"Əgər Badamlı suyu artıq ərəb ölkələrinə satılırsa, bu, möcüzədir" - Amerikalı jurnalist
Müsahibə
Oxunub: 6937
03 May 2016 | 22:13
Ötən həftə Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmiş Amerika Birləşmiş Ştatlarından olan siyasi analitik və araşdırmaçı jurnalist Peter Tase Naxçıvan Muxtar Respublikasına da səfər edərək onun görməli yerləri, tarixi abidələri və təhsil müəssisələri ilə yaxından tanış olub. 

"Şərq Qapısı" qəzeti amerikalı jurnalisti redaksiyaya dəvət edərək onun təəssüratlarını öyrənib. 

Moderator.az həmin müsahibəni oxuculara təqdim edir: 

”“ Artıq üç gündür ki, Naxçıvandasınız və səfərinizdən hansı təəssüratlarınız var?

”“ Bu, mənim Naxçıvana ikinci səfərimdir. 2014-cü ilin payızında keçirilən humanitar forumun iştirakçısı kimi o zaman yenə də Naxçıvana səfər etmişdim. Bu dəfə də qismət oldu, gözəl ölkənizə dəvət aldım və yenidən Naxçıvana gəldim. Naxçıvana ilk gəlişimdən sonra çox dəyişikliklərin şahidiyəm. Təəssüratlarıma Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlər üçün yaradılmış şəraitdən başlamaq istəyirəm. Limanın xidmət potensialının artırılması məqsədilə görülmüş işlər onu göstərir ki, Naxçıvan hər gün yüzlərlə qonağı qarşılamaq üçün bütün imkanlara malikdir. Bu, inkişaf edən ölkəniz üçün çox vacibdir, çünki indi bütün dünyanın diqqəti Naxçıvandadır.


”“ Səfəriniz zamanı diqqətçəkən nələr gördünüz?

”“ ABŞ-la Azərbaycan arasında 12 saata yaxın zaman fərqi olsa da, heç yorulmuram. Naxçıvanda özümü rahat hiss edirəm. Əvvəlcə Ordubadda olduq. Şəhər, onun quruluşu, məscidləri, digər tarixi abidələri, Ordubad çinarları məndə dərin təəssürat yaradıb. Milli yeməklərinizi çox bəyənirəm. Mənə görə Naxçıvan mətbəxinin əvəzi yoxdur. Ordubadda nələr görmədik? Bu şəhər başdan-başa muzeydir. Fikrimcə, Ordubad şəhəri YUNESKO-nun ümumdünya irsi siyahısına salınmalıdır. Bununla bağlı dünyanın nüfuzlu mətbuat orqanlarında yazılar dərc etdirəcəyəm. Mənim əsas maraq obyektim tarixi abidələr və arxeoloji mədəniyyət nümunələri üzrədir. Ordubadda aldığım təəssüratlar bir neçə yazımın əsas motivi olacaq.

”“ Naxçıvandakı tarixi abidələr sizə nə deyir?

”“ Vətənpərvərlik! Bilirsiniz, hər bir insan öz vətənini çox sevir. Ancaq bunu sözdən çox işdə, əməldə etmək daha yaxşıdır. Mənə bərpa olunan Gülüstan türbəsini göstərdilər. Bu, bir qəhrəmanlıqdır. Necə ki, azərbaycanlılar bir zamanlar bu yerləri qorumaq, onun üzərində tarixi abidələr ucaltmaq üçün fədakarlıq edib, bu gün də həmin ənənə davam etdirilir. Bu abidələr təkcə Azərbaycanın deyil. Onlar bütün bəşəriyyətin maddi-mədəni irsi kimi gələcək nəsillər üçün qorunub saxlanılmalıdır. Naxçıvanda tarixi abidələrə göstərilən diqqət məni heyrətləndirdi. Bu baxımdan Naxçıvanın rəhbəri cənab Vasif Talıbovun gördüyü işlər dünya əhəmiyyətlidir.

”“ Əlincəqalaya getdinizmi?

”“ Ordubaddan geri dönüşdə hava yağışlı olsa da, qalaya qalxmaq imkanımız oldu. Bu, mənim həyatımda möhtəşəm bir an idi. Bir daha belə bir hissi yaşaya biləcəyimə inanmıram. Qalanın müdafiəçiləri 14 il ərzində işğalçıdan qorunmaq üçün böyük qəhrəmanlıq göstəriblər. İnsanlar tarix yazıblar. Bu tarix bu gün də yazılır. Əlincəqalanın bərpasını, tarixi bərpasını nəzərdə tuturam. Bəli, bu, tarixi bir fürsətdir. Mənə verilən məlumata görə artıq iki ildir ki, burada bərpa işləri aparılır. Bu möhtəşəm tarixi qalanın bərpası həm müasir Azərbaycan tarixinin bir hissəsi, həm də mükəmməl liderliyin doğurduğu böyük vətənpərvərlik illüstrasiyasıdır. Bu işin həm də psixoloji tərəfi var. Buradakı daşlarda, pillələrdə qalanın müdafiəçilərinin qəhrəmanlığı qədər Naxçıvan rəhbərinin səbri və qətiyyəti də aydın oxunur. Bu işlər Naxçıvanın və bütün Azərbaycanın mənfəəti naminə çox əhəmiyyətlidir. Modern dünya da bütün bunlara ümumbəşəri işlər kimi yanaşır. İnanıram ki, yaxın zamanda bütün bunlar beynəlxalq səviyyədə də öz qiymətini alacaq.

”“ Sizinlə redaksiyanın həyətində söhbətləşərkən Naxçıvandakı məktəblərin, universitetlərin və istehsal müəssisələrinin müasirliyindən danışdınız. Deyəsən, təhsil və istehsal müəssisələri də sizdə zəngin təəssürat yaradıb.

”“ Bilirsinizmi, öz keçmişi ərzində yüz, ikiyüzillik müstəqillik tarixi olan çoxlu ölkələr tanıyıram. Məsələn, Cənubi Amerika qitəsindəki ölkələrdə elə kəndlər və hətta kiçik şəhərlər var ki, orada bir dənə də olsun məktəb yoxdur. Bu gün Naxçıvanda yeni tikilmiş yüzlərlə məktəb, kollec və universitet binasını yalnız ölkəsinin və millətinin gələcəyini düşünən insanlar yarada bilər. Mən öyrənəndə ki, burada muzeylərlə məktəblər arasında interaktiv əlaqə yaradılır, açığı çox təəccübləndim. Dünyanın heç bir inkişaf etmiş ölkəsində bu işi pulsuz həyata keçirmirlər. Bu, bir vətənpərvərlik nümunəsidir. Mən yenə tarixi abidələr mövzusuna qayıtmaq istəyirəm. Məsələn, bildiyiniz kimi, Peruda qədim İnk mədəniyyətinin zəngin izləri vardır. Ancaq mən istəyirəm ki, onlar Naxçıvana gəlsinlər və görsünlər ki, tarixi abidələrə necə qayğı göstərmək lazımdır. Bütün bunlar blokada şəraitində, onun çətinlikləri altında həyata keçirilib. Düşünürəm ki, əgər Azərbaycana qarşı erməni təcavüzü olmasaydı, bu gözəl diyar, eləcə də bütün ölkəniz daha da inkişaf edə bilərdi. Mən Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin kampusu ilə tanış oldum və tələbələrlə görüşdüm. Belə bir müasir universitet şəhərciyi yalnız Avropanın paytaxt şəhərləri ilə müqayisə oluna bilər. Buradakı tələbələrlə söhbətdə onların fəallığını yaxından hiss elədim. Bundan əvvəl Naxçıvan Biznes Mərkəzi ilə tanış olmuşdum. Burada nümayiş etdirilən Naxçıvan məhsullarına gəldikdə isə onu deyə bilərəm ki, bu, cəmi iki onilliyə sığa bilən astronomik inkişafın nəticəsi ola bilər. Əgər Badamlı suyu artıq ərəb ölkələrinə satılırsa, bu, möcüzədir. Naxçıvandakı daş məhsulları istehsalı müəssisəsi də öz müasirliyi ilə məni heyrətləndirdi. İnanın, dünyanın mərmər idxal edən ölkələrinin Naxçıvan mərmərindən xəbəri olsa, onlar daha italyan mərməri almayacaqlar. Çünki buradakı məhsullar həm ucuz, həm də keyfiyyətlidir. Başqa bir fakt isə daha heyrətamizdir. Mənə dedilər ki, artıq Naxçıvanda 8 elektrik stansiyası var. Buna heç kim heyrətlənməyə bilməz. Müqayisə aparaq, Braziliya kimi böyük bir ölkə­də 1984-cü ildən bəri cəmi 7 elektrik stansiyası tikilib. Ancaq 1995-ci ildən sonra biri Günəş stansiyası olmaqla, Naxçıvanda 7 elektrik stansiyası yaradılıb. Bunlar təəccüblü olsa da, faktdır. Fakt odur ki, naxçıvanlılar bunları edə biliblər. Dostlarımızın uğurları bizi çox sevindirir.

”“ Artıq Naxçıvandan ayrılırsınız. Ümid edirik ki, ABŞ-dakı dostlarımızla bölüşə biləcəyiniz çox təəssüratlar əldə etmisiniz.

Bəli, Naxçıvana bu səfərimlə, ümumiyyətlə, Bakı forumunda iştirakımla ölkənizi daha yaxından tanıdım. Bu, mənim üçün tarixi bir hadisə oldu. Sizi də, qəzetinizin əməkdaşlarını da yaxından tanıdım. Bu, mənim üçün yeni bir başlanğıcdır. Çox dərin təəssüratlar və pozitiv enerji ilə ölkənizdən ayrılıram. Müxtəlif vaxtlarda “Şərq qapısı” qəzetində dərc olunmuş məqalələrimin olduğu nüsxələr də mənim üçün ən yaxşı hədiyyə oldu. Bu gözəl diyarınızın inkişafı və qorunması işində hamınıza uğurlar arzulayıram.

Ardı var...
Oxşar xəbərlər
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
GÜNLÜK
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı