“Ermənilərlə yaxın 5-6 aya, ən uzağı 1 ilə problem həll olunacaq..."
Oxunub: 7988
21 May 2016 | 15:38
“Ermənilərlə yaxın 5-6 aya, ən uzağı 1 ilə problem həll olunacaq...
Qalmaqallı yazıçı "Peşman deyiləm", söylədi, barəsindəki bütün iddialara cavab verdi 
“Daş yuxular” əsərinin müəllifi olan yazıçı Əkrəm Əylisli haqqında mətbuatda demək olar ki, hər gün ağır ittihamlara rast gəlirik. Adı çəkilən əsərin erməni sevgisi ilə azərbaycanlıların əleyhinə yazıldığını iddia edənlər, yazıçının satqın olduğunu deyənlər, bu əsərlə Nobel mükafatı almağı hədəf götürdüyünü söyləyənlər az deyil. Ümumi ictimai rəyi nəzərə alsaq, onlar bir çox məqamlarda haqsız da deyil. 

Deyilənlərə və Əkrəm Əylislinin ölkədən çıxışı zamanı yaşanan qalmaqala aydınlıq gətirmək üçün yazıçının özü  ilə əlaqə saxladıq. Onunla tam səmimi, qərəzsiz və obyektiv şəkildə söhbət aparmağa çalışdıq. Əlbəttə, Əkrəm Əylisliyə çox çətin suallar vermək olardı. Ancaq məqsədimiz onu susdurmaq yox, danışdırmaq olduğu üçün bunu etmədik. Bu müsahibədə 79 yaşlı bir Əkrəm Əylislini və onun ürəyindən keçənləri oxucuya təqdim edirik.

- Əkrəm müəllim, sizin haqqınızda müxtəlif fikirlər səslənir ki, ermənipərəstsiniz, öz xalqınıza ermənilər qədər nifrət edirsiniz...

- Vallah, indi kim nə istəyir, onu da deyir. Mən hər bir fikrin deyilməsinə razıyam. Ancaq şər atmaq olmaz. Mən çox şərləndim, şərin içində çox oldum. Bundan sonra şər içində yaşamaq istəmirəm. Çünki bizim konstitusiyamız var, qanunlarımız var, insana söz demək azadlığı verilir. Mənim yazımı bu cür təhrif etmək istəyən, özünü mənim yazım üstündə vətənpərvər göstərmək istəyən, bunun üçün dəridən-qabıqdan çıxan nə qədər insanlar oldu... Mən bu insanları sayıb bir yerə yığa da bilmirəm. Ancaq bilən bilir ki, yazıçı heç vaxt öz əsərindən öz xalqına qarşı istifadə etməz, öz əsəri ilə öz xalqını aşağılamaz. Ümumiyyətlə, bu, yazıçıya yaraşmaz, o ki qaldı mənim kimi yazıçıya. Neçə illər Azərbaycan ədəbiyyatına tam təmənnasız və bütün varlığımla xidmət etmişəm, can qoymuşam. Gördüyüm işləri sadalasan, haqqımda deyilən sözlərdən daha ağır gələr. Cavan vaxtımda  “Gənclik” nəşriyyatında işləmişəm və bəzi yazıçıların o vaxt çap olunması mümkün olmayan əsərlərini çapa salmışam. İndi az-çox tanınan yazıçıların hamısı o vaxt rəhbərlik etdiyim “Azərbaycan” jurnalından çıxıblar. İndi bunların hamısının üstündən xətt çəkib yazıçıya qarşı onun əsərinə görə ittihamlar yağdırmaq, erməni sevgisində günahlandırmaq heç bir şəxsə yaraşmır. İstəməzdim ki, adını ziyalı qoyan, özünü bu xalqın təəssübkeşi kimi göstərənlər belə söhbətləri dillərinə gətirsin. Söhbət ondadır ki, bu milli təəssübkeşlik artıq öz həqiqi mənasından uzaqlaşıb. Mənə elə gəlir ki, bunlar hamısı hər kəsə məlumdur.

Həmişə bu fikirdə olmuşam ki, bir adam millətini çox sevdiyini deyirsə, artıq o yerdə dayanmaq lazımdır. Mən o sevgiyə inanmıram. Çünki millətə olan sevgi heç vaxt dilə vurmaz, ya da qələmin ucunda olmaz. Millətə sevgi qəlbin dərinliyində olur. Bunu həmişə belə başa düşmüşəm. Yaradıcı adamam, həyatım boyu müşahidə eləmişəm ki, vətən sevgisini dilinin ucunda gəzdirənlər çox tez satılırlar. Ordan-ora tullanırlar, burdan-bura hoppanırlar, payları az düşəndə keçirlər pay çox verilən yerə. Ümumiyyətlə, mən bu iki xalqın, yəni erməni və Azərbaycan xalqının fəlakəti üstündə özünə gün-güzəran düzəldən, karyera quran, özünü yuxarılara qaldırmağa çalışan insanların yuxarıda duracağına inanmıram. İnana da bilmərəm. Çünki bu iki xalqın fəlakəti mənim üçün xalqların fəlakətidir. Mən o qədər erməni tanıyıram ki, Azərbaycana böyük məhəbbəti var. Moskvada universitetdə oxuyanda bizim erməni müəllimlərimiz var idi ki, azərbaycanlı tələbələrin gözünün yağını yeyirdilər. Yaxşını da, pisi də demək lazımdır. Sadə insanların, sadə ermənilərin və sadə azərbaycanlıların fəlakəti üstündə nə qazanırlarsa, özlərinin olsun. Ancaq bundan sonra bu qazanc üçün mənbəyi dəyişsinlər. Nə vaxtacan fəlakətlər üzərindən qazanc əldə edəcəklər.

- Əkrəm müəllim, İkinci Qarabağ Müharibəsinin başlayacağı məsələsi getdikcə aktuallaşır. Müharibənin başlamasını istəyirsinizmi?


- Mən heç vaxt müharibə istəməmişəm. İstəyirəm ki, bu məsələ ədalətli yolla həll olunsun. Müharibə başlasa, yenə də qan töküləcək, evlərdə yas düşəcək, anaların gözü yaşlı qalacaq, gəlinlərimiz ərsiz, balalarımız atasız qalacaq. Yəni, prosesin davamı bu olacaq. Ancaq çoxları kimi mən də düşünürəm ki, bacarıb bu məsələni sülh yolu ilə həll eləsinlər. Bütün müharibələrin axırı sülhlə qurtarır. Bu məsələ də nə qədər tez sülhlə qurtarsa, mənə görə yaxşı olar. Ancaq indiki zamanda bu sözü deyəndə, o yandan bir nadan tapılır, qışqırır ki, hə, filankəs istəmir torpaqlarımız azad olsun. Bu cür söhbətlərə getmək lazım deyil. Bunlar əndazədən çıxmış mənasız söhbətlərdir. Hər bir yazıçı kimi mənim üçün də insan taleyi qiymətlidir. Tolstoyun məşhur bir söz var ki, dünyada heç nə bir uşağın göz yaşına dəyməz. Mən istəmirəm ki, yenə qan-qada olsun. Mənə elə gəlir ki, həm azərbaycanlılar, həm də ermənilər siyasi iradəni bir yerə qoysalar, bu məsələni sülh yolu ilə həll eləmək olar.

- Ölkədən çıxışınıza qadağa qoyulması və hava limanında yaşanan məlum olayla bağlı mətbuatda yazılanlara bir aydınlıq gətirə bilərsinizmi?


- (Gülür) O elə gülünc bir şey idi ki, inanmıram bu 10 milyonluq Azərbaycan xalqından 100 nəfər ona inansın. Deyirlər ki, guya mən kiməsə əl qaldırmışam. Bu, heç mənə sərf eləmir axı. İkinci də mən bilirəm ki, günah həmin nəzarətçidə deyil, ona tapşırıq verilib, o da icra edir. Yoxsa mənimlə nə işi var? Yüzlərlə adam gəlib gedir, tapşırıq olmasa niyə mənə mane olsun ki... Mən gedişimə mane olan adamın heç bir günahı olmadığını bilə-bilə onunla heç söz də güləşdirmərəm. Əl qaldırmaq məsələsinə gəlincə, xalis fantastikadır.

- Bəs, hadisə əslində necə oldu?

- Hadisə belə oldu ki, hava limanında keçmək istəyəndə, mənə dedilər ki, siz bir qədər gözləyin. O  qədər gözlətdilər ki, təyyarə yola düşdü. Sonra mən onlardan xahiş etdim ki, beynəlxalq tədbirə gedirəm. Orada 20 ölkənin ədəbiyyat adamları iştirak edəcəklər. Yaxşı deyil axı, 19 ölkənin yazıçısı gəldi, biri gəlmədi. Bu istər-istəməz rezonans doğuracaq. Xahiş etdim ki, məni başqa bir reyslə yola salsınlar. Onlar da getdilər, məsləhətləşdilər və təxminən 15 saat sonra belə qərara gəldilər ki, mən kimisə döymüşəm. Halbuki, orada əlavə söhbət olmayıb. Heç mən istəmirdim ki, belə bir hadisə olsun. Çünki bütün qəzetlər yazdılar və bu, mənə lazım deyildi. Mən ömrümdə Venesiyanı görməmişdim, gedib oranı görmək, dünya yazıçıları ilə birlikdə gəzib-dolanmaq istəyirdim. Bu hadisədən bir-iki gün sonra orada edəcəyim çıxışın mətnini də burada nəşr elədim ki, baxın, görün mən orada nə deyəcəkdim. Mən vətəndən çıxandan sonra vətən haqqında pis heç nə danışa bilmirəm, çünki bu mənə satqınlıq kimi görünür. Ölkədən kənarda mən heç vaxt azərbaycanlılar haqqında mənfi danışmamışam. Öz içimizdə isə hər zaman gördüyüm problemləri tənqid etmişəm.


 “Azərbaycan” jurnalında işləyəndə mən bütün KQB ilə qarşı-qarşıya durmuşdum. İki gündən bir KQB-nin ədəbiyyat üzrə kuratoru bizim jurnalın yeni nömrəsini qoltuğuna vurub Yazıçılar Birliyinə gəlirdi. Ancaq mənim o dövrdə  “Azərbaycan” jurnalında çap elədiyim əsərlərin bir qismini bəlkə indi də çap eləmək mümkün deyil (gülür). Mən nə yazıda, nə böyük tədbirlərdə əqidəmin, ürəyimin əleyhinə getməmişəm, ağlımdan gələni demişəm. Əgər burada sözümü deyə bilirəmsə, qaçıb gedib xaricdə niyə söz deməliyəm? Yəni, bunlar anlaşılmaz şeylərdir.

- Sizin haqqınızda iddialar dolaşdı ki, xaricə qaçmaq istəmisiniz. Bəs ümumiyyətlə, “Daş yuxular” əsəri ilə bağlı ittihamlardan sonra xaricə getmək, orada yaşamaq arzunuz olubmu?

- Mətbuatda kimsə yazmışdı ki, Əkrəm Əylisli xaricə qaçmaq istəyir ki, orada öz əsərinə görə Nobel mükafatı alsın. Bu, çox avam söhbətdir. Elə bil ki, Nobel mükafatını Venesiyada küçələrə töküblər, mən gedən kimi alıram. 2013-cü ildə bu proses başlayanda mənə beynəlxalq “Pen klub” xətti ilə çox gözəl imkan təklif etdilər ki, ailəmlə birgə gedim orada yaşayım.  Mən xaricə gedib, orada yaşamaq istəsəydim, o zaman gedib yaşayardım.

- “Daş yuxular”a görə, sonradan  peşman oldunuzmu?

- Əgər mən o əsəri hansısa təmənna ilə yazmış olsaydım, bəlkə də peşman olardım. Bu əsər mənim yaradıcılığımın bir növ davamıdır. Həmişə belə yazmışam. Sadəcə bu əsərin mövzusu bugünkü günlə səsləşmədiyi üçün, belə haray-həşir qopdu. Yazıçıların bir çoxunun əsərləri yaşadıqları dövrlə səsləşmir. Ancaq o əsərdə yazdıqlarım hamıya bəlli olan söhbətlərdir. Mən bu əsəri ermənilər üçün yox, özümüzkülər üçün, azərbaycanlılar üçün yazmışam axı. Bu əsərimlə xeyli ermənini Azərbaycana qarşı  nifrət eləməkdən hifz elədim. Xeyli erməni var ki, bu əsəri oxuyandan sonra bizim xalqımıza nifrət eləyə bilməz. Yazıçı elə “vətəni sevirəm” deyib, bağıra-bağıra çıxışlar etməklə kifayətlənməməlidir. Yazıçı bağırmır. Özünün gördüyünü, duyduğunu, xalqın gələcəyinə xidmət edəcəyinə inandığı şeyləri yazır. Millətçilik artıq XXI əsrin vəbasına çevrilib. Milləti sevmək başqa şeydir, millətçilik başqa şeydir. Dünyanın hər yerində dava gedir. O nə qədər tez qurtarsa, bir o qədər yaxşı olar. Mən yaddaşından çəkinən adam deyiləm. Əgər o əsərdə hansısa məlum olmayan bir şeyi açıb demiş olsaydım, onda peşman olardım. Ancaq Bakıda baş verən o hadisələr hamının gözünün qabağında olmuşdu. Yəni biz kimin gözündə yüksəlirik ki, gördüyümüz şeyi deməməklə? Mən bizdə olanları yazmışam. Ermənistanda nə olduğunu da qoy onlar desin. Hər kəs öz günahını yumalıdır.

- Gələcək üçün ölkədən getmək fikriniz varmı?


- Ölkədən getmək istəsəydim, bunu çoxdan edərdim. Mən ki, hər gün o təhqirlərə dözürəm. Səviyyəsi olmayan, mənim heç dırnağıma da dəyməyən, əlimə su tökməyə layiq olmayan adamlar mənə ağzına gələni deyiblər, mən isə buna dözmüşəm. Nəyə görə? Gedərdim də, niyə getmədim? Bir dəfə də ölkədən çıxmışam, Türkiyəyə getmişəm, ordan dünyanın hər yerinə yol var. Mən çoxdan gedə bilərdim. Heç vaxt getmək niyyətim olmayıb. Mən ölkəmi, vətənimi heç kimə, heç nəyə dəyişmərəm. Sadəcə dövrün tərs damarı tutub, qızım. Siz elə bilməyin ki, bu ab-hava belə qalacaq. Tam arxayınam ki, yaxın 5-6 aya, ən uzağı 1 ilə bu məsələ həll olunacaq, hər şey ötüb keçəcək, münasibətlər qaydasına düşəcək, qonşuluq əlaqələri qurulacaq. Çünki bu müharibə heç bir xalqın rahat, demokratik şəraitdə bir insan kimi yaşamağına imkan vermir. Bu düşmənçilik götürüləcək və insanlar yenə bir yerdə yaşayacaqlar. Buna inanmadan yaşamaq olmaz. Bu gedişatın axırı yoxdur axı. Mən başa düşə bilmirəm, bir insanın ölümü niyə ağrıtmır bunları? Mən 1992-ci ildə bir dəfə şəhidin yas yerində olmuşam. İndi də şəhid anasının səsi qulağından getmir, saçlarını necə yolub ağladığı gözümün önündən getmir. Bu mənzərəni niyə biz yenidən yaşamalıyıq. Yaşamasaq yaxşıdı.(musavat.com)
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama