“Mafiya başçısı da olaram, transseksual da...” -“Kurtlar vadisi”nin Məmatisi
Müsahibə
Oxunub: 2209
01 Mar 2016 | 15:01
“Mafiya başçısı da olaram, transseksual da...” -“Kurtlar vadisi”nin Məmatisi
Bəzi rollar, sözün əsl mənasında, aktyorun üzərinə yapışır. Hətta bəzən əsl adı unudulur, hamı onu canlandırdığı obrazın adı ilə xatırlayır. Bu taleyi yaşayanlardan biri də aktyor Gürkan Uyqundur. Biz onu məşhur “Kurtlar Vadisi”nin “Məmati”si kimi tanıyırıq. Ancaq o, adı çəkilən serialdan öncə də bir çox rola çəkilib, həyatını sənətinə həsr edib. Ömrünün çox hissəsi teatrlarda keçib. 
 
Son günlər “Geym of Bizans” filmindəki Qazi Maqosa obrazı ilə danışılan Gürkan Uyqun “Hürriyət”ə maraqlı müsahibə verib.
 
- Ordulusan?
- (Gülür) Sağ olsun, kimsə internetdə belə bir məlumat paylaşıb. Gürcü əsilli sakaryalıyam. Ancaq İzmitdə dünyaya göz açmışam.
 
- Aktyor olmağa da İzmitdə qərar vermisən?
- Hələ litsey illərində könlüm teatrda olub. Həvəskar teatrlarda fəaliyyət göstərirdim. Daha sonra İstanbulda konservatoriyaya daxil oldum. Yıldız Kentər və Haldun Dormen kimi ustalardan dərs aldım. Mətin Serezli də daxil olmaqla bir çox dəyərli insanın tələbəsi oldum. Teatr üslubunu, aktyor əxlaqını onlardan öyrəndim. Belə şəxsiyyətlərin tələbəsi olmaq ən böyük şansım idi.
 
- Eşitdiyimə görə, indi də evdə iki müəllimin var.
- Hə, övladlarım həyatımı dəyişdirdi. İki övladım var: qızım 7, oğlum isə 5 yaşındadır.
 
- Ata olmaq nələri dəyişdirdi?
- Məsələn, həyat yoldaşımla görüş saatımız dəyişdi (Gülür).
 
- Həyat yoldaşın Şəbnəmi “Biri bizi gözetliyor evi”ndən tanıyırıq. Keçmiş günlərin xətrinə indi də oxşar formatda olan verilişləri izləyirsiniz?
- Uşaqlar olmadan öncə gecələr oturub çoxlu söhbət edirdik. İndi elə deyil. Uşaqlar saat 22:00-da yatırlar. Ondan sonra əyləncəyə vaxt ayırmaq olmur. Televiziya izləyir, bir az söhbətləşirik.
 
- Övladlarının sənin adam asıb-kəsdiyin səhnələri izləməyə icazələri var?
- Çox şükür ki, hələlik, izləməli olmayıblar. Ancaq indi elə dövrdür ki, heç nəyi gizlədə bilmirsən. Oyuncaq əvəzinə planşetlə oynayırlar. Yəqin ki, internetdə, orada-burada görürlər. Yaxşı ki, artıq hər şeyi dərk edə biləcək yaşdadırlar.
 
- Məmati öldü”¦ Bəs sən içindəki Məmatini öldürə bilmisənmi?
- Mən aktyoram, istəyəndə əsəbi, şiddətə meyilli adam obrazına bürünürəm. Ancaq xarakterim tamam fərqlidir. Ömür boyu cəmi iki dəfə davaya qarışmışam. Onun da biri ibtidai, digəri orta məktəbdə olub.
 
- Deməli, Məmati obrazı ilə heç bir oxşarlığın yoxdur?
- Məmatinin mənim dünyamla heç bir əlaqəsi yoxdur. Onun əksinə mən sakit insanam. Həmişə ortaq mövqe tapmağa, yola getməyə çalışıram. Daxildə gərginlik keçirsəm də, bunu hiss etdirmirəm.  Məmati sadəcə hər istədiyini  edən, gözünü qırpmadan adam öldürən xəyali bir obrazdır.
 
- Yəni, o boyda Məmatini yaradan adam evdə xanımı görən kimi süd tökmüş pişiyə çevrilir?
- “Çöldə rol üçün canavar olsam da, evdə quzuya çevrilirəm”, - deyim, sən də rahatlaş, mən də (Gülür). Məncə, ailəni, evlilik həyatını qadınlar daha yaxşı idarə edirlər.
 
- Silahlarla aran necədir? İstifadə etməyi bacarırsan?
- Silah mərdliyi pozur. Silahdan istifadə etmək mərd adama yaraşmaz. Silahdan başım çıxmır, adlarını belə yadımda saxlaya bilmirəm.
 
- Bir ara kliplərə də çəkilirdin.
- (Gülür) Yəqin, Yıldız Tilbənin “Vazgeçtim” adlı mahnısına çəkilən klipdən bəhs edirsən. Həmin klipə hələ konservatoriyada oxuduğum illərdə çəkilmişəm. Bu yaxınlarda dostlarımdan biri albom çıxaracaq, onun da klipində rol alacam.
 
- Yeni il gecəsi “O səs Türkiyə” verilişində sanki içindən Rey Çarlz çıxdı. Gələcəkdə albom çıxarmaq fikrin var?
- Elə bir niyyətim yoxdur. Ancaq dost məclislərində mahnı oxumağı, əylənməyi xoşlayıram.
 
- Sən, sözün əsl mənasında, türk xalqının damarını tuta bilən aktyorlardansan.
- Tipim xaricilərə bənzəmir, ona görə də, tamaşaçı məni  tez qəbul edir. Şanslıyam. Hər şey “Deli Yürek” serialında rejissor Osman Sınavın mənə verdiyi rolla başladı. Onda hərbi xidmətdən yenicə qayıtmışdım. Daha öncə “Tatlı kaçıklar”, “Affet bizi hocam” və “Çiçek taksi” seriallarında rol alsam da, elə böyük uğur qazana bilməmişdim. “Deli yürek” kimi seriallar populyarlaşandan sonra fərqli üz quruluşum sayəsində seçilməyi bacardım.
 
- Fərqli üz quruluşu deyəndə nəyi nəzərdə tutursan?
- Əvvəllər bizim kimilərə çirkin deyirdilər, indi isə xarizmatik deyirlər (Gülür).
 
- Bunda qarşındakını titrədən, qorxunc baxışlarının da rolu var.
- Hə, bu, ən böyük üstünlüyümdür. Məsələn, heç kim mənə yaxşı oynayırsan demir, hamı deyir ki, “o necə baxışlardır, elə?”.
 
- Elə baxmağı necə bacarırsan?
- Bunun üçün çox işləmişəm. Quşlardan kömək aldım. İnternetdə şahin, qartal fotolarına, videolarına baxaraq, onların hərəkətlərini yamsılayırdım.
 
- Hər rol üçün heyvanlar aləmindən faydalanırsan?
- Heyvanlar aləmindən yox, internetdən faydalanıram. Çünki orada istədiyin hər şeyi tapa bilərsən. İstər qatil, istər narkoman olsun, internetdəki şəkillərə baxaraq onun obrazına bürünə bilərsən.
 
- Hansı rolun sənə uyğun olduğuna necə qərar verirsən?
- Sadəcə rol üçün deyil, bütün önəmli qərarları verməzdən öncə tək qalmağa çalışıram. Sakaryanın kəndində yerləşən evimizə gedirəm. Orada yaxşıca düşünüb qərarımı verirəm. Onsuz da hədəfim 5-6 il işlədikdən sonra kəndə yerləşməkdir. Əkib-biçmək, həyətimdə odun doğrayıb, yandırmaq istəyirəm.
 
- Türkan Şoray kimi sənin də “Gürkan Uyqun qaydaları”n varmı?
- Diqqətimi çəkməyən rolları, təbii ki, rədd edirəm. Ancaq heç bir rola qarşı fobiyam yoxdur. Mənim üçün rolun böyüklüyü, kiçikliyi də əhəmiyyətli deyil.
 
- Həyat yoldaşın rol seçiminə qarışır?
- Yox, hamısına özüm qərar verirəm. İstər mafiya başçısı olsun, istər transseksual, rolun öhdəsindn gələ biləcəyimə inanıramsa, razılıq verərəm.(Publika.az)
 
Oxşar xəbərlər
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 11:23
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
03 May 2024 | 11:33
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
03 May 2024 | 11:31
Lənkəranda inəyi vuran avtomobil yanıb
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 11:37
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 12:04
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 11:23
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
03 May 2024 | 11:33
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
03 May 2024 | 11:31
Lənkəranda inəyi vuran avtomobil yanıb
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 11:37
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 12:04
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO