali Yıldırımı partiya sədri və baş nazirliyə yeganə namizəd kimi təqdim etmişdi. Hətta kürsüdə Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Ömər Çəlikin Binali Yıldırımın adını çəkməyi ilə salondakı alqışların gurultusu xeyli sürdü.

Yeri gəlmişkən, Binali Yıldırım 2015-ci ilin payızında AKP qurultayı zamanı 1300 nəfərlik qurultay nümayəndəsindən 900-dən çoxunun dəstəyini alsa da, sonradan prezident Ərdoğanla Davudoğlu arasında anlaşma əldə olunması nəticəsində sədr ola bilmədi. 7-- 8 ay əvvəl baş nazir və partiya sədrliyinə bir addım məsafədən geri çəkilən və istefası gözlənildiyi halda AKP komandasına sadiq olan Binəli Yıldırımın zamanının gəldiyi təsdiqini tapdı. Nəhayət, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası bazar günü keçirilən qurultayında seçiləcək yeni sədrini təqdim etdi. Növbədənkənar qurultayda 65-ci hökuməti qurmağı Türkiyə Respublikasının yeni baş naziri Binəli Yıldırıma həvalə etdi.

Bu onun səsi idi, həmişəki kimi inamlı...

...22 may bazar günü seçkiləri sona yetəndən az sonra təbrik üçün Binali bəyin telofonunu yığdım. Düzü telefona cavab verəcəyinə əminliyim olmasa belə, nömrəni yığdım.

Bu onun səsi idi, həmişəki kimi gürultulu, inamlı... Təbrik etdim, Bakıdan salamlarımı yetirməklə uğuruna çox sevindiyimi, Türkiyə--Azərbaycan əlaqələrinin inkişafına yeni töhfələr verəcəyini arzuladım. İzmirdə-- iki il əvvəlki görüşümüzü xatırladandan sonra intervü üçün ən yaxın vaxtlarda görüşməyimi istədim. Yeni baş nazir minnətdarlıq və təşəkkürlərindən sonra, mütləq görüşərik dedi...

Hər halda iki il əvvəl baş tutmayan görüşümdən sonra daha statuslu görüş üçün vaxt almağım məni sevindirdiyi qədər də təəcübləndirdi: qardaş Türkiyənin baş naziri bu qədər yaxın, bu qədər əlçatan imiş...

Namiq Əhmədov, Azərbaycan Respublikasının Əməkdar jurnalisti,
”Qızıl qələm” , ”Araz” , Həsən bəy Zərdabi və
TÜRKSOY- un Beynəlxalq Media mükafatcısı
Oxşar xəbərlər
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?