"Namiq Abbasovun kabinetinə daxil olanda ilk sözü bu oldu..."
Oxunub: 10382
18 May 2016 | 01:38
Moderator.az bir müddətdir ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. 

Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi təsvir edərək maraqlı bir tablo yaradır...

Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. 

Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/136805.html
                            

Novruz bayramı ərəfəsində Füzuli cəbhəsinə getmək tapşırıldı. Hərbi komissar və mən  yenə tədarük görüb erkəndən yola çıxdıq. Aşağı Seyidəhmədli kəndindəki hərbi hissədə əsgərlərlə, komandirlərlə görüşdük, özümüzlə apardığımız sovqatı verdik. Mədəniyyət işçiləri də konsert verdi. Əsgərlər arasında bir azərbaycanlı, amma Gürcüstan vətəndaşı həmişəlik yadımda qaldı. O könüllü vuruşmağa gəlmişdi. Millətin qeyrətini çəkənə vətəndaşlıq vacib deyil. Düşmən tərəfdə Amerika, Livan, Suriya və s. dövlətlərin erməni vətəndaşları vuruşurdu.
                                                

1994-cü ildə Qarabağ cəbhəsində döyüşlər əsasən Tərtər istiqamətində gedirdi. Ağdərəni  geri alan düşmənin planında Dağlıq Qarabağ ətrafı bütün rayonların, o cümlədən Tərtərin də işğal edilməsi əsas şərt idi. Bunu bütün Dağlıq Qarabağ ətrafı rayonlar işğal olduqca Tərtərin başını alan təhlükəni ən birinci duyan, bilən, dərk edən elə tərtərlilər idi. Vaxtilə Ağdama getdiyim kimi hər həftə Tərtərə  gedirdim. Kəndimizi, qəbiristanlığı, atamın, anamın qəbrini zyarət edir, fikirləşirdim  ki, bu yerlər  işğal olunsa  həyatda  yaşamağın mənası qalacaqmı? Bir dəfə də icra başçısı  Sərdar Həmidovun  yanına gəldim. Kabinetində bir neçə nəfər hərbçi vardı. Yaxın qohumumuz Validə xala rəhmətə getmişdi. Yasa bir yerdə getdik. Vəziyyətin  reallığını soruşdum. Sərdar Həmidovun cavabı konkret oldu: ”İndiki  başbilənlərə qalsa Tərtər  getməlidi. Hər şey camaatın qeyrətinə qalıb. Yaxşı ki, hələ o vaxtlar İsgəndər (qardaşı İsgəndər Həmidovu deyirdi) bura xeyli silah ”“ sursat yığıb. O silahların hesabına hələ dayanmışıq. Tərtərlilərin vuruşmaq problemi  yoxdu, itirəcək heç nələri qalmayıb, ona görə hələ vuruşurlar. Amma bu gedişlə, bizə olan bu  ögey münasibətlə  Tərtər də  gedə bilər”. Sərdar Həmidov bütün ziddiyyətli xarakterilə düz  danışırdı. Sonralar Heydər Əliyev Bakıda  respublika  müşavirəsi  çağıranda Göyçayın nümayəndəsi kimi mən də iştirak edirdim. Heydər Əliyev Sərdar Həmidovu  həmin iclasda vəzifədən azad etdi. Prezident Aparatındakı  iclas bitəndə  Sərdar Həmidova  liftin qarşısında  yaxınlaşıb təsəlli verdim, Tərtərin  müdafiəsinə görə tərtərlilərin minnətdarlığının hər vəzifədən üstün olduğunu nəzərinə çatdırdım.
 
Həmin müşavirədə Nəcməddin Sadıqovla da qarşılaşdım. Harda olduğumla, rütbəmlə maraqlandı. Cavabımı eşidəndə: “Bıstro rastyoş” dedi, amma özü artıq  general idi, baxmayaraq ki, 1989-cu ildə  ikimiz də mayor  rütbəsində idik...
  
1994-cü ilin mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi imzalandı. Ermənistan az qala  ərazisi qədər torpaqlarımızı işğal etdi. Vətənim  hələ də işğaldadı. Atəşkəs imzalananda zənn edirdim ki, tezliklə  ən azı Qağlıq Qarabağ  ətrafı rayonlarımız geri alınacaq, sonra Dağlıq Qarabağın özünü azad edəcəyik. 1994-cü ildən iki on illik keçib, bir qarış torpaq geri alınmayıb. Bu gedişlə bir neçə on illik də keçə bilər. Millət olaraq  vətənimizi azad etmək  üçün  nə yuxarıdan, nə aşağıdan uğurlu sonuc verən addımı  ata bilmədik. Nə aşağıdan qətiyyətli  tələb var, nə yuxarıdan milləti  səfərbər  edib  qələbəyə aparan. Qarabağla bağlı nəsil itir, bir on ildən sonra  yurd yeri həsrətini çəkən qarabağlı qalmayacaq  və indi ara-sıra Qarabağdan danışan da tapılmayacaq. Zəngəzur kimi, Göyçə kimi...
 
20 ildən çox vaxt keçib. Qarabağ şüardadı, Qarabağ  xatirədədi. Neft pullarının eyforiyası kosmopolit  bir cəmiyyət  formalaşdırıb. Hamı varlanmaq, pullanmaq həvəsilə yaşayır. Cəmiyyətin cavanı da, yaşlısı da dövlətçilikdən, vətən hisslərindən, vətəndaşın şərəfi sayılan Qarabağdan  çox-çox  uzaq olan məqsədlər uğrunda  gecə-gündüz  baş sındırır. Boğazdan yuxarı Qarabağ deyirlər, o da o zaman ki, ordan da bir maddi  xeyir  tapacaqlar. Bəs  vuruşanlar? Qarabağda şəhid olanlar, yaralananlar, bu gün hələ ki, sağ qalanlar? Onlar nə etsinlər? 1994-cü ildən sonra  bir xeyli Qarabağ döyüşçüsü də imkansızlıqdan, xəstəlikdən, yaralarından, dərddən dünyasını dəyişib. Həyatın amansızlığına, onlara qarşı haqsızlığa dözməyib intihar edənlər də, özlərinə od vurub yandıranlar da oldu. 
Ordumuzun tanıdığım zabitlərilə hərdən söhbətlərim olur.Yüksək hazırlıq və əhval-ruhiyyə hiss olunur, amma hələ ki, bu gücü Qarabağ cəbhəsində reallaşdırmaq üçün tarixi şəraitin yetişmədiyini deyirlər. Rusiyanın imkan vermədiyini, daim təzyiq edildiyini təəssüflə vurğulayırlar. Bu nə vaxta qədər davam edəcək? Siyasi iradə və qətiyət xalqı da, ordumuzu da səfərbər edə bilər. Diplomatiyamızın kəsəri artmalıdır. Ölkə dünya qarşısında imicini yaxşılaşdırmaq üçün bütün beynəlxalq təşkilatların hesabatlarında  sonuncu yerdə olmanın səbəblərini aradan qaldırmalı, siyasi, iqtisadi islahatlara başlamalıdı. Bu sonuncu yerlərdə bərqərar olmağımız düşmənə fürsət verir ki, bizi təcrid dövlətinə çevirib sanksiyalar tətbiq etdirsin, birgə yaşamın qeyri-mümkünlüyünü göstərsinlər, onsuz da özlərini əzabkeş obrazında təqdim edən düşmənə əlavə imkan vermək olmaz. Erməni liderlərin siyasəti budur ki, Azərbaycanı elə tanıtmalıdırlar ki, dünya Dağlıq Qarabağın  bizimlə bir dövlətdə yaşamamıza etiraz etsin...
                                             
Göyçayda isti yay günlərinin birində Şəmkirdən tanıdığım və yaxşı münasibətdə olduğum Şahbaz Süleymanov  (hamı onu Saşa kimi tanıyırdı) yanıma gəldi. Bakıdan gəldiyini, yolüstü  görüşmək istədiyini dedi. Söhbət zamanı MTN rəhbəri İmranovla görüşdüyünü, söhbət etdiyini, məndən də danışdığını söylədi. Nazir Aslan Aslanovun  məndən Ramiz Mehdiyevə, Heydər Əliyevə şikayət etdiyini deyib. İmranov bu adamın Heydər Əliyevin qəbuluna qədər getdiyini, məhz məndən şikayət etdiyini, mənim guya cəbhəçi olduğumu, işdən çıxarılmağımın vacibliyini Heydər Əliyevə çatdırıb. Heydər Əliyev də nazirə mənim barəmdə Aslanovun söylədiklərini  deyəndə İmranov cavab verir ki, Göyçayın rəisi 12 ildən çoxdu ki, orqandadı, necə cəbhəçi ola bilər? Heydər Əliyev də deyir ki, Aslanov deyir, özünüz aydınlaşdırın. N.İmranov Aslanova zəng edir, nədən onun özünə deməmiş, işçisindən prezidentə şikayət etdiyini, onu pis vəziyyətdə qoyduğunu soruşur. Aslanov dediklərini dananda, İmranov ona telefonda gözləməyi tapşırır, başqa telefonla H.Əliyevlə danışıb, mənim cəbhəçi olmadığımı, Aslanovun da belə bir söz demədiyini  söyləyir. Heydər Əliyev acıqlanıb- ”mənim vaxtımı boş işlərinizlə almayın, öz işinizi özünüz araşdırın” deyib telefonu qapadıb...

Şahbaz Süleymanov məni xəbərdar etməyi özünə borc bildiyini, Aslanovun məkrli biri olduğunu, ehtiyyatlı olmağımı xahiş edirdi. İllər keçəndən sonra Aslan Aslanovun oğlunu qətlə yetirdilər, qətli törədənlər mətbuata açıqlamalarında bildirirdilər ki, Aslanov məcbur edirmiş ki, qətli Şahbaz Süleymanovun sifarişiylə törətdiklərini istintaqa bildirsinlər. Bu Aslan Aslanovun mənə qarşı olan əməllərinin sonu deyildi. Bu barədə sonra...
     
Nəhayət, Göyçaya icra başçısı təyin edildi. Başçını Abbas Abbasov təqdim etdi. Abbas müəllimdən soruşdum ki, Zərdaba nə vaxt başçı təyin olunacaq? Abbas müəllim gülüb: ”mən təqdim edənəm, təyin edənləri nə vaxt kimsə qane edəndə gətirəcəm”. Mən Göyçaydan nazirliyə işə getdim, Zərdaba hələ də başçı qoyulmamışdı.
                                                        
Füzulinin 500 illik yubileyi keçirilirdi. Göyçayda da tədbir nəzərdə tutulmuşdu.Tədbirdən bir gü əvvəl Göyçay kitabxanasına gəlib Füzulinin  qəzəlləri olan kitabı istədim. Mən Mədəniyyət evinin müdirinə zəng edib kitabı istəyə bilərdim və kitab da yəqin mənə çatdırılacaqdı, sadəcə mənə maraqlı gəldi, kitabxanaya gedən və kitab alıb oxuyan varmı? Kitabxanaya daxil olanda məni kitab iyi deyil, yağlı yeməyin iyi vurdu, kitabxanada işləyən qadınlar nahar yeməyini qızdırıb süfrəyə oturmağa hazırlaşırdılar. Qadınlardan biri könülsüz nə istədiyimi soruşdu. Füzulinin kitablarına baxmaq istədiyimi dedim. Yaxınlıqdakı rəfi göstərib süfrəyə qayıtdı. Kitablardan birini seçib götürmək istədiyimi bildirdim. Kitabxana işçisi: ”Evə kitab vermirik”. Mən pasportuma baxmalarını deyəndə, tanımadıqları adama kitab vermədiklərini qadın dodaqaltı mızıldandı.
 -Yəni kitab həvəskarları var , amma onlar kitabları alıb  qaytarmırlar, eləmi? “. Kitabxanaçı qadın:
-Yaxşı gəlin, anket açım.
İş yerimi  kitabxanaçıya deyəndə, ayağa qalxıb:
-Müdiri indi çağırıram, -dedi
-Müdirə ehtiyac yoxdu, olsaydı yanıma çağırardım. Mən sadəcə kitab alıb aparacam və mütləq qaytaracam.
 
Səhərisi gün mədəniyyət evində yubiley tədbiri oldu. Ön cərgədə əlimdə Füzulinin kitabı oturub baxırdım. Aktyorlar şeir deyir, müğənni Səkinə İsmayılova oxuyur və mənə universitetdə Azərbaycan ədəbiyyatından dərs demiş Firuz Sadıqzadə Füzuli poeziyasından danışırdı.
 
Tədbirdən sonra Çərəkə gölü  deyilən restoranda qonaqlarla  birlikdə şam etdik. Yemək zamanı  aktyor Ramiz Həsənov mənə baxıb, ”müəllim, Siz kimsiniz?” İcra başçısı məndən əvvəl cavab verdi. Aktyor: ”Vallah Sizi əlinizdə Füzulinin kitabı görəndə səhnə arxasına keçib söyləyəcəyim qəzəllərə bir də nəzər saldım. Fikirləşdim ki, bu adam çox güman ki, müəllimdi, əlində kitab yəqin səhvimizi tutmaq istəyir.” Deyəndə ki, Firuz müəllimin tələbəsiyəm, bu müəllimimə xüsusi ləzzət verdi.

Bu hadisəni qələmə almaqda məqsədim odu ki, mən xüsusi xidmət orqanında işlədiyim müddətdə heç zaman jurnalist-filoloq olduğumu unutmadım. İşlədiyim yerlərə ezamiyyətə, sadəcə gəzməyə gələn jurnalistləri, yazıçı, şairləri, aktyorları həmişə qarşılayıb yola salmışam və təşəbbüs öz tərəfimdən olub. Gəncədə Yaşar Nuri, Siyavuş Aslan, Nurəddin Mehdixanlı, Rafael Dadaşov, Firəngiz Mütəllibova, rejissor Lütvi Məmmədbəyov qonaqlarım olub.
Əyalətdə yaşasaq da ölkənin mədəni həyatında baş verən yenilikləri hər zaman izləyirdim. Göyçaydan ailəvi gəlib operada “Jizel”ə baxırdıq.
                                                
Yayda nazirlikdə  Prezident yanında Xüsusi İdarənin yeni rəisi Şəmsi Rəhimovla görüş oldu. Ölkədə vəziyyətin heç də hamar olmadığı  bəlli məsələ idi. Surət Hüseynovla Heydər Əliyevin nə zamansa qarşı-qarşıya  gələcəyini görüş iştirakçıları  hiss edir, amma dilə gətirmirdilər. Şəmsi Rəhimova sual verdim: ”Ã–lkədə  hərbi qüvvələrin  dövlət çevrilişi etmək ehtimalı qalırmı?” Şəmsi Rəhimov açıq danışdı: ”Təəssüf ki, hələ də qalır, amma nəzarətimiz  var”. Söhbət Surət Hüseynovun nəzarətində olan hərbçilərdən gedirdi. Baş nazirin adı çəkilməsə də hamımıza məsələnin mahiyyəti məlum idi. Görüşdə iştirak edən  birinci müavin Namiq Abbasov görüş bitəndən sonra məni kabinetinə çağırdı:
-Sənin bir informasiyan varmı? Elə danışdın ki, elə bil nəsə bilirsən.
-Konkret informasiyam yoxdu, amma Namiq Rəşidoviç, yəqin Siz də bilirsiniz ki, baş nazirlə prezident arasında soyuq müharibə açıq görsənir. Baş nazir ruslar demiş “человек непредсказуем” .
-Sən bu saat bizə Gəncədə lazım idin, Göyçayda yox. Səni Şəmkirdən niyə çıxardılar, çıxarırdılarsa niyə Göyçaya göndərdilər? Sənin yerinə qoyulan göydən alma dərəcək mənim üçün. Tanımırlar o simulyantı? ( Həmin şəxsi simulyantlığına görə Əfqanıstandan o vaxt qovmuşdular. N.Abbasov ona işarə edirdi) Gəncənin rəisi Tofiq təcrübəli işçidi, hakimiyyətə sadiq adamdı, amma nəzərə almaq lazımdı ki, onu ora Surət Hüseynov qoydurub, Gəncəni də sənin kimi tanımır. Nə isə, Gəncədəki imkanlarınla həmişə əlaqədə ol, şübhəli bir şey olsa sənə desinlər”.
 
                                              
MTN təcridxanasından Rəhim Qazıyev, Baba Nəzərli, Əlikrəm Hümbətov, Arif Paşayev qaçırıldı. Hər halda bu adamlar plan cızıb özləri qaçmamışdılar. Göyçaya da xəbər verdilər ki, Rəhim Qazıyevin orda qohumu var,  ora da gələ bilər. Aydın məsələ idi ki, bu hər ehtimala qarşı olan tədbir idi. Yadıma Oleq Qordiyevskinin Moskvadan qaçırılması düşdü. Qordiyevski qaçırılanda mən Gəncədə işləyirdim. Axtarışa baxırdım. Gəncəyə belə bir tapşırıq gəlmişdi ki, Qordiyevskinin həyat yoldaşı Leyla Əliyevanın atası Hüseynəli  əslən Gəncə tərəfdəndi, diqqətli olun, bəlkə Qordiyevski Gəncəyə gəlib?! O tapşırığı göndərən də bilirdi ki, Qordiyevski artıq SSRİ hüdudlarından kənardadı, amma hər ehtimala qarşı... Eynilə Rəhim Qazıyevi Göyçayda axtarmaq da buna bənzəyirdi.

Hadisələr bir-birinin ardınca baş verirdi. Afiyəddin Cəlilovla Şəmsi Rəhimovun qətli də  baş verənlərin davamı idi. Nazir Nəriman İmranov vəzifəsindən azad edildi. Həftənin birinci günü idi,  kollektivi toplayıb işçilərdən birinin düzgün olmayan  mövqeyini müzakirəyə təzəcə başlamışdıq ki, əməliyyat telefonu zəng çaldı. Namiq Abbasov idi:
-Sən axı, o Göyçayda nə edirsən? Burda sən mənə lazımsan. Tez ol, dur  gəl  bura, səni gözləyirəm.

Təcili maşına oturub Bakıya yola düşdüm.Yolboyu Abbasovun məni  çağırmağının səbəbini  dəqiqləşdirməyə çalışırdım. Təbii, hansısa tapşırığın olacağını bilirdim, amma  məni nazirliyə işə dəvət edəcəyini gözləmirdim. Ona görə gözləmirdim ki, Təhməzov istisna olmaqla heç bir nazirlə xüsusi yaxınlığım olmamışdı. Abbasovla da həmişə məsafəli davranmışam. Bu düşüncələrlə Bakıya çatdım. Namiq Abbasovun kabinetinə daxil olanda ayağa qalxıb məni salamladı və ilk sözü bu oldu:
“Necə deyərlər, iti öldürənə sürüdərlər. Yadındadı, Gəncədə mənə demişdin ki, bütün əsasnamələr, təlimatlar SSRİ-dən qalmadı, hələ də onlara əsaslanıb işləyirik. Demişdin ki, bizə öz dilimizdə fəaliyyətimizi  tənzimləyən təlimatlar, əmrlər lazımdı. Bax, indi səni gətirirəm Bakıya, xüsusi inspeksiyada şöbə rəisi təyin edirəm. İnspeksiya fəaliyyətinlə bərabər bütün əsasnamələri, təlimatları, aparıcı əmrləri bizim hüquq şöbəsiylə bir yerdə hazırlamağı sənə tapşırıram. Bilirəm Bakıda evin yoxdu, sənə 3 ilə Nərimanovun heykəli arxasında ev verəcəm. Get işlərini təhvil ver, köç Bakıya. Əmrini bu saat imzalayıram.

Mən əmrə tabe olduğumu deyib, Abbasova etimadı üçün təşəkkürümü bildirdim...


Dəyərli oxucu, beləliklə, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın kitabının sonuncu bölümünə çatdıq. Müəllif 1994 - cü il oktyabr və 1995-ci il mart hadisələrinin təhqiqat komissiyasının üzvü olduğundan o hadsələrə fərqli, indiyədək bimədiyiniz münasibəti kitabdan oxuyacaqsınız. Odur ki, sonuncu bölümü oxuculara təqdim etmirik və onu ancaq kitab nəşr olunduqdan sonra Moderator.az oxucularına təqdim edəcəyik...
Oxşar xəbərlər
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:10, Bu gün
Ağdərədə sümük fraqmentləri aşkarlandı
13:08, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."