"Türkiyəyə bağladığımız ümidlər çox vaxt özünü doğrultmayıb"
Oxunub: 6418
03 May 2016 | 14:23
Son zamanlar cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsi hər bir vətəndaşı narahat edir. Azərbaycan 22 ildən sonra yenidən başlayan bu döyüşlərdə revanşını ala biləcəkmi? Müharibədə rus izi varmi və bu, tərəflərə nə qazandıracaq? Beynəlxalq qurumlar tərəfdən təqdim olunan sülh sazişləri milli maraqlarımıza nə qədər cavab verir?

BAXCP sədri, deputat Qüdrət Həsənquliyevlə söhbətimiz də bu suallar ətrafında oldu. Deputatın müsahibəsinin sonuncu bölümünü təqdim edirik:

 
”“ Qüdrət bəy, situasiya bu qədər bizim xeyrimizə ikən, o zaman niyə 3 günlük müharibəni qələbəyə qədər davam etdirmədik?

”“ Rusiya faktoruna görə”¦

”“ Yəni deyirsiniz ki, davam etdirə bilməzdik?

”“ Etdirə bilərdik. Amma bu, çox riskli olardı. Rusiya bizim Baş Qərargah rəisini Moskvaya dəvət edirsə, deməli, çox yüksək səviyyədə təzyiqdən söhbət gedir. Əlbəttə, Baş Qərargah rəisi Moskvaya Ali Baş Komandanın razılığı ilə gedib və atəşi dayandırmaq  barədə sənədə imza atıb. Uzaqdan insana döyüş, müharibə asan görünür. Kifayət qədər informasiyaya sahib olmayan insanlar üçün bu hal normaldır. Amma onlar da qəbul etməlidirlər ki, müharibə aparmağa qərar verən şəxslər daha artıq məlumata sahibdirlər. Müharibələr sırf müharibə etmək, populizm xətrinə aparılmır. Müharibə aparan tərəfin yeganə hədəfi qələbə qazanmaq olmalıdır. Özü də bu qələbə daha az itkiylə nəticələnərsə, məqsədə çatmış sayılır. Tarixdə “Pirr qələbələri” deyilən bir anlayış var. Daha çox itkiylə əldə edilən qələbə məğlubiyyətdən başqa bir şey deyil. Azərbaycan Rusiyanın iradəsilə razılaşmasa, qələbə qazanacağı təqdirdə belə, hansı itkilərlə üzləşəcəyini də hesaba qatmalıdır. Mən həmişə çıxışlarımda Rusiya ilə bu məsələdə dil tapmağı məsləhət bilmişəm. Bu gün istəsək də, istəməsək də, regiona Rusiya nəzarət edir. Onun razılığı olmadan qazanılacaq qələbənin nəylə nəticələnəcəyini təxmin etmək çətindir. İrəli sürdüyüm bu fikirlər bəzən müəyyən çevrələrdə narazılıqla qarşılanır. Ünvanıma ağır ittihamlar irəli sürənlər də tapılır. Olsun. Mən bu ittihamları normal qəbul edirəm. Biz plüralist bir cəmiyyətdə yaşayırıq. Hər kəs öz fikrini ifadə etmək azadlığına malikdir. Amma heç kim fikirlərini populist ruhlu insanlara xoş gəlsin deyə söyləməməli, taleyüklü məsələlərdə dövlətimizin mübahisəli addım atmasını arzulamamalıdır. Ümumiyyətlə, elə məsələlər var ki, orda müxalifət, iqtidar ayrımı yoxdur. Heç kim bu kimi məsələləri öz siyasi mübarizə predmetinə çevirməməlidir. Torpaq bütünlüyümüz uğrunda verilən mübarizə də belə məsələlərdəndir. Etiraf etməliyik ki, bəzi məsələlərin həlli təkcə bizim iradəmizdən asılı deyil. Biz bu cür qloballaşmış məsələlərin həllində regionda təsir gücü böyük olan qüvvələrin də mövqeyini nəzərə almalı və onu öz xeyrimizə dəyişdirdikdən sonra əməliyyatlara başlamalı, ya da onu davam etdirməliyik. Mən hər zaman düşünmüşəm ki, bu münaqişədə əsas tərəf Rusiyadır və biz Ermənistanı deyil, Rusiyanı tərəf-müqabili kimi qəbul etməliyik. Ən azı ona görə ki, Ermənistana güzəştə getsək, gərək torpağımızdan, Rusiyaya güzəştə getsək isə gərək onun ölkəmizdəki maraqlarından geri çəkilək. Söhbət burada Rusiyanın Azərbaycan üzərində maraqlarının təmin olunmasından gedir. Məsələn, əvvəl Rusiyanın Qəbələdə hərbi bazası var idi. Bu bizim suverenliyimizə nə dərəcədə təhlükə yaradırdı? Yaxud Azərbaycan 1994-99-cu illərdə Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü oldu. Bu üzvlük suverenliyimizi nə dərəcədə məhdudlaşdırmışdı? Ona görə də deyirəm ki, biz ruslarla Qarabağ məsələsində razılaşıb yenidən KTM-nə də, Avrasiya İqtisadi İttifaqına da, Gömrük İttifaqına da qoşula bilərik. Əgər suverenliyimizə zərər vurmayan rus hərbi bazalarının Azərbaycanda yerləşməsiylə də razılaşmaq olar və s. Yeganə razılaşa bilməyəcəyimiz məqam dövlət sərhədlərinin birgə qorunmasıdır ki, bu, artıq suverenliyin itirilməsi deməkdir. Yalnız bu istisna olmaq şərtiylə, Rusiyayla müxtəlif ittifaqlara girməkdən çəkinməmək lazımdır. Mən burda qorxulu heç nə görmürəm. Əksinə, bu cür ittifaqlar Azərbaycanı xarici təhlükələrdən sığortalaya, bəzi hədəflərinin reallaşmasını asanlaşıdıra bilər. Məsələn, Qazaxıstanı götürək. Bu ölkə KTM-nin üzvüdür. O, bu üzvlüklə hansı suverenliyini itirib ki, biz də Qazaxıstanın gününə düşməkdən çəkinirik? Yaxud biz KTM-nin üzvü olmayıb, hansı üstünlüklər qazanmışıq? Biz 1994-99-cu illərdəki kimi, KTM-ə üzvlüyümüzü davam etdirsəydik, Ermənistanla münaqişədə Rusiyadan çəkinməyimiz və asılılığımız indiki səviyyədə olmayacaqdı. Rəsmilərimiz hazırda ondan çəkinir ki, Qarabağda ağır məğlubiyyətə məruz qalan düşmənlərimiz Ermənistan-Azərbaycan sərhədlərində stabilliyi poza və münaqişəni dövlətlərarası müstəviyə çəkə bilər. Bununla da, Ermənistanla bərabər KTM-nin üzvü olan Rusiyanın münaqişəyə müdaxilə etmək haqqı doğar”¦

-Həqiqətən də son zamanlar ermənilərin buna cəhd etdiyi müşahidə edilir”¦

-Bəli. Ona görə də deyirəm ki, biz Rusiyayla açıq danışıqlara getməliyik. Deməliyik ki, sənin Cənubi Qafqazda marağın nədir və biz bunun hansılarını təmin edə bilərik. Rusiya da bu sövdələşmələrdə bizimlə razılaşar. Çünki Ermənistan, onsuz da, Rusiyanın orbitindən kənarlaşmaq imkanına malik deyil. Daha çox siyasi manevr imkanına malik olan Azərbaycan isə apardığı danışıqlarla  Rusiyanın mövqeyini öz xeyrinə dəyişmək potensialına sahibdir. Rusiya hər iki tərəfi tərəzinin gözünə qoyub kimin yanında yer tutacağı ilə bağlı qərarını verməlidir. Əgər Rusiya bizim torpaq bütövlüyümüzü bərpa etmək haqqımızla razılaşmasa, Azərbaycan hökuməti xalqa açıq müraciət edib müharibə variantını seçməlidir.

-Hər halda siz daha məlumatlı şəxssiniz. Bəlkə Azərbaycan hakimiyyəti də, dediyiniz kimi, Rusiyayla Qarabağ müqavilində Avrasiya İttifaqına və ya KTM-ə üzvlük barədə danışıqlar aparıb? Son zamanlar Qarabağ ətrafında baş verən hadisələr də elə bununla bağlıdır?

-Mən bu barədə hər hansı məlumata malik deyiləm. Sadəcə, partiya olaraq, bu kimi təklifləri dəfələrlə gündəmə gətirmişik. Hətta bir dəfə Elmar Məmmədyarov məsələyə münasibət bidirərək demişdi ki, Azərbaycan hakimiyyəti bu məsələyə baxa bilər. Mən indi bilmirəm, bağlı qapılar arxasında hansı danışıqlar gedir. Hakimiyyətin təklifimizə necə baxıb-baxmadıqlarından da xəbərsizəm. Hesab edirəm ki, hökumət Azərbaycan xalqını bu məsələdə məlumatlandırmalıdır.

-Məsələ burasındadır ki, bizim enerji məsələsində maraqlarımız Rusiyayla toqquşur. Əslində beynəlxalq enerji şirkətləri bizi qəsdən üz-üzə qoyublar. Faktiki olaraq, Avropaya qazımızı nəql etməyi düşündüyümüz TANAP Rusiyanın qaz strategiyasının alternatividir. Məqsəd Qərbi rus qazı asılılığından azad etməkdir. Bunun üçün isə TANAP kimi layihələrlə yarana biləcək boşluğu doldurmaq istəyirlər. Sözsüz ki, bu durumda Rusiyanın bizimlə razılığa gəlməsi xeyli çətindir.

-Mən “Rusiyayla ittifaqa getməliyik” deyəndə təkcə siyasi və iqtisadi əməkdaşlıqları nəzərdə tutmuram. Həmçinin, enerji siyasətimizi də Rusiyayla razılaşdırmaqdan söhbət gedir. Bunu müsahibələrimdə dəfələrlə qeyd etmişəm. Bir halda ki, Rusiya onsuz da Azərbaycan qazını qlobal bazar qiymətinə bizdən almağa hazırdır, bizim üçün nə fərqi var, eyni pulu rus, yoxsa ingilis verir? Üstəlik, Rusiyayla anlaşmağımız bizə öz torpaqlarımızı qaytaracaqsa, niyə bundan imtina etməliyik? Bunun alternativi Qərbə birbaşa qaz satmaqdırsa, onun da xeyrini-ziyanını hesablamalıyıq. Hansı variant sərfəlidirsə, Azərbaycan ona qərar verməlidir. Siz bilirsiniz ki, bizim Qərbə inteqrasiyamız illər boyu həm İranı, həm də Rusiyanı qıcıqlandırıb. İndi-indi İran nüvə sazişindən sonra Qərblə yaxınlaşmaq yoluna qədəm qoyub və aramızdakı soyuq münasibətlər ortadan qalxıb. Amma Qərbin Rusiyaya qarşı mövqeyi hələ də davam edir. Biz də xarici siyasətimizi müəyyənləşdirəndə bunu nəzərə almalıyıq. Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, yerləşdikləri geosiyasi məkanlar bütün ölkələrin ortaq maraqlarını formalaşdırır. Heç bir ölkə öz geopolitik mövqeyindən kənarda siyasət yürüdə bilməz. Yerləşdiyin məkanın ümumi hədəfləri və ortaq xarici siyasəti var və olmalıdır. Əks halda geopolitik mübarizələrin poliqonuna çevrilmək taleyi qaçılmaz olar. Necə ki, Azərbaycanın Rusiya və İranın mənafeyinə zidd olaraq, Qərblə yaxınlaşması da hər iki ölkənin təzyiqləriylə üzləşməyimizə səbəb olurdu. Qərb bunun müqabilində Azərbaycana hansı dəstəyi verirdi? Və ya bu dəstək yetərli idimi? Yalnız Bakı-Tiflis-Ceyhan kəmərinin çəkilməsinə dəstək verdilər, bu da onların öz maraqlarıyla bağlıydı. Yaxud yenə öz maraqlarına uyğun şəkildə TANAP-ın çəkilməsinə pul ayırmaqla vəzifələrini tamamlanmış hesab edirlər. Amma bizim maraqlarımızın təmin olunması məsələsində konkret heç bir addım atmırlar. Bizim bir dövlət olaraq, ən böyük problemimiz Qarabağ məsələsidir. Artıq 22 ildir ki, bu problem dondurulmuş vəziyyətdə öz həllini gözləyir. Azərbaycan hər dəfə torpaq bütünülüyünü bərpa etmək istəyəndə ən kəskin reaksiya Qərbdən gəlir. Halbuki, Dağlıq Qarabağla bağlı BMT TŞ-nın bir neçə qətnaməsi var. Həmin qətnamələrdə Dağlıq Qarabağ Azərbaycanın ərazisi hesab olunur. Bununla belə, ölkəmizin torpaq bütünlüyünü təmin etmək istəyi yenə enerji müttəfiqlərimiz tərəfindən sərt qarşılanıb. Qərb ölkələri bu haqlı davamıza lazımi dəstək verməmələri azmış kimi, üstəlik, bizə mane olurlar.

Bəzi insanlarımızda belə fikir formalaşıb ki, guya biz Rusiyasız da Qarabağ problemini həll edə bilərik.  Onlar bu fikirlərini digər regional dövlətlərdən-Türkiyədən, İrandan aldığımız dəstəklə əsaslandırırlar. Amma bu dəstəklər sözdən o tərəfə keçmir. Məsələn, İranın bir mollası çıxıb deyir ki, biz Qarabağda vuruşmağa hazırıq. Mollaya deyən lazımdır ki, “hörmətli din xadimi, sizin gəlib bizim torpaqlarda həyatınızı riskə atmağa ehtiyac yoxdur. Bizim üçün görə biləcəyiniz ən yaxşı iş öz ölkənizin tərəfsizliyini təmin etməniz olar. Buyurun, öz liderinizə müraciət edin, deyin ki, “ey hörmətli dini rəhbər Xamaneyi, hörmətli prezident Ruhani, axı ermənilərin işğal etdiyi ərazilər müsəlmanlara aiddir. Əslində siz bu şəraitdə müsəlmanları cihada çağırmalısınız. Siz isə Ermənistanla hər cür iqtisadi, siyasi, hərbi əməkdaşlıqlar qurursunuz. Onlara xristianlardan da artıq dəstək verirsiniz. Müharibəni daha yaxşı davam etdirə bilmələri üçün kommunikasiya xətləri tikirsiniz, yollar çəkirsiniz”.

Eyni sözləri qardaşımız Türkiyə üçün də demək olar. Azərbaycanın iqtisadi sanksiyalar tətbiq etdiyi Ermənistanla iqtisadi əlaqələr quraraq, Türkiyə bu siyasətimizi faktiki olaraq təsirsiz hala gətirir. Görün, iş nə yerə çatıb ki, son qarşıdurmalar yaşananda Ermənistan Türkiyəni hədələyərək, hətta siyasi bəyanatlarla bizim müdafiəmizi davam etdirəcəyi təqdirdə, onunla bütün iqtisadi əməkdaşlığı dayandıracağını, türk mallarının ölkəyə idxalını qadağan edəcəyini bildirir. Halbuki, Türkiyə Ermənistana bu cür sanksiyaları tətbiq etməliydi.  Dünyanın işinə bax ki, tərsinə olub, Ermənistan Türkiyəni hədələyir. Ona görə də deyirəm ki, bəyanatlar çox gözəldir, siyasi dəstək kimi təqdirə layiqdir. Amma bu, real müdafiə deyil. Heç kim təminat da verə bilməz ki, Ermənistanla bərabər Rusiyanı da qarşımıza alsaq, kimsə gəlib bizimlə onlara qarşı döyüşəcək. Bunu deyərkən, heç də millətlərin bizə münasibətini nəzərdə tutmuram. Əlbəttə, əminəm ki, Cənubi Azərbaycanda milli şüur çox inkişaf edib və hər bir cənublu qardaşımız bizimlə bərabər eyni səngərdə düşmənə qarşı döyüşməyə hazırdı. Eynilə Türkiyə türkləri də Azərbaycan üçün hər cür fədakarlığa gedərlər. Bununla belə, xalqların iradəsi Qarabağ kimi problemlərin həllində kifayət etmir. Dövlətlər də gərək mümkün olan dəstəyi verə. Hakimiyyətlərin tamamilə başqa mövqe tutduğu indiki şəraitdə bizim onlara arxayın olub başqa addımlar atmağımız yersizdir”¦

-Haqlı bir məqama toxundunuz. Vaxtilə, rəhmətlik Elçibəy də Türkiyədən xeyli gileylənirdi. Türk televiziyalarına verdiyi müsahibəsində deyirdi ki, biz hətta yaralı insanlarımızı xilas etmək üçün Türkiyədən vertolyot istəmişdik, Ankara bunu belə bizə çox görmüşdü”¦

-Elədir. Bizim Türkiyəyə bağladığımız ümidlər çox vaxt özünü doğrultmayıb. Əslində Türkiyə özü də təqdim edildiyi qədər ciddi hərbi qüdrətə malik deyil. Təsəvvür edin, bu gün Türkiyə televiziyaları, mətbuatı sevinclə vurğulayır ki, ABŞ onlara Suriya sərhədlərini qorumaq üçün reaktiv artreliya qurğuları verir. Halbuki, o qurğular belə indi ABŞ və Rusiyanın köhnəlmiş silahlarıdır. ABŞ-ın köhnə silahlarını almağa böyük qənimət kimi baxan Türkiyənin Rusiyanın iradəsinə qarşı çıxıb bizi aktiv şəkildə müdafiə edəcəyi inandırıcı görünmür. Bununla belə, Türkiyənin öz müdafiə sənayesi var. Azərbaycan Türkiyədən uzunmüddətli kreditlə müəyyən silahlar alıb öz müdafiə gücünü artıra bilər. Türkiyənin yalnız bu cür dəstəyinə bel bağlaya bilərik. Eyni şəkildə İran və Pakistandan raketlər alıb silah arsenalımızı artırmalıyıq. Amma bütün hallarda onların siyasi bəyanatlarına arxayın olub Rusiyanı qarşımıza almaq rasional hərəkət deyil. Təəssüf ki, bu gün bəzi oturuşmuş siyasilərimiz də xalqda yaranmış emossinal havanın təsiri altında qalır, populist çıxışlar edirlər.(strateq.az)
Oxşar xəbərlər
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB