Dəlixanadan gələn sevgi məktubları...
Oxunub: 1808
21 May 2016 | 14:24
Dəlixanadan gələn sevgi məktubları...
Moderator.az yazıçı Meyxoş Abdullahın “Dəlixanadan gələn sevgi məktubları” romanını dörd hissədə təqdim edir.

Şəhərdən bir qədər aralı, daş hasarlarla əhatə olunmuş və xarici aləmlə heç bir əlaqəsi olmayan bu yer çoxları üçün qorxunc və lənətlənmiş bir məkan təsiri bağışlayırdı. Nəinki uşaqlar, hətta, şəhərin yaşlı sakinləri də, bu tərəflərdə gəzib-dolanmağa ehtiyat edirdilər. Əslində, daş hasarlarla çəpərlənmiş və içində ruhi xəstələr dolaşan bu səs-küylü, baraklara bənzəyən düşərgə çoxlarının zehnində “Dəlilər məskəni” kimi ilişib qalmışdı. Analar öz övladlarını cəzalandırarkən bu yerlərin sakinlərini onlara xatırladıb: - “Özünüzü ağıllı aparmasaniz, siz də allahın qəzəbinə düçar olub, bu zavallılar kimi ömürünüzün axırına qədər beləcə yaşamağa məcbur olacaqsınız” ”“ deyərək onları qorxudurdular.

Gecələr şər qarışanda bu dairədən eşidilən əcaib və tükürpədici qadın səsləri hamını vahiməyə salardı. Xaraba və viran olmuş bu diyardan eşidilən vahiməli səslər, sanki gecənin qaranlığında ağız-ağıza verib ulaşan bir dəstə çaqqal ulartısını xatırladardı.

Şəhər sakinləri bu yerlər haqqında qəribə və sehirli əfsanələr uydurmaqdan çəkinməzdilər. Onlar söyləyirdilər ki, guya bu yerlər vaxtilə böyük şəhər olubdur. Şəhərin əhalisi allahın buyuruqlarından çıxıb, yollarını azdıqlarına görə tanrı onların hamısının ağıllarını başlarından almış və dəli etmişdir.

Amma həqiqət başqa cür idi. “Vellas” adlandırılan və ruhi xəstələr üçün nəzərdə tutulmuş bu düşərgə min doqquz yüz otuz ikinci ildə salınmışdı. Müharibə vaxtı faşistlər bu xəstəxananı ələ keçirərək bütün xəstələri güllələyəndən sonra buradan hərbi düşərgə kimi istifadə etmişlər. Hərbi əsirlərin “Ölüm vadisi” adlandırdıqları düşərgə sonradan ruhi xəstələr üçün daimi bir məkana çevrilmişdi. Şəhərin yaşlı sakinlərinin və müharibə vaxtı burada cəza çəkənlərin söylədiklərinə görə, düşərgənin bir hissəsində tikilmiş ikimərtəbəli və iyirmi altı otaqdan ibarət olan binada o vaxt işgəncələrə dözməyib ağıllarını itirən ruhi xəstələr saxlanılırdı. Həmin xəstələrin üzərlərində aparılan ağıla gəlməz cərahiyyə əməliyyatları alman səhiyyəsinin inkişaf etdirilməsinə xidmət edirdi.

Esterqom şəhərinin əlli kilometirliyindəki Bakon dağlarından əsən sərin meh şəhər əhalisinin ruhunu oxşasa da, “Vellas” düşərgəsinin daimi sakinlərinə bu zərrə qədər də təsir etməzdi. Çünki onlar insanların və tanrının yaddaşından silinmiş biçarə varlıqlar idilər. “Vellas” xəstəxanasının qəribəliklərindən də biri o idi ki, burada ancaq ruhi xəstə olan qadınlar müalicə olunurdular. Deyilənə görə, vaxtilə burada kişilər də saxlanılırmış. Sonradan kişiləri ayıraraq başqa bir yerə köçürürlər. Kişilərin başqa yerə köçürülməsinin səbəbi xəstəxana nəzarətçilərinin səhlənkarlığı və maymaqlığı ucbatından xəstə qadınların, özləri kimi ruhi xəstə olan kişilər tərəfindən zorlanaraq hamilə qalmaları və hər kəsin nəzərindən düşmüş bu biçarələrin siflis xəstəliyinə yoluxmaları idi. Baş verən bu hadisələr o vaxt xəstəxana rəhbərliyini ciddi düşünməyə vadar etmişdi.


“Vellas” xəstəxanasında yerləşdirilmiş yüz altımış beş nəfər ruhi xəstəyə yeddi həkim, onbir tibb bacısı, altı mətbəx işçisi, beş xadimə, bir ocaqçı, iki gözətçi, iki nəfər sürücü və iki nəfər də kilsə xadimi xidmət edirdi. Baş həkim, onun müavini, gözətçilər və sürücüdən başqa yerdə qalan işçilərin hamısı qadın idilər. Xəstəxanaya Requli Darvoş adlı məşhur psixiatr həkim rəhbərlik edirdi. Yöndəmsiz və kobud bədən qurluşu olan Requli Darvoşdan, nəinki işçiləri, hətta ruhi xəstələr də çəkinirdilər. O, xəstəxanada ciddi qayda-qanun yaratmışdı. İşçilərdən heç biri onun qoyduğu qaydaları pozmağa cəsarət etməzdilər. Çünki Requli hər hansı kiçik bir səhvi də bağışlamağı bacarmırdı. O xəstələrə qarşı da diqqətli olduğu qədər rəhimsiz idi. İtaətdən çıxan xəstələri əyinlərindəki xalatlarının uzun qolları ilə arxadan bağlatdırar, hətta yemək vaxtı da onların qollarını açmağa icazə verməzdi. Tibb bacıları onları körpə uşaq kimi öz əlləriylə yedizdirərdilər.

Xəstəxanada mənbəyi müxtəlif olan psixi pozuntulu xəstələr müalicə olunardılar. Bunların arasında irsi psixi pozuntuları olanlar üstünlük təşkil edirdilər. Bu xəstələr əlacı olmayan xəstələr idi. Ölkənin bir sıra yerlərində bu tip xəstəxanalar fəaliyyət göstərsələr də, burada ancaq əlacı olmayan xəstələr yerləşdirilmişdi. Bunu xəstəxanadan bir azca aralıda salınmış və ildən-ilə artıb çoxalan, üstündə xaç nişanları olan qəbirlər də təsdiq edirdi. Əslində, buraya yerləşdirilmiş xəstələr buradan bir daha götürülmürdülər. Onlar ömürlərinin axırına kimi burada qalıb müalicə olunmağa məhkum olunmuşdular.

Xəstəxananın ərazisi çox böyük idi, kilometirlərlə uzanıb gedirdi. Çoxlu meyvə və bəzək ağacları ilə əhatə olunmuş xəstəxananın həyəti nə qədər gözəl görünsə də, buranın sakinləri bu gözəllikləri duymaqda və qiymətləndirməkdə aciz idilər. Onları yalnız yemək, özlərindən müştəbehlik və bir-birlərini cırmaqlamaqdan başqa bir iş maraqlandırmırdı.

Xəstəxananın dəmir darvazasından asfalt yola qədər olan bir kilometirlik məsafə ot-ələf və kol-kosla həmişə örtülü olardı. Sanki bu yolla heç bir ins-cins gəlib getmirdi.

Əslində də beləydi, xəstəxanada işləyənlər yalnız on beş gündən bir növbə ilə evə buraxılardılar. Qalan vaxtlarda onlar xəstəxananın həyətindəki iki mərtəbəli binada yaşayırdılar. Qoca Requli Darvoş isə buranı özünə daimi məskən seçdiyindən bütün vaxtını elə buradaca ruhi xəstələrin arasında keçirərdi. O, yalnız zəruri ehtiyac yarandıqda, dərman və yaxud da ərzaq çatışmamazlığı yarandığı zaman, onda da bir-iki saatlığa şəhərə gedərdi. Uzun müddətdən bəri xəstələrlə oturub durduğundan onun özünün hərəkətlərində də, qeyri-dəqiqlik yaranmışdı. Tez-tez hirslənər, dəhliz boyu o baş-bu başa var-gəl edib öz-özünə danışar, bəzən də əlini daz başına çəkərək heç bir səbəb olmadan gülərdi. Requli xəstələrin dilini çox gözəl bilirdi. Saatlarla onların arasında dolaşmaqdan bezikməzdi. Qadınların əksəriyyəti ona vurulduqlarını söyləyirdilər. Hətta, ona aşiq olub, şeir yazan qadınlar da tapılırdı. O da mehribanlıq göstərərək, onların könlünü oxşayar və həmişə işlətdiyi sözləri təkrar edərdi: - “Əlbəttə, əlbəttə... Başqa cür də ola bilməz. Mən də səni sevirəm, mənim gözəl seniyoram”- deyərdi. Requli bu sözləri hər gün təkrar etməkdən yorulmazdı. Bunların hamısı xəstəxanada mualicə olunan ruhi xəstə qadınların könlünü almaq üçün Requli tərəfindən uydurulan təlxək sözlər idi. Həkim özü də xəstə idi. Yaş, artıq öz işini görmüşdü. İki həftə bundan qabaq işçiləri onun yetmiş beş yaşını qeyd etmişdilər. Əslində, Requli yaşından xeyli qoca görünürdü. Piylənmiş qarnı, ensiz ciyinləri və kobud gövdəsi onu lap cürümüş palıd kötüyünə oxşadırdı. Nəfəs çatışmamazlığı, son vaxtlar isə ürəyində yaranmış ağrılar ona olduqca əzab verirdi. Bunlar azmış kimi, böyrəklərində də yaranmış nasazlıq onu əldən salaraq olmazın əzab-əziyyətlərinə düçar etmişdi.

Valideyinlərini uşaq vaxtlarından itirmiş Requli tibb kollecini bitirdikdən sonra bu xəstəxanaya göndərilmiş və əlli ilə yaxın idi ki, o burada işləyirdi. Onun əmək kitabçasında yalnız bu sözlər yazılmışdı. : - “ Miskolts şəhər tibb kollecinin məzunu Requli Darvoş “Vellas” ruhi xəstəxanasına baş həkim təyin edilsin”. Əmr 103. 02 oktyabr 1932-ci il”

Requli taleyindən hec vaxt razılıq etməzdi. O, bu barədə danışmaq belə istəməzdi. Həyat ona həmişə ağıla gəlməz işgəncələr gətirmişdir. Onun ən çox qorxduğu kecmişini düşünmək idi. Ümümiyyətlə, Requli düşüncələrə dalmağı xoşlamazdı. Bu barədə ondan soruşanda qısaca cavab verərdi - “Tanrı özünün çəkə bilmədiyi ağrıları da mənim çiyinlərimə yükləmişdir. Əlbəttə, o, məni başqalarından uca tutur, mən bununla fəxr etməliyəm.” ”“ deyirdi.

Bu müəmmalı cavabdan işçiləri bir şey başa düşməsələr də, ondan artiq heç nə soruşmazdılar. Onsuz da soruşmaq əbəsdi, Requli tutuquşu kimi yenə də dediklərini təkrar edəcəkdi. Əslində, belə deyildi, Requlinin xatırlayacağı çox şeylər vardı. Sadəcə olaraq, keçirdiyi o ağrılı anları yenidən yaşamaq istəmirdi. Onun sözlərinə görə ikinci dünya savaşı ölkələrin savaşı yox, Darvoş soyunun kəsilməsi üçün başlamışdı. Bütün qohum-əqrəbasını, dostlarını hətta sevimli arvadını da bu savaşda itirən Requli həyatda demək olar ki, kimsəsiz qalmışdı. Ona ən çox təsir edən sevimli həyat yoldaşı Oqananın öz gözləri qarşısında güllələnməsi idi. O, bu mənzərəni xatırlayanda necə də əzab çəkirdi. Oqana onunla birlikdə bu xəstəxanada işləyirdi, tibb bacısı idi. 1943-cü ilin mayın 12-də faşistlər xəstəxananı hərbi düşərgə elan etdikdən sonra ruhi xəstələri kütləvi şəkildə güllələməyə başladılar. Onda Requli şəhərə dərman dalısınca getmişdi. Qayıdanda dəhşətli mənzərə ilə qarşılaşdı. Hər yanda insan meyidləri səpələnmişdi. Arvadı Oqananın meyidi də onların arasında idi. Requli elə o vaxt xəstəxananı tərk edərək, çıxıb getmişdi. Bir də 1945-ci ilin aprel ayında, hərbi düşərgə ləğv edildikdən sonra oraya qayıtdı. Onu buraya qayıtmağa vadar edən səbəb də sevimli arvadı Oqananın xəstəxananın daş divarları arasında dolaşan sərgərdan ruhu olmuşdur.

Arvadının ölümündən sonra bir daha ailə həyatı qurmayan Requli ömrünü ruhi xəstələrin müalicəsinə sərf etmişdi. O, tənhalığa elə öyrəşmişdi ki, ozünü cəmiyyətdə qərib və yalqız hiss edirdi. Xidməti işi ilə əlaqədar bəzən bir-iki günliyə şəhərə gedəndə də işini tez qurtarıb geriyə dönməyə can atardı. Gecələr onun üçün daha dəhşətli və üzücü keçirdi. Nə keçmişini xatırlamaq, nə də gələcəyini fikirləşmək istəməyən bu qoca həkim saatlarla gözlərini bir nöqtəyə zilləyib qalardı. Belə vaxtlarda onun yöndəmsiz bədəninin divara düşən əksi sanki kiçik qaya parçasını xatırladırdı. Tibb bacısı Roza necə illərdən bəri idi ki, bu qoca həkimin şəxsi xidmətçisinə çevrilmişdi. Requli bu gənc qızı doğma ata məhəbbətiylə sevirdi. “Əgər sən olmasaydın, - deyirdi o, - indi ya mən ölmüşdüm, ya da ki, bu xəstələrin hansısa birisi kimi qollarımı brezent xalatımın uclarıyla arxadan bağlayıb, taxta qaşıqla mənə yemək yedizdirirdilər”.

Tibb bacısı Roza da onun bu məzəli sözlərinə gülərək deyirdi: - “Senyor Requli, axı burdakıların hamısı arvaddırlar. Belə olan tərzdə yəqin ki, sizi başqa şəhərə köçürmüş olardılar”.

Qoca həkim qızın atmacalarına özünəməxsus şəkildə cavab verərdi : - “ Yox, Roza mənim yerimi dəyişməzdilər. Ona görə ki, artıq mən də elə bu arvadlar kimi bir şeyəm”.

Requli Darvoşun bu xəstəxanada qalıb işləməsi nə qədər ağır və dözülməz olsa da, o özünü buradan aralıda təsəvvür belə edə bilmirdi. Amma səhhətiylə əlaqədar təqaüdə getmək barədə səhiyyə nazirliyinə bir neçə dəfə müraciət etsə də, onun xahişinin üstündən hələlik vaz keçirdilər. Səbəb də xəstəxanaya rəhbərlik edəsi həkimin tapılmaması idi.

Doktor Requli buradan ayrılmağı təsəvvürünə belə gətirə bilmirdi. İllərlə öyrəşdiyi həyatdan yaxa qurtarmaq onun ölümünə səbəb ola bilərdi. O bunları yaxşı başa düşürdü. Əslində o, özü barədə qətiyyən fikirləşmirdi. Onu narahat edən xəstələri idi. Bu zavallıların taleyini fikirləşəndə əzab çəkirdi. Tanrı bu qoca həkimin narahatçılığına son qoymaq üçün bu xəstəxanaya Yuxas Nemet adlı gənc psixiatr həkimi pənah göndərmişdi. Yuxasın buraya göndərilməsi qoca həkimin don vurmuş qəlbinə bir azca hənirti gətirdi. İlk gündən Requlinin bu gəncə “quşu qonmuşdu”.

Yuxas Devretsen şəhərindəki tibb institutunun psxiatr fakultəsini bitirdikdən sonra təyinatla buraya göndərilmişdi. Bu göndəriş Yuxasın özü üçün də gözlənilməz olmuşdu. Amma onun buna qarşı çıxmaq səlahiyyəti yox idi.

İyun ayında Yuxas bu düşərgəyə gələndə ilk qarşılaşdığı mənzərə ona dəhşətli gəldi. Darvazanın ağzındaca quruyub qalan gənc həkim bir gün də olsun burada işləyə bilməyəcəyini zənn etdiyindən, dönüb onu buraya gətirən hələ də gözdən itməyən taksinin arxasınca boylandı. Hansısa, kimsəsiz adaya düşən adam kimi, içində qərib və ölgün bir ağrı yaşadı. Elə bu vaxt xırıltılı bir səs, onu qoynuna almağa çalışan peşimançılıq hissindən ayırdı:

- Xoş gördük sizi, Yuxas!

Yuxas diksindi. Sonra qarşısında dayanmış xoşagəlməz bədən qurluşu olan bu qoca kişini başdan ayağa süzdü. İlk baxışdan Yuxasın onu qarşılayan qocadan xoşu gəlmədi. Onun ağlından keçən bu oldu ki, bu qoca xəstəxananın ya gözətçisidir, ya da ki, ocaqçısı. Amma qocanın xırıltılı səslə dediyi:

- Tanış olaq, xəstəxananın baş həkimi Requli Darvoş sözləri gənc oğlanı əməlli-başlı çaşdırdı. O, özünü itirdiyindən sağ əlində tutduğu çamadanı da qocaya tərəf uzatdı və:

- Xoş gördük!.. - dedi.

Yuxas hələ də həyacan içində olduğuna görə, dönüb yan-yörəsinə baxırdı.

Qoca həkim ehmalca onun qoluna girib yaxınlıqdakı birmərtəbəli binaya tərəf apardı.

Yuxas titrəyirdi. Onun halı sanki oğurluq üstündə yaxalanmış uşağın cəzalandırılmağa aparılan səhnəsinə bənzəyirdi. Qoca isə öz-özünə danışırmış kimi söylənirdi:

- Mən səni dünən gözləyirdim. Cənab Qabor Brodi şəxsən özü zəng vurub gəlişinizi bildirmişdi. Amma nədənsə, dünən gəlib çıxmadınız. Nəhayət ki, onlar mənim xahişimi nəzərə aldılar, - deyə qoca gülümsədi. - Bilirsiniz, daha bacarmıram, qüvvəm artıq dükənmişdir. Bircə, onlardan xahiş etmişdim ki, bura vicdanlı və səbirli bir həkim göndərsinlər. Cavan olsun, dözümlü olsun. Burada savad o qədər də rol oynamır, əzizim, əsas səbirdir. ”“ Hə, cavan oğlan, bir də elə düşünməyin ki, bura göndərilməyinizi yuxarıdakılardan mən xahiş etmişəm. Yox, əsla bu belə deyildir, mən insan taleyiylə oynamağı sevmirəm. Tanrı özü də şahiddir ki, mən sizi birinci dəfədir ki, görürəm. Necə bir insan olduğunuzdan da xəbərim yoxdur. Onlar özləri səni seçiblər. Həyat dolaşıqdır, əzizim, bəzən yaxşı insanlara tale qəribə mükafatlar bəxş edir. ”“ Bax, görürsən, sənin kimi gözəl, yaraşıqlı bir oğlan gör hara gəlib çıxıbdır. Məgər bu sənin üçün qəribə gəlmirmi?

Yuxas qoca həkimin uzun danışığından səbirsizlənərək:

- Mənim özümün də burada işləmək arzum olmamışdır və heç kəsdən də xahiş etməmişəm ki, məni buraya göndərsin. ”“ deyə Yuxas bir az şərt şəkildə dilləndi.

Qoca Requli gülmsəyərək addımımı yavaşıtdı.

- Mən sizi başa düşürəm, buraya öz xahişiylə gəlmək istəyən yoxdur. Əslinə baxsan, buradakı zavallıların da xahişləri nəzərə alınmadan buraya yerləşdiriliblər. Taxtabitilərin hökmran olduğu bu yerdə yalnız öz xahişiylə işləyən mən qoca sarsağam, başqa heç kəs, - deyə o, gülümsədi. Mənim işçilərim də çoxdan dabanlarına tüpürüb qaçardılar. Onları qınamıram, burada işləmək çox çətindir, amma səni də qorxutmaq istəməzdim, yavaş-yavaş öyrəşəcəksən, necə deyərlər, başına hava gəlincən.

Qoca həkim danışdıqca Yuxas ətrafına öğrun-oğrun nəzər salırdı. Burada hər şey adama qorxunc görünürdü. Elə bil qəbiristanlıq xofu dolaşırdı buralarda. Sanki bura ölmüş adamların ruhlarının məskəni idi.

Onlar binanın qarşısına çatanda ətrafda dolaşan tibb bacıları bir anlıq ayaq saxlayıb, əlində çamadan tutmuş gənc və yaraşıqlı oğlana diqqətlə baxırdılar. Yuxas da gözlərini onlardan ayırmayaraq, maddım-maddım onların üzünə baxırdı. “Bəlkə də, qızlar məni bura göndərilmiş ruhi xəstə kimi qəbul edirlər”. ”“ deyə Yuxas fikrindən keçirtdi.

Həkim Requli Yuxası öz otağına apardı. Bura çox da böyük olmayan, iç-içə tikilmiş arakəsməsi olan iki kiçik otaqdan ibarət idi. Otaqların birində çarpayı qoyulmuşdu. Çarpayının yanındakı stolun üstünə atılmış pijamadan hiss olunurdu ki, bura qoca həkimin yataq otağıdır.

Yuxas, hələ də əlində çamadan donub ayaq üstündə qalmışdı. Doktor Requli isə otaq boyu o baş-bu başa var-gəl edərək nə haqdasa danışırdı. Gənc oğlan onun səsini eşitsə də, nə barədə danışdığını ayırd edə bilmirdi. Çünki onun fikirləri dolaşıq düşmüş kələf kimi pırtlaşıqdı. Otaqdan ölmüş siçan iyi gəlirdi, bu o qədər kəskin və zəhlətökən iy idi ki, az

qalırdı adamın beyni çatlasın. Yuxas özünü ürəkbulanmasından zorla saxlayırdı. Bu anda o, öz taleyi barədə düşünürdü, belə bir şəraitdə qalıb işləmək ona necə də əzab verəcəkd. İlk dəfə olaraq o, seçdiyi həkim peşəsinə acığı tutdu.

Requli birdən addımlarını yavaşıdıb, donba gözlərini gənc həkimin gözlərinin içinə dikərək, bir xeyli beləcə donub qaldı. Sanki o, gənc həkimin ürəyindən keçənləri oxumaq fikrindəydi.

Otaqda yaşanmış ölü sükunət Yuxası darıxdırdı. O, gözlərini döşəməyə dikərək, keçirtdiyi iztirabları qoca həkimdən gizlətməyə çalışdı. Requli sanki bunları duyurmuş kimi birdən-birə səsləndi:

- Sən mənim xoşuma gəlirsən, cavan oğlan. Ona görə də, mən sənə bəzi mətləbləri açmaq istəyirəm. Əgər söylədiklərimə əməl edə bilsən mən bu dünyadan rahatca köçə bilərəm.

Yuxas onun dediklərinin nədən ibarət olacağının fərqinə varmadan könülsüz halda qoca həkimi dinləməyə məcbur oldu.

Requli Yuxasa yaxınlaşıb ikiəlli onun çiyinlərindən yapışdı və xırıltılı səslə:

- Özünü bəlaya salmısan, cavan oğlan. Səni qorxutmuram, amma həqiqəti də səndən gizlətməyə ixtiyarım yoxdur, necə olsa biz kolleqayıq axı. İlk vaxtlar bura sənin üçün çox darıxdırıcı keçəcək, amma vəd də etmirəm sonradan hər şey yoluna düşəcəkdir. Yox, bu bir az qəliz məsələdir, nə bilim, bəlkə də sən bu ağırlığa tablaşa bilməyib, bir gün şələ-şüləni də yığışdırıb çıxıb gedəcəksən. Bilmirəm, bu sənin dəyanətindən aslı olacaqdır. Mən də o vaxtlar belə düşünürdüm. Qaçmaq, bu cəhənnəm kahasından uzaqlaşmaq istəyirdim. Amma get-gedə bu kaha məni özünə elə bağladı ki, mən özümü bir dəqiqə də olsun bu xəstəxanasız təsəvvür edə bilmirdim. Hətta, elə vaxtlar olurdu bəzən qorxurdum ki, birdən məni başqa bir yerə göndərə bilərlər, onda mən nə edərəm? - Bunları sənə xatırlatmaqda sənin yerinə qərar çıxartmaq fikrim yoxdur, amma işdir burada qalmalı olsan sənə bir-iki məsləhətim olacaq, gərək sən də mənə söz verəsən ki, onlara mütləq əməl edəcəksən.

Yuxas bu qoca həkimin danışıqlarını sayıqlamaq kimi başa düşdüyündən istehza ilə gülümsədi. Onun bu hərəkəti Requlinin gözlərindən yayınmadı.

- Himm... Mənə gülürsən, cavan oğlan? ”“ Hə, düz eləyirsən. Mən qoca sarsağın söylədikləri, doğurdan da, sayıqlamaqdan başqa bir şey deyildir. Amma mən sənə həqiqəti söyləmək istəyirəm. Bəzən cinayət etmiş birisi həbsxanaya elə öyrəşir ki, oradan azad olunandan sonra da, yaşadığı həyata öyrəşə bilmir. Onun üçün, divara bərkidilmiş soyuq və yöndəmsiz taxta yataq, yumuşaq və rahat yorğan-döşəkdən üstün gəlir. Dostları tanışları, hətta ailəsi də onu islah edib, azad yaşamağa öyrəşdirə bilmirlər. O yenə də darısqal, günəş işığı düşməyən nəm və rütubətli həbsxana divarları arasında keçirtdiyi həyatı üçün darıxır. Bu dəhşətli bir vərdişdir insan üçün. Sən elə düşünmə ki, o insanlığını və düşüncəsini itirmiş bir manyakdır. Yox, əzizim, düzgün fikirləşmirsən, bu belə deyildir. Sadəcə olaraq, o, bunlara vərdiş etmişdir, əzabla dolu həbsxana həyatına öyrənmişdir. Necə ki, mən də uzun müddətdir buna vərdiş etmişəm. Sən də bunlara öyrəşəcəksən, nədənsə mən bu fikirdəyəm, - deyə qoca həkim dərindən köks ötürdü. O bir qədər susduqdan sonra əlavə etdi:

- Ona görə də, məsləhətlərimə qulaq as, yadından heç vaxt çıxartma ki, buradakı qadınlar bir çox vərdişlərindən mərhum olsalar da, güclü ehtiras və qadınlıq hissi onları hələ tərk etməmişdir və tərk etməyəcəkdir də. Çünki ehtiras və şəhvət hissi qadınların özləriylə birlikdə ana bətnindən xaric olunurlar. Unutma, qadın elə bir məxluqdur ki, mahir hekəltaraşın yonduğu onun çılpaq heykəli də ətrafdakıları ehtirasa gətirə bilər. Çünki qadın hər vaxt, hər yerdə qadındır. - Gor əzabsız, yataq qadınsız təsəvvür olunmaz ”“ deyiblər. Burada işləməli olsan sən bunların hamısına göz yummalısan, çünki sən həkimsən, onlarsa ruhi xəstə olan qadınlardır. Buradakı xəstə qadınlar hər şeylərindən, ailə səadətindən, doğmalarından hətta analıq hisslərindən mərhum olanlardırlar. Bir sözlə, bədbəxt biçarələrdirlər. - Hə, nə deyirsən, söz verirsən ki, sən onların sönməkdə olan arzu və istəklərinə bir ümid işığı olasaqsan? ”“ deyə Requli əlini Yuxasın çiyininə qoydu.

Yuxas qoca həkimin sözlərini tam mənada başa düşməsə də, anlayırdı ki, bu adam uzun illərdən bəri burada böyük bir həyat təəccürbəsi qazanmış və canına-qanına hopmuş bu xəstəxana divarları arasında sürdüyü mənasız ömrünün həyat şərqisinin acı notlarını züm-zümə edir. Bu qırıq-qırıq səslənən həyat şərqisi, bəlkə də qoca Requlinin sona çatmaqda olan öz ömrünə oxuduğu son vida himniydi ki, onu kimlərsə başa düşməkdə aciz idilər.

Yuxası hələ qarşıda hansı çətinliklərin gözləyəcəyinə baxmayaraq, o, öz-özünə fikirləşdi ki, elə bu dəqiqə bu ixtiyar yaşlı həkimə söz verməli onu razı salmalıydı. Qoca Requlinin bulanıq gözlərində sönən həyat eşqi gənc Yuxası bir azca təpərli olmağa vadar etdi. O, dərindən köks ötürüb:

- Əlbəttə...əlbəttə, bu belə də olmalıdır. Başqa cür də ola bilməz.

Yuxasın bu sözlərinə qoca həkim dodaqucu gülümsəyərək başını buladı:

- Mən sənə inanmaq istəyirəm, oğlum, sənin gözlərindəki o parlaq işartılar məni fikrimdə yanılmadığımı söyləyir. ”“ Hə, yadımda ikən sənə maraqlı bir lətifə danışmaq istəyirəm. Bunu hökmən yadında saxla, işdir əgər çətinə düşsən gərəyin ola bilər - deyə qoca həkim gülümsədi. Deyir; -“keçmiş zamanlarda bir məmləkətin kralı həkimini yanına çağırıb ona tapşırır ki, elə bir dərman hazırla həmən dərmanı caamata içirəndə onlar ağıllarını tamam itirsinlər və onları idarə etmək asan olsun.

Həkim çox baş sındırandan sonra dərmanı hazırlayıb gətirir. Kral əmr edir ki, kim bu dərmandan içməsə onun dərhal boynu vurulacaqdır. Canlarının qorxusundan caamat başlayır dərmandan qəbul etməyə. Kimin ki, dilinə bu dərmandan bir azca dəyirsə o dəqiqə ağlını itirir. İş o yerə gəlib çatır ki, bütün məmləkət bu dərmanı qəbul edib ağılsız bir kütləyə çevrilirlər. Bircə, kralla həkimdən başqa, onlar əvvəlki vəziyyətlərində qalırlar. Bir müddət ölkəni idarə etmək krala çox asan olur, o nə deyirsə camaat da onun əmrini can-başla yerinə yetirirlər. Bu minvalla bir müddət beləcə ötüb keçir. Bir gün necə olursa, dəli olmuş caamatın krala qəzəbi tutur və onu daş-qalaq etmək üçün saraya tərəf üz tuturlar. Məsələni krala çatdıranda o qorxusundan bilmir ki, nə etsin. Vəziyyəti belə görən kral tez həkimə əmr edir ki, bir çarə tapsın, yoxsa qəzəblənmiş kütlə onu öldürəcəkdir.

Həkim çox düşünüb, daşınır axırda ağlına gələn fikri krala söyləyir. Deyir ki, kral sağ olsun, bizim başqa çarəmiz yoxdur, bu məmləkətdə əgər hamı dəli, təkcə biz ağıllıyıqsa, onda bizim vəziyyətimiz ağır olacaq, onlar bizi öldürəcəklər. Məsləhətim budur ki, mən həmən dərmandan ehtiyyat ücün bir az saxlamışam, əgər razılıq versəydiniz biz də o dərmandan içib qoşulardıq bu ağılsızlara. Ancaq, bu yolla xilas ola bilərik, başqa heç bir çarəmiz yoxdur”.

Requli sözünü qurtarıb xırıltılı səslə:

- Bir şey anladınmı, cavan oğlan? Bax, görürsən bu qoca, sarsaq həkim bu neçə illəri gör bu zavallılarla necə rəftar etmişdir?

Beş aydan artıq idi ki, Yuxas Requlinin yerinə “Vellas” xəstəxanasında baş həkim işləyirdi. O, dözülməz çətinliklərlə qarşılaşmışdı. İşləri elə əzablı və yorucu idi ki, o, gecə yuxuda da sayıqlayırdı. Səhərdən axşamacan düşərgənin həyət-bacasında dolaşan Yuxas qarşılaşdığı hər bir xəstədən çəkinərək, onları görəndə canına vəlvələ düşürdü. Xəstəxanada onbeş yaşından səksən yaşa qədər ruhi xəstəlikdən əziyyət çəkən xəstələr yerləşdirilmişdi. Səksən yaş son hədd deyildi, sadəcə olaraq “Vellas” ruhi xəstələr müalicə olunan xəstəxananın ən yaşlı sakini Sabo adlı qoca bir qarı idi. O alkoqol epilepsiyası xəstəliyi ilə müalicə olunurdu. Alkoqolun təsiri nəticəsində canında qıcolma, ağ isitmə əmələ gəlmiş, sonradan isə düşüncəsinin pozulması və sidikburaxma halına düşmüşdür.

Ardı var...
Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
AYLIQ
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək