"O insanın ki vəzifədən başqa heç bir şeyi ilə fəxr etmir, o bədbəxt insandır"
Oxunub: 1860
29 Apr 2016 | 11:27
Moderator.az Azərbaycanın sabiq xarici işlər naziri və Estoniyadakı keçmiş səfiri Tofiq Zülfüqarov ilə müsahibəni təqdim edir:

- Aprel ayının əvvəllərindən bəri cəbhədə baş verən hadisələr bütün ictimaiyyətin və dünyanın diqqətindədir. 23 ildən sonra hadisələrin Qarabağ cəbhəsində cəmləşməsinə sizcə, hansı amillər təkan verib?

- Bu cür hadisələr gec və ya tez baş verməli idi. Çünki həm Azərbaycanın, həm də Ermənistanın təmas xəttində bu cür hadisələr zaman-zaman təkrarlanırdı. Təmas xəttinin öz xüsusiyyətləri var. Bu ondan ibarətdir ki, biz tərəfdə əhali yaşayır, erməni tərəfdə isə yaşamır. Çünki orada əvvəllər azərbaycanlılar yaşayırdı. Sonradan etnik təmizləmə nəticəsində Dağlıq Qarabağdan qovulublar. Siz əgər Google Earth-dən təmas xəttinə baxsanız, Azərbaycan tərəfində yaşayışın olduğunu görəcəksiniz. O tərəfə baxanda isə bomboş torpaqlar görünür.

Ermənilər son zamanlarda tez-tez təxribatlara əl atırdılar. Mülki əhalini atəşə tuturdular. Camaata əziyyət verirdilər. Hətta söhbətlər var idi ki bəzi yerlərdə divar tikmək istəyirlər. Təhlükə həmişə mövcud idi. Ermənilər bu imkanlardan istifadə edib təxribatlara əl atırdılar. Azərbaycan gec-tez bunlara cavab verməli idi. Mən hesab edirəm ki, bu yaranmış vəziyyətdən irəli gələn proseslərdir və bu nəticələrə gətirib çıxarıb. Çünki kimsə təxribat edəndə bunun cavabı olmalı idi. Erməni tərəfi də bu cür cavabların veriləcəyi gözləyirdi, çünki özləri bunu deyirdilər.

Artıq neçə illərdir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin qarşısında Dağlıq Qarabağ problemini qaldırır. Bəzi dairələr deyir ki, burada Rusiyanın və ya Türkiyənin əli var. Bu provokasiyalar hansısa geopolitik oyunların nəticəsində yaranıb. Əlbəttə, bunlar geopolitika amil kimi mövcuddur. Amma regiondan kənar oyunçular yaranmış vəziyyətə öyrəşiblər. Onlara status-kvo heç də problem yaratmırdı. Dünya buna göz yumurdu.

- Vaxtilə Dağlıq Qarabağ danışıqlarının kritik vəziyyətində istefa vermiş nazirsiz. İndiki dövrdən o dövrə baxanda problemin həlli istiqamətində hansısa irəliləyişlər olubmu? Azərbaycan bu dəfə münaqişənin xeyrimizə həll edilməsində israrlı görünürmü?

- İlk olaraq deyim ki, mən istefa ilə bağlı məsələləri şərh etmirəm. İkincisi, hesab edirəm ki, baş verən hadisələr ona gətirib çıxartmışdı ki, Azərbaycanın mövqeyi bu danışıqlarda daha da güclənib. Hamı bunu başa düşürdü. Bizdə elə bir ənənə yox idi ki, kimsə istefaya getsin, ya onu işdən çıxartsınlar, sonradan dəvət etsinlər ki işləsin. Mənim misalımda isə, həmin iqtidar məni səfir kimi işləməyə dəvət edib.

Danışıqlar isə çox mürəkkəb prosesdir. Azərbaycan Ermənistan konflikti müxtəlif sferanı əhatə edən bir məsələdir. Bu baxımdan müxtəlif hallar olur. Bəzən elə addımlar atılmalıdır ki, beynəlxalq ictimaiyyətə sübut edək ki, təklif olunan planlara Azərbaycan da öz sözünü deyə bilər. Heç də hər təkliflə razılaşa bilməz. Bu baxımdan bu tarixdə olan orijinal bir məsələ idi və Azərbaycanın xeyrinə oldu.

Hər bir məqamda problemli məsələlər mövcud idi. Demək olmaz ki, indiki mərhələdə danışıqlar sadələşib. Azərbaycan tərəfi hər bir vaxtda bu məsələləri layiqincə həll edirdi.

- 5 rayonun qaytarılması məsələsini yenə gündəmə gətirirlər...

- Bilirsiniz, biz rayonların rəqəmləri ilə gözlərimizi yummamalıyıq. Problemi tam şəkildə görməliyik. Deməli, 5 , 6 ya 8 rayonun qaytarılmasının əvəzində ermənilər bizdən nə istəyirlər? Əsas məsələ budur. Madrid prinsiplərində və digər təkliflərdə müxtəlif əraziləri qaytarmağa vasitəçilər tərəfindən təkliflər edilirdi. Amma Ermənistan əvəzində müxtəlif tələblər irəli sürürdü. Uzun müddətdir ki, onların mövqeyi konkretləşib. Deyirdilər ki, torpaqların bir qismini qaytarmağa hazırıq, amma müstəqillik statusunu almalıyıq. Azərbaycan onların müstəqilliyini rəsmi şəkildə qəbul etməlidir. Əvəzində Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında yerləşən əraziləri özlərinə saxlasınlar. Yəni əsas məsələ ermənilərin nə tələb etməsidir. Proses başlaya bilər ki, bir rayon da qaytarılsın. Onsuz da bu problem mərhələli şəkildə icra olunacaq. Ola bilsin ki, birinci mərhələdə bir rayon qaytarılsın.

"Rusiya Ermənistandan tələb edəcək ki, bir neçə rayonu azad etsin..."

24 mart 1992- ci ildə qəbul olunmuş Minsk mandatı tələb edir ki, Minsk konfransı çağırılsın və bu çərçivədə gələcək status həll olunsun. Mandatın tələbi ondan ibarətdir ki, 11 ölkə prosesdə iştirak etsin. Bu konfransı açmaq üçün işğal olunmuş torpaqlar azad olunmalıdır. Amma ermənilər istəyirlər ki, işğal olunmuş torpaqların bir hissəsini azad edərkən artıq Minsk konfransının məqsədi olan statusu bəri başdan həll etsinlər. Hesab edirəm ki, proses başlayıb və artıq Rusiya bunu Ermənistandan tələb edəcək ki, bir neçə rayonu azad etsin. Həm Azərbaycan, həm də Ermənistan icması təhlükəsiz şəraitdə Dağlıq Qarabağda yaşamağa başlasınlar. Ondan sonra biz Minsk konfransı çərçivəsində status məsələsini həll edə bilərik.

- Hadisələr başlayandan sonra Rusiya baş naziri, xarici işlər nazirini bir-birinin ardınca Azərbaycana, Ermənistana səfərlər etdilər. İlk başdan belə anlaşılırdı ki, Rusiya münaqişənin həllində maraqlı görünür. İndi isə deyirlər ki, ermənilər sözlərinə baxmır. Bu nə dərəcədə realdır?

- Sülhməramlı missiya başlayandan sonra məni və ictimaiyyəti narahat edən məqam o olmuşdu ki, eyni zamanda Rusiya mediasında Azərbaycana qarşı kampaniya başlayıb. Biz o fikirdən uzağıq ki, Rusiya mediası Kremldən azaddır. Deməli, bu kampaniya Kreml dairəsinin icazəsi ilə baş verib. Əgər söhbət sülh prosesinin başlamasından gedirsə, ictimaiyyətin hazırlanması ən mühüm məsələlərdəndir. Bu prosesdə də birbaşa media iştirak etməlidir. Məntiqə uyğun olmayan vəziyyət yaranıb. Bir tərəfdən Kreml təşəbbüs göstərir, digər tərəfdən də onun əhatəsində olan kampaniya antiazərbaycan mövqeyindən çıxış edir. Bunlar əsaslı şübhələr idi. İndi isə hesab edirəm ki, Ermənistan da bu oyunu davam etdirən oyunçuya çevrilib. Bir neçə gün əvvəl Sarkisyan dedi ki, ərazilərdən çıxırıq, dünən XİN naziri dedi ki, belə deyil. Ermənistan tərəfi həm hərbi, həm siyasi, həm də psixoloji cəhətdən böyük zərbə alıb və təşvişdədir. Əgər dedikləri kimi hərbi cəhətdən Azərbaycana ziyan vurublarsa, onda niyə ən yüksək rütbəli zabitləri dəyişib? Siyasi qələbəyə nail olublarsa, niyə danışıqlardan çıxırlar? Niyə ölkə daxilində nümayişlər keçirilir? Artıq biz görürük ki, Ermənistanda da krizis mövcuddur.

- Belə fikirlər də mövcuddur ki, son döyüşlərdən sonra Rusiyanın göstərdiyi fəallıq bir oyundur, sadəcə Ermənistana yenidən silahlanmaq üçün vaxt qazandırmaq niyyətləri var...

Deməli hansısa ayrı məqsədlər var...

- Dağlıq Qarabağ danışıqlarında ictiamiyyətdə elə bir illüziya yaranıb ki, guya ki bu alverə bənzər vəziyyətdir, burada kimisə aldada bilərlər. Kimisə aldatmaq mümkün deyil. Elə bir plan yoxdur ki, onu əks tərəf başa düşməsin. Deyəndə ki, Rusiya oyun aparır, faktlara baxmalıyıq. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi və ictimaiyyətin böyük bir hissəsi heç də oyunların obyekti ola bilməz. Azərbaycan tərəfi də buna işarə verdi. Dedi ki, bir tərəfdən deyirsiniz ki, sülhə nail olaq, digər tərəfdən də Azərbaycana qarşı təbliğat aparırsınız. Bu səmimi hisslərdənmi irəli gəlir? Yox, deməli hansısa ayrı məqsədlər var.

- Minsk Qrupunun digər üzvləri Amerika və Fransa prosesdə elə də aktivlik nümayiş etdirmədilər. Con Kerri yalnız bir neçə gündən sonra telefon zəngi edib. Sizcə, niyə?

- Bəli, bu da narahatedici məsələdir ki, onlar heç də təşəbbüsdə iştirak etmirlər. Əgər Lavrovun dediyi kimi onun təklifləri Madrid prinsipləri əsasında qurulubsa, üç həmsədrin yaxud nazirin səviyyəsində prosesi yerindən tərpətmək olmazdımı? Dediyiniz kimi, cənab Kerri zəng edib prosesə qoşulsa da aktivlik yoxdur. Bu üç ölkə arasında elə bil koordinasiya yoxdur.

- Amerika ilə Rusiya arasında olan münasibətlər bəllidir, iqtisadi müharibə gedir. Cənubi Qafqaz hər iki ölkə üçün önəmli bir region olduğu halda Amerika buranı sanki Rusiyanın əhatəsində saxlamağa maraqlı görünür. Proseslərdən kənarda qalıb. Yaxud Amerikanın prezident seçkisi ərəfəsində olması da buna təsir edə bilərmi?

- Bilirsiniz, bu üç həmsədr ölkələr və Minsk Qrupuna baxsaq, bu ölkələrin hər birində hər ay bir seçki keçirilir. Təbii ki, seçkilərin də əlaqəsi ola bilər. Amma bunu hər zaman hansısa amillərlə əlaqələndirmək düzgün deyil. Rusiya ilə Amerika arasındakı münasibətlər isə bəzi regionlarda tam şəkildə üst-üstə düşür. Məsələn, Suriya münaqişəsində. Dağlıq Qarabağ məsələsinin indiki mərhələsində isə niyə təşəbbüs təkcə Rusiyanınkı kimi görünür? O suala hələlik mənim cavabım yoxdur. Vaxt getdikcə görürük ki, təşəbbüs elə də aktiv deyil. Hələlik o təşəbbüsün real olmasına inamım yoxdur.

"Əgər Türkiyə Azərbaycanı müharibəyə sövq edirsə..."

- Türkiyə bir sıra səviyyələrdə Azərbaycanın yanında oldu. Buna görəmi sizcə, indi Rusiya dairələri deyirlər ki, Qarabağda müharibənin başlaması üçün Türkiyə Azərbaycanı qızışdırır...

- Əgər Türkiyə Azərbaycanı müharibəyə sövq edirsə, o zaman məqsədi nədir? Nəticədə Türkiyə nə əldə edəcək? Toqquşmaq üçün bəhanələr lazımdırsa, onu həm Suriyada, həm də digər yerlərdə tapmaq olar. Türkiyə birbaşa müharibədəmi iştirak istəyir? Bunların məntiqi yoxdur. Sadəcə olaraq hansısa ölkə ilə problemlər olanda belə şeyləri deyirlər. Türkiyənin real maraqlarını bu vəziyyəti qızışdırmaqda görmürəm. Ona görə də bu fərziyyəyə inanmıram.

- Ermənilər itirdiyi yüksəklikləri almaq üçün ciddi şəkildə müharibəyə hazırlaşırmı? Bir neçə gündür ki , cəbhədə atəşkəsi yenidən pozurlar, mülki əhaliyə ziyan vururlar...

- Əvvəla deyim ki, təəccüblü o oldu ki, aprelin əvvəlində baş verən toqquşmada Azərbaycan ordusunun cüzi hissəsi olan xüsusi təyinatlılar iştirak etdi. Onlar bir neçə saatın içərisində yüksəklikləri götürdülər. İlk saatlarda Azərbaycan cavab olaraq artilleriyadan da istifadə etməyib. Hərbi Hava Qüvvələrindən də böyük miqdarda istifadə edilməyib. Nəticədə Ermənistan tərəfi güclü mövqelərini, texnikanı itiriblər. Çünki 14 tankı itirmək zarafat məsələ deyil. Bu rota yarımlıq tanklardır. Azı üçə vursaq, görün o tanklarda nə qədər adam ölüb. Məndə inam yaranıb ki, Azərbaycan qısa müddətdə şərait yaransa, ermənilərin ordusunu darmadağın etməyə qadirdir. Ermənilər qorxudurlar ki, onlarda raket var. Amma İran-İraq müharibəsi göstərdi ki, bu cür raketlər heç də təsiredici zərbələr endirməyə malik deyil. Üstəgəl, sən necə məni hədələyə bilərsən ki, Naxçıvanla Ermənistan arasında 80 km məsafə var. Bizdə elə silahlar var ki, 150-200 km məsafəni vurur. Fikirləşmirsən ki, həmin silahlarla vurula bilərsən? Kimisə hədələyəndə bilməlisən ki, cavabı olacaq. İndi Ermənistan təşvişdədir. Çünki atılan addımlar emosional xarakter daşıyır. Hesab edirəm ki, daha realistik nəticəyə gəlib çıxa bilərlər.

"Onlar cəllad adam olan Sarkisyanla bir yerdə oturublar..."

- Belə getsə, müharibə qaçılmaz olacaq?

- Ermənistanın elitası həmişəki kimi ermənilərin maraqlarını deyil, öz siyasi maraqlarını güdür. Bu baxımdan Sarkisyan və onun klanı istisna etmirəm ki, populist addımlar ata bilər. Yəni hərbi əməliyyatların bərpası. Onlar üçün fərq etmir ki, ermənilər orada öləcəklər. Amma onlar özünü qəhrəman kimi göstərə bilərlər, Ermənistanın daxilində tənqid dalğasının qarşısını ala bilərlər. 1987-ci ildə Dağlıq Qarabağda 137 min erməni yaşayırdı. Bir neçə ilə bundan qabaq isə Norveç fondlarından biri gizlin şəkildə statistika aparıb. Məlum olub ki, indi 50-60 minə qədər əhali orada qalıb. Eyni mənzərə Ermənistanda da mövcuddur. Məlumatlara görə, orada 1 milyon 700 mindən 2 milyona yaxın əhali var. İndi rejimin Ermənistanın çiçəklənməsinə yönəlik fikirləri var idisə, nəticədə iflasa uğrayıblar. Əhali olmayan dövlətdə heç bir inkişaf ola bilməz. Mən istisna etmirəm ki, onlar hərbi əməliyyatların bərpasına qərar verərlər.

- Cəbhədə beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan istifadə edirlər...

- Bu da onların növbəti avantüralarıdır. Ordunu yaratmaq üçün böyük miqdarda vəsait lazımdır. İndi deyirlər ki, silahları yoxdur, amma ordu yaratmalıdırlar. Bu vəsaiti kim verəcək sizə? Rusiya istəyir ki, öz ordusunu inkişaf etdirsin. Öz ordusundan alıb Ermənistana verəcək? Onlar sirkdə fokus kimi oyun çıxarmaq istəyirlər. Əgər onlar xalqın maraqlarını fikirləşsəydilər, sülhə yol axtarardılar.

- Qondarma soyqırım qeyd olunan gün Corc Kluni və onun vəkil həyat yoldaşı Amal Kluni Ermənistana gediblər. Həmin bu adamları Sarkisyanla otuzdurublar. Sarksiyan azərbaycanılıların soyqırımında birbaşa ittiham olunan adamdır. Onlar da gəlib bu teatrı qurublar. Estoniyanın ensiklopediya rəhbəri tədbirlərin birində demişdi ki, Sarkisyan Qafqazın Miloşeviçidir. İndi kim onunla bir yerdə otura bilər? Xocalı soyqırımını bilmirlər?

- Sizin agentlik vasitəsilə bir təşəbbüslə çıxış etmək istəyirəm. Azərbaycan gəncləri, bəlkə də Türkiyə də qoşula bilər bu təşəbbüsə. Corc Kluniyə , onun həyat yoldaşına etiraz məktubu göndərək. Xocalı kampaniyasında olduğu kimi Corc Kluniyə sübut edək ki, onlar cəllad adam olan Sarkisyanla bir yerdə oturublar. Bu kampaniyanı başlamaq yerinə düşərdi. İngilis dilində məktub dərc edilsin, yazılsın ki Corc Kluni sizi aldadıblar, siz bu cür cəllad adamla bir yerdə oturmusunuz. Bu, sizin imicinizə zələl gətirir.

"Azərbaycan tərəfi vaxt itirməməlidir..."

- Əməliyyatlarda Azərbaycan xalqının, ordusunun döyüş ruhunu necə qiymətləndirdiniz? Sizdə mi hesab etdiniz ki 23 illik məğlubiyyət sindromundan bir günün içində azad olduq...

- Mənə təsir edən o oldu ki, biz şəhidlər vermişik, amma onların arasında zabitlərin sayı çox olub. Zabitlərimiz əsgərlərin arxasında heç də gizlənməyiblər, əsgərlərin önündə durublar. Mənə elə gəlir ki, bu çox gözəl nümunədir. İctimaiyyət başa düşürdü ki, gec-tez müharibə ola bilər. Biz hansısa mərhələdə torpaqların bir hissəsini itirmişik. Amma bir gün belə bu itki ilə razılaşmamışıq. Bu baş verən son hadisələr də xalqa əlavə ümidlər verdi. Ümid odur ki, ordumuz torpaqlarımızı azad etmək iqtidarındadır. Didərgin düşən həmvətənlərimiz öz evlərinə qayıdacaqlar. Mən heç vaxt ümidimi itirməmişəm. İndi isə bu ümid daha da güclənib.


- Belə fikirlər var ki, hakimiyyətin içərisində dördgünlük döyüş əməliyyatlarına mane olmaq istəyən qüvvələr varmış...

- Bu barədə məndə dəqiq məlumat yoxdur. Amma bir şeyi qeyd edim ki münaqişənin həlli nə təkcə siyasi, nə də hərbi yolla ola bilər. Bu baxımdan hesab edirəm ki, əməliyyatları dayandırıb ermənilərə fikirləşmək üçün imkan vermək düzgün qərar idi. Ona görə ki ordumuzun gücünü görüblər, daha da itki verməmək üçün fikirləşməlidirlər. Azərbaycan tərəfi də vaxt itirməməlidir. Ölkə siyasi hərbi komandanlığı baş verənləri analiz edib nöqsanları aradan götürə bilərlər.

- Bir müsahibim demişdi ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın hələ də istifadə etmədiyi bir kart var. O da türk-islam amilidir. Bu dövlətlərlə əlaqələri genişləndirmək, onlara Azərbaycanın yanında olmaq üçün çağırışlar etmək lazımdır. Siz bu təklifi necə dəyərləndirirsiniz?

- İnsanlar kənardan diplomatiyaya baxanda adamlar arasındakı münasibətlərin modellərini o sferaya keçirirlər. Bəzi qərarlar kənardan deyilənlərə qulaq assaq, emosional xarakter daşıyır. Ancaq diplomatiyada və xarici siyasətdə gərək emosionallıq ən axırıncı üslublardan olsun. Bəzən deyirlər ki, Rusiya Ermənistanın tərəfindədir. Bu fikirlərin çoxusu ilə mən razıyam. Amma buna qarşı taktika nə olmalıdır? Deyək ki, ruslar pisdir, onları düşmən elan edək? Bu bizim xeyrimizə olarmı? Baxın, indi bizim siyasətimiz ona gətirib çıxarıb ki, artıq ermənilər rusları tənqid edirlər. Deməli, düzgün taktika seçmişik. Məqsədimiz qonşularımızla bərabərhüquqlu münasibətlər qurmaq, ölkələri özümüzə dost etməkdir. Mənə elə gəlir ki, biz buna nail oluruq.


- Azərbaycan mühüm bir regionda yerləşir. Bəzi siyasilər hesab edirlər ki, bu cür ölkənin xarici siyasətinin başında hazırkı nazirdən qat-qat peşəkar şəxs durmalıdır. Siz Elmar Məmmədyarovun nazir kimi fəaliyyətini necə qiymətləndirirsiniz?

- Kimisə xarici siyasətdə tənqid etmək üçün bizim imkanlarımız var. Mən səfir olanda səfirlərin toplantısında öz fikirlərimi səsləndirirdim. Həm də onun tərəfdarı deyiləm ki, ictimai şəkildə kimisə tənqid edək. Bizdə nazir təyinatı ilə bağlı qərar qəbul edən şəxs prezidentdir. Biz heç də onun malik olduğu informasiyalara sahib deyilik. Düzdür, mən deyirəm ki, bizdə daxildə kadr siyasətində bəzi problemlər var. Hesab edirəm ki, bu və ya digər şəkildə bu problemlər həll olunmalıdır. Heç kim ömürlük nazir olmur, vəzifələrə kimsə gedir gəlir. Ona görə də nazir Elmar Məmmədyarovun da öz nailiyyətləri, nöqsanları var. Amma bütün qərarları prezident qəbul edir. Filankəsi çıxartmaq demək düzgün olmaz.

- Bir müddət əvvəl XİN diplomatlarla bağlı qalmaqallar ilə gündəmdə idi. Sonradan bir az ara verildi. İndi də ara-sıra diplomatların bəziləri barədə xoş olmayan informasiyalar yayılır. Bir keçmiş diplomat kimi, sizə bu hadisələr necə təsir edir?

- Çox pis təsir edir. Hesab edirəm ki, səfir və səfirliyin işçiləri ilk növbədə dövləti təmsil edirlər. Şəxsi nöqsanları istər- istəməz ölkənin timsalına keçirdirlər. Buna görə də ikiqat diqqətli olmalıyıq. Məsələn, səfir maşın sürəndə həmin ölkənin polisinin ixtiyarı yoxdur ki, onu yoxlasın. Amma bu o demək deyil ki, bu imtiyazlardan istifadə edib kimsə maşını içkili sürsün. Nəyə görə mərasimlərə gedəndə sürücü bizi aparır? Orda istər-istəməz şərab qaldırırlar, içki içməli olursan, sağlıq səsləndirirlər. İndi sən maşını özün sürsən, o biri diplomatlar baxacaqlar ki, sən düzgün etmirsən. Ya da bəzi həmkarlar deyir ki, sürücüsu yoxdur, o bu gün içməyəcək. Hamı başa düşür ki, o səfir adamdır, onu saxlayan olmayacaq. İmtiyazlardan sui-istifadə etmək diplomatların arasında heç də yaxşı qəbul olunmur

- Müsahibələrinizin birində XİN-də böhran yetişdiyini açıqlamışdınız. İndi də bu fikirdəsiniz?

- İndi də həmin fikrimdə qalıram. Çox adamların əhval-ruhiyyəsi dəyişməlidir. Başa düşməlidirlər ki, onlar bir növ əsgərdirlər. Diplomatların böyük əksəriyyəti o səviyyədədir. Yəni, gecə-gündüz işləyirlər, çətinliklər çəkirlər. Hər yerdə olduğu kimi nalayiq adamlar da var. Amma gərək elə mexanizm formalaşsın ki, nalayiq adamlar ifşa olunsun və kənarlaşdırılsın. Hesab edirəm ki, bu mexanizm lazımi şəkildə işləmir. Onun formalaşmasında nazir aktiv olmalıdır. Kimsəyə dostum, qohumum baxışı ilə baxmasın. Onun gördüyü iş əsas meyar olmalıdır.

- Özünüz də yuxarıda qeyd etdiyiniz kimi, bizdə istefa mədəniyyəti formalaşmayıb...

- Bilirsiniz, vəzifəyə münasibət insanlarda fərqli olur. Vəzifə ictimaiyyətə xidmət etmək üçün bir imkandır. Ümumi məntiq ondan ibarətdir ki biz vergiləri veririk, büdcəni toplayırıq. Büdcəni yığan adamlar da bu və ya digər adamları ictimaiyyətə xidmət etməyə cəlb edirlər. Bu yaxınlarda mən ASAN xidmətdə oldum, onlar artıq yeni məntiq təklif ediblər, bu çox yaxşıdır. Bizim bürokratiya gərək öz fəlsəfəsini dəyişsin. Sən vəzifəyə hansısa vəzifəni yerinə yetirməkdən ötrü gəlirsən. Məsələn, mən nazir işləyəndə gecələr hamı gedəndən sonra gedib çay süzüb gətirirdim. Amma mühafizəçilər deyirdilər ki siz bizə zəng edin, biz gətirək. Mən deyirdim ki, burada nə problem var? Camaata yaxın olmaq yaxşıdır. O insanın ki vəzifədən başqa heç bir şeyi ilə fəxr etməyə əsası yoxdur, o bədbəxt insandır. Ona görə də kimisi vəzifədən tutub kreslodan yapışıb, bu bir az gülməlidir.

- Bu günlərdə Ukraynada Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları diplomatların təhlükəsizliyi ilə bağlı praktiki təlim keçiriblər. Sizcə, diplomatlarımıza qarşı təhlükə varmı?

- Təbii var.

- Dağlıq Qarabağ ətrafında baş verən proseslərə görəmi?

- Bəli. Siz nəzərdə saxlayın ki, ermənilərin terrorist fəaliyyəti nəticəsində 63 nəfər Türkiyəli diplomat və onun ailə üzvləri həlak olublar. Bu baxımdan təhlükə mövcuddur. Ümumiyyətlə, ermənilərin siyasəti, dövlətçilik fikirləri terrorist olan “Daşnaksütun”, “Qınçaq” kimi təşkilatlardan formalaşıb. Hesab edirəm ki, öz ənənələrinə uyğun olaraq Azərbaycan diplomatlarına qarşı da bu addımları ata bilərlər.

- Demişdiniz ki, Qarabağ danışıqlarında proses yoxdur. İndi aktivlik var. Siz də proseslərə qoşulmaq istərdinizmi?

- Yox, indi də proses yoxdur. İndi cəhd var ki, proses başlasın. Əgər həmsədrlər öz taktikalarını dəyişsələr, prosesin canlanması qısa müddətdə baş verə bilər. Azərbaycan cəmiyyəti də daha aktiv şəkildə ideyalar irəli sürməlidir.

- Sizə aktiv proseslərə qoşulmaq üçün təkliflər edilibmi?

- Mən indi aktiv prosesin içindəyəm, müsahibə verirəm sizə. Bu işi davam etdirəcəm. Hesab edirəm ki, bu məsələlərdə ictimaiyyətin çox böyük rolu var.

- Ötən il bir vəkilin adından açıqlama yayılmışdı ki, bir qrup şəxs Tofiq Zülfüqarov adlı birinin 3-4 milyona yaxın pulunu oğurlayıb. Açıqlamalardakı faktlar həmin şəxsin siz olduğunu göstərirdi. Pulu oğurlanan siz idiniz?

- Mən deyirəm ki, ad mənimdir, amma pul mənim deyil. Əgər mənimdirsə, qaytarın. Amma qəribə idi, doğrusu başa düşmədim. Çünki Estonoyadan ölkəyə qayıtmağa hazırlaşırdım. O vaxt bir maşın aldım. Maşın alandan sonra həmin informasiyada maşını dedilər. Çox qəribə idi. Ad da, maşın markası da üst-üstə düşürdü. Heç bilmədim bunu kim edir. Mənə elə gəlir ki, müxtəlif dairələr mənə qarşı provakasiya edirdilər.(Qafqazinfo)
Oxşar xəbərlər
22:23, Bu gün
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
22:22, Bu gün
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
22:04, Bu gün
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
21:38, Bu gün
İsrail HƏMAS-a bir həftə vaxt verdi
21:18, Bu gün
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
21:16, Bu gün
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
21:13, Bu gün
Məktəb direktoruna yüksək vəzifə verildi
21:00, Bu gün
29 yaşlı aktyor evində ölü tapıldı
20:59, Bu gün
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
20:57, Bu gün
Sudan prezidentinin oğlu Türkiyədə öldü
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
GÜNLÜK
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
AYLIQ
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...