“Çovdarov əllərimi stula bağladı, dəyənəklə döyməyə başladı...”
Oxunub: 6844
17 Feb 2016 | 20:47
“Çovdarov əllərimi stula bağladı, dəyənəklə döyməyə başladı...”
Fəaliyyətinə artıq xitam verilmiş MTN-dəki mütəşəkkil qruplaşmanın quldurluq əməlləri barədə daha bir qalmaqallı fakt üzə çıxıb. Əvvəl Rusiyada, daha sonra Bakıda taxta biznesi ilə məşğul olan Ədilov Qədim Ədil oğlunun hüquq-mühafizə orqanlarına daxil olmuş şikayət ərizəsindən məlum olur ki, o, Akif Çovdarovun adamı olduğunu sonradan öyrəndiyi şəxslə ortaq biznes quraraq başını əsl bəlaya salıb. Çovdarovun adamı ona 400 min dollar borc yükləyib və MTN-çilər onu yaxalayaraq generalın hüzuruna aparıblar...

Sverdlovskda, Serov şəhərində...

Q.Ədilov 2009-2013-cü illər ərzində Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhərində taxta emalı və satışı ilə məşğul olub. Yeri gəlmişkən həmin şəhər Çovdarovun da çoxdankı məskənidir. Onun Sverdlovsk vilayətinin Serov şəhərində taxta emalı müəssisəsində çəkilmiş məşhur fotoları da var.

Ədilov isə 2013-cü ildə Azərbaycana qayıdıb və taxta biznesini burada davam etdirib. Bu məqsədlə “Azəri AQA” adlı MMC təsis edib. Rusiyadakı şərikləri taxtanı həmin müəssisənin adına Azərbaycana göndərib, Ədilov isə Keşlə stansiyasında taxtanı vaqonlarla topdan satırmış. Dediyinə görə taxtanı Rusiyadan birbaşa istehsalçılardan aldığı üçün Keşlə stansiyasında lazım olanda qiymətə 20 faiz endirim də edə bilirmiş.

Keşlədəki topdansatış taxta bazarında başlayan partnyorluq

Və Ədilovun bu taktikası Keşlə topdansatış taxta bazarındakı əsas oyunçu olan Sadiq Cəfərovun diqqətini cəlb edir. Cəfərov ona tərəfdaşlıq təklif edir və Ədilovdan hər ay 30-35 vaqon taxta ala biləcəyini bildirir. Ədilov isə hər ay maksimum 5-6 vaqon sata biləcəyini deyir, çünki Rusiyadakı istehsalı maksimum bu qədərmiş. Əvəzində Ədilov S.Cəfərovu Rusiyada daha iri həcmdə taxta istehsalı ilə məşğul olan Rüstəm adlı iş adamına calaşdıra biləcəyini deyir.

Beləliklə, Ədliovla Cəfərov və həmin Rüstəm adlı iş adamı arasında ortaq taxta biznesi qurulur. Bu ortaqlıq 2014-cü ilin dekabr ayına qədər davam edir. Cəfərov və onun sonralar Ədilovla tanış ediyi yeznəsi Natiq Hümbətov ona cəmi 656 min dollar verirlər. Ədilov isə onlara cəmi 564 min dollarlıq taxta verir. Yəni bu ortaq biznes əməliyyatının gedişində Ədilovun Cəfərova 92 min dollardan bir az artıq borcu yaranır. 2014-cü ilin dekabrında Rusiya rublunun dəyərdən düşməyə başlaması Ədilovu zərərə salır. Və Ədilov qərara gəlir ki, Cəfərovun yeznəsi və ağsaqqalı kimi tanıdığı Natiq Hümbətovla görüşüb ondan ziyana ortaq olmağı xahiş etsin.


Ədilova borc yüklənir və... bütün pullar Çovdarovundur

Ancaq Ədilov əsl sürprizlə Natiq Hümbətovun ofisində qarşılaşır. Onun nəzərinə çatdırılır ki, taxta alveri biznesinə qoyulan bütün bu pullar MTN generalı Akif Çovdarovundur. Və pullar qəpiyinə qədər, üstəlik gəlirləri ilə birlikdə qaytarılmalıdır. Daha sonra isə Ədilova yüklənən borc miqdarı artıb-400 min dollar olub. Çovdarovun adamları deyiblər ki, general Ədilovdan çox narazıdır, çünki onun üzündən ziyana düşüb.

Ədilovdan borcu qaytarmaq üçün onu dəfələrlə MTN-ə aparıblar. Burada MTN-nin Səlim adlı əməkdaşı onu döyməklə, işgəncə verməklə hədələyib. Nəhayət 2014-cü il dekabrın 25-də N.Hümbətov Ədliova anlaşma təklif edib. Bu anlaşmaya əsasən Ədilova 140 min manat borcu olan Nəsibov İlham Dilqəm oğlu adlı şəxs həmin pulu Çovdarovun adamlarına ödəməliydi. Anlaşma notarial qaydada təsdiqlənib, habelə Ədilovun N.Hümbətova daha 360 min dollar borcunun qaldığı haqda onun dilindən notarial qaydada sənəd alınıb. Bundan sonra Çovdarovun adamları ondan bir müddət əl çəkiblər.

Çovdarovçuların kələyi üzə çıxır, çəkişmə yenidən başlayır

Ancaq çox keçmədən Ədilova təhdidlər yenidən başlayıb. Ona deyiblər ki, Nəsibov İlham adlı şəxsdən vəd olunan pulu ala bilməyiblər. Ədliov Çovdarovun mafiyasından yaxa qurtarmaq üçün Masazırda yeni tikilmiş binada yerləşən 3 otaqlı mənzilini 60 min dollara razılaşdıraraq onlara verməli olub. Və Ədliovun nəzərinə çatdırılıb ki, bu, hələ borcun hamısı deyil.

Nəhayət ötən ilin may ayında Ədilov öyrənib ki, İlham Nəsibov ona çatacaq 180 min dolları hələ fevral ayından Çovdarovun adamlarına veribmiş. Nəticədə Ədilov Natiq Hümbətovdan pulu tələb etməyə başlayır, qarşı tərəf isə onu MTN-lə təhdid etməyə başlayır. İyunun 23-də Ədilovu evindən çıxarkən iki MTN əməkdaşı saxlayır və onu nazirliyin inzibati binasına aparırlar.

MTN-də, 3-cü mərtəbədə, dəhlizin sonunda...

Arxasını Ədilovun öz dilindən eşidək: “3-cü mərtəbəyə qalxdıq, dəhlizin sonuna qədər gedib qəbul otağı olmayan otağa daxil olduq. Orada əvvəllər cəmi bir dəfə gördüyüm Çovdarov masanın baş tərəfində oturmuşdu. Natiq Hümbətov və Akif sağında, Səlim (MTN-çi) solunda oturmuşdu. Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxıb heç nə demədən məni yumruqla, təpiklə döyməyə başladı. Ona etiraz etmək istəyəndə bu dəfə əllərimi rezin kəndirlə kresloya bağladı. Dəyənəyi götürüb baş və boyunuma zərbələr endirməyə başladı. Huşumu itirdim. Özümə gələndə gördüm ki, Çovdarov yerində oturub. Məndən tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim “Range Rover” avtomobilini bir həftə ərzində onlara verim. Masanın üstündəki iki “Makarov” tapançasını göstərib dedi ki, əks halda bu silahlar sənin üstündən çıxacaq və məni MTN-in zirzəmisinə salacaqlar”.


Çovdarov həkimlərə də təzyiq edir

Ədilov Çovdarovun şərti ilə razılaşmalı olub. Onu MTN-dən buraxıblar. Atası Ədilovun başına gələnləri eşidib və evə qayıdan kimi onu ailəsi ilə birlikdə özüylə Saatlı rayonundakı Kamallı kəndindəki evinə aparıb. Ertəsi gün aldığı xəsarətlərdən Ədilovda ürəkbulanma və güclü baş ağrıları başlayıb. Rayon xəstəxanasında Ədlilova məsləhət görüblər ki, Bakıya gedib MRT müayinəsindən keçsin. Bakıdakı “Semaşko” xəstəxanasında müayinədən keçərkən şöbə müdiri içəri daxil olub və həkimə bildirib ki, bu adamın Çovdarova borcu var və hələ qaytarmayıb.

Ədliov müayinənin nəticəsini götürüb rayona qayıdır və xəstəxanada müalicə olunmağa başlayır. Ancaq həkimlər Çovdarovun qorxusundan onu xəstəxanadan çıxarırlar. Ədilov bir aya yaxın evdə müalicə alır. Atası isə onun başına gələnlərlə bağlı bütün instansiyalara şikayətlər yazır.

Nəhayət çarəsi qalmır, 300 min dollar verir

Ancaq bu şikayətlərin nəticəsi olmur. Ədilov məcbur olur ki, şikayətləri dayandırıb Çovdarovun adamlarına tələb olunan pulu borc tapıb ödəsin. Sentyabrın əvvəllərində Ədilov Çovdarovun adamlarına 300 min dolları verir. Bundan artıq verməyə heç cür imkanı olmadığını deyir. Pulu alandan sonra MTN-çilər ondan əl çəkirlər.

Nəhayət oktyabrda Eldar Mahmudovun işdən çıxarılması və MTN-in vəzifəli şəxslərinin həbsi Ədilov kimi sahibkarların şikayətlərinə baxılmasına imkan yaradır. Ədilovun atası prezident İlham Əliyevə müraciət edir, başlarına gələnləri çatdırır. Və prezidentin xüsusi dərkənarı ilə onun məktubu araşdırılmaq üçün Baş prokurorluğa göndərilir.


Çovdarovla ikinci görüş - bu dəfə Kürdəxanıda

Prokurorluq işi araşdırır və Ədilovu zərərçəkən kimi tanıyır. 2015-ci il dekabrın 25-də prokurorluğun müstəntiqi Ədlilovu və MTN bandasının əməllərindən zərər çəkən daha bir neçə sahibkarı Kürdəxanı təcridxanasına aparıblar. Orada Çovdarovla üzləşmə keçirilib. Bu il yanvarın 14-də isə zərərçəkəni həmin Natiq Hümbətovla və MTN-çi Alı Nəbiyevlə üzləşdiriblər. Hazırda Ədilovun MTN işi üzrə zərərçəkən qismində istintaqda iştirakı davam edir.

Əhvalat hələ tamamlanmayıb

Ancaq Ədlilovun başına gələnlər bununla bitmir. Onun atası MTN-çilərdən şikayət edəndə Çovdarovun qruplaşması da polisdəki əlaqələri sayəsində Ədilovun barəsində dələduzluq ittihamı ilə iş qaldırılmasına nail olur. Onu həm də 136 min manat məbləğində vergilərdən yayınmaqda ittiham edirlər. Və MTN-çilərdən yaxa qurtaran keçmiş biznesmen indi polis və vergi orqanları ilə əlləşməkdədir...(musavat.com)
Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
AYLIQ
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək