"Bilirsənmi Elçibəy seçilməsə, bu, millətin faciəsi olacaq?"
Oxunub: 11344
05 May 2016 | 01:40
Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi təsvir edərək maraqlı bir tablo yaradır...


Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. 

Əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/135070.html


...Bakı yenə qaynamağa başladı. Milli Məclisdə dava, mübahisələr...Heç gözlənilmədən Ayaz Mütəllibov yenidən Milli Məclisdə prezident kimi geri qayıtdığını bəyan edəndə yalnız təəccüblənmək qalırdı. Deməli, yenə torpaq itkisi, yenə hakimiyyət dəyişikliyi...A.Mütəllibovun ilk kadr təyinatı Rəhim Hüseynovu Nazirlər Sovetinin sədri təyin etməsi oldu. Aydın məsələ idi ki, A.Mütəllibovun yenidən qayıtması bir plan idi, amma sonadək düzgün işlənməyən plan. Hakimiyyət dəyişikliyinin, faktiki olaraq çevrilişin öz qaydaları var. Nazirlər Sovetinin sədri 10 gün sonra da təyin oluna bilərdi, amma həmin gün ilk olaraq Daxili İşlər Naziri təyin edilməliydi və təqdimatdan sonra nazir qətiyyətli çıxış etməliydi. Həmin gün MTN, MN rəhbərləri yenilənməli, qarşılarında ən sərt tələblər qoyulmalıydı. Heç biri olmadı. Səhərisi gün Xalq Cəbhəsi bir neçə silahlı adam və üzvləri ilə Mütəllibovu Moskvaya getməyə məcbur etdi. Milli Məclis çağırıldı, İsa Qəmbər MM-in sədri olaraq dövlət başçısı səlahiyyətlərini icra etməyə başladı. Ölkədə yeni dönəm yaranırdı, fərqli siyasət yürüdülür, yeni kadrlar təyin olunurdu. 
 MTN-ə nazir Fəxrəddin Təhməzov təyin edildi. Fəxrəddin müəllim bir neçə ay əvvəl Gəncə şöbəsinin müavini vəzifəsindən çıxıb yenicə yaradılmış Bakı şəhər şöbəsinə müavin təyin edilmişdi. Gəncədə bir ildən artıq bir yerdə işləmişdik, xoşrəftar, yumşaq təbiətli bir şəxs idi. Gözlənilməz təyinat idi. Sonralar Yaqub Məmmədovla söhbət zamanı məlum oldu ki, Əbülfəz Elçibəy ilk olaraq MTN-ə Namiq Abbasovun namizədliyini irəli sürüb, Vəzirov dövründə haqsızlığa məruz qaldığını əsas amil kimi irəli sürüb. Müzakirədə iştirak edənlər N.Abbasovun Heydər Əliyevin kadrı olduğunu, daha çox ona bağlı olduğunu bildirib qəti etiraz edirlər. Belə olanda Elçibəy israr edib ki, Milli Təhlükəsizlik Nazirinin namizədliyini  müzakirələrə dəvət olunmuş Yaqub Məmmədov versin (?!) İki namizədin də adı çəkilib, ümumi razılıq olmayıb, nəhayət Yaqub müəllim əvvəllər Tibb İnstitutunun kuratoru olmuş Fəxrəddin Təhməzovun namizədliyini verəndə  Elçibəy də, müzakirə iştirakçıları da  razılaşıb. Yumşaq desək, bu yanaşma düzgün deyildi. Hakimiyyətə gələn şəxs ən azı komandasında kimin hansı vacib postları tutacağını çoxdan müəyyənləşdirməli idi. Xüsusi xidmət orqanı kimi  dövlətin bel sütunlarından olan bir quruma öz namizədin yoxsa, deməli o təşkilatın mahiyyətini düzgün qiymətləndirə bilməmisən. Nazirin birinci müavini  Sülhəddin Əkbər, müavin isə Murmanskdan qayıtmış Namiq Abbasov təyin olundu.
  
Qarşıdan prezident seçkiləri gəlirdi. Bu arada rayonlarda icra başçıları sürətlə dəyişdirilir, Xalq Cəbhəsinin üzvləriylə əvəz olunurdu. Şəmkirin icra başçısı Elxan Əliyevin də işdən azad olunması barədə fərman verildi və Tofiq Hüseynov (Qara Tofiq) Şəmkirə başçı təyin edildi. Şəmkirlilər bu qərarı etirazla qarşlıdılar və icra hakimiyyətinin qarşısında etiraz mitinqi təşkil edildi. Səbəb yalnız Tofiq Hüseynovun əslən Tovuz rayonundan olması idi.  Rayonun idarə-təşkilat rəhbərləri, hətta polis rəisi mitinqdə iştirak edir, çıxış edərək fərmanın ləğv edilməsini tələb edirdilər. Məndən başqa demək olar ki, əksəriyyət rəhbərlər mitinqdə idilər. Əməkdaşlar tez-tez gəlib mitinq haqqında informasiya verir, mən də öz növbəmdə nazirliyi məlumatlandırırdım. Mitinqdən sonra polis rəisi V.Quliyev zəng edib niyə mitinqdə olmadığımla maraqlananda dedim: ”Dövlətin rəsmi fərmanı var, ona qarşı çıxmaq mənim işim deyil, mənim işim hadisə barəsində informasiya verməkdi.” Rəis cavabında: Ağıllı işi sən gördün-dedi. İsgəndər Həmidov bir neçə gündən sonra rəisi vəzifədən azad etdi, daha doğrusu yerini Xanlar rayonuna dəyişdi. Tofiq Hüseynov isə vəzifəsinin icrasına hələ başlaya bilməmişdi.


Təxminən mayın 25-i olardı. Gəncədə “Qarabağ”cəmiyyəti yaradılmışdı və mən, əksər qarabağlı hüquq mühafizə orqanlarının əməkdaşları, ali məktəblərin müəllimləri, həkimlər, digər peşə sahibləri cəmiyyətdə fəal işlər görür, hətta “Qaraba𔝠adlı qəzet çıxarmağa başlamışdıq. Xəbər gəldi ki, bazar günü Gəncədə Lalə-Şövkət Hacıyeva  şəhər ictimaiyyətilə görüşmək istəyir. İndiki YAP Gəncə təşkilatının yerləşdiyi binada “Qarabağ”cəmiyyətinin üzvləri ilə Lalə xanımın görüşü  baş tutdu. Lalə xanım səhnəyə üç nəfərin müşayətilə daxil oldu. Kənd Təssərrüfatı İnstitutunun rektoru Məmmədtağı Cəfərov,  Gəncə Dəmir Yolu prokuroru Əli Ömərov və  o zaman kənd təsərrüfatı institutunda laborant işləyən Aslan Aslanov Lalə xanımı səhnəyə qədər ötürdülər. Lalə xanım ümumi ictimai-siyasi vəziyyətlə bağlı bir neçə dəqiqə çıxış edib Azərbaycanın ağır durumda olduğunu görüş iştirakçılarının nəzərinə çatdırdı və seçimin düzgün olmasının vacibliyini bir neçə dəfə təkrar etdi. Ön cərgədə əyləşmiş Kənd Təsərrüfatı institutunun bir professoru(əslən Cəbrayıldandı) yerindən replika atdı:
-Xanım, məsələni çevirmək lazım deyil, sözünün Mustafasını de, işimizi bilək.
-Nə Mustafa?
-Yəni, deyin görək Siz kimi məsləhət bilirsiniz bu ölkəyə başçılıq etsin?
-Mən əlbəttə Heydər Əliyevi nəzərdə tuturam və indiki vaxtda yalnız o xalqı qurtara bilər.
Söz Lalə xanımın ağzında bitməmiş həmin müəllim ayağa qalxdı:
-Elə bilirdiniz  biz bilmirik bayaqdan kimi deyəcəksiz? Sizi  içəri  ötürənləri görəndən bu camaat bilir məqsədiniz nədi. Demək istəyirsiniz ki, qayıdaq köhnə vaxta,  yenə başlasın ermənistanlı, naxçıvanlı tayfabazlığı. Boğaza yığılıb bu millət, imkan verin nəfəs alaq.
 
Müəllimin çıxışından sonra yerdən böyük etiraz səsləri qalxdı. Lalə xanımı qınayan sərt sözlər, çıxışlar oldu. Cəmiyyətin sədri isə tribunaya qalxıb, çox kəskin çıxışla Lalə xanımın mövqeyini  tənqid etdi. Səslərin getdikcə ucaldığını hiss edən Məmmədtağı Cəfərov içəri girib Lalə xanımı səhnədən apardı.
 “Qarabağ”cəmiyyəti görüş yerində cəbhədəki vəziyyəti müzakirə etməyə başladı və məlum oldu ki, Ağdam istiqamətində vəziyyət gərginləşə bilər. Cəmiyyət üzvləri durumu Bakıya çatdırmağın zəruriliyini qeyd edib, cəmiyyətin üzvü Zakir Məmmədova tapşırdı ki, yaranmış vəziyyət barədə mütləq İsgəndər Həmidova, o da öz növbəsində ölkə rəhbərliyinə günü sabah məlumat çatdırsın. Zakir İ.Həmidovun kiçik qardaşı olduğundan bu görəv ona həvalə edildi. Zakirlə yanaşı oturmuşduq. Mənə baxıb dedi ki, “qohum,  sabah gəl bir yerdə gedək, maşını növbə ilə sürərik”. Razılaşdım.

Səhərisi günortadan sonra Daxili İşlər Nazirliyində olduq. İsgəndər Həmidov bizi qəbul etdi. Ağdamdan olan narahatçılığımızı çatdırdıq. İsgəndər bəy yaxın günlərdə Ağdam istiqamətində  hücum olacağını, prezident seçkisi gününə -7 iyuna uğurlu əməliyyat hazırlandığını deyib bizi bir az rahatlatdı. Üzünü mənə tutub:
-İlham, yenə Gəncədə işləyirsən?
-Şəmkirdə rəisəm.
-Bəs Gəncədə kimdi rəis?
-İndi boşdu. Cəbrayıl Nağıyevi çıxarıblar.
-Bilirəm, Cəbrayıl deputat yoldaşımdı. Səni niyə qoymurlar ora? Özün də Gəncədə neçə illər işləmisən.
Mən sakit dayanıb, heç nə demədim. İsgəndər bəy telefonu qaldırıb köməkçisinə:
-Milli Təhlükəsizlik Nazirinə de ki, mənə zəng etsin.
Düzü bir az təəccüb etdim ki, adətən xüsusi xidmət orqanı kimi MTN  siyasi sıralamada öndə gəlir, amma, hakimiyyət Fəxrəddin Təhməzovun deyil, Milli Azadlıq Hərəkatının liderlərindən olan İsgəndər Həmidovunkudu. Ola bilər... F.Təhməzov zəng vurdu. Hal-əhvaldan sora İ.Həmidov:
-Fəxrəddin müəllim, Gəncə şöbəsi boşdu, yoxsa kimisə təyin etmisiniz? Lap yaxşı, Şəmkirin rəisi İlham İsmayılov mənim qohumumdu. Özünüz də bilirsiniz ki, vətənpərvər, qoçaq oğlandı, Çaykənddə  vuruşduğunu özüm görmüşəm. Mən xahiş edirəm, elə imkan varsa İlhamı Gəncəyə rəis göndərin.
 İsgəndər bəy sağollaşandan sonra: -Dedi sabah əmrini verəcəm.
Mənə təşəkkür etmək qalırdı. İsgəndər bəylə xudahafizləşib Gəncəyə döndük.

Ertəsi gün Şəmkirdə işə başlayanda Bakıdan xeyli zəng gəldi. İlk olaraq keçmiş rəisim Rəhman Mikayılov məni təbrik edib, kollektivlə əl-ələ verib işləməyi tövsiyyə etdi. Bir neçə rəhbər işçilər də zəng vurub məni təbrik edirdilər. Axşama qədər zənglər qəbul etdim, amma kadrdan zəng gəlmədi. Növbəti gün heç bir zəng olmadı. Nazirə zəng vurmağı özümə sığışdırmadım. Bir gün də keçdi və Təhməzov zəng etdi. Nazir mənim təyinatımın alınmadığını söyləyib, birinci müavin Sülhəddin Əkbərin bu təyinata qarşı çıxdığını, səbəb kimi də mənim İsgəndər Həmidov tərəfindən tapşırıldığımı, onun qohumu olduğumu bildirib. F.Təhməzov:

- İsgəndərlə Sülhəddinin arası yoxdu. Mən çalışdım, səni təriflədim, amma Sülhəddin israr etdi,  Elçibəyə deyəcəyini, heç cür imkan verməyəcəyini söylədi. Mən: narahat olmayın, Fəxrəddin müəllim, bəlkə də belə yaxşıdır- dedim. Sonralar öyrəndim ki, Sülhəddin Əkbər bu məsələ ilə bağlı Elçibəyə qədər demişdi.
 
Bir gündən sonra Gəncə şəhər şöbəsinin rəis müavini Rəfail Mrzəyev rəis kimi təsdiq olundu. Namiq Abbasov Gəncəyə gəlib R.Mirzəyevi kollektivə təqdim etdi və zəng edib səhərisi günü Şəmkirə gələcəyini bildirdi. İyunun 5-də Namiq Abbasov Rəfail Mirzəyevlə birlikdə Şəmkir rayon bölməsinə gəldi. Həyətdə qarşıladım. N.Abbasov məni qucaqlayıb: Sizlər üçün darıxmışam- dedi. Kabinetə keçib söhbətləşdik. Rayondakı vəziyyət barədə  hərtərəfli məlumat verdim. N.Abbasov məni dinlədikdən sonra:
-Yaxşı, iki gündən sonra seçkidi. Nə gözləyirsən, Elçibəy qalib gələcəkmi?
Bu sualı gözləyirdim. Cavabımın nazir müavinini rahatsız edəcəyini bilsəm də həqiqəti dedim:
-Namiq  Rəşidoviç, Elçibəy Şəmkirdə qalib gəlməyəcək. Uzaqbaşı burda 25 faiz səs toplayacaq.  İcra başçısı Tofiq Hüseynov hələ işinin icrasına başlaya bilməyib. İcra Hakimiyyətinin birinci müavini bilir ki, sabah onu işdən çıxaracaqlar. Onun üçün kimin seçilməsinin fərqi yoxdu. Əhali də Nizami Süleymanovun yağlı vədlərinə daha çox inanır. Şəmkirdə əhalinin ictimai fəallığı çox aşağı səviyyədədi. Camaat Rusiyadadı, başları ticarətə qarışıb. Rayonun cəbhəçiləri çox azdı və nüfuz sahibləri deyillər.
Namiq Abbasov qayğılı baxışlarla  üzümə baxıb:
- Nə danışırsan, İlham? Sən bilirsənmi bəy seçilməsə, bu millətin faciəsi olacaq? Ölkəni yenidən hərc-mərclik götürəcək.
-Namiq Rəşidoviç, bilirəm ki, anarxiyaya son qoyulmalı, normal  dövlət qurulmalıdı, amma mən reallığı deyirəm.
- Elə mən də ona görə deyirəm ki, bəy millətin xilasıdı. Bu heç yaxşı xəbər olmadı. Gəncədə Səbuhi müəllim (Səbuhi Abdinov o vaxt Gəncə şəhər icra hakimiyyətinin hələ başçısı idi) dedi ki, hər şey yaxşı olacaq. Sən başla bu gündən adamlarla, məntəqələrlə görüş ki, düzgün seçim etsinlər.
-Bilirsiniz ki, mən burda cəmi yeddi aydı işləyirəm. Bu gün nüfuzum hara qədərdisə maksimum çalışacağam, amma bu əsaslı dəyişiklik gətirməyəcək.

N.Abbasov ayağa qalxıb xudahafizləşdi, yenə bu istiqamətdə çalışmağımı tapşırıb Gəncəyə döndü.
Zaman keçəcək, Elçibəyi millətin xilası kimi dəyərləndirən Namiq Abbasov 10 il nazir olduğu müddətdə onun özünə olmasa da,  komandasının üzvlərinə  aqressiv münasibət göstərib, çoxsaylı həbslər edəcək. Elçibəy millətin xilaskarı ola bilmədi, amma Abbasovun da təmsil olunduğu klanın həqiqətən xilaskarı oldu. Bəlkə elə buna görə Abbasov  uzaqgörənliklə onu  xilaskar hesab etmişdi.

İki gündən sonra seçki keçirildi. Şəmkirdəki nəticələr belə idi - Yaqub Məmmədov 6 faiz, İlyas İsmayılov 1 faiz, Əbülfəz Elçibəy 22,5 faiz, Nizami Süleymanov 70 faizdən bir qədər çox...

Əbülfəz Elçibəy prezident oldu.
 
Bir neçə gündən sonra Tofiq Hüseyinov Şəmkirdə icra başçısı kimi qanuni fəaliyyətinə başladı.Tofiq bəylə ilk gündən isti münasibətlərimiz yarandı.Tofiq bəy Elçibəy hakimiyyətinin azsaylı uğurlu kadrlarından biri idi. Mən hərtərəfli köməklik göstərirdim. Bir neçə kadr dəyişikliyi oldu, ümumiyyətlə isə kolxoz, sovxoz təsərrüfat sistemi hələ də qalırdı və köhnə kadrların çoxu iş başındaydılar və deyim ki, bu Tofiq bəy tərəfindən atılan düzgün addım idi.
Bölmədə katibə Tamara adlı bir tatar qadın idi. Mən onu başa saldım ki,artıq yazı işləri Azərbaycan dilində aparılır və onun işdən getməsi labüddü. Yeni işçi gələnə qədər poçtun qəbulu, yola salınması baş əməliyyat müvəkkili T.Hacıyevə tapşırılmışdı. Bir gün kadrdan zəng gəldi. Əməkdaş sənədlərin birinin üstünə “şəxsən”möhürünün əvəzinə ”tamamilə məxfi”möhürünün vurulduğunu söylədi və rəhbərliyə məruzə olunduğunu dedi. Bir gün sonra nazir zəng vurdu:
-İlham, mən çox istədim sənə cəza verilməsin, amma Sülhəddin bəy israr etdi ki, bu məsələyə görə rəis də məsuliyyət daşıyır. Göstəriş verib ki, baş əməliyyat müvəkkilinə “şiddətli töhmət”, mənə “töhmət “verilsin. 
Mən gülüb - hər şeyi başa düşürəm- dedim. Bu töhmətə görə polkovnik-leytenant rütbəmi 6 ay gec aldım.

Bakıya iclasa çağırmışdılar. İclasdan sonra Sülhəddin Əkbərlə görüşmək istədim. Kabinetinin girişində köməkçi harasa getmişdi. Qapını döyüb içəri girmək istəyəndə kadr idarəsinin rəisi Xaliq İsgəndərovun içəridə olduğunu gördüm. Bir anlığa geri qayıdıb ”“ qayıtmamağımı fikrləşirdim ki, Sülhəddin bəy: Ə, görmürsən içəridə adam var-dedi. Qapını örtüb çıxdım və maşına oturub Şəmkirə qayıtdım. Bu formada müraciəti  işlədiyim 10 il müddətində KQB-də, MTN-də heç kimdən görməmişdim və ümumiyyətlə xüsusi xidmət orqanında tələb, tənqid yüksək olduğu qədər heç vaxt təhqir işlənməzdi. Sülhəddin Əkbər  İsgəndər Həmidova olan şəxsi mənfi münasibətinin nəticəsi kimi mənə qarşı aqressivliyini hələ də davam etdirirdi...

Ardı var...
Oxşar xəbərlər
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:39, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
GÜNLÜK
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb