“Hər gələn Mayıs üçün Nisan ağlar, mən ağlaram”
Oxunub: 4552
27 Apr 2016 | 23:51
“Hər gələn Mayıs üçün Nisan ağlar, mən ağlaram”
“Ruslar erməni soyqırımını ortaya atmaqla öz soyqırımlarını unutdurmağa çalışırlar”

Xalq şairi Sabir Rüstəmxanlı 70 il bayram kimi qeyd etdiyimiz işğal günü, 28 aprel tarixi ilə bağlı fikirlərini Moderator.az - la bölüşüb. 
 
S.Rüstəmxanlı ilk olaraq bildirib ki, 28 May Azərbaycan tarixində nə qədər şərəfli bir gündürsə, 28 aprel də o qədər acı, millətə faciə gətirmiş bir tarixdir: 

“Bir çox mühacir həyatı yaşayan qələm əhli, mühacir ziyalılarımız 28 mayla, 28 aprellə bağlı çox ciddi yazılar qələmə alıblar. O yazıların hamısında 28 may millətin şərəf tarixi kimi qeyd olnursa, 28 aprel də millətin faciə günü kimi qeyd olunur. “Hər gələn Mayıs üçün Nisan ağlar, mən ağlaram” deyirlər. Millət sovetlər birliyinin qorxusu altında olsa da hər gələn Mayıs üçün nə az, nə çox, düz 70 il həsrət çəkib. Çünki 28 May Azərbaycanın müstəqillik günü, Azərbaycan Cumhuriyyətinin qurulduğu, Şərqdə ilk demokratik respublikanın yarandığı, üç rəngli bayrağın qaldırıldığı gün, Cənubi Qafqazda Azərbaycan adlı müstəqil bir dövlətin qurulma günü idi. Amma 28 apreldə mayda qazandığımız nə var idisə əlimizdən çıxdı. 28 May tarixi bizi millət olaraq dünyaya tanıtdı, dünya dövlətlərinə tanıtdı, millətin əxlaqının bərpa olunması istiqamətində addımlar atıldı. 1918-ci ilin mart ayında bolşevik erməni birləşmələrinin Azərbaycanın müxtəlif guşələrində törətdikləri faciələrin hamısını sənədləşdirdi, tarixin itməsinə imkan vermədi. Yeni bir dövr başladı və Azərbaycan başını dikəldib dünyaya “Mən də varam”, “Çar Rusiyasının 100-ildən artıq işğalında qalmağıma baxmayaraq mən ruhumu, dilimi, varlığımı, dövlət qurmaq qabiliyyətimi itirməmişəm” dedi.  28 May  bu demək idi. 28 aprel tarixi isə iki ildə qurulanların üzərindən xəttə çəkdi və millətin qara günləri başladı”.

Xalq şairi 1920-ci il tarixindən Stalinin ölümünə qədər Sovet Rusiyasının millətimizin başına gətirdiyi faciələri də sadalayıb: 

“Bayaq radioda bir verilişi dinləyirdim. Verilişdə səsləndirdilər ki, 1920-ci ildə Azərbaycanda nə qədər qırğınlar oldu, Azərbaycan türkləri məhv edildi. Hətta bu tarixlə bağlı rəqəmlər də səsləndirdilər, ancaq həmin rəqəmlərdə səhvə yol verdilər. Qeyd etdilər ki, 1950-ci illərə qədər 400 min insanın qətlə yetirildiyi, represiya qurbanı oldu. Təəssüf ki, bu rəqəmi deyənlər sürgünləri yaddan çıxarırlar, təkcə öldürülənləri deyirlər. Halbuki öldürülən insanların sayı 400 mindən qat-qat artıqdır. Təkcə 1920-ci ilin aprel ayından başlayaraq bir il ərzində 48 min Azərbaycan aydını məhv edilmişdi. Baxmayaraq ki, XI qızıl ordu müxtəlif vədlərlə gəlmişdi ki, güya Azərbaycandan keçib Türkiyəyə gedəcəklər, yardım edəcəklər. Milli hökumətlə anlaşmışdılar ki, burada qırğın olmayacaq, hər şey sakitliklə həll olunacaq, sərhədlər daxilində Azərbaycan dövləti öz varlığını sürdürəcək. Ancaq gələndən üç il sonra Kirovun başçılığı ilə komissiya yaratdılar və bu gün də ürəyimizdə yara olan Dağlıq Qarabağa, ermənilərə muxtariyyət verdilər. Halbuki o vaxt bütün mənbələr yazırdı ki, Dağlıq Qarabağda ermənilər olsa da, Zəngəzur şübhəsiz bütövlükdə Azərbaycan torpağıdır. Baxmayaraq ki, orda olan azərbaycanlıları 1905-18 illərdə qırıblar. Zəngəzur tərtəmiz Azərbaycan torpağıdır, Qarabağdakı ermənilər mübahisələr etsələr də, bura da Azərbaycanın torpağıdır. Təssüf ki, o vaxt səpilən şər toxumu hələ də göyərməkdədir, Qarabağ faciəsi indi də davam edir.
28 apreldən sonra rus ordusu şimaldan Azərbaycan sərhədlərini aşıb Samux çayını keçən kimi girdikləri hər kənddə dinc əhalini güllələməyə başladılar. Heç bir günahı olmayan adamları gülləyə düzərək Bakıya kimi gəldilər. Bakıya gələndən sonra da bir ildə 48 min yüksək intellekt sahibi ziyalımızı, Milli hökuməti quran, dayağı olan insanları, generalları, alimləri öldürdülər. Nifrətlərinin həddi o qədər idi ki, Şuşada  Qacar nəslindən olan üç generalı tikə-tikə doğramışdılar. Ümumiyyətlə onların niyyəti bu milləti tikə-tikə doğramaq idi və onu da bacardılar. Hər il də bu davam etdi, əgər statistikaya baxsaq hər il 40-45-50 min adam qırıldığının şahidi olarıq. Hər on beş dəqiqədən bir bir ziyalını, aydını məhkəməsiz, filansız güllələyirdilər. Bu millətin nə günahı var idi axı?! Sosializm, bolşevizm adına, yeni bir cəmiyyət adına gəlib bir milləti bu qədər məhv etmək bolşeviklərin Azərbaycanda apardığı soyqırım siyasəti idi. Ruslar erməni soyqırımını ortaya atmaqla öz soyqırımlarını unutdurmağa çalışırlar”. 
S.Rüstəmxanlı daha sonra qeyd edib ki, bu hələ bolşevizmin fiziki məhv etmək siyasəti idi və bunun bir mənəvi repressiya tərəfi də vardı: “Mənəvi repressiya da ondan ibarətdir ki, milləti türk dünyasından qopartdılar, millətin adını, əlifbasını dəyişdirdilər, tarixini saxtalaşdırdılar. Sanki biz iyirminci yüzillikdə yaranmış millətik, azərbaycanlı deyərək millətin keçmişini, soyadını əlindən aldılar. Milləti millət, xalqı xalq edən nə qədər dəyərlər vardısa məhv etdilər. Milləti həm fiziki, həm də mənəvi cəhətdən məhv etmək üçün nə qədər imkanları vardısa, hamısından istifadə elədilər. Bütün bunların da bünövrəsi 28 aprel tarixindən başlayır. 
Bu gün radioda dinlədiyim verilişdə 28 aprellə bağlı faktların ardınca böyük şairimiz Süleyman Rüstəmin sözlərinə yazılmış “Cənnət görmək istəyən Azərbaycana gəlsin” mahnısı səsləndirildi. Burada böyük paradoks yaranır. Bir yandan deyirlər ki, o rejim azı 400 min adam öldürdü və onun da ardınca da o dövrdə yazılmış bir mahnını səsləndirirlər. Represiyaların qoynunda öz qanında boğulan Azərbaycana cənnət demək olardımı? O vaxtın mənəvi terrorlarından biri də o idi ki, o vaxtkı böyük şairlərimiz Kremlin çaldığına oynamağa məcbur edilmişdi. Onlar “Ey qızıl Moskva yazırdılar”, əslində qızıl yox, qanlı Moskva yazaydılar. Millətimizin başına gətirlən o qədər faciələri millətin səadəti, xoşbəxtliyi kimi qələmə verirdilər. Millətə əzab da verilər, zülm də olar, tarix boyu sınaqlardan da keçər, amma yaşadıqlarımızın ən iyrənc tərəfi o idi ki, balanı, atanı, əmini, dayını gözünün qabağında öldürürdülər, sonra da sən bunu bayram kimi qəbul etməlisən deyirdilər. Budur 28 aprelin mahiyyəti. 
Şükrlər olsun ki, tarix təzədən öz sözünü dedi, 1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini elan elədi. 28 aprel tarixinin üzərindən birdəfəlik xətt çəkildi, 28 aprel küçəsinin adı dəyişdirilib 28 may küçəsi oldu. Bu, tarixin ədalətidir  və onu göstərir ki, heç bir xalqa əbədi olaraq zülm etmək mümkün deyil. Xalq varsa, iradəsi varsa, təzədən öz varlığını, bütövlüyünü, böyüklüyünü dünyaya göstərəcək”. 

Rumiyyə 
Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."