SQ - in Baş Klinik Hospitalının rəisindən Ali Baş Komandana Şok Müraciət...
Oxunub: 22853
10 Feb 2016 | 01:00
SQ - in Baş Klinik Hospitalının rəisindən Ali Baş Komandana Şok Müraciət...
Moderator.az - a Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisindən dəhşət doğuran şikayət məktubu daxil olub. Bəri başdan qarşı tərəfə də cavab haqqı tanıdığımızı bildiririk:

Möhtərəm cənab Prezident!
Cənab Ali Baş Komandan!!         

Qəlbimi yaralayan, varlığımı sarsıdan dərdlərimi Sizinlə bölüşmək məcburiyyəti qarşısında qalmışam. Öncə onu vurğulamaq istəyirəm ki, dərdlərim şəxsi xarakter daşımır. Mənim ağrılarım daha çox yurd səngərində ölkəmizin müdafiəsində durarkən yaralanan və xəstələnən el qeyrətli əsgərlərimizin və onlara namusla xidmət edən vətəncanlı hərbi həkimlərin dərdi ilə bağlıdır.

Mən adi hərbi həkimlərdən deyiləm. Əlbəttə, yalnız məni tanımayanlar bu fikrimi qeyri-səmimi qəbul edə bilər. Biz Vətən eşqi ilə dolu səngər oğullarının xidmətçisiyik. Səngərdən xəbəri olmayan məni necə tanıya bilər?! Mən Sankt-Peterburq Hərbi Ali Tibb Akademiyasının məzunu kimi ağ xalatın paklığını, ülvi təmizliyini dəyərli xidmət illərimdə hərbi qulluqçuların qəlbində real, eyni zamanda müqəddəs, unudulmaz bir duyğularla yaşamışam. Erməni işğalçılarına qarşı gedən qanlı-qadalı döyüşlərdən təxliyə edilən yaralı döyüşçülərimizi bəzən belimdə, bəzən isə qucağımda  daşımış və bu xidmətimdən sonsuz dərəcədə qürur duymuşam. Məndən ötrü hər bir vətən əsgəri qəlbimin bir parçasıdır. Yüzlərlə döyüşçünü amansız ölümün pəncəsindən almışam. Onların yalnız diaqnostikası, profilaktikası və müalicəsi ilə məşğul olmamışam, həm də ağır və son dərəcə müşkül məqamlarda səngər oğullarına  şəxsi qanımdan qardaş payı vermiş, ürəyimin hərarətini bəxş etmişəm. Döyüşçü əsgərə xidmət mənim əvəzsiz ruhi qidam və mənəvi zənginlik mənbəyimdir. Bu mənəvi dəyər ölçüsü bizim genetik kodlarımızla bağlıdır. Klassik azəri türk torpağında”“Qərbi Azərbaycanın Vedi bölgəsində dünyaya göz açıb ərsəyə gələn bir oğul  ayrıca necə düşünə bilər?! 

Biz hamımız Azərbaycan adlı bir günəşin zərrələriyik. Biz Sizin müdrik rəhbərliyiniz altında gec-tez erməni faşizmi üzərində qəti qələbə qazanacağıq. Çünki Azərbaycan xalqı çox mərd xalqdır. Şeyx Məhəmməd Xiyabaninin sözləri ilə desək, ”ölümdən qorxmayan millətə ölüm yoxdur”. Daha doğrusu, biz ölümü öldürən millətik!!!.

 Çox təəssüflər olsun ki, aramızda sapı özümüzdən olan "balta"lar da var. Sizə müraciətimin başlıca mətləbi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovnik-leytenantı Tofiq Tağıyevin səriştəsiz və amansız fəaliyyəti ilə bağlıdır. Bəri başdan deyim ki, o, Silahlı Qüvvələr üçün  çox təsadüfi bir insandır. Hərbi həkimlikdən bixəbər olan bu şəxs 54 yaşında baş leytenant rütbəsində ordu sistemində mühüm sayılan bir posta təyin edilmişdir. Hərbi qanunvericiliyə zidd olaraq bir ildə iki dəfə hərbi rütbəsi yüksəlmişdir. Sual oluna bilər: hansı nümunəvi xidmətə, hansı qəhrəmanlıq nümunəsinə görə onun rütbəsi vaxtından xeyli əvvəl verilmişdir? Bu suala kimsə əsaslı cavab verə bilməz.

Tofiq Tağıyev vəzifəyə təyin edildiyi gündən etibarən milli hərbi təbabətimizin nəcib mənəvi ənənələrini canıyananlıqla qoruyub inkişaf etdirən istedadlı və zəngin təcrübəli hərbi həkimlərin amansız qənimi kimi fəaliyyət göstərir. Neçə-neçə illərin sınağından çıxmış səriştəli həkimlər çıxdaş edilir və komandanlıq tərəfindən bu xoşagəlməz hallara göz yumulur. Əslində bu fəaliyyət deyil, manqurt siyasətidir. Dünya şöhrətli Sankt-Peterburq Hərbi Ali Tibb Akademiyasının 15 məzunundan  bu gün hospitalımızda cəmi ikisi qalmışdır. Tofiq Tağıyev məqsədli şəkildə onların "soyqırım"ı ilə məşğuldur. Qalan peşəkar hərbi həkimlər də hədəf altındadır.

Hospitalımız öz tarixində görsənməyən bir maddi-mənəvi böhranla üz-üzə qalmışdır. Xəstə əsgər və zabitlərimizi müalicə etmək üçün dərman qıtlığı hökm sürür. Qeyrətli həkimlər öz döyüşçüsünü müalicə etmək naminə dərmanları öz cibinin pulu ilə alırlar. Əsgər ailələri məcbur edilir ki, övladına dərmanı öz hesabına alsınlar. Buna nə ad vermək olar?! Hospitalımızın tarixində heç vaxt belə dərman qıtlığı olmamışdır. İş o yerə çatmışdır ki, hospitalda hətta cərrah əlcəyi çatışmır. Saxta kotirovka sorğusu ilə dərmanları ikiqat artığına alaraq dövlətin vəsaitini kül kimi göyə sovurur və sövdələşdiyi firmalardan rahatca öz payını əldə edir. Alınan  dərmanları istifadəyə verməyərək vaxtı uzadır, yararlılıq müddəti keçən kimi hesabdan silir və süni yollarla gəlir qazanır. Hər bir məsələyə biznes iştahası ilə yanaşır. Ona görə də 24 il bundan əvvəl yaranmış hospitalın qazandığı nüfuz qısa vaxtda Tofiq Tağıyevin yöndəmsiz hərbçiliyi, antivətənçilik siyasəti və iyrənc  biznes iştahası ucbatından itirilmişdir. Bu acılı problemin müəllifi Tofiq Tağıyevdir. Ona görə ki, hərbi rütbə almaqda ildırım sürəti ilə irəliləyən Tofiq Tağıyev öz fəaliyyətini şəxsi iddialar əsasında həyata keçirir, hərbi strukturu özəl struktur kimi idarə edir, yalnız özünü düşünür, danışığında etik normaları gözləmir, ağzından daim küçə söyüşləri çıxır  və bəla burasındadır ki, ona “dur” deyən yoxdur. 

Möhtərəm Prezident!!
 Siz dəfələrlə bəyan etmisiniz ki, Azərbaycanda xüsusi statusu olan  toxunulmaz dövlət məmuru, rəhbər işçi yoxdur. Görəsən, Tofiq Tağıyev Sizin bu qətiyyətli sözlərinizdən haçansa bir nəticə çıxaracaqmı?! 

 Hər halda səngərdə xəstələnən, yaralanan əsgər və zabitlərin dərman pulunu yeyən Tofiq Tağıyevi haçansa bir gün imkansız əsgər analarının ahı tutacaqdır. 

Mən bu yaxınlarda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının  urologiya şöbəsinin rəisi və Silahlı Qüvvələrin Baş uroloqu vəzifəsindən yaşa görə ehtiyata buraxılmışam. Özəl klinikalarda özümə iş tapmaq mənim üçün problem deyil. Lakin mən doğma orduya, xalq döyüşçülərinə xidmət etmək  üçün doğulmuş bir hərbi həkiməm. Ömrümün 35 il 8 ayını hərbçi kimi keçirmişəm. Özümü ordusuz təsəvvür edə bilmirəm. Ümumiyyətlə, ölkəmizdə stajlı hərbi həkimlər azdır. Peşəkar hərbi həkimlər təxminən 45-48 yaşlarında püxtələşirlər. Bu müddət ərzində onlarda kifayət qədər kamilləşmə prosesi gedir. Ona görə də cavan və yaşlı kadrların birgə fəaliyyəti çox zəruri sayılır.  Bu məqsədlə Tofiq Tağıyevə hospitalımızda hal-hazırda urologiya şöbəsində vakant olan mülki həkim vəzifəsində çalışmaq istəyimi açıqladım. “Hospitala mülki həkim lazım deyil” deyə mənə birbaşa  “yox” cavabı verildi. Bu cavab, necə deyərlər, ağa qara deməyi adətkərdə edən erməni məntiqinə əsaslanmış bir cavabdır. Sual oluna bilər: 35 ildən çox hərbçi həyatı yaşayan hərbi həkim məgər ehtiyata buraxılan kimi mülki həkim olur! Bu birtərəfli fikri yalnız Tofiq Tağıyev düşünə bilər. Axı, hərbi komandanlıq missiyası hara, hərbçilik əlifbasını bilməyən Tofiq Tağıyev hara?! Mən libasımı dəyişsəm də bütün varlığımla hərbçiyəm. Əlbəttə, o, məni anlamaq həddində deyil.
Əsaslı cavab üçün təsadüfi hospital rəisinin qəbul otağının qapısında 40 dəqiqə gözləməli oldum və mənə çox biganə münasibət göstərildi. Kənar adamlar qəbul olundu, lakin ordu həyatında canını-qanını qoymuş bir zabit kimi mən qapının arxasında qaldım. Belə biganəliyin acısını dadan təkcə mən deyiləm. Təcrübəli həkimlərin hamısına bu acını növbə ilə yaşadırlar. Ən dəhşətli hal bir də odur ki, bizim kimi orduda şərəfli ömür sürənlərə göstərilən bu laqeydlik gənc zabitlərin gözü qarşısında baş verir. Buna görə  çox sarsıntı keçirən gənclərin mənəvi aləmində ümidsizlik toxumu indidən cücərməyə başlayır.

Bu gün hospitalımızda  hərbi təbabət  sahəsində “Ekstrakorporal” daşsındırma aparatı üzrə sertifikatı olan yeganə hərbi həkim mənəm. Bu sertifikatı təcrübəli alman mütəxəssislərin treninqində almışam. İndi həmin dəyərli aparat istifadəsiz qalmışdır. Görəsən, Tofiq Tağıyevin bu günahını kim bağışlayacaq?

Tofiq Tağıyev təcrübəli hərbi həkimlərin min bir hiylə yolu ilə yaşa görə ehtiyata buraxılmasını düzüb-qoşur. Bəc, nə üçün özü barədə düşünmür? 56 yaşını haqlamış bu təsadüfi rəisdən hospitalımız vaxtında xilas olmasa onun dağıdıcılıq fəaliyyətinin acı nəticələrini aradan qaldırmaq çox müşkül məsələyə çevriləcəkdir.  

 Möhtərəm Prezident, bir fikrimi də ayrıca vurğulamaq istəyirəm ki, Tofiq Tağıyev Sizin dediyiniz kimi ədabaz məmurlar sırasındadır. Özünə çox dəbdəbəli kabinet yaradıb. Qəbula gələnləri kamera ilə izləyir. Xoşuna gələni qəbul edir, öz əqidəsinə uyğun olmayanları isə bəhanə ilə qapı arxasında saxlayır və  son nəticədə qəbul etmir. Hospitalımızın tarixində hələ bu səviyyədə ədabaz rəis olmamışdır. Belə xarakter heç bir halda hərbi həyat fəlsəfəsinə daxil edilə bilməz. Mənəvi dünyamızda pozulmaz sayılan hərbi əxlaq normaları onun üçün çox yad hesab edilir. Kursant çörəyi yeməyən, səngər güzəranı deyilən müqəddəs bir dünyanı heç yuxuda  da görməyən və ən nəhayət, “zabit şərəfi”  adlı ülvi bir həqiqəti dərk etməyə gücü çatmayan bir şəxs tərəfindən vətən sevgisi ilə yanan  hərbi həkimlərin çox təbii  istəyinə göstərilən bu soyuq münasibəti necə qiymətləndirmək olar?!

Tofiq Tağıyev vəzifəyə təyin edildiyi gündən etibarən internet və mətbuat səhifələrində müntəzəm surətdə kəskin tənqidi yazılar verilir. Çox möcüzəlidir? Məgər müvafiq dövlət qurumlarının mətbuat xidməti bu tənqidi yazıları görmür?! Söz yox ki, görürlər, sadəcə olaraq göz yumurlar. Bu biganəlik hissi bizi uçuruma doğru aparmırmı?! Belə davam etsə, hərbi həkimlərin, əsgər və zabit ailələrinin içini didib-dağıdan imdad harayının səsi bütün aləmi bürüyəcək.  

 Möhtərəm cənab Prezident, biz hərbçilər ölkəmizdə aparılan  ədalətli və müdrik siyasətinizi dəstəkləyir və Sizə çox inam bəsləyirik. Bu inamı qorumaq naminə Sizdən bir dəfə deyil, yüz dəfə xahiş etməyə səbrimiz çatar. Təki Vətən yaşasın! 

Atalarımızın çox dəyərli bir sözü var: deyirlər ki, ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil. 

Möhtərəm cənab Prezidentimiz, açıqladığım bəladan xilas olmaq üçün Sizdən bir yol tapmağı, bir yol açmağı xahiş edirik. Əgər Sizdən əlac olmasa, onda biz yoldan çəkilməli olacağıq. O zaman vay döyüşçülərimizin halına!...  

Hörmətlə,
ehtiyatda olan tibb xidməti polkovniki 
Aftandil Namazov
"10" fevral 2016-cı il.
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama