Pak ölkə - FOTOLAR
Oxunub: 4498
09 Feb 2016 | 20:54
Pak ölkə  - FOTOLAR
("Qənirə Paşayeva ilə addım-addım Pakistan")
(2-ci yazı) 

İllər öncəsi Pakistana etdiyim ilk səfərim zamanı bu bənzərsiz ölkənin adının mənası ilə maraqlanmışdım. Dostlar mənə bu adın maraqlı hekayətini söyləmişdilər. Əslində, adın “paklıq”, “təmizlik” anlamından qaynaqlandığını bilməmiş də deyildim. Ancaq yenə də “hər kəlmə altında min tarix yatmasının” fərqində idim, bilirdim ki, hər deyiləm kəlmə, söz, yazı əsrdən-əsrə bir yadigardır. Dostların anlatdıqları bir daha qənaətlərimin doğru-dürüst olduğuna əmin etdi məni. Olanı budur ki, Pakistan sözü Urdu dilində “Pak ölkə” mənasında işlədilir. Bu, elə bizim dildə də eyni anlamı verir. Heç bir tərcüməyə-filana, anlatmaya ehtiyac yoxdur. Bu gözəlim söz, yəni Pakistan adı ilk dəfə 1933-cü ildə behiştlik Rahmat Alinin dilindən səslənmişdir. 
Pakistan sözünün yaranma hekayəti isə belədir ki, zamanın ötən çağlarında İngiltərənin müstəmləkəsi altında qalan əski Hindistanın 5 qədim əyalətinin baş hərfləri bir arada “Pakistan” sözünü var etmişdi. Belə ki:
P ”“ Pəncab;
A ”“ Afqanya;
K ”“ Kəşmir;
S ”“ Sind;
Tan ”“ Bəlucistan = Pakstan = Pakistan.
Hal-əlbət, məsələnin bu tərəfi, gerçək üzü belədi. İndiki halda Pakistanda Pəncab, Sind, Quzeybatı sınır əyaləti və Bəlucistan olmaq üzrə 4 əyalət var. Paytaxtı İslamabaddır.
Pakistan və ya rəsmi adı ilə desək Pakistan İslam Cümhuriyyəti bir az öncə də qeyd etdiyimiz kimi, Güney Asiyada yerləşir. Cənubdan Ərəb dənizi 1046 km məsafə boyunca torpaqlarını qucmadadı. Qərbində Əfqanıstan, cənub-qərbində İran, şimal-şərqində Çin, şərqində Hindistan vardır. Şimalda Tacikistanın dar Vaxan dəhlizi ilə ayrılır. Oman ilə dəniz sərhədinə malikdir.
Ölkəsinin ərazisi 796.095 kvadrat kilometrdir və qeyd etdiyimiz kimi, böyüklüyünə görə dünyanın 36-cı ölkəsidir.
Tələsmə, ey qələm...
Burda hər tarixin öz qızıl vaxtı, burda hər ömrün bir heykəli var. Hətta adlarını dərin sayğı ilə çəkib, ehtiramla oxuculara təqdim etdiyim bölgələrin tarixi qaynaqları ilə yanbayan, ac, əyri-üyrü rişələrini sökük divarların yarıqlarına pərçimləmiş və bu yerlərdə əziz tutulan aşat ”“ müqəddəs əncir ağacının da belə öz bildikləri olmamış deyil.
Tələsmə, ey qələm, bütün olmuşların tarixləşməsi, sevərəkdən yad edilməsi üçün sənə ehtiyacı olan zamanın sükutunu da dinləyib keç. Gözəlim Pakistanın şəhər-şəhər, köy-köy daşdan, ağacdan, hər cür texniki imkanlardan yapılmış gözəlliklərinin önündə ehtiramla “ayaq saxlamağa” bir məqam eylə. Qoy tarix yazanların, ölkələr dolaşıb, səyyah adıyla ruhunu kağıza köçürənlərin, qardaş Pakistanı dost gözləriylə seyrə dalanların ayaq izləri sənin adına yazdığın sözümdə-söhbətimdə qalsın.
Tələsmə, ey qələm! “Hər yazdığın sətir ibadət edir!”

2001-ci ilin ağır sentyabr günləri”¦

Pakistana ilk səfərim çox ağır bir dövrə düşmüşdü... Ölkənin həyatı çıxılmaz xaos burulğanını xatırlatmaqda idi. 2001-ci ilin sentyabr hadisələrindən sonra Koalisiya Qüvvələrinin Əfqanıstanda anti-terror əməliyyatı adı verdikləri müharibə başlamışdı. Mən də bir jurnalist olaraq Əfqanıstandan və bütün müharibə dövründə ən çox diqqət çəkən milyonlarla əfqan qaçqının üz tutduğu Pakistandan reportajlar hazırlamaq üçün bu ölkəyə səfər etmişdim. Çoxlu sayda risk, qorxu, addımbaşı təhlükə, hətta girov götürülmək təhlükəsi belə yaşasaq da operatorumuz Kənan Məmmədovla bərabər həyatımızın ən maraqlı dönəmlərini yaşadıq bu səfər boyunca. Baxmayaraq ki, ailə üzvlərim və dostlarım mənim bu səfərimi yanlış qərar hesab edirdilər. Həyatımı belə itirə biləcəyimin gerçəkliyini soyuq bir məntiqlə mənə xatırladanlar da olmamış deyildi. Mən o səfərə deyilənləri yox, qəlbimin səsini dinləyərək getmişdim. Bu günün özündə də tam əminəm ki, mən mütləq getməliydim. Bu, mənim doğru qərarım idi. Tək ona görə yox ki, çox sayda önəmli və maraqlı reportajlar, proqramlar hazırlayıb, insanların yalnız xarici televiziya ekranlarından izlədiyi liderlərdən çətin şəraitdə olsa da müsahibə ala bilmişdik, həm də ona görə ki, həyatın çox fərqli özlərini görə bilmək imkanı əldə etmişdik və bu səfər həyatımızda böyük iz buraxmışdı.
Orası da var ki, həmin səfərimə qədər mən Pakistan və Əfqanıstan tarixi ilə bağlı kifayət qədər məxəzlər, tarixi mənbələr oxumuşdum. Yetərincə məlumatlı idim.
Xalid Hüseyninin məşhur “Çərpələng uçuran” əsərindən insanların oxuduqlarının bir çoxunu mən öz gözlərimlə görüb, yaşadım Əfqanıstan, Pakistan səfərlərimdə. Eyni zamanda bütün bu tanışlıqlardan, tutarlı məlumatlardan başqa, mənim yaddaşımda telekanallarda, film kadrlarında yaşamını izlədiyim çox doğma, əziz bir Pakistan obrazı vardı. O obrazda Pakistan mənə dili dualı, necə deyərlər, başdan-başa dümağ geyimli-kecimli insan dənizi, insan qələbəliyi kimi doğma və tanış idi. Bu dili dualı, başdan-ayağa dümağ milli geyimdə olan insan seli sanki eyni anda bir olan uca Allahın dərgahına əl götürürdülər, eyni anda Allahın hüzurunda səcdəyə əyilirdilər. Mənim üçün Pakistanın unudulmaz obrazı bu görüntülərlə, müşahidələrlə sərgilənmişdi.

Sufilər yurdu...

Eyni zamanda sufi əxlaqı, həyat tərzi ilə çəkirdi Pakistan məni. Azərbaycanlı sufilərin qurduğu Şührəverdiyyə təriqətinin memarı Əbu Hafs Ömər Şühabəddin Sührəverdi idi ki, böyük bir sufi mütəfəkkiri və fiqh alimi olmaqla yanaşı, siyasətçi və diplomat kimi tanınırdı. O, 1145-ci ildə Zəncana bağlı Sührəverddə dünyaya göz açmışdı. Sührəverdiyyə təriqəti ilk dövrlərdən etibarən İslam dünyasında ən geniş yayılan təriqətlərdəndir. Əvvəlcə Bağdad və Şam ətrafında daha sonra da İran, Anadolu və Türküstan tərəflərində geniş vüsət tapmışdır. Sührəverdiyyənin ən geniş şəkildə yayıldığı yerlərdən biri şübhəsiz ki, Hindistan və Pakistandır. Şühabəddin Sührəverdinin xəlifəsi Bahaəddin Zəkəriyyə Multani tərəfindən bugünkü Pakistan torpaqlarının da daxil olduğu Hindistana aparılan bu təriqət Multaninin və müridlərinin cəhdləri nəticəsində bu bölgələrin ən böyük təsəvvüf məktəbi olmuşdur. Bu baxımdan, Azərbaycanda geniş intişar tapmış sufizm mistik islam ənənəsi olub uzun tarixə malikdir və Pakistanda geniş yayılıb. Pakistanda sufi mərkəzləri mövcuddur. İlk sufi musiqisi və rəqsi üzrəburada maraqlı, ənənəvi festivallar keçirilir.
Lal Şahbaz Qələndər kimi tanınan Seyid Həsən şah (1177-1274) sufi filosofu və şairi olub, sufilərin Sühraverdi qanadına aid idi. Bu cərəyanın tərəfdarları arasında Şah Əbdül Lətif Bhitan, Mahkdoom Bilavan və Sacah Sarmastın adları Pakistan tarixindən sıx-sıx keçir. Eləcə də Cənubi Asiyada İslam dininin geniş yayılmasına rəvac vermiş olan 11-ci əsr sufi alimi Əbül Həsən Əli ibn Usman əl Qəznəvinin. Bu sufi düşüncələri Azərbaycan ”“ Pakistan arası mənəvi anlaşmaların yoluna həmişə gur işıq salıb.

Zövq qoxusu

Dağda bir zahid yaşayırdı. Yemək-içməkdən büsbütün vaz keçmişdi. Şəhər əhli hər il onu ziyarət edərdi. Belə günlərin birində qərib yolçu olan bir dərviş qələbəliyin səbəbini soruşur. Zahid cavabında deyir: “Sən dərvişsənmi, ya Məcnunsanmı?”. Dərviş bu sözü eşidər-eşitməz ehtiramla üzr diləyir: “Sənin bu sözlərindən mənə zövq qoxusu gəldi...”.
Pakistan tarixi, Pakistan təbiəti, Pakistan mədəniyyəti ilə olan tanışlıq mənə unudulmaz bir zövq qoxusu gətirdi. Bu gözəl diyara etdiyim səfərlər zamanı Həzrəti Şəms Təbrizin dilindən səslənən o unudulmaz əfsanəni heç unutduğum olmadı.
Qutsal bir zövq qoxusu ürpətməkdədi Pakistan tarixi, mədəniyyəti, Pakistan təbiəti...

(Ardı var)


Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama