Dədələrimizin izi ilə gəzdiyim sirli torpaq...
Oxunub: 3771
11 Feb 2016 | 17:50
Dədələrimizin izi ilə gəzdiyim sirli torpaq...
(Qənirə Paşayeva ilə addım-addım Pakistan)
(3-cü yazı)

Ona aşiqliyinin ətəklərinə sarıl...
Bir pərvanədən yanmağın incəliyini, dərin mənasını öyrən.
Atəş içində bir saray binə et! Cisminə Eşqi yerləşdir...
Mustafa ilə olan əhdini təzələ...
(Muhammed İqbal,Pakistanın dünya şöhrətli şairi)
Pəncabdan danışım sizə...
O diyardan söz açım ki, “Açıqdır cənnət qapısı, Ləli-gövhərdir yapısı...” Pir Sultan Abdalın ruhu şad olsun, ən möhtəşəm məkanın, gözəl diyarın tərifini belə verirmiş...
Pəncabdan danışım sizə: “Bir nəzərdə qalmayalım, gəl dosta gedəlim, könül” istəyinə, havasına könül açıb qədəm-qədəm gəzib-dolaşdığım Pəncabdan...
“İgid ikən ölənlərə köynəyini biçən” Pəncabdan söhbət açım. O gözəlim Pəncabdan ki, Yunus Əmrə dədəmiz söylədiyi kimi:
Şol cənnətin irmaqları,
Axar Allah deyə-deyə.
Çıxmış İslam bülbülləri
Ötər Allah deyə-deyə.

Söz yerinə düşdü, Yunus dədəmizin “Şol cənnətin irmaqları” misrası havadan, yox yerdən özünü yetirmədi ki!

Pakistanın dörd əyalətinin hamısından qələbəlik olan Pəncabın adı bu əsrarəngiz məkanı çevrələyib keçən irmaqların varlığından götürülüb. Belə ki, farsca pənc-beş, ab-su, irmaq mənasında işlənir və Pəncabın əziz, doğma adı da bu sözlərin bir araya gəlməsindən yaranıb.
Pəncab Pakistanın ən inkişaf etmiş və ən çox əhalisi olan əyalətidir. Ölkə əhalisinin 52 faizi burada yaşayır. Pəncabın əsas mədəni, tarixi və iqtisadi mərkəzi, belə deyək ki, paytaxtı Lahordu.
Çayların sevimlisi

Pəncabın xüsusi özəlliklərindən biri odur ki, əvvəlcədən də qeyd etdiyimiz kimi Pakistan sözünün əvvəlində gələn “P” hərfi Pəncab sözünün əvvəlində gələn “P” hərfindən götürülüb. Belə deyək ki, Pakistan Pəncabın ilk hərfindən başlayır. Beş çay mənasını verən Pəncabda 100 milyon insan yaşayır. Çayları Himalay dağlarından Ərəb dənizinədək axıb getməkdədi.

Çay vadiləri boyunca yerləşən əyalət əsasən münbit və verimlidir.

Pəncabın Mahabbarata dövründə Pançanada kimi tanındığı vaxtlar olub. Bu o zamanlar idi ki, bölgədə əsas yaşayış məskəni Harrara şəhəri idi. Qandhara Mahajanapadas, Əhəmənilər, Makedoniyalılar, Maurya, Kuşan, Qupta, Hindi Şahi, Qurjara-Pratihara və qədim Rajputana kimi imperiyaların bir hissəsi kimi tanınan Pəncabda kənd təsərrüfatı inkişaf etmiş, Multan və Lahor kimi ticarət mərkəzləri yaranmışdı.

Bölgənin əsas şəhərlərindən biri olan Taxilanın əsasının Ramın nəvəsi, Bharatın oğlu Takş tərəfindən qoyulduğu söylənməkdədi. Bu şəhərdə dünyanın ən qədim universitetlərindən olan Takşaşila Universiteti yerləşirdi və Taxila Maurya imperiyası dövründə ən böyük öyrətmə və intellektual müzakirə mərkəzi idi. Taxila YUNESKO-nun maddi-mədəni İrs siyahısına salınıb, qədim arxeoloji və dini tarixə malikdir.
Pəncab Pakistanın Bəlucistandan sonra ərazisinə görə ikinci ən böyük əyalətidi. ölkənin ən böyük 6 şəhərindən biri bölgənin paytaxtı Lahordu. Eyni zamanda Pəncabda Faysalabad, Ravalpindi, Multan, Gujranvala, Bahavalpur, Sialkot, Sargodha, Gujrat, Sheikhupura və Jhelum kimi böyük şəhərlər də yer almaqdadı.
Bu bölgənin sonsuz asimanında görkəmli dövlət xadimi və ədib, Böyük Moğollar imperiyasının banisi, “Baburnamə”nin müəllifi Zahirəddin Babur şahın kövrək ruhu şeir-şeir, söz-söz dolanmaqdadı. Bəlkə də Pəncabın gözəllikləri önündə vəcdə gəlib “Könlüm kimi könlünə giriftar görmədim” yazmışdı. Bəlkə də bu gözəl diyardan axıb gedən irmaqların xoş, mülayim havasına könül aça-aça yazmışdı ki:

Canımdan özgə yari-vəfadar görmədim,
Könlümdən özgə məhrəmi əsrar tapmadım.

Tarixin gedişatında ”“ 712-ci ildə Məhəmməd ibn Osmanın rəhbərlik etdiyi müsəlman ordusu Sindh və Cənubi Pəncaba daxil olmuşdu. Bu xəlifəlik Məhəmməd Peyğəmbərin (s.) vəfatından sonra qurulan ikinci islam xəlifəliyi idi. Xəlifəliyə Əməvilər sülaləsi rəhbərlik edirdi.
Pəncaba islamı qəbul etmək barədə xəbəri Məhəmməd ibn Qasım gətirmişdi. Hind çayı boyunca Sindh və Multan regionlarını da Əməvi xəlifəliyinə birləşdirən o olmuşdu. Qasımın bu müvəffəqiyyətləri Hindistanda islam dininin yayılmasına rəvac vermişdi.
Növbəti illər ərazində Pəncab əfqanlardan, paştunlardan və türklərdən təşkil olan və yerli qəbilələrlə əməkdaşlıq edən müsəlman imperiyalarının tərkib hissəsi olur. Bununla da Cənubi Asiyada islam dini güclənməyə başlayır və özünün pik dövrü Moğollar imperiyası dövrünə təsadüf edir. Olmuşdu bütün bunlar; Mahmud Qəznəvi dövründə Lahor Əfqanıstanda yerləşən Qəznəvilər imperiyasının ikinci paytaxt şəhərinə çevrilmişdi. Bu zamandan sufilərin ziyarətləri nəticəsində Pəncabda islam dini hakim mövqe qazanmış, önə çıxmışdı. Mahmud Qəznəvi dönəmində imperiyanın torpaqları bugünkü Əfqanıstanı, Şərqi İran və Pakistan torpaqlarını əhatə edirdi.

Dədəmiz Nadir şahın izlərini daşıyan torpaq

Bu bölgədə Sufi dərvişlərinin gəzib-dolaşdıqları zamanların əfsanələri indinin özündə də dil əzbəridi. Moğollar regiona 1524-1739-cu illərdə hökmranlıq etmiş və bölgədə əsasən Lahorda yerləşən Şalimar Bağları və Badişah Camisini inşa edilmişdir. Müsəlman əsgərləri, tacirləri, memarları, din adamları və Sufilər müsəlman dünyasının müxtəlif bölgələrindən Cənubi Asiyadakı İslam sultanlığına gəlmiş və bəziləri Pəncabda məskunlaşmışlar. Moğolların devrilməsindən sonra Azərbaycan türkü olan, əfşarlar sülaləsinin lideri, dünya tarixinə adını yazmış Nadir şah Hind çayını kəçərək 1739-cu ildə bu əyaləti fəth edir. Sonra Əfqan şahı Əhməd şah Durrani Pəncabı ələ keçirərək Durrani imperiyasına birləşdirir və 1762-ci ilədək bu imperiyanın bir hissəsi olur.
Müsəlman imperiyaların minillik dövrü başa çatmaq üzrə idi və gərgin dövrlər başlamışdı. 1758-ci ildən sonra isə bölgə hind Maratha imperiyasının nəzarətinə keçir. Müsəlman millətçisi Seyid Əhməd Barelvi mübarizə apararaq İslam qanunlarına uyğun İslam dövlətini yaratmağa cəhd göstərir. Amma uzun illər aparılan mübarizə uğurlu olmur və Seyid Əhməd Barelvi qətlə yetirilir. Maharaja Ranjit Sinqhin 1839-cu ildə vəfatından sonra Britaniya imperiyası bölgəni nəzarətinə keçirmək üçün ciddi mübarizə aparır və buna nail ola bilir.

1947-ci ildə Pəncab dini mənsubiyyətə uyğun Şərqi Pəncab və Qərbi Pəncaba bölünür. Qərbi Pəncab yeni dövlət olan Pakistana birləşdirilir, Şərqi Pəncab isə müasir Hindistanın bir hissəsi olur. Bu əyalət Pakistanda ən böyük etnik qrup olan pəncablıların yaşadığı yerdir.
1960-cı illərdə yeni paytaxt İslamabad şəhəri Pəncabın bir hissəsi olan Ravalpindi yaxınlığında qurulur. 1950-ci illərdə Pakistanın qərb və şərq hissələri arasında gərginlik var idi. Vəziyyəti nizamlamaq məqsədilə 1955-ci ildə Pəncabın əyalət statusu ləğv edilir. Yeganə Qərbi Pakistan əyalətinə birləşdirilir. 1972-ci ildə Şərqi Pakistan ayrılır və Banqladeş yaradılır, Pəncab yenidən əyalət olur. Pəncab 1965 və 1971-ci illərdə Hindistan və Pakistan silahlı qüvvələri arasında baş vermiş əsas döyüşlərin şahidi olub. 1990-cı illərdən Pəncab Pakistanın nüvə proqramının bir neçə əsas mərkəzi yerlərindən (misal üçün Kahuta) birinə çevrilir. 2004-cü ilin əvvəllərində Hindistan və Pakistan arasında başlayan sülh prosesi vəziyyətin sabitləşməsinə yardımçı oldu. Vaqah sərhədindən ticari və insani əlaqələr getdikcə inkişaf etməyə başlayır. 1980-ci illərdən başlayaraq çoxlu sayda pəncablı Yaxın Şərqə, Britaniyaya, İspaniyaya, Kanadaya və Birləşmiş Ştatlara iqtisadi imkanlar əldə etmək məqsədilə mühacirət edirlər və bu gün dünyada Pakistan diasporunda Pəncab kökənlilərin sayı çoxdur və güclü bir diaspordur.

Bütün bunlar uzaq keçmişin tarixi yaşantılarıdı. Ondan da əvvəllərin Vedic sivilizasiyası (eradan əvvəl 1500-500-cü illər) Pəncab məkanının coğrafi ərazisini qapsayıb keçmişdi. Regionda yunan-buddist mədəniyyətinin yayılması tarixi eradan əvvəlin 165-150-ci illərinəcən əl aparır. Müsəlman, türk imperiyalarına bağlı tarix kitabdan-kitaba, məxəzdən-məxəzə adlamaqdadı. Reallıqda, göz önündə olan isə müasir, abad və islam əxlaqı, yaşam tərzi ilə süslənmiş Pəncabdı. Beş çay, su mənasında tarixi ad daşıyan irmaqlar, vadilər yatağı Pəncab... Bir gələn “bir də gəlləm, ölüb qallam bu yerdə” ehtiramı, haqq-sayı ilə yaddaşına köçürməkdədi.
Pakistanın müstəqillik qazanmasından sonra Pəncabda sənaye sürətlə inkişaf etməyə başlayır. Yeni zavodlar qurulur. Lakin kənd təsərrüfatı Pəncab iqtisadiyyatının ən böyük sektoru kimi qalmaqdadır. Bu əyalət ölkənin əsas buğda rayonu olmaqda davam edir.

Həyatımdan silinməz izlər...

Qədim, sirli, mistik, sufi müqəddəslərin sıx-sıx gəzib-dolandıqları Lahor şəhərini və Pəncab əyalətini könlümün istəyincə görmək iki dəfə mənə qismət olub.İlk səfərim yazımın əvvəlində də qeyd etdiyim kimi, Əfqanıstan müharibəsi dövrünə təsadüf edir. İndi o illəri yadıma salanda ilk olaraq gözlərim önünə daha çox qaçqın əfqan uşaqlarının hər şeydən şübhələnən, qorxmuş baxışları, həyəcanlı, iztirablı durumları gəlir. Əfqanıstan-Pakistan arası sınırların durumu mənə İkinci Cahan savaşı barədə ekranlardan izlədiyim davalı filmlərin kadrlarından tanış olan səhnələri xatırladırdı; Fövqəladə hərbi qayda-qanunla hər addımbaşı üzləşmək adi hal idi. Beqəfil, heç gözləmədiyin səmtdən qəfil atəşə rast gəlmək təhlükəsi insanları daban-dabana izləməkdə idi. Doğma Azərbaycana dönüş yolum Lahordan keçirdi. Açığını deyim ki, müharibədə jurnalist kimi çalışmağın, hər gün gərgin şəraitdə material hazırlamağın, gərgin yolların və görüşlərin sonucunda çox yorulmuşdum. Həyatın bu üzünü də görmək, ölüm-itimin hər üzünün adiləşməsinə şahid olmaq təbii ki, insan ömründən izsiz-tozsuz ötüşmür. Belə hallarda insan zəkasının hökmran olacağı romantikasına, xülyasına uyduğu illərin acısını daha çox çəkir adam. O qarmaqarışıq, yorğun durumun ərəfəsində, üstəlik, Lahor çəkilişlərim, müsahibələrim, hazırlamalı olduğum proqram və materiallarım da var idi. Yorğunluğum səbəbindən bu işlərin öhdəsindən gələ biləcəyimə elə də əmin deyildim. Qaçqın ailələrin iztirab dolu baxışları gözlərim önündən getmirdi. Mən bu baxışları əvvəllər ancaq kino kadrlarında və doğma Qarabağımızdan didərgin salınmış soydaşlarımın ağrılı anlarında görmüşdüm. Üzüntülü idim. Amma Lahor mənim üzümə bir rahatlıq, dinclik aləmi kimi açıldı. Lahora gəlişimin üçüncü günündə artıq nəzərdə tutduğum proqram və müsahibələri hazırlaya bilmişdim. Eyni zamanda ürəyim istəyincə gəzib-dolaşmaq imkanı da qazanmışdım. Bir növ, doğmalaşmışdıq. Vurulmuşdum Lahorun islam əxlaqı, müsəlman düşüncəsi ürpədən, qoxuyan durumuna. Hər qədəmi məni valeh etmişdi. Dədə Ələsgərin “Səni gördüm, əl götürdüm dünyadan” deyimi Lahorun hər qədəmi boyunca idi. O ilk səfərim zamanı təkcə Lahor yox, Pəncabın digər şəhərləri də qarşımda əfsanələr dünyası kimi açılmışdı. Ötən əsrin 60-cı illərində dəbdə olan kuzovlu maşınların xüsusi zövqlə bəzədilmiş, ən diqqət çəkən bəzək əşyaları ilə süslənmiş durumuna hər addımbaşı rast gəlmək olardı. Öküz, at, ulaq qoşulmuş arabaların ekzotik görünüşü ilə yanaşı, bir yandan da gəlin odası kimi bəzədilmiş motorollelər... Az qala bütöv ailələrin özlərinə yer edə bildikləri motosikl və velosipedlər, onlarla bir arada ən müasir avtomobil növləri... Eyni küçə və prospektlərdə eyni vaxtda bir-birinə yol verə-verə keçib gedən öküz arabaları, motosikl, motoroller, velosiped, ən müasir modelli avtomobillər və milli geyimli insanlar... Hamısı bir arada, eyni zaman daxilində. Və hər kəs bu duruma öyrəşmiş, isinişmiş...

(Ardı var)

Oxşar xəbərlər
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO