"Fatma Abdullazadənin atasından ev istəməmişdim ki..." - İTTİHAM
Oxunub: 6180
28 Apr 2016 | 11:55
Indi zəmanə dəyişib və yazı-pozu adamları daha özlərini cəmiyyətə təqdim edə bilmək üçün nə qəzetlərin qapılarını döyüb redaktorların nazı ilə oynamaq, nə də sponsor axtarmaqdan usanıb, nəşriyyatların qapılarında qalmaq məcburiyyətindədilər. İnternetin imkanları və sosial şəbəkələrin bolluğu bu məsələni birdəfəlik çözüb. Düzdür, hələ də əvvəlki illərin ətaləti ilə yaşıyan, nəyin bahasına olursa olsun, kitab çap etdirməklə tarixə düşmək istəyənlər də yetəri qədərdir. Və kitab çap etdirməyin də elə bir sakıncası yoxdu məncə. Amma ən azından, dediyim kimi indi artıq nə dərc olunmaq, nə də nəşr olunmaqla cəmiyyətə təqdim olunmaq, kütləvi oxucu qarşısına çıxmaq problemi var...
Yazanlar və necə yazmasından asılı olmayaraq, sosial şəbəkələrdə həm poeziya, həm də nəsr əsərlərini təqdim edənlərin sayı isə  indi “N” qədərdi. Və deyim ki, son aylarda burda xeyli sayda gerçəkdən yaza bilən adamlar kəşf eləmişəm. Adları saymağa belə cəsarət eləmirəm ki, kimlərisə unudub xətrinə dəyməyim. Amma demək istədiyim o ki, təkkəbbürlü qəzet redaktorlarının və  işi-peşəsi naşirlikdən çox pulgirlik olan nəşriyyatçıların ümidinə qalsaydılar, bəlkə də kimsənin tanımayacağı, onlarla sanballı şairlər, nasirlər var ki, indi onların adi bir statusu, mənəm deyən qəzetlərin tirajı, ya da satılma faizi gədər “layk”lar gətirir... 

Heç şübhəsiz, bu yazarların içərisində, qısa müddətdə xeyli populyarlıq qazanmışlardan biri də Aləmzər Sadıqqızıdı.  Ã–zünəməxsus yazı üslubu olan və az qala hər gün yeni və kifayət qədər sanballı, ən başlıcası da zamana ayna tuta bilən şeirləri ilə FB-dəki oxucularının görüşünə gələn Aləmzər xanımla müsahibə almaq isyəyimin iki özəl səbəbi var. Birinci səbəb odur ki, Aləmzər Sadıqqızının bütün yaradıcılığının içində qırmızı xətlə keçən Qarabağ dərdi və Şuşa yanğısı var. Açığı, bu qədər yanğının nədən və hardan qaynaqlandığını çox maraq edirdim. İkinci səbəb isə, bu günlərdə onun yazıb paylaşdığı bir status oldu. “MƏN QALİB DİYARIN MƏÄžLUB QIZIYAM” ”“ anlamına gələn bu stsus da xeyli maraq və bir o qədər də suallar doğurdu deyə, elə Aləmzər xanımla söhbətimə də bu statusa, bir növü izahat istəməklə, körpü salmağa çalışdım...
... və çözələnərək, uzandıqca uzanan bu söhbətin tamamını oxuculara təqdim etməyə qərar verdim. Niyəsini isə müsahibəni oxuduqca hər kəs anlayacaq. Aləmzər Sadıqqızının dediklərinə, etiraflarına, şikayətlərinə, qayğllarına, bir şair ömrünün görünən və görünməyən tərəflərinə isə qiymət verməyi, mühakimə yürütməyi oxucuların öz öhdəsinə buraxıram. 
Beləliklə, növbəti müsahibim özünə qalib diyarın məğlub qızı deyən Aləmzər Sadıqqızıdır...


II hissə


- Neçə ildir Yazıçılar Birliyinin üzvüsünüz?

- 2000-ci ildən AYB-nin üzvüyəm. Əslində çoxdan ola bilərdim. Çünki mən hələ rayonda olanda kitablarım nəşr olunmuşdu. Orda olanda belə, təklif gəlirdi ki, sənədlərini hazırla göndərək. Amma mən özümü hələ o yerdə görmürdüm. Ümumiyyətlə isə, mən hər şeyi çox çətinliklə tapmışam. 17-18 yaşımdan yazırdım, amma 23 yaşımdan çap olunmağa başladım. Ona görə ki, həmişə yazdıqlarımı cırıb atırdım. 

- Orası bəllidi, əslində çoxları belə gəliblər ədəbiyyata. Amma dediniz ki, özümü hələ orda görmürdüm. Hara idi ki, ora, Məkkə, Mədinə deyildi hər halda?

- Ədəbiyyata və AYB-yə çox yüksək nəzərlə baxırdım və ozümü də onların arasında görmürdüm, layiq də bilmirdim. AYB mənim üçün əslində elə Məkkə, Mədinə qədər müqəddəs idi. Tutaq ki, “nə olsun, mənim bir kitabım çıxıb” deyə düşünürdüm və hesab eləmirdim ki, bu mənə AYB-nin üzvü olmaq haqqı vermir.  

- Bəs gələndən sonra AYB-ni necə gördünüz, Məkkəyə, Mədinəyə oxşayırdımı? 

- O başqa söhbətdir. Sonra da həyatın müəyyən məcburiyyətləri üzündən Bakıya gəldim. Gələndən sonra da müəyyən qəzetlərdə işləyirdim və yenə də çap olunurdum. Onda görür və bilirdim ki, ətrafımdakı adamların çoxu AYB-yə üzv olmağa can atırlar. Amma mən nə bu barədə düşünür, nə də can atırdım. Bir dəfə təsadüfən pilləkənin ayağında, o vaxtlar bizim Naxçıvan YB-nin sədri olan Hüseyn İbrahimovla rastlaşdıq. Rəhmətlik mənə çox qəribə görünən bir tərzdə dedi ki, səni göydə axtarırdım, yerdə əlimə düşübsən, neçə müddətdi ki, səni Yazıçılar Birliyinə gətirmək istəyirik, amma tapa bilmirik. Təsəvvür edin, o yaşda kişi təzədən pilləkənləri mənimlə qalxdı və Arif Əmrahoğluna  dedi ki, bəs bizim bu qızı niyə AYB-yə üzv eləmirsiniz? O da dedi ki, bizə sənəd verməyib. Sonra orda mənə dedilər ki, üç nəfər yazıçının zəmanəti lazımdı və sair. Mən də daha Hüseyn müəllimin sözündən çıxa bilmədiyim üçün, bir az da məcbur olub, sənədləri hazırladım və təqdim etdim. O arada “Mənim gerçək nağılım” adlı bir yazım ərsəyə gəldi. Məsələ burasındadır ki, sənədlərimi təqdim eləyəndə məndən tərcümeyi-hal  istədilər. O tərcümüyi halı yazmaq üçün saatlarla oturdum və nə qədərsə varaq korladım. Təbii ki, məm də hamı kimi adi qaydada rəsmi bir sənəd yazmalıydım. Ancaq qəlbimdən keçən, içimi didib tökən bir şeylər var idi. Niyəsə o tərcümeyi-halla başqa bir şeyi də demək istəyirdim. Nəsə, nəticədə həmin o esse alındı və sonralar da “Mənim gerçək nağılım” adı ilə çap olundu. Gətirib sənədləri Fikrət Sadığa verəndə, dedim ki, tərcümeyi halı yazırdım, belə bir yazı alındı. Dedi ki, oxu görək nə alınıb? Inanin ki, həmin o yazını indiyə qədər, bəlkə də yüzlərlə dəfə oxumuşam, bununla belə, indi də oxuyanda kövrəlirəm. Orda da güclə oxuyurdum. Bir də başımı qaldıranda gördüm ki,  Fikrət Sadıq da, Söhrab Tahir də, Gülhüseyn Hüseynoğlu da ağlayırlar. Yazıda mənim babamın İrandan keçib gəlməsi-filan kimi məqamların olması da Söhrab Tahirə xüsusilə çox təsir eləmişdi, o qədər ki, hətta bir müddət danışa da bilmədi. Sənədlərə baxanda zəmanətin niyə iki olduğunu soruşdular və dedim ki, üçüncüsünü Nəriman müəllim verəcək, sabah götürəcəm.

- Nərimam müəllim hansıydı?

- Nəriman Həsənzadə. Bu məqamda Söhrab Tahir dedi ki, əşi, heç hara da getmə, birini də mən yazıram. Sonradan həmin yazı “Ədəbiyyat” qəzetində çıxdı və Söhrab müəllim kimi gördüsə, hamıya dedi ki, o yazını oxusun. Hətta indilərdə də hər dəfə görəndə Söhrab Tahir mütləq o yazıdan danışır və mütləq bir şeyi də vurğulayır ki, sən əslində öz taleyini yaza-yaza Azərbaycanın taleyini yazıbsan. 

- Tale demişkən, 2000-ci ildən Yazıçılar Birliyinin üzvüsünüz, düz 16 ildir. Və orda Anar Rzayev adlı bir adam var. Onun dəstəyi və birbaşa iştirakı ilə bu ölkədə, hətta bəzən heç normal qələmi, ya da bir hekayəsi belə olmayan adamlar evlər alıblar. Təbii ki, özünün, övladlarının və bir çox yaxınlarının da şəraiti onun sayəsində təmin olunub. Amma sizin Anar haqqında yaxşı bir kitabınız da var. O ki, var tərifləmisiniz  Anarı. Ayrıca, bildiyim qədəri ilə, Yazıçılar Birliyində illər uzunu bir işlər də görübsünüz. Bəs niyə vəziyyətinizi bilə-bilə, bu illər ərzində sizə bir ev verilmədi?

- Əslində mənim də ən yaralı yerim məsələnin bu tərəfidir. Düzdür, o ev söhbətindən sonra mən bir televiziya verilişində də çıxış eləmişdim və hiss edirəm ki, bununla bağlı hələ də mənə qarşı bir düşmən mövqeyi var.

- Ki, niyə televiziyada danışıbınız?

- Yəqin ki, insanların öz haqqını tələb eləməyi kimlərinsə xoşuna gəlmir. Mən onu da demirəm ki, mənin orda mütləq haqqım var. Amma əslinə qalanda, mən 2000-ci ildən oranın üzvüyəm və ev üçün növbəyə də durmuşdum. Bəlkə də mən heç bu məsələdə haqq kimi nəyisə tələb etməzdim də. Işlər belə gətirdi ki, 2006-cı ildə qardaşımın özündən sonra həyat yoldaşı da  rayonda vəfat elədi. Mən məcburiyyət qarşısında onun iki körpə övladını da, xəstə anamı da Bakıya öz yanıma gətirməli oldum. Bilirəm ki, həyat çoxları üçün həmişə ağır olub və mənim həyatım isə ümumiyyətlə sözlə deyiləcək deyil. Təsəvvür edin ki, mən o uşaqlarla, öz övladlarımla və xəstə anamla Bakıda 21 dəfə ev dəyişmişəm.

- Yəni kirayə demək istəyirsiniz?

- Bəli. Bəlkə indi deyəcəyim sözlər  yenə də sensasiyaya səbəb olacaq və bilənlər də bilir ki, mənim qədər bu ölkədə qaçqın-köçkün dərdinə yanan ikinci bir adam yoxdur. Amma çox qəribədir  və çox da maraqlıdır ki, mənim kirayə qaldığım mənzillərin də azı 99 faizi elə qaçqın-köçkünlərin evləri olub. Və bütün bu illərdə belə başa düşmüşəm ki, Azərbaycanın ən böyük qaçqını da, köçkünü də elə məniymişəm.

- AYB-ni rəhbərliyində olanlarla bu haqda söhbətiniz oldumu heç?

- Bir müddət əvvəl, onda hələ millət vəkili olan çox hörmətli Sabir Rüstəmxanlı mənə məsləhət gördü ki, Anar müəllimdən xahiş elə, qoy o prezidentə bir məktub yazsın və bu cür çətinliklə yaşamağınla bağlı dövlət başçısınna müraciət eləsin. Düzünü deyim ki, o vaxta kimi heç mənim özümün ağlıma belə bir şey gəlməmişdi. Gəldim Anar müəllimə bu məsələni dedim, ancaq mənə müsbət cabab verilmədi və dedilər ki, Sən özün prezidentə müraciət eləyə bilərsən. 

- Yəni, Anar dolayısı ilə dedi ki, Sabir Rüstəmxanlı nə dediyini və niyə dediyini bilmir elə?

- Yox, mən elə düşünmürəm, amma yəqin ki, onlar düşündülər ki, mənimlə bağlı belə bir müraciət olunsa, ehtiyacı olan digər şəxslər də bu cür istəklərdə buluna bilərlər. Bilmirəm, hər halda mən bu cür yozum verdim buna. Sonradan dostların məsləhəti və təkidi ilə mən elə bir müraciət yazdım. Düzünü deyim ki, bir az da buna görə utanırdım, amma eyni zamanda da bunu eləməyə məcbur idim.  Hətta həmim müraciətimə 10 nəfər millət vəkilləri,  xalq şairi və yazıçılar da qol çəkmişdilər.     

- Xalqın şairləri və yazıçıları kimlər idi?

- Nəriman Həsənzadəydi, Söhrab Tahir idi, Qabil idi və sair. Məktubu göndərdim və sonra da nə olar-olmazını düşünmürdüm. Amma hər dəfə Qabil müəllim məni görəndə deyirdi ki, o məktubun axırı nə oldu? Və günlərin birində o məktubun taleyini necə olduğunu bilmək üçün, Qabil müəllimin də köməyi ilə hardan,  necə zəng vurmağı öyrəndim. Prezident Aparatında məktublar şöbəsinin müdiri olan Süleyman müəllimlə danışdım. Məktubumla bağlı ondan soruşdum. Dedi ki, bir gün sonra zəg vur, cababını deyərəm. Bir gün sonra zəng vurdum və məktubumun sözlərinə, ora qol çəkmiş millət vəkillərinin, şairlərin adlarına qədər hər şeyi dedi. İstəyirəm burda bir balaca haşiyə çıxıb deyim ki, məktuba qol çəkmək üçün umduğum, tanıdığım, mənim qələmimə bələd olan adamların adlarını yazmışdım. Onlardan biri də Əkrəm Əylisliydi. Mən onu həmişə böyük yazıçı bilmişdim, hətta haqqında yazılarım da olub. Amma məktubuma adları yazılanlardan bircə nəfər qol çəkməmişdi ki, o da Əkrəm Əylisli idi. O demişdi ki, mən belə şeylərə inanmıram, filan. Onun sonrakı hərəkəti də sübut elədi ki, onun bizimlə millət olaraq həmişə problemi olub. İndi çox adamlar çox şey danışır, haqlı olan da var, olmayan da, amma mən Əkrəm Əylislini ümumiyyətlə azərbaycanlı hesab eləmirəm. Böyük yazıçı olub-filan, bu tamam ayrı söhbətdir.  Sualiniza qayıdıb deyim ki, mən hələ lap erkən yaşlarımdan, oxuduğum kitablar məni tuturdusa, o kitabların müəlliflərinə məktub yazırdım. Həmin yazıçılardan biri də Anar idi. Anarı tanımadan, əsərlərini oxuduqca, ona 5 dənə məktub yazmışdım. Anar haqqında yazdığım kitabda da o məktublar var. Bu cür məktub yazdığım yazıçılardan biri də Əkrəm Əylisli olub. Indi qəribə və hətta inanılmaz da səslənə bilər, amma Anardan da mənə cavablar gəlirdi və sonra elə bir görüş oldu ki, orda Anar özü dili ilə dedi ki, mən heç Aləmzərə cavab verə bilmirdim. Nə isə, Süleyman müəllim mənə dedi ki, məktubunuzun  üstünə  prezident tərəfindən “həll olunsun” yazılıb və Fatma Abdullazadənin arxivindədir. Soruşdum ki, Süleyman müəllim, necə bilirsiniz, müsbət həll oluna bilərmi, “oluna bilərmi nə deməkdir, mütləq olunmalıdır, prezidentin “həl olunsun” yazdığı məsələ həll olunmaya bilməz” ”“ dedi. 

- Neçənci il idi?

- 2006-cı il. 

- Düz 10 ildi prezidentin dərkənarına münasibətdə müdhiş operativlik varıymış...

- Amma təəsüf ki, olunmadı.

- Bir yaxşı mahnımız var idi o vaxtlarda, “Olmalıydı, olmadı”...

- Mən fikirləşirəm ki, burda da kiminsə qərəzi rol oynadı. Mən o məktubumda yazmışdım ki, o evi heç bir yazıçı-şair kimi, qələm adamı kimi itəmirəm və mən bir Azərbaycan qadınıyam, bir azərbaycanlı  anayam və illərdi ki,  21 dənə qaçqın-köçkün evində kirayənişin kimi yaşayıram. Düzdür, mən rayondan gəlmişdim, amma mən orada öz evimi atıb gəlməmişdim ki. Çünki mənim heç orda da evim yox idi axı. Yəni bu ölkədə öz evi olmaq mənim də haqqımdır. Fatma Abdullazadə də bir qadın idi və mən onun atasından ev istəməmişdim ki. Yəni atasının cibindən pul götürüb mənə nəsə eləmirdi  haa. Əgər dövlətin o boyda rəhbəri buna qol çəkibsə,  bir qadın  başqa bir qadına qarşı necə bu qədər düşməncəsinə yanaşa bilərdi?

- Hesab edirsiniz ki, Fatma Abdullazadə sizə qarşı düşmənçilikmi elədi?

- Düşmənçilikdən söhbət getmir və mən belə başa düşürəm ki, bir məmur öz rəhbərinin imzasına belə məsuliyyətsiz yanaşırsa, bunun adını siz deyin, ya da elə Fatma xanımın özü desin. Axı o boyda prezident bir də mənnən maraqlana bilməz ki, məsələn o məktubun talryi nə oldu-filan. Bəlkə də o fikirləşir ki, artıq çoxdan bu iş həllini tapıb və Aləmzər də evində oturub, balalarınnan bir yerdə, Allaha dua edir. Mən bir dəfə millət vəkili Elmira Axundovaya dedim ki, belə bir şey olub, amma ki, heç Fatma Abdullazadənin qəbuluna da düşə bilmirəm. Çox çalışdım ki, qəbuluna düşəm, mümkün olmadı. Hətta bir dəfə zəng vuranda özü götürmüşdü telefonu və rus dilində nəsə danışdı və bir kəlmə adımı deyən kimi qoydu yerinə. 

- O xanımın katibəsi də telefona rus dilində cavab verir, bunu bilirəm. 

- Bu müddət ərzində onun özünə də neçə dəfə məktubla müraciətlər eləmişəm, yadına nəliri salmışam, amma, ümumiyyətlə hərhansə formada  cavab verilməyib. Hətta bizim qurultayda çıxış edəndən sonra mən ona yaxınlaşdım və xahiş elədim ki, bu işə ədalətlə baxsın, amma yox ki, yox. Dedim ki, Elmira axundovaya bi haqda danışdım, o bilirsinizmi mənə nə dedi ?

- Nə dedi ki?

Davamı var...

Sərdar Əlibəyli, xüsusi olaraq Moderator.az üçün
Oxşar xəbərlər
22:04, Bu gün
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
21:38, Bu gün
İsrail HƏMAS-a bir həftə vaxt verdi
21:18, Bu gün
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
21:16, Bu gün
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
21:13, Bu gün
Məktəb direktoruna yüksək vəzifə verildi
21:00, Bu gün
29 yaşlı aktyor evində ölü tapıldı
20:59, Bu gün
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
20:57, Bu gün
Sudan prezidentinin oğlu Türkiyədə öldü
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
GÜNLÜK
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
AYLIQ
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO