Görünən dağın bələdçiliyi - İlham İsmayılın DTK - MTN gündəliyi
Oxunub: 5586
01 Apr 2016 | 01:47
Görünən dağın bələdçiliyi    - İlham İsmayılın DTK - MTN gündəliyi
Moderator.az bu gündən təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayır. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...

Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatına başlayırıq...


Hər bir qəbirdaşının altnda bütöv bir Ümumdünya  tarixi basdırılıb
 Henrix Heyne   
                             

KEÇMİŞİN İŞIÄžINDA    

Bir gün yazmağa başladım və ayrıla  bilmədim. Keçmişimdən yazırdım. Bu günümdən baxanda çox işıqlı görünən  keçmişimdən. Bu gündən və bilinməyən, amma çox qaranlıq görünən gələcəkdən yazmağa nə ruhum var, nə   inamım. Mən keçmişimə qayıtmaqla, o günlərin və indinin baxışı ilə həyatımı bir daha düşünmək, bir daha yaşamaq, dəyərləndirmək istəyirəm. Yazmaq,  ən  azı  adamı  tənha  qalmağa  qoymur. Hər bir insanın ömür yolu, həyatı  təkrar  olunmazdı. Ən məşhur adamların da, kəndindən  kənara çıxmayanların  da  həyatındakı  bəzi  hadisələr  ola bilsin ki, həmin anda yalnız ona məxsus  olsun, amma zaman  keçər və məlum olar ki,  bu  həm  də  tarixdir.., fərdin, ailənin, ölkənin, dünyanın  tarixi.  Yəqin  hər  kəs  yeri  gəldikcə  həmsöhbət  olduğu  adamlara  həyatda  başına  gələnlərdən, yaşadıqlarından danışıb. Dostlarımla  söhbətləşəndə bəzən  həyatımda  baş  verən  hadisələri  xatırlayır,  keçmişi  yada  salır  və  həmsöhbətlərim  danışdıqlarımı yazmağı məsləhət  görəndə  fikirləşirdim  ki, maddi  və  mənəvi  sıxıntıların  böyük  biganəlik  və  aqressivlik  yaratdığı  cəmiyyətdə  insanları ən  az  düşündürən   kitab  oxumaqdırsa  yazdıqlarım  kimə  maraqlı  olacaq? 
  
Keçmişdən yazmaq  xoşdu ona  görə ki, ömrümün  ən ağır, çətin  günlərini yaşadığım bir vaxtda, problemlərin  bitib-tükənməyəcəyi  kimi  gəldiyi  bir dönəmdə, arxaya  nəzər  salmaq, bu  gündən  baxanda  qayğısız  kimi  görünən illərim  mənə təsəllidi. Keçmişdən  yazmaq  çətindi,  ona  görə  ki, həyat  şansını əldən  verib  çıxılmazlıqlar  məngənəsində  ömrün  astanasına  yaxınlaşdığın  acı reallıq  kimi  qəlbini  didir və  gələcəyə inamsızlıq  yaradır. Bu “dəyişkən əbədi həyatın” ömrün  finalına yaxın dəyişəcəyi möcüzə olardı, o möcüzə ki, bu yaşımadək  baş  verməyib, bu  gündən  sonra  da  taleyimə  işıq  saçacağı bəlkə onda  möcüzə  olardı. Sonra  da  düşünürəm  ki, bunların  möcüzəyə  dəxli yoxdu, bu  sadəcə  mənim  ümidimdi, mənimlə öləcək ümidim. Dövran  o  həddə  gəlib çatdı  ki,  Balzakın  dediyi  kimi ”... bu  vadidə  sevinclər yalançı, iztirablarsa həqiqətdir”. Görünür  bir  dostumun  dediyi  kimi  biz -  yəni  yaşıdlarım itirilmiş nəsil olduq. 

Bəs, doğrudan  da  yazdıqlarım  maraq  doğuracaqmı? Həyatımın qələmə aldığım səhifələri  şəcərəmin, ölkəmin, vətənimin  tarixinin  bir  parçasıdı, elə  buna  görə  marağın  olacağına  ümid  etmək  istəyirəm...
 Yox , mən  beşiyimdən  başlamayacam...
                                         ***** 
Dünyada   xüsusi  xidmət  orqanlarının  işi, fəaliyyəti  haqqında  çoxlu  kitablar yazılıb. Casusluq  dünyanın  ən qədim  peşəsindən  sonra  ikinci peşə  hesab olunur, bəzən  isə  lap  birinci. Yəni, zarafatla   deyirlər ki,  ən yaxşı xanımı  əldə  etmək  üçün  də  casusa   ehtiyac  var. Dünya  inkişaf etdikcə casusları  hazırlayan, onları  idarə edən qurumlar təkmilləşdi və  son yüz  ildə  istənilən dövlətin  bel sütununa  çevrildi. Dünya  təhlükəsizliyi  informasiya  ilə  idarə  olunur, informasiya  ilə  təhlükəsizlik  qorunur. Dünyanın  ən  məşhur  kəşfiyyatçıları, əks kəşfiyyatçıları  zaman  keçdikdən  sonra   fəaliyyətləri  barədə  memuarlar, xatirələr  yazıblar. Bu  böyük  ədəbiyyat  olmasa  da  insanlar  tərəfindən  həmişə maraqla  qarşılanıb. Məxfilik, sirlər, gizli  fəaliyyət  həmişə  insanın  maraq hədəfidi, hətta  üstündən  xeyli  zaman  keçsə  də. Əlbəttə, hesab  olunmasın ki, zaman  keçir  və  bütün  sirləri  açıb tökürlər...Bu  peşənin sahibləri nə qədər açıqlamalar  versələr  də  hər kəs  bir xeyli sirri də özü ilə o dünyaya aparır. Mən bu sirli, gizli, məxfi , insanlarda  birmənalı  reaksiya  doğurmayan təşkilatlarda - SSRİ DTK  və  Azərbaycan  Respublikası  Milli Təhlükəsizlik Nazirliyində  işlədiyim  dövr haqqında  yazmaq  istəyirəm. Necə oldu ki, jurnalist  yox, xəfiyyə  oldum...
                                                        *****                                               
1980-ci il, universiteti  bitirdim.Təyinatım  Bərdəyə verilmişdi. Bakıda qalıb bir iş tapmaq  olardı, amma  anam tək idi, kəndimizə, anamın yanına getməyə qərar vermişdim və bu fikrimdə  heç bir tərəddüdüm yox idi. Qatara minəndə məni yola salmağa  gələn tələbə yoldaşlarımla deyə-gülə  ayrıldıq, amma  içimdə  qəribə bir  hiss vardı, elə bilirdim  gəncliyimlə  vidalaşıram, baxmayaraq  ki, 23 yaşım vardı. Adətən  tətil  vaxtı  Bakıdan  evimizə  gedəndə  yol  boyu  tətil  müddətində  nə edəcəyimi  fikirləşərdim, bu  dəfə  əksinə, keçmişi - tələbəlik  illərimi  kino  lenti kimi  gözümün  önündən  keçirir, yadıma  düşən  xatirələrin  həyəcanından ürəyimin  döyüntüsünün  relslərdən gələn bəzən ritmik, bəzən  qarışıq  səslər kimi dəyişdiyini  hiss edirdim. Kənddə  yaşamağa, işləməyə  gedirdim.
                                                       *****
22 oktyabr 1957-ci ildə Qarabağda,Tərtərin  Sarıcalı  kəndində  dünyaya  göz açmışam. Rayonda  iki  Sarıcalı  kəndi  var. Bizim  kəndimizə  Yedditəpə Sarıcalı da deyirlər. Kəndimizin  üstündə  7  kurqan  olduğundan Tərtərçayın  sol  sahilində, Bərdə -Tərtər yolunun 10  kilometrliyində  olan  kəndimiz   Cavanşir  elinin 25 oymağından Bəhmənilər tayfasının qolu  olan  sarıcalıların  Qarabağdakı  yeddi  Sarıcalı kəndindən  biridi. Türk  tayfası  olan  sarıcalıların Qarabağ  tarixində önəmli  rolu  olub. Qarabağ  xanlığını da  Pənahəli xan  Sarıcalı  öz  tayfasının qoçaq  kişiləri  ilə  qurub.  Atam, babalarım  köklü  sarıcalılardı. Atam  deyirdi ki, Qacarın  birinci  mühasirəsində  Şuşa  camaatı  aclıqdan  böyük  əziyyət çəkib. Mühasirə  bitəndə  torpaqları  aranda  olan  bəylər , qohum  əqrabalarıyla  birlikdə aşağı, arana  köçürlər. Mənim ulu babam Abbas kişi də Şuşadan həmin vaxt  köç edənlərdən  olub. Sonra  onun  oğlu Mahmud, onun da oğlu, indi soyadını daşıdığım İsmayıl  kişi və atam Köçəri  Sarıcalıda  dünyaya  gəlib  və  kəndimizdə də  rəhmətə  gediblər. Kəndimizin  bəyi  Xanlar bəy Sarıcalinski, Qarabağın  məşhur  simalarından  olan  polkovnik  Xanlar bəy  Sarıcalinskinin  kiçik  qardaşının oğlu  olub. Polkovnik  Xanlar  bəy Sarıcalınski  gənc yaşlarında rəhmətə gedib, qardaşı da onun xatirəsinə  oğlanlarından birinə Xanlar adı verib. Bu atamın evdə, bizə, qardaşıma danışdıqlarından yaddaşımda qalanlardı. Mən bu kənddə birinci sinifə getmişəm. O vaxt məktəbimiz 8- illik idi, 9-cu sinfi qonşu Bərdənin Yenidaşkənd məktəbində oxumuşam, 10-cu sinfi  isə Tərtər şəhər 2-nömrəli məktəbdə bitirmişəm.
  
Atam kolxozun baytar həkimi idi. Kənddə İsmayıl oğulları kimi tanınan - Musa, İsa, İsax və atam Köçəri dörd qardaş olublar. Atam qardaşların kiçiyi idi. Atam rəhmətə gedəndə heç on yaşım tamam olmamışdı. Ailədə yeddi uşaq olmuşuq. Qardaşım Yusif  evin ilki, mənsə sonbeşiyiyəm. Aramızda beş qız, beş bacım var. Qardaşım Yusif İsmayıl universitetin jurnalistika fakultəsini bitirmişdi. 70 - 80 - ci illərdə ölkənin tanınmış jurnalistlərindən biriydi. Qızıl Qələm mükafatı almış, iki kitab müəllifi idi. Bacılarımın üçü Tibb Texnikumunu, biri pedoqoji institutu, bacılarımın balacası Bəsti isə universitetin filologiyasını bitirib. Atam  öləndə  qardaşım və  iki  bacım ailə qurmuşdu. Anamın “yükü” ağır oldu, üç qızı oxudub ərə vermək, məni oxutmaq, bir kənd qadını üçün çox çətin idi. Altmışıncı  illərin əvvəlində kənddə qız uşaqlarına orta məktəbdən sonra təhsil verməyin  dəbdə  olmadığı  zamanlarda  bacılarıma  texnikum təhsili və ali təhsil verməyi  ata-anamın   xüsusi  rəşadəti  sayıram.  Anam  haqqında  ayrıca  söhbət edəcəm. İndi  isə  Bakıdan  qatarla  evimizə, kəndimizə, anamın  yanına qayıdırdım.

”Gün keçdi” filmində bir epizod var. Əsmər divardan  asılmış rəsmə baxıb Oqtaydan  soruşur ki, ”bu nədi?  Oqtay: Günəş  Sarayıdı ”“ deyir, gələcəyin layihəsidi. Əsmər: Bəs indi  nə ilə məşğulsan? Oqtay: - indi rayon hamamlarının layihəsini  verirəm”. Universitet  illərində  tələbə  yoldaşlarımla  “Literaturnaya qazeta”, ”Komsomolskaya  Pravda”,  ”İzvestiya”   kimi  qəzetlərin  müxbirləri  kimi yazmağı,  cəmiyyətdə  baş verən  hadisələrə  onlar  kimi  yanaşmağı düşünürdük, yeniliklər  etməyi  fikirləşirdik. Təyinatla  getdiyim  Bərdənin  “Kommunizm yolu” qəzetində  “Literaturnaya  qazeta” nın yazısına  azca da olsa oxşar yazı yazmağımın  “Günəş sarayı” ilə  “rayon  hamamının  layihəsi” kimi  bir  təzad olduğunu da reallıq kimi qəbul edir və o qənaətə  gəlirdim ki, tələbəlik illərinin düşüncəsi, avantürası, hətta  romantikası arxada  qaldı. Reallıqla  barışmasam da, hesablaşmağa  məcbur  olacağımı  bəri başdan  hiss  edirdim.
    
Təyinat  vərəqini  Bərdə  rayon  partiya  komitəsinə  təqdim  etməli idim. Gəlişim  pambıq  yığımının  şıdırğı dövrünə düşmüşdü. Pambıq  yığımı mövsümündə  Bərdədə  gündüz  küçədə  heç  kəs  gözə  dəyməzdi, tam səfərbərlik elan olunur, bütün  idarə  və  təşkilatlar  pambıq  yığımına cəlb edilir, şəhər, ümumiyyətlə  bütün  rayon   ölü  məkan  təsiri  bağışlayırdı. Saat  6 - dan  sonra raykoma  gəldim  və  təyinat  vərəqəmi  birinci  katib  Rüstəm  Səfərəliyevə təqdim  etməli  olduğumu  köməkçiyə  dedim. Köməkçi  katibin  qəbul etməyəcəyini, nə vaxt  qəbul  edəcəyini  də  bilmədiyini  söylədi  və  məsləhət gördü  ki, buralarda  olum,  bəlkə  qəbul  etdi. Bu  minvalla  bir həftə  hər  gün gəlib  qəbul  otağında  gözləyir  və  qəbul olunmurdum. Bir  gün  ikinci  katib  Atlas Məmmədova   üzümə  baxıb   soruşdu: ”səni  hər  gün  burda görürəm, nə istəyirsən, kimsən  sən?” Cavabımı  gözləməyib  məni  kabinetinə  dəvət etdi. Təyinatımı  göstərib danışdım.  Gülüb  dedi  ki, pis  vaxtda   gəlmisən, katibin, elə hamımızın   başı   pambığa   qarışıb, amma  mən  katibə  məlumat  verərəm, sabah gəl. ”Bir neçə gün  gəlib ”“gedəndən  sonra, nəhayət  ki, Səfərəliyev  məni  qəbul etdi. Ağ  saçlı, arıq, hündürboylu  bu  kişidən  rayonda  hamı qorxur, çəkinirdi. Zəhmi   ağır  idi. Sənədi   alıb  baxdı,  haralı  olduğum, kim  olduğum, ailə vəziyyətim   barədə  suallardan  sonra - lap  yaxşı, dedi, tapşıraram  redaksiyada işləyərsən. Fikirləşirdim  ki, yəqin   bir  iki  günə  fəaliyyətə başlayaram.  Bir ay gəldim, getdim, redaksiyaya  da  baş  çəkdim. Qəzetin redaktoru:  - bu redaksiyada  bir  nəfər də  ixtisaslı  jurnalist  yoxdu, çox  istəyərəm ki, sən işləyəsən, Yusifə (qardaşımı deyirdi,o vaxt qardaşım Yusif İsmayılov “Azərbaycan Gəncləri “qəzetində işləyirdi )  böyük  hörmətim  var, amma  mən kimi işdən çıxarım  səni  işə  götürüm? Katibə  də  deyəcəm, görək  nə  deyir? Kəsəsi, pambıq   mövsümü  bitdi, il də  qurtardı, amma  mənim  iş  məsələm  həll olunmurdu. Bu  arada  Gəncəyə  getdim, ”Kirovabad Kommunisti”  qəzetinin redaktoru  Sabir Hacıyevlə  görüşdüm. Gəncədə  işləmək  istədiyimi  və  mümkünsə  kömək etməsini  xahiş  etdim. Sabir  müəllim  də qardaşımı  tanıyırdı, razılıq  verdi, amma  dedi  ki, təyinatını  mütləq  dəyişdirib  Gəncəyə almalısan, yoxsa  mümkün  olmayacaq. Gəncəni  seçməyimin  səbəbi o idi ki, bu şəhəri, insanlarını  çox  sevirdim. Tələbəlik  illərində  yay  tətilini demək olar ki, Hacıkənddə  keçirərdik. Yeni  dərs  mövsümünə  təzə  paltarı  gəlib Gəncədə almağımdan  tutmuş, adamların  mehribanlığı, təbiətinin  gözəlliyi  məni  həmişə özünə  çəkirdi. Gəncədən  ümidlə, sevinclə  qayıtdım. Sabahı  Bərdəyə  gedib  Atlas  müəlliməyə  dedim  ki, mən  özümə  iş  tapmışam, xahiş  edirəm Səfərəliyevə  deyin, mənim  təyinatıma  etiraz  yazsın, təyinatımı dəyişdirməliyəm. Atlas  müəllimə: ”İnanmıram  Səfərəliyev  Mərkəzi  Komitənin təbliğat-təşviqat  şöbəsinin  təyinatına  otkaz yazsın”. Elə  də  oldu. İki  gündən sonra  Səfərəliyevlə  pilləkəndə  rastlaşdıq. Üzümə  baxıb: Sabah gələrsən qəbuluma - dedi. Artıq  özümü  Gəncənin  işçisi  kimi  hiss  edirdim  və  ürəklənib soruşdum: ”Sabah  nə  vaxt  gəlim?” Səfərəliyev  təəccüblə  üzümə  baxıb-günortadan  sonra  gələrsən, dedi. Sonralar  onun  təəccübünü anlamışdım. Səfərəliyev  deyirdisə  sabah  gəl, deməli  səhər  tezdən  gəlməli, lazım  gəlsə, günün  sonuna  qədər  gözləməliydin. Evimizə  gələndə  anama  dedim  ki, ”az qala Əbdürrəhim  bəyin “Zavtra”sındakı  kimi  zavtranı  atam, bezdirdi  bu  get, sabah gələrsənlər. ”Anam  cəmi  4  sinif  təhsil alsa da, filoloq  bacımın, mənim  oxuduğumuz  bədii  əsərlərdən, xüsusilə  Mirzə  Cəlilin, Əbdürrəhim  bəyin hekayələrindən  məlumatlıydı. Həmişə  biz  kitab  oxuyanda, üzümüzdə  yaranan  hisslərə  reaksiyası  belə  olurdu: ”Niyə  paxıllıq  edirsiniz,  bərkdən  oxuyun görüm, nə  yazırlar ?” Anama  hekayə  oxumaqdan  ləzzət  alırdım. Onun  oxuduqlarıma reaksiyası  o  qədər  təbii olurdu ki, o  reaksiyadan  yeni  bir  hekayə  yazmaq olardı.  Əbdürrəhim  bəyin  “Zavtra” sından  anamın  məlumatlı  oldugunu bildiyimdən  bu  sözləri  söyləmişdim. Anam  həm  də  Əbdürrəhim  bəyin  uzaq qohumu  olduğunu  deyir, Vəzirovlarla  Əbdürrəhim  bəyin  qohum  olduğunu danışardı. Anamın  nənəsi  Güllü  xanım  Vəzirovlar  nəslindən  idi. Qonşu Zümürxaç  kəndinin  Vəzirovların  kəndi  olduğunu, Zülfüqar  bəy, Əsgər  bəy  Vəzirovların, Sovet  İttifaqı  Qəhrəmanı  Aslan  Vəzirovun  qohumları  olduğunu fəxrlə  deyərdi. Hamımızın  xüsusi  hörmət  etdiyi  Həcər  xanım Vəzirova  (Zülfüqar  bəyin  xanımı ), Ziba xanım Vəzirova (Əsgər  bəyin  xanımı )  anamın yaxın  qohumları,  evimizin ən əziz  qonaqları  idi.  Anam çox səbrli idi, hirsləndiyimi, fikirli  olduğumu  görüb  dedi:  “çox fikir eləmə, bir də  gördün sabah  sənə  bir iş verdi.”  Sabah  getdim, bütün  günü  gözlədim, Səfərəliyev  məni qəbul  etmədi, amma  köməkçisinə  tapşırıbmış ki, o Mirbəşirdən (Tərtərin o vaxtkı  adı) gələn oğlana  de sabah tezdən yanımda  olsun. Sabah  məni qəbul etdi. Üzünü  pəncərəyə  tutub  məni  görməmiş  kimi  sözə  başladı:
-Eşitdim,  Kirovabada   getmək   istəyirsən. Nə  işin var əə.. orda?  Ora ciqanxanadı,  böyrünə bir  bıçaq  vurajaxlar, öləssən. Sən  mənə  burda lazımsan. Gələn il ”Azərbaycan” kolxozunda  qəzet  buraxdıracam. Kim  çıxaracaq  o qəzeti? Gözümün  qabağında  olacaqsan, burda,  raykomda.
 Sonra  selektorun  düyməsini  basıb, komsomolun  birinci  katibini  çağırdı. Məni təlimatçı  vəzifəsinə  təyin  etdiyini  dedi. Açığı  bu  təyinata çox sevinirdim, anama  görə. O, tək  qalmayacaqdı, mən  Gəncəyə  gedəsi  olmadım. Sabahdan Bərdə rayon   komsomol   komitəsinin  təlimatçısı  kimi  işə  başlayacaqdım.
                                                    *****
 Jurnalist  kimi  fəaliyyətə  başlamamağım, açığını  deyim  ki, məni  bir o qədər də  təəssüfləndirmədi. Rayon  qəzetində ”xarüqələr” yaradası deyildim. Zəhmətkeşlərin  həyatından, sosializm  yarışından  boz  yazılar  yazmaqdan  başqa yeni  bir şeylər yazmaq inqilab kimi bir iş olardı və o “inqilabı” heç  kəs, qəzetin redaktoru  Inqilab müəllim isə heç  bağışlayası deyildi. Universitetdən birbaşa “raykomda” işə  başlamaq karyeranın  uğurlu  başlanğıcı idi və belə də oldu...

Ardı var...
Oxşar xəbərlər
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
GÜNLÜK
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ