Bətnindəki körpəsini öldürməklə ərindən qisas almaq istədi...
Oxunub: 4649
03 May 2016 | 12:36
Bətnindəki körpəsini öldürməklə ərindən qisas almaq istədi...
“Həmən vaxt ancaq intiqam hissi bürümüşdü ruhumu, bətnimdəki uşağı öldürməklə qisasımı almış olacaqdım. Allahın verdiyi canı almağa ixtiyarım çatmadığını, özümə zərər verə biləcəyimi ağlıma belə gətirmirdim. Sanki məni ağlım yox, nəsə qəribə bir varlıq edirdi, elə bil içimə cin girmişdi”.

Bunları bətnindəki uşağını tələf etməyə çalışarkən özünü əlil arabasına düçar etmiş qadın danışmışdı. 
Onun haqqında bir rəfiqəmdən eşitmişdim. Demişdi ki, bağ evlərindəki qonşusu bətnindəki körpəsindən xilas olmaq istəyib, ancaq şikəst qalıb. Əvvəlcə elə qadınla nəinki həmsöhbət olmaq, heç eləsini görmək belə istəməmişdim. Ancaq eşidəndə ki, qadın ağır vəziyyətdədir, son günlərini yaşayır qərara gəldim ki, onu mütləq görməliyəm, danışdırmalıyam.

Aftobusa əyləşib “Vişnovka bağları” deyilən yerə getdim, qadının yaşadığı evi tapdım. Evdən çox it daxmasına bənzəyən yarıtikilinin bayırı kimi içərisi də iyrənc idi. Qapını açan kimi ətrafa üfunət yayıldı, sanki içəridə insan yox, heyvan yaşayırdı. Ayaqqabımın ucuyla qapıya döyüb “kimsə varmı” deyə səslədim. İçəridəki qaranlıq otaqdan zorla anlaşılan tərzdə “bura gəlin, sizi gözləyirəm” cavabı gəldi. Rəfiqəm dünən onunla danışıb mənimlə həmsöhbət olmağa razı salmışdı. O üzdən də mənim gələcəyimi bilirdi. Canımı dişimə, əlimdəki yaylığı da burnuma tutub içəri keçdim. 

İçəri girən kimi qadın mənə səsləndi: 

-  Zəhmət olmasa qapının sağ tərəfindən işığı yandırın.

İşığı yandıran kimi gördüyümdən dəhşətə gəldim. Qarşımda göz qapaqlarına kimi yara içində olan bomj tipli bir qdın vardı. Sınıq-salxaq əlil arabasında oturmuşdu, başındakı köhnə kişi papağının altından pırtlaşıq ağ saçları üzünə dağılmışdı. Əynində çirkdən rəngini itirmiş nimdaş palto, ayağında qabağı aralanmış kişi çəkməsi vardı. Əlini uzadıb mənə oturmağa yer göstərdi. Uzun dırnaqları sanki küpəgirən qarının əlini xatırladırdı. Oturmaq istəmədiyimi deyib qadının üzünə duruxdum. Özü sükutu pozdu: 
-  Eybi yoxdur, oturma, ancaq dinlə məni. Yaxşı-yaxşı dinlə və bacardığın qədər yaz. Qoy oxusunlar və mənə lənət etsinlər, ancaq yetər ki, mənim etdiyim səhvi təkrarlamasınlar.    

- Rəfiqəm mənə az da olsa sizin haqqınızda danışıb, amma necə, hansı şəraitdə və nəyə görə etdiyinizi isə bilmirəm. Əvvəldən danışsanız yaxşı olardı.

- Danışaram, necə desən, hardan desən danışaram. Zəngin bir ailənin yeganə övladı idim, 17 yaşım vardı. Günlərin bir günü elə bizim kimi zəngin bir ailədən mənə elçi gəldilər. Anamın sevincdən uçmağa qanadı yox idi, ancaq mənim dünyam dağılmışdı sanki. Çünki öz sevdiyim vardı və bilirdim ki, məni sevdiyimə yox, elçi gələn ailəyə verəcəklər. Ancaq sevdiyimin olduğunu anama deyə bilməzdim, oğlan evinin elçilikdən qabaq göndərdiyi qadına anam razılıq vermişdi. Anamın mətbəxtdə başının qarışdığını görüb evdən çıxdım, qaça-qaça sevgilimgilin məhəllələrinə getdim. Onu tapıb hər şeyi danışdım və təklif etdim ki, məni qaçırtsın. Ancaq o razı olmadı, mən hələ institutu bitirməliyəm, sonra hərbi xidmət var, ailəmizin də səni saxlamağa gücü çatmaz deyib məni rədd elədi. Elə ordaca öldüm sanki, bütün həyatdan əlim üzüldü... 

Qadının qəhərdən boğazı qurusa da ağlamır. Bir qədər hirslə davam edir sözünə:

- Əvvəlcə istədim gedib hündür bir yerə çıxım intihar edim, ancaq ayaqlarım məni yenidən evimizə qaytardı. Yol boyu anlamışdım ki, oğlan məni sevməyib, məqsədi başqa şey olub. Nə isə... Axşam oldu, elçilər gəldi və mənim şirin çayım içildi, ardıyca dəbdəbəli süfrə açıldı, yeni qurulacaq ailənin şərəfinə sağlıqlar deyildi. Elçilik mərasimindən bir həftə sonra nişanlım Moskvadan gəldi və ilk görüşümüz baş tutdu. Günortaya yaxın qara “Moskvi甝 qapımızın ağzında dayandı, anam da bəh-bəhlə məni kürəkəninə təslim edib geri qayıtdı. Yaraşıqlı və hündürboy nişanlım məni şəhərdən xeyli aralıda yerləşən bir evə apardı. Həmin çardaqlı, hündür ağ evi ölənə qədər unutmaram. Çünki həmin ağ evdə taleyimin qara yazısı yazıldı. Hava qaralana yaxın təlaşımı görüb dedi ki, həmin evdə bir neçə gün bərabər qalacağıq. Və güya bir birimizə tez öyrəşməyimiz üçün valideynlərimiz özləri bunu təşkil ediblər. Axşama qədər mənimlə xeyli danışdı, yemək yedik, həyətdə voleybol oynadıq. Nəhayət axşam oldu və nişanlım məni evin ikinci mərtəbəsindəki yataq otağına qaldırdı. Anamın mənim üçün hazırladığı çomadandan artıq mənə aydın olmuşdu ki, bu gecə nişanlımın “arvadı” olacağam. O vaxt nikaha yaşım düşmürdü və elə o planı da toy üçün əngəl qalmasın deyə təşkil ediblərmiş. 

Qadın onu dinləyib dinləmədiyimi ayırd etmək üçün üzümə baxır, gözlərini ona dikilmiş gözlərimin içində bir qədər gəzdirdikdən sonra davam edir: 

- Həmin gün yuxudaydım elə bil, ancaq bədənimdə ağırlıq hiss edəndə var gücümlə qışqırmağa, əllərimlə onu itələməyə, üz-gözünü cırmaqlamağa başladım. Qorxub ayağa qalxdı, mən də qaçıb küncə sıxıldım, qışqıra-qışqıra onu sevmədiyimi dedim. Günortadan bəri ancaq deyib gülən adam sanki vəhşiyə döndü, çarpayının yanına atdığı şalvarını götürüb belindən kəməri çıxartdı. Məni kəmərin dəmir hissəsi ilə səsim batana qədər döydü. O qədər vurmuşdu ki, keyləşmişdim sanki, heç nə hiss etmirdim. Qolumdan tutub çarpayıya atdı və nəhayət özünə arvad elədi. Bir həftə həmin evdə qaldıq, o bir həftədə çəkdiklərimə bir allah şahid oldu, bir də dörd divar. Bütün günü sərxoş olub mənimlə istədiyi hərəkətləri edirdi. Özümü kölə, daha doğrusu əxlaqsız qadın kimi hiss edirdim. Nəhayət bir həftəlik əzab bitdi, məni evimizə qaytardı. Əvvəlcə yaralarım tamam sağalmamış evimizə qayıtdığıma çox sevinirdim, elə bilirdim ki, anamla atam mənim o vəziyyətimi görəndə nişanı pozarlar. Ancaq evdə anladım ki, mənim döyülməyimdən xəbərləri varmış, hələ üstəlik buna çox şad da olublarmış. Mənim orda qaldığım müddətdə atrıq toy hazırlıqları da başlanıbmış. Nifrət edirdim, əvvəlcə onlara, sonra da özümə...
Qadın indi də özünə nifrət edirmiş kimi başını aşağı saldı, hiss etdim ki, yanağından yaş süzülür. 

Bir qədər səssiz dayandı, mən də sükutu pozmaq istəmədim. Sonra başını qaldırmadan danışmağa davam elədi: 

- Deyəsən maraqlı deyil səninçün, elədirsə bundan sonrasını danışmayım. 

- Niyə elə düşündünüz ki? Sadəcə danışmaqdan çox dinləməyə üstünlük verirəm və o üzdən səssizcə sizə qulaq kəsilmişəm.

- Elə isə bundan sonrası da dinlə, çox tutmayacam səni, qısa kəsəcəm. Hə, bir ay sonra “Səadət” sarayında “zaqs”ımız oldu, ardıyca da toyumuz. Həmin o ağ evə gəlin köçdüm... Toydan sonra ərim yenidən Moskvaya qayıtdı, məni də qaynatamgilin şəhərdəki evinə apardılar. Həyat o qədər mənasız idi ki, nə gəlin olduğumu hiss edirdim, nə də harada və hansı şəraitdə yaşadığımı. Nə bahalı geyimlərin, nə qır-qızılın, nə də qaynanamın hər həftə evə çağırdığı gözəllik ustalarının. Günü-gündən rəngim avazıyır, çəkim azalırdı, iştahdan təmiz kəsilmişdim, tez-tez mədəm bulanırdı, elə hey yatmaq istəyirdim. Qaynanamgil elə zənn edirdilər ki, oğlanları üçün darıxdığımdan şam kimi əriyirəm. Ancaq toyumuzun üçüncü ayı bitənə yaxın qaynanam bu qızın bir dərdi var deyib məni həkimə apardı. Öyrəndilər ki, dörd aylıq hamiləymişəm, toydan əvvəl qaldığımız həmin o ağ evdə hamilə qalmışam. Yenə də nə baş verdiyini anlamırdım. Bu xəbərə məndən başqa hamı sevinirdi. Evə çatan kimi qaynanam ilk olaraq qaynatamın iş yerinə zəng vurdu, muştuluqladı kişini, qərara gəldilər ki, axşam Moskvaya zəng  vurub oğlanlarını da muştuluqlasınlar. Daha sonra anama zəng vurdu, onu da muştuluqlayıb “axşam kişini də bizə götür gəl bu şad xəbəri qeyd edək” dedi. Axşam məclis qurulmuşdu, hamı ordaydı, Moskvaya zəng vurdular, ərimlə danışdılar. Ərimin sevincdən qışqırtısı telefondan otağa yayılmışdı. Hələ doğulmamış oğlunu nazlayırdı telefonda. Sonda nəsə dedisə qaynanam məni çağırdı: “Gülsüm, adaxlın sənlə danışmaq istəyir, gəl telefona”. Stuldan qalxıb telefona yox, hamama qaçdım, nə onun səsini eşitmək istəyirdim, nə də üzünü görmək. Yarım saatdan sonra anam hamamın qapısını döyərək məni səslədi. Deyəsən danışıb qurtarandan sonra yadlarına düşmüşdü ki, yarım saatdı hamamdayam. Hamamdan çıxıb otağıma getdim, qapını içəridən bağladım, heç kimlə danışmaq istəmirdim. Onların sevinci dəli eləmişdi məni, mənim kədərim üzərində qurulmuş sevinc idi çünki. 

Təxminən bir-iki saat keçmişdi ki, qaynanamın səsi eşidildi: “Ay qızım, burda utanmalı heç nə yoxdur, özünə işgəncə vermə, əksinə sevin. Bundan böyük şad günümüz olmayacaq ki. İndi yat dincəl, sabah sənlə ÇUM-a gedəcəyik, adaxlın gəlir iki günə, sənə əyin-baş alaq”. Həmin sözlərdən sonra anladım ki, mən yuxuda deyiləm və bütün bunlar gerçəkdi, hər kəs doğulacaq körpənin sevincinə qərq olub. Valideynlər nənə-baba, ərimsə ata olmağın sevincdən göylərdə uçur, mənimsə nə yaşadıqlarım, bu uşağa necə hamilə qalmağım heç kəsin vecinə belə deyil. Əksinə, həmin günü təşkil etdiklərinə görə anamla qaynanam bir-birinə təşəkkürlər də yağdırırdı. Səhərə qədər gözümə yuxu getmədi. Onlara cəza verməyi düşünürdüm.


Qadın son sözünü bərkdən deyib dəlilər kimi gözlərini bərəltdi, əllərini havada mənə tərəf yellədi: 
- Başda anam olmaqla hər kəs ağır cəzalanmalıydı. Ancaq necə, bax bunu bilmirdim. Səhərə yaxın ağlıma bir fikir gəldi, bətnimdəki uşaqdan qurtulmalıydım. Necə olursa olsun, hansı yolla olursa olsun ərim gələnə qədər o uşaq qalmamalıydı. Hər kəsin sevincini ancaq bu yolla gözündə qoya bilərdim, hər kəsdən ancaq bu yolla intiqamımı ala bilərdim. Səhər açılan kimi qaynanamdan xahiş etdim ki, məni bağdakı həmin ağ evə aparsın. Həyat yoldaşımı məhz orda qarşılamaq istədiyimi bəhanə gətirdim. Nahardan sonra hazırlaşıb evdən çıxdıq, əvvəlcə univermağa gedib ağ rəngli uzun bir paltar və bir neçə geyim aldıq, oaradan da birbaşa bağa getdik. 

Axşam qaynatam da ora gəldi. Gecə hər kəs yuxuya gedəndən sonra əvvəlcə hamama girdim, sonra həmin ağ paltarı geyinib evin damına qalxdım. Özümü damdan atacaqdım, məqsədim intihar etmək deyildi, ancaq bətnimdəki körpəni öldürmək istəyirdim. Ora ölmək üçün də elə hündür yer deyildi, sadəcə özümü atacaqdım, uşağım öləcəkdi və beləcə onlardan qisas almış olacaqdım. Gözlərimi yumub özümü havaya buraxdım. Bir də gözlərimi xəstəxanada açdım, beldən aşağım işləmirdi, onurğa beyni zədələnməşdi və mən uşağımla bərabər özümü də öldürmüşdüm. İndi sənlə danışan Gülsüm deyil ki, öz körpəsinin qatili olan yaşayan ölüdür... 


Qadın daha yorulmuşdu, danışa bilmirdi, ancaq mənim ona vermək istədiyim suallar çox idi. Ərinin, valideynlərinin harada olduğunu, nəyə görə bu it yuvasına bənzər daxmada tənha yaşadığını soruşacaqdım. Ancaq sonra düşündüm ki, bütün bunları bilməyin elə bir əhəmiyyəti yoxdur. Qadınla sağollaşıb ordan ayrıldım. Həmin gündən təxminən iki gün sonra, qadının danışdıqlarını komputerdə yazdığım vaxtda rəfiqəm zəng vurdu. Ordan-burdan danışdıq, daha sonra dedi ki, nə yaxşı gəlib o arvadın dərdini dinlədin. Soruşdum ki, nə olub axı. Dedi ki, elə sənlə danışan gecə ölübmüş, bu gün səhər qonşulardan biri yemək aparanda meyidini tapıb...

Rumiyyə MİRASLAN
Oxşar xəbərlər
23:39, Bu gün
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
23:10, Bu gün
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
23:07, Bu gün
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
23:03, Bu gün
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
21:00, Bu gün
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
GÜNLÜK
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..