Sağlamlıq hər kəsin öz əlindədir
Oxunub: 3230
01 Mar 2016 | 15:11
Sağlamlıq hər kəsin öz əlindədir
İndi siz mastopatiyadan yaxa qurtarmaq üçün həkim müalicəsi ilə yanaşı, özünüzdən asılı olan və hər bir xanımın yerinə yetirə biləcəyi qaydalarla tanış olacaqsınız. Diqqətli olun və dediklərimizi yadda saxlayıb əməl edin. Bilin ki, müasir dövrdə bu xəstəliyin müalicəsi əsasən onu yaradan səbəbdən asılı olaraq aparılır. Çünki qadının süd vəzində yaranan mastopatiya orqanizmdəki bəzi xəstəliklər nəticəsində əmələ gələn fəsaddır. (Bu məqama biz əvvəlki söhbətlərimizdə toxunmuşuq.) Ona görə də ilk növbədə mastopatiyaya səbəb olan amilləri aradan qaldırmaq lazımdır: məsələn, bizi əzən psixoloji təzyiqi, vücudumuzda əmələ gəlmiş hormonal disbalansı, ginekoloji xəstəliklərimizi, qara ciyərin disfunksiyasını və s. 

Hə, əziz xanımlar. Bilirəm ki, sizi ən çox qorxudan döşünüzün əməliyyat olunması ehtimalıdır. Yadda saxlayın ki, təyin ediləcək müalicənin növü (cərrahi, yaxud konservativ yol)  yalnız yekun diaqnoz qoyulandan sonra dəqiqləşir. Öncə araşdıraq görək, konservativ müalicə nə deməkdir? Diffuz mastopatiya zamanı təyin olunan bu müalicə növü iki qrupa bölünür: qeyri-hormonal və hormonal. Fitoterapiya, homeopatik preparatlar, vitamin kompleksləri, mikroelementlər və bioloji aktiv qida əlavələri vasitəsilə aparılan müalicə qeyri-hormonal müalicə sayılır. Hormonal müalicə isə hestagenlər, androgenlər, antiprolaktin preparatları nəzərdə tutur. Konservativ müalicədə dərmanlar təyin olunarkən nevrozun, müştərək ginekoloji xəstəliklərin müalicəsi də nəzərə alınır, həmçinin xanımlara normal cinsi həyat sürmək, hamiləliyi doğuşla sonlandırmaq, körpəni  əmizdirmək kimi tövsiyələr verilir.

Cərrahi müalicə əsasən mastopatiyanın düyünlü formalarında, axardaxili papillomada, xoşxassəli şişlərdə və solitar kistalarda təyin olunur. Lakin mammoloq kimi qeyd etməliyəm ki, cərrahi əməliyyat bu xəstəliyin səbəbini aradan qaldırmır. Əməliyyatdan bir müddət sonra süd vəzinin başqa hissəsində yenidən mastopatiya əmələ gələ bilər. Ona görə də cərrahi müalicəyə seçici yanaşmaq, əməliyyatla yanaşı problemi əmələ gətirən səbəbi də araşdırmaq və tədbir görmək lazımdır.
Xanımlar bilməlidirlər ki, mastopatiyadan yaxa qurtarmaqda düzgün qıdalanmanın böyük əhəmiyyəti var. Sutkalıq rasiondakı qidalar orqanizm üçün optimal olduqda hormonal fon tənzimlənir, əks halda hormonal statusda qadın üçün təhlükəli dəyişikliklər baş verir. Düzgün qidalanma isə yalnız hər kəsin özündən asılıdır. Gəlin etiraf edək ki, heç bir həkim heç bir xəstənin sutka ərzində qidalanmasını nəzarətdə saxlaya bilməz. Özünüz gərək iradəli olasınız və zərərli qidaları qəbul etməyəsiniz. Bəs, hansı qidalar sizin üçün faydalıdır? Bax, bunu indi öyrənəcəyik.
Təbii ki, daim dərman qəbul etmək qeyri-mümkündür. Ona görə də, sağalmaq üçün ümidinizi ancaq dərmanlara bağlamayın. Diqqət edin görün, içdiyiniz bitki mənşəli dərmanların tərkibinə hansı maddələr daxildir? Bunu dəqiqləşdirdikdən sonra həmin  maddələri qida vasitəsilə də qəbul etməyə çalışın. 

Bu baxımdan sizə bir sıra məsləhətlər verə bilərik: Əksər mammoloqlar əmindirlər ki, mastopatiyadan əziyyət çəkən xanımlar kələm yeməlidirlər. Çünki kələmin tərkibində estrogenlərin müxtəlif toxumalara daxil olmasını blokada edən xüsusi maddələr var. Eyni xüsusiyyətə portağal, ərik, qarağat da malikdir. Vacib olan məhsulların siyahısına üzüm, albalı, mandarin, alma və kivi də daxildir. Həmçinin pomidor, təzə şüyüd, ispanaq yemək də faydalıdır. Bilin ki, “estrogenli qadınlar”ın süfrəsində paxla, lobya, noxud, qarabaşaq mütləq yer almalıdır. Həmçinin soya tərkibli dənli bitkilər potensial xərçəng əleyhinə aktivliyə malik olduqlarından qida rasionuna mütləq salınmalıdır.

Yemək-içmək məsələsində ustad olan xanımlarımız, evdə hər kəsin nazı ilə oynadığınız, hər bir doğmanızın ürəyincə olan menyu hazırlamağa çalışdığınız zaman özünüzü də yaddan çıxartmayın. Əgər süd vəzilərinizdə mastopatik problem varsa, qəhvə (kofe) içməyi azaldın; siqaretdən tamamilə imtina etsəniz, lap yaxşı olar. Gün ərzində 1 çay qaşığından artıq  xörək duzu istifadə etməyin. Yağlı qidalardan, konservləşdirilmiş ərzaqdan, duzlu və hisə verilmiş məhsullardan çəkinin.
Bir məsələni də bilməyiniz vacibdir: həm kistoz-fibroz mastopatiya, həm də süd vəzi xərçəngi (SVX) müəyyən dərəcədə bağırsaqların fəaliyyətinin zəifliyindən, xronik qəbzlikdən, dəyişilmiş bağırsaq mikroflorasından, gündəlik qida rasionundakı lifli qidaların miqdarından da asılıdır. Ola bilər ki, bu halda   ifraz olunmuş estrogenlər yenidən qana sorulsun. Əgər kistoz-fibroz mastopatiya probleminiz varsa, lifli qidalar çox qəbul etməyin, adekvat miqdarda (gündə 1,5-2 litr) maye qəbul edin. Estrogenlər qara ciyərdə parçalandığından, bu orqanın normal fəaliyyətinə mane olan pəhriz pozuntuları (xolestaz, yağlı qidalar, alkoqol və digər hepatotoksik maddələr) vaxt keçdikcə estrogenlərin orqanizmdəki balansını pozur. Öz növbəsində qara ciyərin funksiyasını yüngülləşdirmək və normallaşdırmaq üçün B qrupu vitaminləri, yaxud A və  B vitamin kompleksi, E vitaminindən ibarət polivitaminlər qəbul edilməlidir. Çünki bu vitaminlər  orqanizmdə metabolizm və hormonal disbalansı normallaşdırır, mərkəzi və periferik sinir sisteminin işini tənzimləyir, yumurtalıqların və qalxanabənzər vəzin funksiyasını qaydaya salır, immun sistemini gücləndirir və s. Məlumat üçün bildirək ki, mastopatiyanın müalicəsində əsasən A, C, E, həmçinin B qrupu vitaminlərdən (xüsusilə B6) geniş istifadə olunur. Təcrübə göstərir ki, xəstəyə bu vitaminlərin təyin edilməsi süd vəzilərində ağrıları azaldır.

Nəzərə alın ki, siklik mastopatiya zamanı (bunun əlamətlərindən biri predmenstrual sindromdur), xüsusilə əllərin və aşağı ətrafların şişməsi ilə müşayiət olunan mastopatiya zamanı menstruasiyadan bir müddət əvvəl yüngül sidikqovucu vasitələrdən (məsələn, bitki çaylarından) istifadə etmək faydalı olar. Sidikqovucular bədənin müxtəlif yerlərində toplanmış artıq mayedən xilas olmağa imkan verir.

Onu da xatırladaq ki, siklik və daimi xarakter daşıyan mastopatiya zamanı byusqalterinizi də düzgün seçməlisiniz. Elə byusqalter geyinin ki, süd vəzinin xronik deformasiyasına səbəb olmasın; xüsusən böyük və sallanan döşlərdə vəzin sıxılmasına imkan verməyin. Əks halda düzgün seçilməyən alt geyiminiz bağ aparatının gərginliyinin artmasına, döşlərinizin ağrımasına səbəb ola bilər. 
Qara ciyərində problem olan xəstəyə adətən bu orqanın işini yaxşılaşdıran essensial, karsil, B qrupu vitaminləri təyin edilir. Yumurtalıqların iltihabi xəstəliklərində isə iltihab əleyhinə müalicə yazılır.
Xüsusi qeyd etmək istəyirik ki, süd vəziləri qadınlarda psixoemosional gərginliyə dərhal reaksiya verən həssas orqandır. Fikir verin, evdə və ya işdə baş verən xoşagəlməz hallar, yorğunluq, narahatlıq, depressiya dərhal süd vəzinizdə ağrı ilə müşayiət olunur. Bunun qarşısını almaq üçün sizin psixoemosional vəziyyətinizdən asılı olaraq, mastopatiyanın kompleks müalicə sxeminə bitki mənşəli yüngül sakitləşdirici preparatlar daxil edilməlidir (məsələn, “nastoyka pustırnika, nastoyka valerianı” kimi tanıdığımız damcılar). Əgər vəziyyət ciddidirsə, daha güclü təsirə malik sedativ preparatlardan istifadə olunması məsləhətdir. 

Belə, əzizi xanımlar. Məsləhətlərimizə qulaq asıb əməl etsəniz, daha tez sağalarsınız. Görərsiniz ki, həqiqətən, sağlamlıq hər kəsin öz əlindədir.

GÜNAY ƏHMƏDOVA,
onkoloq, tibb üzrə fəlsəfə doktoru,
ATU-nun Onkoloji Klinikası.

Oxşar xəbərlər
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:15
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
02 May 2024 | 14:10
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
02 May 2024 | 14:05
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
02 May 2024 | 14:01
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
02 May 2024 | 13:58
Füzuli sakinlərinə ŞAD XƏBƏR
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 07:15
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 07:15
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO