“Kreml prezident postunda Köçəryanı görmək istəyir...”
Oxunub: 2321
26 Apr 2016 | 15:32
“Kreml prezident postunda Köçəryanı görmək istəyir...”
 Moderator.az “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu ilə müsahibəni təqdim edir:  

 ”“ Ərəstun bəy, “İzvestiya” qəzeti Sergey Lavrov və Serj Sərkisyan arasında bu günlərdə İrəvanda baş tutan görüşün çox gərgin keçdiyini yazıb. Son vaxtlar Ermənistanda güclənən anti-Rusiya əhval-ruhiyyəsini necə qiymətləndirirsiniz? 

”“ Aprelin əvvəlində baş tutan hərbi əməliyyatlar bölgədə konkret Qarabağ konflikti ilə bağlı yaranmış geosiyasi konstruksiyanı tam şəkildə pozdu. Yəni, Rusiyanın siyasəti daim belə olub. Rusiya münaqişəni öz nəzarətində saxlamaq üçün hər zaman hər iki tərəfin silah bazarına nəzarəti əlində saxlayıb. Bundan əlavə, Rusiya çalışıb ki, hər iki dövlətə qarşı siyasi təsir vasitələrindən də istifadə etsin. Amma aprelin əvvəlində keçirilən əməliyyat, baş verən hərbi qarşıdurma bu situasiyanı dəyişdi. Xüsusilə də, Ermənistanın bu kontekstdə Rusiyadan Azərbaycana silah satışını dayandırmağı tələb etməsi Rusiyanın az öncə qeyd etdiyim konflikti nəzarətdə saxlama prinsipinə tamamilə ziddir. 

  Rusiya Ermənistanla bu məsələdə heç bir halda razılaşmır və razılaşa da bilməz. Ona görə ki, Azərbaycan silah bazarında başqa silah istehsalçıları da olub və Rusiya onları faktiki buradan sıxışdırıb. Mən ilk növbədə İsraili nəzərdə tuturam. Başqalarının da silah bazarına daxil ola bilməsi istisna deyil. Çünki dünya silah bazarında kifayət qədər ciddi rəqabət var. Hər kəsin yeni bazarlar əldə etməkdə marağı var. Silah bazarı təkcə silah satmaq deyil. Bu, Rusiyanın da etdiyi kimi münaqişəyə təsir etməkdir. Deməli, Ermənistanın tələbi absurddur və Rusiya bu tələbə heç vaxt əməl etməyəcək. Bu səbəbdən də Ermənistan-Rusiya münasibətlərində müəyyən gərginlik yaşanır. Mən deməzdim ki, bu çox ciddi bir gərginlikdir. Gərginliyin başlıca səbəbi Ermənistan-Rusiya siyasi münasibətlərindədir. Çünki, hal-hazırda belə görünür ki, Kreml prezident, yaxud baş nazir postunda daha çox Robert Köçəryanı görmək istəyir.   Bildiyiniz kimi Ermənistanda konstitusiya dəyişikliyi referendumu keçirilib və bundan sonra baş nazir daha çox səlahiyyətə malik olacaq. 

Deməli, dava artıq hakimiyyət davasıdır və son hərbi əməliyyatlar bu baxımdan Ermənistan prezidentinin mövqelərini kifayət qədər laxladıb. Sərkisyan hökuməti hərbi uğursuzluqla bağlı yaranmış ictimai qəzəbi məqsədli şəkildə Rusiyaya qarşı yönəldir. Rusiyanı şantaj edir ki, Ermənistan Rusiyanın nəzarətindən çıxa bilər. Çalışırlar ki, həm Azərbaycana silah satışı, həm də Ermənistana siyasi münasibətlə bağlı Rusiyaya öz şərtlərini qəbul etdirsinlər. Yəni bu yolla özlərinə Rusiyadan bir növ loyallıq əldə etmək istəyirlər. Amma gördüyünüz kimi, burda alınmır, bu model işləmir.  Bu münasibətlər hələ ki, gərgin olaraq qalır.

 Ermənistan məhz bu səbəbdən Rusiyanın “Kazan sənədi”, sülhməramlıların yerləşdirilməsi təklifləri ilə razılaşmır. Əslində bu, Ermənistan üçün əlverişli variantdır. Çünki bölgədə Rusiya sülhməramlılarının yerləşdirilməsi faktiki olaraq işğal olunmuş ərazilərin Rusiyanın yurisdiksiyasına, nəzarətinə keçməsidir. Rusiya istənilən halda burda Ermənistanın mənafeyi üçün çalışacaq. Düzdür, Rusiya bu amildən Ermənsitana qarşı da təzyiq vasitəsi kimi istifadə edəcək. Amma istənilən halda Rusiya Ermənistana hər zaman daha yaxın olacaq, nəinki Azərbaycana. Bu, tarixən də belə olub və bu gün də hərbi müttəfiqdirlər. Yəni, bu vəziyyətdə belə görünür ki, Ermənistan rəhbərliyi yaranmış durumdan çıxmaq üçün hərbi əməliyyatları çıxış yolu kimi görür və son günlər gərginliyi artırmaları da bunun əyani sübutudur. Ermənistan, daha doğrusu Serj Sərkisyan hökuməti çalışır ki, cəbhədə hansısa bir kiçik uğur əldə etsin və bununla da öz zədələnmiş reputasiyasını bərpa etsin. 

  ”“ Bəs, bu alınacaqmı? 

”“ Düşünmürəm. Ona görə ki, birincisi Ermənistanın belə bir uğur qazanmasına Azərbaycanın hərbi potensialı yol vermir. İkincisi, aprelin əvvəlindəki qarşıdurmadan sonra erməni tərəfdə məyusluq var. Üçüncüsü də, Rusiya bu uğurda maraqlı deyil. Əminəm ki, Rusiya bu uğurda maraqlı deyil. Çünki belə bir uğur əldə olunacağı təqdirdə Rusiyanın Sərkisyan hökumətinə təsiri kəskin şəkildə aşağı düşə, azala bilər. Rusiya bunda maraqlı olmamalıdır. Amma başqa bir ssenari ola bilər. Rusiya istəyər ki, Sərkisyanı hərbi əməliyyata sövq etməklə onun növbəti uğursuzluğuna nail olsun və Ermənistanın daxilindəki siyasi vəziyyəti öz xeyrinə həll etsin. Təbii ki, bunlar hamısı versiyalardır.  Amma gördüyümüz kimi bir neçə mümkün variant var. Onların hansının baş tutub-tutmayacağı isə burda həm də Azərbaycanın göstərəcəyi təpkidən asılıdır. Ümumiyyətlə, hesab edirəm ki, təpki göstərilməsi bizim üçün ən vacib addımdır. Əgər Sərkisyan öz siyasi varlığını, mövcudluğunu hərbi əməliyyatda uğur qazanmaqda görürsə və bu məqsədlə hərbi əməliyyata başlayırsa, demək, erməni işğalçı birləşmələrinə ağır bir zərbə endirmək lazımdır. Bu zərbədən sonra Sərkisyanın, yaxud digərinin təmsil etməsindən asılı olmayaraq Ermənistan danışıqlar prosesində daha zəif mövqedə olacaq.   

”“ Rusiya İctimai Palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru və prezident Vladimir Putinin etibarlı şəxslərindən biri Sergey Markovun bugünlərdə Moskva-Bakı portalına müsahibəsindən bu qənaətə gəlmək olur ki, Rusiya “Kazan sənədi”nin qəbul olunması üçün Ermənistana təzyiq edir. Ancaq Sərkisyan bu plana razılıq vermir. Sərkisyanın devriləcəyindən qorxduğu üçün bu plana razılıq vermədiyini ehtimal etmək olarmı? 

”“ Düşünürəm ki, bu, tamamilə düzgün ehtimaldır. Ona görə ki, Rusiya sülh prosesində irəliləyişə nail olmasa, Dağlıq Qarabağ münaqişəsinin həllindəki aparıcı rolunu itirə bilər. Bu zaman həmin təşəbbüs ATƏT çərçivəsində Qərbdən gələcək. Bilirsiniz ki, artıq Almaniya müvafiq sənəd hazırlayıb. Bu sənədin detallarının nədən ibarət olduğunu bilmirəm. Amma istənilən halda görünən budur ki, bu sənəd daha çox “Madrid prinsipləri” əsasındadır. “Madrid prinsipləri” də 5 rayonun qaytarılmasından başlayır. Sadacə olaraq Rusiya bununla sülh nizamlanması prosesini önləməyə və bir daha prosesə nəzarətin onun öz əlində olduğunu göstərməyə çalışır. Ermənistan isə bununla razılaşmır. Çünki bu, həqiqətən də, Sərkisyan hökumətinin iflası deməkdir.   

”“ Konkret olaraq Siz Sərkisyanın devriləcəyini real hesab edirsinizmi? 

”“ Bilirsiniz, Rusiyanın öz maraqları var. Rusiya öz maraqları olan yerdə istənilən müttəfiqini xərcləyib. Bu, tarix boyu belə olub. Uzağa getmək lazım deyil. Son 20 ildəki nümunələrə baxın. Miloşeviçdən tutmuş Əsədə, digər hərbi cinayətkarlara qədər”¦ Rusiyanın öz maraqları var. Rusiyanın siyasəti birmənalı olaraq Rusiyanın maraqları üzərində qurulub. Bu gün Rusiyanın maraqları bölgəyə nəzarəti əldə saxlamağı tələb edir. Bunun üçün də Rusiya Ermənistanı ən azı 5 rayonun qaytarılması ilə başlayan sülh prosesinə məcbur etməlidir ki, bölgədəki dominantlığını qoruyub saxlaya bilsin. (Teleqraf.com)
Oxşar xəbərlər
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
"Əlbəttə, Zurabişvilini aradan götürməliyik..."-Rus politoloq
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 07:52
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
02 May 2024 | 08:16
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 07:52
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
02 May 2024 | 08:16
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq